“Dövlət və Din”. 2010.№3. S. 72-79. Abbasi XƏLİFƏLƏRİ DÖVRÜNDƏ azərbaycanda pul zəRBİNƏ daiR



Yüklə 236,32 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü236,32 Kb.
#67582


“Dövlət və Din”.-2010.-№3.-S.72-79.

ABBASİ XƏLİFƏLƏRİ DÖVRÜNDƏ 

AZƏRBAYCANDA PUL ZƏRBİNƏ DAİR

AYGÜN MƏMMƏDOVA, 

Milli Azərbaycan Tarixi Muzeyinin aspirantı

Səmavi  dinlərdən  olan  İslam  bəşəriyyət  tarixində  mühüm  dəyişikliklər  etmiş,  bir  çox  dünya  xalqlarının

ictimai-siyasi  həyatına  əsaslı  təsir  göstərmişdir.  Məhz  bu  təsir  nəticəsində  müsəlman  xalqlarının  mədəni  irsi  və

ənənələrinin öyrənilməsinə maraq artmaqdadır.

Ərəb  Şərqi  və  Avropa  tədqiqatçıları  hakimiyyətin  Əməvilərdən  (661-749)  Abbasilərə  keçməsini  yalnız

hakim sülalənin məğlubiyyəti kimi deyil, «ümummüsəlman dövlətçiliyi tarixində köklü çevriliş yaratmış Abbasilər

inqilabı» kimi qiymətləndirmişlər. Abbasilər Əməvilərin Qüreyş qəbiləsinə mənsub olmalarına baxmayaraq, Həzrət

Məhəmmədə  (s)  qohumluğu  çatmamalarını  əsas  götürərək,  müsəlman  icmasında  ədalətin  yalnız  hakimiyyətin

peyğəmbərin  (s)  ən  yaxın  qohumlarına  (yəni  Abbasilərə)  keçməsilə  bərqərar  olacağını  iddia  etmişlər.  Tarixi

hadisələrin təhlilindən aydın olur ki, Abbasilər zahirən Həzrət Peyğəmbərin (s) tərəfdarı kimi çıxış etsələr də, ikili

oyun aparır və şəxsi maraqlarının xeyrinə fəaliyyət göstərmişlər.

Əməvilərdən  fərqli  olaraq  Abbasilərin  xarici  siyasəti  о  qədər  də  aktiv  olmamış  və  onlar  böyük  fəthlər

etməmişlər.  Abbasilərin  hakimiyyəti  illərində  Azərbaycanda  baş  verən  hadisələr  barədə  bir  çox  mənbələrdə

məlumatlar  verilmişdir.  Ərəb  tarixçisi  Əbu  Məhəmməd  Əhməd  ibn  Əsəm  əl-Kufinin  (v.  926)  üçcildlik  «Kitab

əl-futuh»  («Fəthlər  kitabı»)  əsəri  bu  baxımdan  maraq  doğurur.  İlk  dəfə  akademik  Ziya  Bünyadov  tərəfindən  rus

dilinə tərcümə edilərək 1981-ci ildə nəşr olunan bu əsərdə ərəblərin Azərbaycana yürüşləri, ölkəmizin orta əsr şəhər

və  kəndlərində  ərəb  canişinlərinin  fəaliyyətləri,  ərəb-xəzər  qoşunlarının  Azərbaycan  uğrunda  savaşları ilə  yanaşı,

ölkənin  şimalında  yerləşən  əsas  müdafiə  istehkamları olan  Dərbənd,  Beyləqan,  Qazax,  Bərdə,  Bərzənd  şəhərləri

haqqında məlumatlar verilmişdir. Qeyd edilən məlumatlar respublikamızda və onun hüdudlarından kənarda tapılmış

pul  dəfinələri  və  təksaylı  sikkələrlə  təsdiqlənir.  Mənbə  rolunu  oynayan  sikkələr  isə  qeyd  edilən  dövrdə

Azərbaycanın ictimai, iqtisadi və siyasi vəziyyətini öyrənməyə imkan yaradır.

Xəlifə I Vəlidin hakimiyyəti dövründən (705-715) başlayan ərəb-xəzər müharibələri Abbasilər dövründə də

davam etmişdir. Sonrakı X əsr salnamələrində bu hadisələrin nəticəsi ola raq, Ərəb xilafətinin şimal sərhədlərində

mühafizə dəstəsi rolunu oynayaraq ruslar və digər xalqların Cənubi Qafqaz  vasitəsilə  müsəlman  ölkələri  ərazisini

ələ keçirmələrinə maneə olması qeyd edilir.

Son Əməvi xəlifəsinin dirhəmlərinin tədqiqi sübut edir ki, onların üst tərəfində «kəlmeyi-tövhid»lə yanaşı,

dairəvi  şəkildə  «əş-Şura»  surəsinin  22-ci  ayəsi  həkk  olunmuşdu.  Həmçinin,  Əməvi  sikkələrinin  əks  tərəfinə

«əl-İxlas»  surəsinin  bəzi  ayələri  həkk  edilirdisə,  Abbasilər  bu  zərb  üslubunu  üç  sırada  «Məhəmməd  Rəsulullah»

ifadələrilə dəyişdirdilər. Bu ifadələr bəzi Əməvi felslərində də nəzərə çarpmaqdadır.

Əl-Kufinin məlumatına görə, ilk Abbasi xəlifəsi (əs-Səffah) titulu ilə tanınan Əbul-Abbas Məhəmməd oğlu

(749-754)  Məhəmməd  ibn  Sulu  Azərbaycan  əmiri  təyin  edərək  100  min  atlıdan  ibarət  qoşunu  onun  tabeliyinə

vermişdir. Onun işğalçılıq niyyətindən xəbərdar olan Musafir ibn Kəsir əl-Qəssab başçılıq etdiyi dəstəsilə Bizansda

yerləşən  Sərt  qalasında  möhkəmlənir.  İbn  Sul  ilə  əl-Qəssab  arasındakı uzunmüddətli  döyüşlər  sonuncunun  qətlə

yetirilməsi, sağ qalmış üsyançıların isə Sicistana qaçması ilə başa çatır. Əl-Qəssab və onun silahdaşlarının başlarını

xəlifəyə  göndərən  ibn  Sul  Beyləqana  gedərək  bir  neçə  gün  orada  qalır.  Daha  sonra  Bərdədə  məskunlaşaraq  uzun

müddət  ölkəni  idarə  edir.  İbn  Sul  vəzifəsindən  kənar  edildikdən  sonra  onun  yerinə  xəlifənin  qardaşı  Əbu  Cəfər

əl-Mənsur  751/2-ci  ildə  Azərbaycan,  Ərməniyyə  və  əl-Cəzirə  ərazilərinin  əmiri  təyin  edilir.  O,  qışı  Təbrizlə

Beyləqan arasında yerləşən Kiran şəhərində, yayı isə əd-Dariba yaylağında keçirir.

Əs-Səffahdan sonra xəlifə olan qardaşı «əl-Mənsur» ləqəbli Əbu Cəfərin (754-775) əmrilə Yezid ibn Üseyd

ibn Zəfir əs-Süləmi Arran, Ye zid ibn Hatim isə Azərbaycan əmiri təyin edilirlər.

İraqdan  Arrana  yola  düşən  Yezid  ibn  Üseyd  Bərdədə  iqamətgahını quraraq  vergi  toplayanlara  (amillərə)

vəzifələrini  yerinə  yetirmək  əmrini  verir.  Xəlifə  ona  məktub  yazaraq  bildirir:  «xəzərlərlə  qohumluq  münasibəti

yaranmayanadək Arran ölkəsində sülh olmayacaq. Əgər xəzərlər istəsələr, qoşun toplayıb səni və amillərini məhv

edərək qələbə çala bilərlər. Mənim məsləhətimə etinasız yanaşma və xəzərlərlə qohum olmağa çalış!»

Əmrə itaət  edən Yezid xəzər xaqanı Təəturun (bəzi mənbələrdə Ras Tərxan  və  ya  Astarxan)  qızı Xatunla

evlənmək  üçün  elçilər  göndərir.  Xəzər  çarı  razılıq  verir  və  Yezid  100  min  dirhəm  mehriyyə  verərək  Xatunla

evlənərək Bərdə yaxınlığındakı əl-Kabbab ərazisində məskən salır. O, Yeziddən xahiş edir ki, İslamın mahiyyətini

anlamaq və Quran oxumağı öyrətmək üçün müsəlman qadınları onun yanına göndərsin. Xatunun bu xahişi yerinə

yetirilir. Mənbədəki məlumata görə, onun Yəzidlə iki il dörd ay davam edən evliliyi müddətində iki (bəzi mənbələrə

görə  isə  bir)  oğlu  dünyaya  gəlir.  Lakin  qəfildən  əvvəl  Xatun,  son ra  isə  oğlanlar  dünyasını dəyişirlər.  Bu  xəbər

Yezidi çox pərişan edir, lakin xəzərlər bu hadisədə onu günahkar bilir və Babul-Əbvabdan böyük qoşunla hücuma

keçirlər. Döyüşdə xəzərlər qalib gəlir.

Xəlifə  əl-Mənsur  müsəlmanların  bu  məğlubiyyətindən  kədərlənsə  də,  ruhdan  düşmür  və  Yezidin



məsləhətilə  10  min  əsgərdən  ibarət  qoşunu  toplayır.  Böyük  qoşunla  Bərdə  şəhərinə  doğru  yola  düşən  Yezid  Kür

çayını  keçərək  Babul-Əbvab  şəhərinə  çatır.  O,  bu  şəhərin  müdafiə  istehkamlarını  möhkəmlədir  və  əl-Kunak

(Cəlqan)  dağınadək  uzanan  qala  divarı  boyunca  9  yeni  qala  qapıları  tikdirir.  Sonra  isə  Babul-Əbvabın  və  dağ

keçidlərinin müdafiəsi məqsədilə hərbi birləşmələri burada məskunlaşdırır.

Orta  əsr  müəllifi  Yaqutun  məlumatına  əsaslansaq,  müasir  Şamaxı  şəhəri  vaxtilə  «əl-Yezidiyyə»

adlandırılırdı.  «Dərbəndnamə»  əsərində  Yezidiyyə  şəhərinin  təməlinin  Yezid  ibn  Üsəydin  hakimiyyəti  dövründə

qoyulması qeyd edilmişdir. «ƏI-Yezidiyyə» zərbxanasının felsləri 757/8 və 766/7-767/8-ci illərdə zərb edilmişlər.

Əl-Mənsurun  hakimiyyəti  illərindən  etibarən  əvvəlcə  Rey  şəhəri  dirhəmlərində,  sonradan  isə  digər

şəhərlərdə  buraxılan  dirhəmlərdə  «Məhəmmədən  rəsulullah»  ifadələrinin  əvəzinə  «möminlər  əmirinin  oğlu

əl-Mehdi Məhəmmədin əmri ilə (zərb edilmişdir)» ifadələri həkk olundu.

Qeyd  edilən  dövrə  aid  gümüş  dirhəmlərin  arxa  hissəsində  «Musa  rasulullah»  ifadələrinin  zərb  edilməsi

maraqlı faktlardandır (şəkil 1).

Yaqubinin məlumatına əsaslansaq, əl-Mənsur dövründə Dərbəndə yaxın ərazilərdəki xəzərlər ərəb ordusuna

hücum  edirlər.  Yerli  ərəb  canişini  məğlub  olacağını  dərk  edərək  qaçır,  bu  vəziyyətdən  xəbərdar  olan  Yəzid

xəlifədən əlavə qoşun göndərməsini istəyir. Xəlifə Cəbrayıl ibn Yəhya əl-Bəcəlinin rəhbərliyilə Suriya, əl-Cəzirə və

Mosul döyüşçülərindən ibarət 200 minlik qoşun göndərir. Ət-Təbərinin məlumatına görə, 763-cü ildə baş vermiş bu

döyüş ərəblərin məğlubiyyəti, Yezidlə əl-Bəcəlinin qaçması ilə nəticələnir. Qeyd edilən ildə Ərdəbildə kəsilmiş fels

üzərində Cəbrayıl ibn Yəhyanın adı zərb edilmişdir.

769-cu ildə Arran əmiri vəzifəsinə Bəkkar ibn Muslim əl-Üqəyli təyin edilir. Həmin ildən 770-ci ilədək olan

Ar ran dirhəmlərində onun adına rast gəlinir.

Əl-Üqəyli bir il dörd ay əmirlik etdikdən sonra bu vəzifəyə əl-Həsən ibn Kəhtəbə ət-Tayi təyin edilir.

Xorasan,  Suriya  və  İraq  hərbçilərindən  ibarət  50  minlik  qoşunla  Arran  ölkəsinə  qədəm  qoyan  ət-Tayinin

hakimiyyətini  tanımaq  istəməyən  Alazan  çayının  şimal  ərazisi  və  Şəki  şəhərinin  şimal-qərbindəki  İlisu  vilayəti

sakinləri  olan  sənərilər  üsyan  etdilər.  Bu  mübarizədə  məğlub  olacağını anlayan  əl-Tayi  xəlifədən  kömək  istəyir.

Onun bu xahişini yerinə yetirən xəlifə ona 4 hərbi rəisin başçılıq etdiyi 30 min hərbçidən ibarət qoşun göndərir və

bu dəstə Curzana doğru yola düşür.

Gürcüstanın Axal-Kalaki çayı sahilindəki Cavaxet sakinlərilə birləşən sənərilər çoxsaylı qoşun toplayır  və

ət-Tayinin  qoşununa  hücum  edirlər.  10  min  sənərini  məğlub  edən  ət-Tayinin  tərəfdarları qələbə  çalaraq  çox-saylı

qənimət, mal-qara və silah ələ keçirir, xəlifənin göndərdiyi hərbçilər isə geriyə - İraqa qayıdırlar.

Xəlifənin  Azərbaycana  təyin  etdiyi  canişini  Həsənin  adından  710/1,  771/2  və  774/5-ci  illərdə  Arranda

sikkələr zərb edilmişdi.

Arrana  rəhbərlik  edərək  iqamətgahını Bərdədə  qurmuş  əmir  ət-Tayi  Kahtəbə  adlı  oğlunu  Babul-Əbvaba,

digər oğlu İbrahimi Tiflisdən başlayaraq digər ərazilərin daxil olduğu Curzana, üçüncü oğlu Məhəmmədi isə Hilat,

Qəliqala və digər şəhərlərin daxil olduğu Ərməniyyəyə hakim təyin edir.

Xəlifə Məhəmməd (əl-Mehdi) dövründə (775-785) Yezid əs-Sulaminin adından Bərdədə, onun oğlu Xalidin

adından isə Babul-Əbvabda (Dərbənddə) 775/6-cı illərdə felslər kəsilmişdi (şəkil 2).

Əl-Mehdinin əmrilə dirhəmlərin arxa tərəfindəki «Məhəmməd rəsulullah» ifadələrinə «səllallahu ələyhi və

səlləm» (Allahın salami Ona və ailəsinə olsun!) təbiri həkk edildi (şəkil 1). Onun oğlu Musa əl-Hadi (785-786) də

bu zərb üsulunu dəyişdirmədi.

Arranda  zərb  olunmuş  169=785/6-cı  il  dirhəmində  əmir  Rauhun  adı  həkk  edilmişdir.  Yazılı  mənbələrdə

Muhəlləbilər  soyuna  mənsub  Rauh  ibn  Hatimin  əl-Mehdinin  hakimiyyət  illərində  Kufə,  159-160-cı illərdə  Sind,

161-ci ildə Bəsrə əmiri olması, qardaşı Yezidin vəfatından sonra isə Harun ər-Rəşidin əmrilə Afrika bölgəsini idarə

etməsi  qeyd  edilməkdədir.  Onun  Ərməniyyə,  həmçinin  Arranı  idarə  etməsilə  bağlı  məlumatlara  isə  Gevondun

əsərində rast gəlinir.

Xəlifə  Harun  ər-Rəşid  (786-809)  əl-Fadl  ibn  Yəhya  əl-Bərməkini  Azərbaycan  və  Ərməniyyənin  hakimi

təyin edir.

Həmzin  qalası  müdafiəçilərilə  döyüşdə  məğlub  olan  Bərməki  geri  -  Bərdəyə  qayıdır.  Burada  az  müddət

qaldıqdan sonra vəzifəsinin icrasını Ömər ibn Əyyub əl-Qinaniyə tapşırır və İraqa gedir.

Əl-Qinanidən  sonra  əşarilərin  mövlası  Əbus-Səbbah,  ondan  sonra  isə  Səid  ibn  Məhəmməd  əl-Ləhəbi  bu

vəzifəyə təyin edilir.

Xəlifə Harunun əmrilə dostu İshaq ibn Müslüm əl-Üqəylinin başçılığı ilə İraq hərbçilərindən ibarət 5 minlik

atlı  dəstəsi  Beyləqanda  şiələrin  tərəfdarı  Əbu  Müslüm  və  üsyançıları  məhv  etmək  üçün  yola  düşürlər.  Qələbə

qazanan  Əbu  Müslüm  Naxçıvanı ələ  keçirir,  Dəbilə  hücum  edərək  oranı 4  ay  mühasirədə  saxlayır,  lakin  istəyinə

na il  ola  bilmir  və  Beyləqana  qayıdır.  O,  buradan  müxtəlif  yerlərə  hücumlar  edərək  qətllər,  yanğınlar  və  qarətlər

törədir.

Harun ər-Rəşid Azərbaycan və Ar ran əmirlərini geri çağıraraq, Said ibn Salma ibn Qüteybəni bu ərazilərin

əmiri təyin edir. Səid Bərdəyə gələrək Nəsr ibn Ananı Babul-Əbvabın canişini elan edir.

Əmirin göstərişilə əl-Haris ibn Yəhya əl-Bərməki Babul-Əbvab əhalisindən xərac toplamağa başlayır. Yerli

əhali birləşərək vergi toplayan əl-Haris və dəstəsini darmadağın edirlər.

Xəlifə Səidi tutduğu vəzifədən uzaqlaşdıraraq onun yerinə Əli ibn İsa ibn Məhəni təyin edir. Lakin İsa ibn




Məhənin də vəzifəsinin öhdəsindən  layiqincə  gələ  bilmədiyini  görən  xəlifə  onu  Yezid  ibn  Məzyəd  əş-Şeybani  ilə

əvəzləyir.

Arrana  gələn  Yezid  Bərdədə  iqamətgahını quraraq  əhalinin  təhlükəsizliyini  təmin  edərək  sakitlik  yaradır.

Sonra isə o, əl-Haris və onun tərəfdarlarını qandalladaraq xəlifə Harun ər-Rəşidə göndərir, Babul-Əbvab sakinlərinə

isə  müraciət  göndərərək  onları əfv  etdiyini  bildirir.  O,  ömrünün  sonunadək  Bərdədə  yaşamış  və  burada  da  vəfat

etmişdir.  Onun  adından  kəsilmiş  sikkələr  Milli  Azərbaycan  Tarixi  Muzeyinin  Numizmatika  Fondunda  qorunur

(şəkil 3).

Məzyədilər  sülaləsindən  olan  Əhməd,  Əsəd,  Məhəmməd,  həmçinin  Təmimilərə  mənsub  Huzeymə,  Bəşir,

Nəim  kimi  canişinlərin  Azərbaycanda  kəsilmiş  sikkələri  onların  «sülalə»  hakimiyyəti  qurduğunu  sübut  edən

faktlardandır.

Həmçinin,  Harunun  hakimiyyəti  illərində  bəzi  Bağdad  dinarlarının  arxa  hissəsinə  «möminlərin  əmiri,

Allahın qulu Harunun əmrilə (zərb edilmişdir)» ifadələri həkk edilirdi.

809-cu ildə xəlifə Harun ər-Rəşid vəfat etdikdən sonra onun oğlanları Məhəmməd (əl-Əmin) və Abdullah

(əl-Məmun)  arasında  hakimiyyət  uğrunda  savaş  başlanır.  Bağdadı  zorla  ələ  keçirən  əl-Məmun  imperiyanın  tam

hüquqlu  rəhbəri  olsa  da,  bu  qələbə  ona  sülh  gətirmədi.  Əl-Əminin  Suriyadakı  tərəfdarları  onun  hakimiyyətini

tanımaq istəməməsi, 816-cı ildən Xilafətin şərq vilayətlərində başlayan Xürrəmilər hərəkatı Abbasilər imperiyasına

ağır zərbə vurdu. Abbasilər dövründə İspaniya, 800-cü ildən isə İfriqiyyə xilafətdən ayrıldı. Əl-Əminin sikkələrinin

arxa tərəfində «Rəbbim Allah» ifadələri zərb edildi, sonradan isə bu ifadələrdən yalnız «Allah» sözünün saxlanması

şərti ilə sikkələrin zərbi davam etdirildi.

Beləliklə, ilk 4 Abbasi xəlifəsi dövründə Azərbaycan uğrunda ərəb-xəzər müharibələri fonunda sikkə zərbi

və  pul  dövriyyəsinin  tədqiqatı  göstərir  ki,  Əməvilərdən  fərqli  olaraq  əl-Mehdi,  əl-Hadi,  Harun,  əl-Əmin  və

əl-Məmun dövründə kəsilən dinar və dirhəmlərə Xəlifələrin titulları həkk edilmişdir.

Abbasi xəlifələri dövründə Azərbaycan (Bərdə, Ərdəbil, Hunan, Marağa, əl-Bab və s.) sikkələrinin XIX-XX

yüzilliklərdə  Şərqi  Avropa  dəfinələrində  aşkarlanması  Şərqi  və  Şimali  Avro pa  ölkələrilə  beynəlxalq  ticarətdə



ölkəmizin iştirakını sübuta yetirir. 

ƏDƏBİYYAT

1. Yəzid ibn Usəyd ibn Zəfir əs-Suləmi ilk dəfə 751-753-cü illərdə Ərməniyyənin əmiri olmuş, ondan sonra

isə  bu  vəzifəni  əl-Həsən  ibn  Qahtəbə,  ondan  son ra  isə  bu  vəzifədə  kimin  olması  dəqiq  bilinməsə  də,  numizmatik

təhlil nəticəsində 758/9-765/6-cı illərdə Yəzidin yenidən ikinci, 775/6-779/80-ci illərdə isə üçüncü dəfə Ərməniyyə

və Azərbaycan əmiri olması aydın olur.

2.  KovalevR.  Creating  «Khazar  ldentity»  Through  Coins  -  The  'Special  Issue'  Dirhams  of  837/38  /  East

Central  and  Eastern  Europe  in  the  Early  Middle  Ages,  ed.  Florin  Curta  (Ann  Arbor:  Univ.  of  Michigan  Press,

2005), p. 220-253.

3. http://www. vostlit.info/Texts/rus/Kufi/frametext1 .htm

4. Монеты Восточного Халифата. В.Тизенгаузена. СЛ., 1873.

5. История халифов вардапета Гевонда, писателя VIII века. СПб. 1862.

РЕЗЮМЕ

Об особенностях монетной чеканки в Азербайджане 

в период правления первых аббасидских халифов

В  статье  ссылаясь  на  источники  представлена  историческая  ситу ация  Азербайджана  в  период

арабо-хазарских  войн,  а  также  изменения  произошедшие  в  монетной  чеканке  в  Азербайджане.  Переход

власти от Омейадов к Аббасидам был коренным поворотом в истории общему сульманского государства,

который  отразился  в  монетном  деле  изме нением  наружности  монеты.  При  третьем  аббасидском

халифе  ал-Мехди  (775-785)  монеты  начинают  снабжаться  именами  халифов,  их  наследников,  иногда

областных  эмиров  и  их  наместников,  а  также  до полнительными  словами  и  знаками.  Исследование

монетных  кладов,  а  также  единичных  монет,  найденных  в  Азербайджане  и  за  пределами,  до казывает

громадную  международную  торговлю,  возросшую  в  течении  IX  в.  и  развившуюся  в  X  в.  В  статье

представлены  рисунки  монет  перио да  правления  первых  аббасидских  халифов,  чеканенные  в

Азербайджане и участвовавшие в монетном обращении Арабского Халифата.

SUMMARY

On coins minting in Azerbaijan during board of the first Abbasids Caliphs

In  article  alongside  with  a  historical  statement  of  a  situation  of  Azerbaijan  during  arabkhazarian  wars,

have been examined changes in monetary stamoing Azerbaijan. Transition of authority from Omeyyads to Abbasid

was radical turn in history of all muslim the states which was reflected in monetary deal by change of an exterior of

the  coin.  At  the  third  Abbasi  Caliph  Mehdi  (775-785)  coins  start  to  be  supplied  with  names  of  caliphs,  their


successors, sometimes regional emirs and their deputies, and also additional words and signs. Rese arch monetary

treasures and also the individual coins found in Azerbaijan and outside, proves the enormous international trade

which was increased in cur rent of IX century and developed in X century. In the article are presented figu res of

coins of the period of board of the first Abbasids caliphs, minted in Azer baijan and participated in the monetary

circulation of Arabian Caliphate.

Yüklə 236,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə