«Dövlət və Din».-2010.-№2(16).S.67-69.
NOVRUZ - TÜRKÜN «YENİ GÜN» BAYRAMI
VÜQAR ZİFƏROĞLU,
BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi
Bahar bayramı bəşər tarixinin ən qədim bayramlarındandır, hətta birincisi sayıla bilər. Bəlkə də ona görədir
ki, bir çox xalqlar bu bayramı müxtəlif rəvayət və bağlarla «özünküləşdirməyə» çalışırlar. E.ƏIibəyzadə qeyd edir
ki, qədim şumer eposunun «Bilqamıs» dastanında bahar bayramı «yeni il», «yeni gün», «yazın ilk günü», «bahar
bayramı» kimi adlandırılır, bolluq, bərəkət rəmzi kimi xatırlanır. Çin qaynaqlarından Kutadqu Biliyə, Kaşqarlı
Mahmuddan Biruniyə, Nizamül Mülkün «Siyasətnamə»sindən Məlikşahın təqviminə, Ağqoyunlu Uzun Həsənin
qanunlarınadək davam edən çoxəsrlik silsilə boyu Novruzla bağlı qeydlərə rast gəlmək olar. Digər tərəfdən, Sivas
hökmdarı Qazi Bürhanəddin Əhməd, osmanlılarda Sultan I Əhməd və Sultan IV Murad, Səfəvi imperiyasının
qurucusu Şah İsmayıl kimi türk hökmdarlarının, din adamlarından Baki Əfəndi və Şeyxülislam Yəhya Əfəndinin,
şairlərdən Pir Sultan Abdal, Füzuli, Şəhriyar və Mahdumqulu Novruz bayramının gəlişini «Novruziyyə» və ya
«Bahariyyə» deyilən şerlərlə tərənnüm etmişlər. Novruzun türk musiqisinin ən əski mürəkkəb məqamlarından biri
olaraq da mədəniyyətimizdə 7 əsrdən artıq bir tarixə sahib olduğunu bilirik. Bu məqam ilk dəfə Urmiyəli
Səfiyəddin Abdulmömin Urməvi (1224-1294) tərəfindən istifadə edilmişdir. Hazırda bu formada iyirmiyədək
məqam istifadə edilməkdədir.
Təbiətlə iç-içə, qucaq-qucağa yaşayan, torpağı «ana» olaraq vəsfləndirən türkün düşüncə sistemində baharın
gəlişi önəmli yer tutur. Qədim türklərdə digər adı «Yörük bayramı» olan Novruz, Türk dünyasının quzeyindən
güneyinə, batısından doğusuna qədər uzanan böyük coğrafi arealda yaşayan topluluqların bir çoxu tərəfindən qeyd
edilən bahar bayramıdır. Bütün bayramların dini və milli inancdan, o topluma aid ortaq xatirələrdən, gələnəklərdən,
duyğulardan və təbiətin insanlara təsirlərindən meydana çıxdığına inanılır.
Bu coşğunu türk qamları dualarında, niyazlarında bu cür ifadə edirdilər: «...Uca Göy Tanrının iradəsilə ilk
dəfə dünyanın altmış cür çiçəyə bəzəndiyi, altmış növ heyvan sürülərinin kişnədiyi və mələdiyi zaman sən (Türkün
Atası) yaradıldın!».
Bu sözlər türkün yaradılış fəlsəfəsinin, inancının, həyat tərzinin ifadəsidir. Novruz, müxtəlif mədəniyyətlərdə,
etnik qruplarda fərqli mənalar daşıyır. Tarixi qaynaqlar Novruzun ən qədim türk adətlərindən, bayramlarından
olduğu qənaətindədir. Elməddin Əlibəyzadə «Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi» əsərində yazır:
«Şumer-türk ağlı və zəkasının kəşfi yeni ilin ilk gününün - yazın, baharın təntənə ilə qarşılanması, bayram edilməsi
türk xalqlarının Ata ruhunun yaşantısıdır... Hələ 12 min il bundan əvvəl yeni il şənliyi xatırlanır, hörmətlə yad
edilirdi».
Bu səbəbdən Novruzun hər hansı hind-avropa etnosuna aid edilməsi heç bir tarixi-mədəni köklərə söykənmir:
«Midiya dövlətinin süqutu ilə «Avesta» İran imperiyasının dini-hüquqi qanunlar kitabı olduqda, bu qədim ye ni il
bayramı farslara da keçərək «Novruz» kimi qəbul edilib. Yəni, məzmun qalıb, adı tərcümə olunub, məşhurlaşıb və
bizə də yenidən bu cür - «Novruz» şəklində qayıdıbdır...». Türk alimi Z.Makas Novruz haqqında yazır: «Təbiri
caizsə, cocuğun ana və atası biz, ad atası isə fars oldu».
Ən qədim türk bayramı olan Novruz elə türklərin vasitəsilə Avrasiyaya yayılmışdır. Çin qaynaqlarına
istinadən miladdan yüzlərlə il öncə hunların bahar bayramını məhz martın 21-də keçirdikləri, çillə çıxardıqlarına
söykənərək, indinin özündə əməl etdiyimiz Novruz ənənələrinin hələ о dövrdə mövcud olduğunu söyləyə bilərik.
Eyni mərasimlər hunlardan sonra uyğurlar tərəfindən də keçirilmiş və bugünədək keçirilməkdədir. Eyni zamanda,
dünyada ən qədim təqvimlərdən hesab olunan 12 heyvanlı türk təqvimi martın 21-dən başlayır. Məlikşahın Cəlali
təqvimində də ilin ilk günü məhz mart ayının 21-dir. Sonrakı yüzilliklərdə istər Səlcuqilərin, istər Osmanlıların,
istər Səfəvilərin, istərsə də digər türk xanədanlarının dövründə Novruz öz əvvəlki rəngarəngliyini qoruyub saxlaya
bilib. Türk mühafizəkarlığı və adətlərə bağlılığı, bu milli bayramımızı hər cür məziyyətilə günümüzədək qo ruyub.
Qeyd etmək lazımdır ki, Novruzun müəyyən mənada İslamla əlaqələndirilməsi də türklərin bu dini qəbul
etməsindən sonrakı dövrlərə təsadüf edir və bilavasitə onlarla əlaqəlidir.
Saxa (yakut) türklərinin Novruz adət-ənənələrini bugünədək qoruyub saxlamaları diqqətçəkən məqamdır.
Doğrusu, əgər Novruz hind-avropa mənşəlidirsə, onun uzaq Saxalara necə gedib-çıxdığını və 1200 ildir türk
dünyasından təcrid edilmiş vəziyyətdə mövcudluqlarını qorumaq mücadiləsi aparan Saxa türklərinin indi də onu ən
müqəddəs bayram kimi keçirdiklərini izah etmək lazım gəlir. Hazırda bu müqəddəs bayram bütün türk dünyasında
sevilməkdə və yaşadılmaqdadır.
Qədim Çin qaynaqlarında türk imperiyalarının dövründə Novruzun rəsmi dini bayram olduğu göstərilir.
Maraqlıdır ki, «Avesta»da Novruz ayinlərilə bağlı qeyd edilən mərasimlər, çin qaynaqlarında təsvir edilən mərasim
və ayinlərlə eynilik təşkil edir. Bundan böyük sübut ola bilərmi?
ƏDƏBİYYAT