Dövlət və Din. 2009.№7 S. 88-91. İSlamin təŞƏKKÜLÜ MƏRHƏLƏSİNDƏ İslam xriSTİanliq dialoqu aqil ƏLƏSGƏR



Yüklə 401,01 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü401,01 Kb.
#53885


Dövlət və Din.-2009.-№7-8.-S.88-91. 

 

İSLAMIN TƏŞƏKKÜLÜ MƏRHƏLƏSİNDƏ İSLAM - XRİSTİANLIQ DİALOQU 

 

Aqil ƏLƏSGƏR, 

AMEA-nın Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və  

ictimai fikir şöbəsinin aspirantı 

 

İslam son ilahi din olaraq xristianların, yəhudilərin və bütpərəstlərin yaşadığı mürəkkəb bir mühitdə 



nazil  olmuşdur.  İslamı  ilk  qəbul  etmişlərin  əksəriyyəti  öncəki  dinlərdən  dönmüş  (hidayət  olunmuş) 

insanlardır. 

Tarixi qaynaqlar Xristianlıq, Yəhudilik və Bütpərəstliyə etiqad edən insanların bir-biri ilə qarşılıqlı 

münasibətlərinin mövcudluğundan xəbər verməkdədir. Həmin münasibətlərin mənfi və ya müsbət olmasına 

gəlincə, araşdırmaçılar mənfi münasibətlərin üstünlük təşkil etdiyini bildirsələr də, müsbət əlaqələrin də 

olduğunu inkar etmirlər. İstənilən halda, hər üç dinə mənsub olanların arasındakı qarşılıqlı polemikaların 

və  ortaq  fəaliyyətlərin  daimi  olmadığını  nəzərə  alıb,  İslam  yaranan  gündən  bu  yana  hər  üç  dinə  etiqad 

edənlər arasında dialoqun davamlı alındığını demək mümkün deyil. Bu səbəbdən, bir çox tarixçilər ötən 

əsrləri  xristianlar  üçün  «müsəlmanlar  haqqında  yanlış  düşünülən  zamanlar»,  müsəlmanlar  üçün  isə 

«birlikdə yaşadıqları bu insanları və inancları Qurani-Kərimin işığında anlama dönəmləri» olaraq təqdim 

edirlər 

2



İslamın xristianlarla qarşılaşmasına gəlincə, tarixçilər bunu 9 yaşlı Həzrət Məhəmmədin (s) əmisi Əbu 

Taliblə (r.a) ticarət məqsədi ilə birgə Bizans torpaqlarından keçərək Suriyaya gedərkən Busra qəsəbəsində 

Bahirə adlı rahiblə qarşılaşmasından başlandığını qeyd edirlər. Daha sonralar Həzrət Məhəmmədin (s) gənc 

yaşlarında Həzrət Xədicənin (r.a) ticarət işləri ilə məşğul olarkən, Busra qəsəbəsində Nastura adlı rahiblə 

görüşməsi  də  bu  qəbildən  sayılır 

3

.  Hər  iki  görüş  İslamın  meydana  gəlməsindən  qabaq  (610-cu  il)  baş 



verdiyindən,  Kara  de  Vua  kimi  islam  əleyhdarları  olan  qərb  filosofları  Quranın  Bahirə  tərəfindən 

yazıldığına dair əsassız iddia ilə çıxış edirlər 

4

. Bundan başqa, Həzrət Məhəmmədin (s) Məkkədə kitab-



əhlinə  mənsub  kölələrlə 

5

,  hətta  dəmirçi  bir  xristianla  çox  yaxın  dostluq  münasibəti  qurduğu 



6

  və  bu 

insanlara qarşı olduqca müsbət davrandığını görməkdəyik. 

İbn İshaq, Həzrət Məhəmməd (s) hələ Məkkədə olarkən iyirmiyə yaxın həbəşli xristianın onu ziyarət 

etdiyini  və  Kəbədə  onunla  görüşərək,  Qurani-Kərimi  dinləyib  ağladıqlarını,  Kitabi-Müqəddəsdə  xəbər 

verilən peyğəmbərin Həzrət Məhəmməd (s) olduğunu bildikdən sonra İslamı qəbul etdiklərini rəvayət edir

7



Məkkəli  müşriklər  müsəlmanlara  qarşı  zülmlərini  artırdıqda  Rəsulullah  (s)  tərəfdarlarını  bu  zülmdən 



qurtarmaq üçün Həbəşistana hicrət etmələrini istəmişdi (615-ci il). Həbəş kralı Nəcaşiyə yazdığı məktubda, 

həm onu İslama dəvət etmiş, həm də qohumu Cəfər ət-Təyyarı (r.a) və onunla birlikdə ilk hicrət edənləri 

qorumasını istəmişdi 

8



Bununla  da,  tarixdə  ilk  rəsmi  müsəlman-xristian  dialoqu  Həbəşistan  kralı  Nəcaşinin  hüzurunda 

gerçəkləşmişdir.  Olduqca  qızğın  keçən  görüşdə  xristianlar  sual  verən,  müsəlmanlar  isə  ayələrlə 

arqumentləşdirdikləri cavabları ilə öz prinsiplərini anladan tərəf olmuşlar. Həzrət Məhəmmədin (s) ərəb 

həyatında  reallaşdırdığı  fərdi  və  ümumi  dəyişiklikləri  göstərən  olduqca  təsirli  çıxışdan  sonra,  Cəfər  ət-

Təyyar  (r.a)  Nəcaşinin  istəyi  ilə  «Мəгуəт»  surəsinin  ilk  ayələrini  oxuyarkən  kral  və  keşişlərin  İslamın 

Həzrət İsa (ə) və Həzrət Məryəmə (ə) yüksək münasibətindən kövrəldikləri qaynaqlarda yer almaqdadır 

9



Nəcaşi bu qarşılaşmadan məmnun qaldığını söyləyərək, müsəlmanlara öz ölkəsində sığınacaq vermişdir



10

Habelə, Nəcaşinin müsəlmanların Bədr savaşında qalib gəlmələrinə sevinərək, «Аllaһ Rəsuluna Bədrdə 



yardım  etdi,  bunun  üçün  Allaha  həmd  olsun»  dediyi  də  rəvayət  olunur.  Onun  ilk  müsəlmanlara  qarşı 

münasibəti müsəlman-xristian tarixində məsihilərin müsəlmanlara ən isti münasibəti kimi dəyərləndirilir 

11



Həzrət  Peyğəmbər  (s)  Mədinəyə  hicrət  etdikdən sonra  da  xristianlara  mülayim  davranmış,  xristian 



ölkələrinin başçılarına məktublar göndərərək, onları İslama dəvət etmişdir. Bu məktublarda ən çox nəzərə 

çarpan cəhət məktub üslubunun diplomatik qaydalara son dərəcə uyğunluğudur. Həzrət Məhəmmədin (s) 

məktub göndərərək, qarşılıqlı əməkdaşlıq etmək istədiyi və xoş münasibət gördüyü xristian hökmdarlar 

arasında  həbəşistanlı  Nəcaşi,  Bizans  imperatoru  Herakl,  Misir  kralı  Muqavqis  Xətib  ibn  Əbu  Bəltanın 

adlarını çəkmək olar 

12



Hicri təqvimi ilə 8-9 – cu illərdə keşiş Əbu Haris ibn Əkləmənin başçılığı altında 60 nəfərlik nəcranlı 

xristianlardan  ibarət  bir  qrup  Mədinəyə  ziyarətə  gəlmiş  və  Məhəmməd  peyğəmbər  (s)  onları  məsciddə 

qarşılamışdır. Tarixi qaynaqlarda müsəlman torpaqlarında, Həzrət Peyğəmbərin (s) hüzurunda gerçəkləşən 

ilk müsəlman-xristian dialoquna mədinəli yəhudilərin də tərəf olaraq qatıldığı söylənməkdədir

13




İslami  qaynaqlarda  qızğın  mübahisə  şəklində  cərəyan  edən  bu  dialoqun  əsas  mövzusu  İsanın  (ə) 

ulihiyyəti və təslis inancı olmuşdur 

14



632-ci  ildə  Həzrət  Məhəmməd  (s)  vəfat  etdikdən  sonra  başlayan  fəthlər  İslamın  Ərəbistan 



yarımadasından  İran,  Suriya,  Ərməniyə,  Fələstin,  İraq,  Misir  və  İspaniyaya  yayılmasına  şərait  yaratdı. 

Fəthlərin qarşısı 732-ci ildə alınmasaydı, bütün qərb dünyası müsəlman ola bilərdi 

15

. Qeyd edək ki, Həzrət 



Peyğəmbərin  (s)  vəfatından  sonra  inkişaf  etməyə  başlamış  ərəb-müsəlman  fəthləri  zamanında  Bizans 

imperatorluğu  Şərqdə  yeganə  xristian  siyasi  quruluş  idi.  Fəthlər  dönəmində  İslamın  sürətlə  yayıldığı 

bölgələrin sakinlərinin əksəriyyətini xristianlar təşkil edirdi 

16



637-ci  ildə  Qüdsü  və  Mesopotamiyanı  fəth  edən  Xəlifə  Ömər  (r.a)  yəhudi  və  xristianlardan  cizyə 

alınması şərti ilə onlara toxunmadı. Ən maraqlı qarşılaşma isə Misirdə baş verdi. Bizansın əsarətində olan 

xristian qiptilər 642-ci ildə müsəlmanlar tərəfindən onların ərazisinin fəth edilməsini sevinclə qarşıladılar 

17



Təbii ki, burada İslamın ədalət prinsipi böyük rol oynayırdı. İnanc baxımından Roma və Konstantinopol 

xristianlarından fərqlənən, digər xristianlar arasında öz varlığını qorumağa çalışan xristian qiptilər üçün 

bundan əlverişli şərait ola bilməzdi. Müsəlmanlar fəth etdikləri bölgələrdə, xüsusilə İspaniyada birlikdə 

yaşamağa məcbur olduqları yerli xristian əhalinin adət-ənənələrini, dini etiqadlarını qoruyub saxlamaq və 



daha da inkişaf etdirmək üçün münasib zəmin yaratdılar. 

 

ƏDƏBİYYAT 

1. A.J. Massey-Kevin Keith, «а Dialogue of Creeds», İslamochristina sy. 19 (1993), 23-24. 

2. Muna war Ahmad Aness, «Christian-Muslim Dialogue: Mith or Reality», islam and Modern Age, 

(May-Agust 1987), 107. 

3. Ət-Tabəri, Camiul-Bəyan an-Teviil Ayil Quran, Misir 1994, c.XVI, s.177-180; Zəməxşəri, a.ç.ə., 

с.II, 

səh.344. 

4. Hatip Abdulaziz, dr., Kuran ve Hz. Peyğamber aleyhindeki iddialara cevap-lar, (doktora tezi), 

Istanbul, 1997, səh. 229. 

5. Muhammed Hamidullah, İslam Peyğamberi-I, trc.Salih Tuğ, Istanbul, 1990,47-48,94,107-110. 

6. Ət-Tabəri, Camiul-Bəyan an-Teviil Ayil Quran, Misir 1994, c.XVI, səh.177-180; Zəməxşəri, a.ç.ə., 

c.ll, səh.344. 

7. İbn-Hişam, əs-Siretun-Nəbəviyyə, Beyrut, 1971, с. II, səh. 32. 

8. Osman Guner, a.ç.ə., Ankara, 1997, səh.110-115. 

9. Paul Knitter, No Other Name?: A Critical Survey of Christian Attitudes Toward the World Religions 

(Maryknoll, NewYork, Orbis Books. 1988), s. 267. 

10. Hamidullah, a.ç.ə., səh. 298-299. 

11. Ali Erba, «Hıristiyan Misyonerliğine Genel Bir Bakış», misyonerlik dosyasi, Sakarya Üniversitesi 

İlahiyat fakültesi dergisi 7/2003. 

12. Hamidullah, a.ç.ə., səh.297-350. 

13. Muhammed Hamidullah, islam Peyğamberi, səh. 413. 

14. Ekrəm Sarıkçıoğlu, Başlanğıcdan Günümüzə Dinlər Tarixi, İsparta, 1999, səh.375. 

15. Л.С. Васильев, История религий Востока, Ростов-на Дону: «Феникс», 1998. 

16. ƏHƏrbaş, a.ç.ə. 

17. Hans Кипд, «Тһе World Religions in God’s Plan of Salvation». s. 28. 

 

Yüklə 401,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə