Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə təcrübələrinə dair İƏİT-in Qaydaları



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə1/18
tarix17.09.2018
ölçüsü0,9 Mb.
#69054
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   18


Dövlətə məxsus 

müəssisələrin korporativ 

idarəetmə təcrübələrinə 

dair İƏİT-in Qaydaları



Dövlətə  məxsus  müəssisələrin 

korporativ  idarəetmə  təcrübələrinə 

dair İƏİT-in Qaydaları

İQTİSADİ ƏMƏKDAŞLIQ VƏ İNKİŞAF TƏŞKİLATI




İƏİT,  30  demokratik  ölkənin  hökumətlərinin  qloballaşma  ilə  bağlı  iqtisadi,  icti-

mai və ətraf mühitin qorunması istiqamətlərində səylərini birləşdirən nadir forum-

dur. İƏİT həmçinin hökumətlərə korporativ idarəetmə, məlumatların ötürülməsi və 

əhalinin qocalması (orta yaşının çox olması) kimi yeni problemləri anlamaq üçün 

imkanın yaradılması və həll etmək üçün köməyin göstərilməsi məsələlərində əsas rol 

oynayır. Təşkilat, hökumətlərə müxtəlif siyasətlərlə bağlı təcrübələri ilə bölüşməyə, 

ümumi problemlərə cavab tapmağa, qabaqcıl təcrübələri müəyyən etməyə və yerli 

və beynəlxalq siyasətləri əlaqələndirmək üçün birgə işlər görməyə imkan verən bir 

mühit yaradır. 

İƏİT-in üzvü olan ölkələr: Avstraliya, Avstriya, Belçika, Kanada, Çex Respublikası, 

Danimarka,  Finlandiya,  Fransa,  Almaniya,  Yunanıstan,  Macarıstan,  İslandiya, 

İrlandiya, İtaliya, Yaponiya, Koreya, Lüksemburq, Meksika, Hollandiya, Yeni Ze-

landiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya Respublikası, İspaniya, İsveç, İsveçrə, 

Türkiyə, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarıdır. İƏİT-in işində Avropa 

İqtisadi Birliyinin Komissiyası iştirak edir.

İƏİT-in dərc etdiyi sənədlər Təşkilatın iqtisadi, sosial və ətraf mühitin qorunması 

məsələlərinə  dair  statistik  məlumatlarını  və  tədqiqatlarını  və  üzv  ölkələrin  qəbul 

etdikləri razılaşmaları, tövsiyələri və standartları geniş yayır.  

Fransız dilində aşağıdakı başlıq altında mövcuddur:

Lignes directrices de l’OCDE sur le gouvernement d’entreprise des entreprises publiques

Sənədin orijinal mətni İƏİT tərəfindən ingilis dilində aşağıdakı başlıq altında dərc 

edilmişdir:

OECD Guidelines in Corporate Governance of State-Owned Enterprises

Copyright 2005, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Paris.

Bütün hüquqlar qorunur

Copyright  2007, bu Azərbaycan variantı Beynəlxalq Maliyyə Korporasiyasına 

məxsusdur.

Paris, İƏİT-lə razılaşmaya əsasən dərc edilmişdir. 

Azərbaycan dilinə tərcümənin keyfiyyəti və onun orijinal mətni ilə uyğunluğu 

Beynəlxalq Maliyyə Korporasiyasının məsuliyyətidir. 

İQTİSADİ ƏMƏKDAŞLIQ VƏ İNKİŞAF TƏŞKİLATI 






Dövlətə  məxsus  müəssisələrin  korporativ  idarəetməsi  bir  çox  iqtisadiyy-

atlarda  əsas  məsələlərdən  biridir.  Lakin,  bu  günədək,  hökumətlər  bir  çox  hal-

larda  iqtisadiyyatın  mühüm  hissəsini  təşkil  edən  müəssisələrinə  qarşı  mülkiyyət

hüquqlarından istifadə etmək qaydasını qiymətləndirməyə və təkmilləşdirməyə kömək

edən  heç  bir  beynəlxalq  standart  mövcud  deyildir.  Dövlətə  Məxsus  Müəssisələrin

Korporativ İdarəetmə Təcrübələrinə dair İƏİT-in Qaydaları bu boşluğu doldurur və

onların yaradılması müxtəlif maraqlı tərəflərin dünya üzrə marağına səbəb olmuşdur.

İƏİT-in bu işi gördüyü zaman aldığı dəstək və Qaydaların özünə verilən dəstək məni

bu  sənədin  İƏİT-in  üzvü  olan  və  olmayan  ölkələrdə  geniş  yayılacağına  və  istifadə

olunacağına inandırır.



Bu  Qaydalara  olan  tələb  bu  sahədə  siyasətin  yaradılması  işini  izləyən  heç

bir kəsdə təhəccüb doğurmamalıdır. DMM-lərin korporativ idarəetməsi istiqamətində

islahatlara  başlayan  ölkələrin  təcrübəsi  bu  işin  vacib,  lakin  mürəkkəb  olduğunu

göstərir. Ən böyük çətinlik dövlətin şuraya namizədləri təklif etmək və seçmək kimi

mülkiyyət  funksiyalarını  həyata  keçirməsinə  görə  məsuliyyət  daşıması  və  eyni  za-

manda  şirkətin  gündəlik  idarə  olunmasına  müdaxilə  etməməsi  arasında  balansın

yaradılması ilə bağlıdır. Digər bir çətinlik dövlət və özəl şirkətlərinin rəqabət apara

biləcəyi bazarda hamı üçün bərabər şəraitin (level-playing field) yaradılacağının və

hökumətlər tərəfindən tənzimləyici və nəzarət səlahiyyətlərindən istifadə edərək bazar

iqtisadiyyatı münasibətlərinin pozulmayacağının təmin olunması ilə bağlıdır.



Praktiki  təcrübəyə  əsaslanaraq,  hazırkı  Qaydalar  bu  dilemmaların  necə

həll olunacağına dair konkret təkliflər verir. Məsələn, sənəddə dövlətin öz mülkiyyət

funksiyalarını  müstəqil  surətda  həyata  keçirən  və  ictimaiyyət  üçün  açıq  mülkiyyət

siyasətinə uyğun olan mərkəzləşdirilmiş qaydada sahiblik edən təşkilat və ya effek-

tiv koordinasiya edilən təşkilatlar vasitəsilə həyata keçirməsi təklif olunur. Qaydalar

həmçinin  dövlətin  mülkiyyət  funksiyalarının  və  onun  tənzimləyici  funksiyalarından

ciddi şəkildə ayrılmasını təklif edir. Düzgün tətbiq edildikdə, bu və digər təklif ol-

unan  islahatlar  dövlətin  öz  mülkiyyət  funksiyalarını  peşəkar  və  məsuliyyətli  qay-

dada  yerinə  yetirməsini  və  onun  bizim  iqtisadiyyatımızın  bütün  sektorlarında  kor-

porativ  idarəetmənin  təkmilləşdirilməsində  müsbət  rol  oynamasını  təmin  etməkdə

irəliləyəcəkdir. Nəticədə isə müəssisələr daha sağlam, daha rəqabətli və daha şəffaf

olacaqdır.



İƏİT-in üzvü olan və olmayan bir çox ölkələrdən təcrübəli dövlət nümayəndələri

və  peşəkarlar  bu  Qaydaların  hazırlanmasında  köməklik  göstərmişdirlər.  Onların

3

Giriş sözü

GİRİŞ  SÖZÜ



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə