«Dövlət və din». 2009.№1(9). S. 46-49. Azərbaycanda xristianlıq yaqutəLİyeva



Yüklə 172,53 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü172,53 Kb.
#75239


«Dövlət və din».-2009.-№1(9).-S.46-49.

Azərbaycanda xristianlıq

YAQUTƏLİYEVA,

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 

Beynəlxalq əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin məsləhətçisi

Azərbaycan  özünün  mədəni,  tarixi  ənənələri  ilə  yanaşı dini  müxtəliflik  baxımından  da  zəngin  ölkədir.  Hələ

qədim dövrlərdən Azərbaycanda insanlar müxtəlif dinlərə ibadət  etmişlər. Tarixən Azərbaycan xalqı digər dinlərə

qarşı  dözümlü  olmuş  və  onlara  hörmətlə  yanaşmışdır.  Bu  xüsusiyyət  Azərbaycan  xalqının,  onun  mentalitetinin,

təfəkkürünün özəlliyi və ayrılmaz hissəsidir.

Azərbaycanda  xristianlığın  tarixi  iki  min  illik  bir  dövrü  əhatə  edir.  Xristianlığın  əksər  cərəyanları

Azərbaycanda bu və ya digər şəkildə təmsil olunmuşdur. Müasir Azərbaycanın ərazisində xristianlığın yayılmasının

birinci minilliyin 71-ci ilində Bakıda apostol Varfolomeyin vəfatından sonra başlandığı güman edilir.

Birinci minillikdə xristianlıq Qafqaz Albaniyasında geniş yayılmışdı.  IV əsrdə burada müstəqil alban kilsəsi

yaradılmış və bu kilsə XIX əsrin ortalarına qədər fəaliyyət göstərmişdir. Gürcü və erməni kilsələrindən fərqli olaraq

alban kilsəsi yarandığı dövrdən etibarən bilavasitə Yerusəlim kilsəsi və patriarxlığına tabe olunmuşdur. Bu tabeçilik

ierarxik deyil, teoloji və konfessionalıq baxımından idi.

О dövrdə xristianlığın yayılmasında alban əlifbasının böyük rolu olmuşdur. İncil və digər dini kitablar alban,

Suriya  və  yunan  dillərinə  tərcümə  olunurdu.  Elmi  tədqiqatlar  göstərir  ki,  alban  yazısı və  ədəbiyyatı artıq  birinci

minilliyin IV əsrində mövcud idi.

Ərəblərin Cənubi Qafqaza daxil olmasından sonra VIII əsrin ortalarında erməni kilsəsinin təzyiqi nəticəsində

alban  kilsəsi  diofizitlikdən  ayrıldı.  705-ci  ildə  alban  kilsəsi  ierarxik  olaraq  erməni  kilsəsinə  tabe  edildi.  Lakin  bu

birdəfəlik,  müvəqqəti  akt  idi  və  alban  patriarxları alban  yepiskoplarını erməni  katolikosunun  müdaxiləsi  olmadan

idarə edirdilər.

Birinci  minilliyin  V-VIII  əsrlərində  Alaniyada  12  yepiskopluq  mövcud  idi.  Azərbaycanda  xristianlıq  orta

əsrlər boyu islam dini ilə birgə geniş yayılmışdır.

Azərbaycanda xristianlığın tarixindən danışarkən XIII əsrdə yaşamış yakovit patriarx Bar Ebreyin fəaliyyətini

qeyd  etmək  lazımdır.  Qriqoriy  Bar  Ebrey  geniş  dünyagörüşə,  yüksək  təhsilə  malik  idi.  O,  bir  çox  dil  bilmiş,

ruhanilik,  natiqlik,  fələsəfə,  tibb,  riyaziyyat  və  astronomiya  ilə  məşğul  olmuşdur.  Bar  Ebrey  Marağada  yeni

monastrda Evklid və Ptolomey haqda mühazirələr oxumuşdur. Bar Ebrey özünün «Kilsə tarixi» əsərində Təbrizdəki

kilsə və monastrlar haqqında məlumat verir. O, adı çəkilən əsərində qeyd edir ki, Təbrizdə XIII əsrdə yunan kilsəsi

də  mövcud  olmuşdur.  Bar  Eb rey  Tabriz  və  Marağada  yakovitlər  üçün  kilsə  və  monastrlar  tikmişdi.  1272-ci  ildə

onun göstərişi ilə Marağadakı yeni kilsədə ibadətgah, 1282-ci ildə isə Təbrizdə yeni kilsə inşa edilmişdi. Bar Ebrey

1286-cı il iyun ayının 30-da Marağada vəfat etmişdir.

XIX  əsrin  əvvəllərindən  etibarən  bütövlükdə  Cənubi  Qafqazın  tarixində  yeni  bir  dövr  başladı.  Çar

Rusiyasının işğalçılıq siyasəti yalnız ərazilərin zəbt edilməsi ilə deyil, eyni zamanda Azərbaycan xalqının. xüsusən

də  Şimal-Qərbi  Azərbaycan  ərazisində  yaşayan  müsəlmanların  kütləvi  şəkildə  xristianlaşdırılması  prosesi  ilə

müşayiət olunurdu. Bu prosesin davamı kimi Qafqazda erməni və gürcü kilsələrindən asılı olmayan müstəqil alban

kilsəsi 1836-cı ildə ləğv edildi. Azərbaycanın işğal  olunmuş  ərazilərindən,  xüsusilə  də  Car-Balakən  camaatlığı və

Nisu  sultanlığından  ingiloylar  müxtəlif  təzyiqlər  altında  xristianlığı  qəbul  etməyə  məcbur  edilirdilər.  1851-ci  il

noyabrın  7-də  Qafqaz  canişini  knyaz  M.S. Vorontsov  xristianlığı  qəbul  edən  ingiloyların  dövlət  xəzinəsinə

verdikləri can və tüstü vergisindən azad edilmələri barədə xüsusi bir əmr verdi. Pravoslavlığı qəbul etmiş ingiloylar,

həmçinin ömürlük olaraq dövlət vergilərindən və altı illiyə zemstvo mükəlləfiyyətlərindən azad edildilər.

İlisu  sultanlığının  ərazisində  ilk  pravoslav  kilsələrinin  tikintisinə  1855-ci  ildə  Qax  və  Əlibəyli  kəndlərində

başlanıldı.

1855-ci  ildə  çar  xəzinəsinin  vəsaiti  hesabına  Qax  kəndində  Müqəddəs  Georgi  kilsəsi,  Əlibəyli  kəndində

Müqəddəs Nina kilsəsi, Qorağanda isə Müqəddəs Məryəm Ana kilsəsinin tikilməsinə başlandı.  Əlibəyli kilsəsinin

tikintisi 1877-ci ildə başa  çatdı.  Qeyd etmək lazımdır  ki, bu kilsələr Çar hökumətinin xəzinəsinin vəsaiti hesabına

tikilmişdi. Bu  kilsələrin  tikintisi  üçün  xəzinədən  gümüş  pulla  3800  rubl  ay-rılmışdı.  Tasmalı kilsəsinin  tikintisinə

isə  Qafqazda  Pravoslav  Xristianlığının  Bərpası  Cəmiyyətinin  ayırdığı  4000  rubl  hesabına  1891-ci  ildə

başlanılmışdı.  Yuxarıda  qeyd  olunan  pra voslav  kilsələrindən  başqa  ingiloyların  yaşadıqları  ərazidə  Kürmük  və

Meşəbaşı kilsələri  də  tikilir.  Kürmük  kilsəsi  Qafqazda  Pravoslav  Xristianlığının  Bərpası Cəmiyyətinin,  Meşəbaşı

kilsəsi  isə  bu  kəndin  sakinlərinin  (25  evdən  ibarət  xristian  əhalinin)  hesabına  tikilib.  1892-1894-cü  illərdə  qədim

al ban məbədi olan Kürmük məbədinin yerində pravoslav kilsəsi tikilib.

XX əsrin əvvəllərində xristian pra voslav icmasının genişlənməsi nəticəsində 1905-ci ildə Bakı Yeparxiyası

təsis olundu və  yepiskoplar  «Bakı və  Xəzəryanı» titulu  qazandılar.  Bu  dövrdən  etibarən  Roma-katolik,  lüteran  və

digər protestant icmaları yaranmışdı.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakı quberniyasında, Quba, Lənkəran, Göyçay, Xaçmaz və Qusarda



rus  pravoslav  kilsələri  təaliyyət  göstərirdi.  1904-cü  ildə  Bakı  quberniyasında  iki  mine  yaxın  tələbəsi  olan  28

kilsə-məktəb  mövcud  idi.  Təkcə  Yelizavetpol  quberniyasında  1908-ci  ildə  662  kilsə,  sinaqoq,  müxtəlif  təriqətlərə

aid 101 ibadət evi və dörd monastr var idi.

Sovet  hakimiyyəti  dönəmində  dinə  qoyulan  qadağalar,  din  xadimlərinə  qarşı  törədilən  repressiyalar  digər

dinlər  kimi  xristian  dinindən  də  yan  keçmədi.  Yalnız  1943-cü  ildə  kilsə  həyatının  bərpa  olunmasından  sonra  -

1944-cü ildə yenidən Bakıda pravos lav məbədi açıldı. Bununla yanaşı Azərbaycanın bir sıra rayonlarında da ibadət

evləri yaranmağa başladı.

1934-cü  ildə  sonuncu  Bakı yepiskopu  Mitrofanın  ölümündən  sonra  fəaliyyətini  dayandıran  Rus  Pravoslav

kilsəsinin  Bakı və  Xəzəryanı Yeparxiyası 1998-ci  ildə  öz  fəaliyyətini  yenidən  bərpa  etdi.  2001-ci  ildə  açılan Rus

Pravoslav Baş Kafedral kilsəsi kimi fəaliyyət göstərən Jon Mironosets kilsəsi böyük xeyriyyəçi Hacı Zeynalabdin

Tağıyev  tərəfindən  tikilib.  Sovet  hakimiyyəti  dövründə  anbar  kimi  istifadə  edilən  bu  kilsə  əsaslı  təmir  edilərək

yenidən dindarların istifadəsinə verilmişdir. Kilsənin açılışında Moskvanın və bütün rusiyanın patriarxı II Aleksi və

Ümummilli Lider Heydər Əliyev iştirak etmişdir.

Son  on  ildə  müxtəlif  ölkələrin  görkəmli  din  xadimləri  ölkəmizdə  səfərdə  olmuşlar.  Moskvanın  və  bütün

Rusiyanın patriarxı II Aleksi və Ümumgürcüstan katolikos patriarxı II İliya iki dəfə Azərbaycanda olmuşlar.

Hazırda Azərbaycanda 6 pravoslav məbədi - Bakıda 3. Gəncə və Xaçmazda 1 kilsə. Sumqayıtda isə 1 ibadət

evi fəaliyyət göstərir. Azərbaycanda pravoslav icmasının sayı 200 min nəfərə yaxındır  və əhalinin 2.5 %-ni təşkil

edir.


Azərbaycanda katoliklik XIV əsrin əvvəllərindən etibarən regiona gələn missionerlərin fəaliyyəti nəticəsində

yayılmışdır.  О  dövrdə  osmanlı  imperiyasının  bölgəyə  təsir  imkanlarının  genişlənməsindən  narahat  olan  Avropa

dövlətlərinin. о cümlədən Vatikanın xüsusi təyinatlı missioner quruplarının bölgədə geniş yayılması prosesi başladı.

Azərbaycanın  ən  iri  şəhərlərində  -  Bakıda,  Şamaxıda,  Gəncədə,  Naxçıvanda  və  Təbrizdə  katolik  monastrları,

missiya və məktəbləri fəaliyyət göstərirdi. Həmin dövrdə təkcə Naxçıvanda dominikanlara, iezuitlərə, avqustinlərə

və digərlərinə məxsus 12 monastır fəaliyyət göstərirdi.

Katolikliyin  Şimali  və  Cənubi  Azərbaycanda  yayılmasında  Fransa  kralı  XVII  Lüdovikin  xüsusi  rolu

olmuşdur.  O,  1688-ci  ildə  yepiskop  Padu  de  Sent  Olonu  İranda,  Azərbaycanın  Şamaxı  və  irəvan  şəhərlərində

iezuitlərin  məktəb  və  kilsələrinin  açılması  xahişi  ilə  İran  şahının  yanına  göndərib.  1645-ci  ildən  başlayaraq  bu

şəhərlərdə Pater Raqurdinin başçılığı ilə iezuitlərin missiyaları fəaliyyət göstərirdi. Elə bu dövrdə papa XI Klementi

də analoji xahişlə şaha müraciət etmişdi. Aparılan intensiv fəaliyyət və ciddi səylərin nəticəsi olaraq Fransa ilə iran

arasında  1708  və  1715-ci  illərdə  iki  müqavilə  imzalandı.  1708-ci  ildə  bağlanan  müqaviləyə  əsasən,  katolik

missionerlərə və onların yerli əhalidən olan icmalarına iran və Azərbaycan ərazisində azad yaşamaq, təhsil almaq,

dərs  vermək  və  öz  dini  məzhəblərinə  etiqad  etmək  hüququ  verildi.  Müqaviləyə  əsasən,  həmin  icmalar  yerli

hakimiyyət dairələrinin himayəsinə götürüldü.

XIX  əsrin  ikinci  yarısı  və  XX  əsrin  əvvəli  Azərbaycanda  katolik  kilsəsinin  həyatında  mühüm  dövr  hesab

oluna bilər. Bu dövrdə Azərbaycana çoxlu sayda xristian əcnəbilər, о cümlədən katoliklərin axını baş verdi. Bu na

ilk növbədə, neft amili, digər tərəfdən isə, Polşa qiyamçılarının Bakıya sürgün edilməsi səbəb olmuşdu. 1880-ci ildə

Bakıda  mindən  çox  kato lik  yaşayırdı.  1903-cü  ildə  isə  katoliklərin  sayı  10  min  nəfərə  çatmışdı.  1909-cu  ildə

katolik məbədinin təntənəli təməlatma mərasimi keçirildi. Müqəddəs Məryəm kilsəsi təxminən 1200 nəfərə xidmət

edirdi. Kilsə 1931-ci ildə bolşeviklər tərəfindən partladıldı və 1937-ci ildə sonuncu din xadiminin güllələnməsindən

son ra 1997-ci ilə qədər Azərbaycanda katolik din xadimi olmayıb.

2000-ci  ildə  kilsə  rəsmi  qeydiyyatdan  keçmişdir.  2002-ci  ildə  ilk  dəfə  Roma  Papası II  İohan  Pavel  Bakıda

səfərdə olmuşdur. Hazırda Azərbaycanda katoliklərin sayı 400 nəfərə yaxındır.  2008-ci il martin 7-də Bakıda yeni

tikilmiş  Müqəddəs  Məryəm  Kato lik  kilsəsinin  açılışı  olmuşdur.  Kilsənin  açılışında  Azərbaycan  Respublikasının

Prezidenti İlham Əliyevlə yanaşı Vatikanın dövlət katibi Tarçizio Bertone də iştirak etmişdir.

Yuxarıda  qeyd  etdiyimiz  qısa  tarixi  ekskurs  Azərbaycanın  və  azərbaycanlıların  tolerantlığını birmənalı  ola

raq təsdiq edir.



Yüklə 172,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə