Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

32 
 
hər kəs üçün xas olan) məşğuliyyətlər mövcud olur. Buradan da 
universal və ixtisas, peşə təfəkkürləri formalaşır. Peşə təfəkkürü 
əsasən ictimai və siyasi təfəkkürün tərkibində qərarlaşır.  
Ardıcıl  davam  edən  və  sahələrdə  formalaşan  düşüncələr 
təfəkkürü  formalaşdırır.  İnsanların  düşüncələri  universal  olur. 
Eləcə də sahələri əhatə edir. Təfəkkür həm sadə, həm də təkmil 
formada  olur.  Sadə  təfəkkür  gündəlik  təfəkkürdür.  Daha  çox 
məişət təfəkküründə xarakterikdir.  Bu təfəkkürlə  hər kəs özünü 
normal həyatda hiss edir, özünün gündəlik davranışını yaradır.  
Qeyd  olunduğu  kimi,  təfəkkür  obrazlardan  və  obyektlərə 
təsir  vasitələrindən  formalaşır. 
Burada  peşə  təfəkkürü 
formalaşmış  olur.  Hər  bir  təfəkkür  müvafiq  məkanda  lazımi 
tələblərə  uyğun  olaraq  müəyyən  səviyyələr  əldə  etmiş  olur.  Bu 
səviyyə qavranılma dərəcəsindən və səviyyəsindən asılı olur.  
Təfəkkür  milli  və  dünyəvi  ola  bilir.  Milli  təfəkkür  hər  bir 
xalqın  formalaşmasını  təmin  edən  gündəlik  və  klassik 
elementlərdən meydana gəlir.  
Bu  günün  tələblərinə  uyğun  olaraq  insanlarda  məişət, 
ictimai və siyasi təfəkkür formalaşmışdır.  
Məişət təfəkkürü. Təbii olaraq insanlar gündəlik həyat tərzi 
yaşayırlar. Gündəlik həyat tərzini ailə həyatlarında, iş yerlərində 
və  qohumları  arasında  yaşayırlar.  Məişət  təfəkkürü  həm  də 
küçələrdə,  məhlələrdə,  yaşayış  məhəllələrində  formalaşır.  Bu 
həyat tərzi bazanı təşkil edir. Baza üzərində isə ictimai və siyasi 
vərdişlər meydana gəlir. Məişət təfəkkürü aşağı və alt mərhələdə 
əsas  insan  azadlığını  təcəssüm  etdirən  təfəkkürdür.  Məişət 
təfəkkürü sadə  olduğundan kütləvi və açıq xarakterə, məzmuna 
malikdir.  Burada  özəllik  odur  ki,  insanlar  daha  sərbəst 
olduqlarından  düşüncələri  də  sərbəst  və  “redaktə  olunmamış” 
olur.  Məişət  təfəkkürü  ilə  ictimai-sosial  təfəkkürün  vəhdətini 
mətbəx  və  ailənin  sistemli  yetişməsini  təmin  edən  məktəb 
təfəkkürü  yaradır.  Ailədə,  qonşular  arasında  olan  münasibətlər 
məişət təfəkkürünün əsaslarını meydana gətirmiş olur.  


33 
 
İctimai  təfəkkür.  İctimai  təfəkkür  isə  insanların  əmək 
kollektivlərində, 
təhsil 
müəssisələrində, 
ictimai-siyasi 
təşkilatlarda iştirakdan meydana gələn vərdişlərdən ortaya çıxır. 
İctimai təfəkkür başlıca olaraq ictimai vasitələrdə əks olunur və 
formalaşır.  Bu  yöndə  kütləvi-informasiya  vasitələri  mühüm  rol 
oynayır. Son illərdə isə sosial şəbəkələr insanların sosial, siyasi 
və  məişət  təfəkkürlərinin  vəhdətini  yaratmaqdadır.  İctimai  və 
məişət  təfəkkürü  özlüklərində  xalqın  milli  təfəkkürünü  yaradır. 
Xalqın  adət-ənənələri  özlüyündə  məişət  və  ictimai  təfəkkürün 
məhsuludur. Bu adətlər və ənənələr özlüyündə ictimai və məişət 
davranışlarını yaradır və irsən köçürür. İctimai təfəkkürü həm də 
dövlət  təfəkkürünün,  siyasi  təfəkkürün  əsaslarını  formalaşdırır. 
Baza və keçid təbəqə rolunu oynayır.  
 İctimai təfəkkür “lokallıq” baxımından orta bir təfəkkürdür. 
Həm də siyasi və məişət təfəkkürünü bir-birinə bağlayır, vəhdət 
yaradır.  Baza  təfəkkür  kütləvi  olan  məişət  təfəkkürdür.  İctimai 
və  siyasi  təfəkkür  fərdin  sosiallaşmasını  və  şəxsiyyətə 
çevrilməsini təmin edir.  
Siyasi təfəkkür. Bu təfəkkür ali kollektivçilik təfəkkürüdür. 
Təşkilatlanmanın  son  mərhələsidir.  İnsanlar  daha  çox  ali  siyasi 
mərhələlərdə 
bu 
təfəkkürlə 
birləşirlər. 
Bu 
təfəkkürün 
formalaşması  özünün  ikinci  mərhələsini  ictimai  təfəkkürdən 
götürür.  Dövlət  mahiyyətcə  ictimai  bir  qurumdur.  Siyasi 
təfəkkür digərlərini qoruyucu düşüncələri də özündə ehtiva edir.  
Siyasi  təfəkkür  milli  təfəkkürün  təşkilatlanmış  formasıdır. 
Bu təfəkkür zamanı xalq millətə çevrilir. Milli təfəkkür özünün 
siyasi mədəniyyət formasını bu təfəkkür yolu ilə qazanır. Siyasi 
təfəkkür ümumməcmu təfəkkürüdür.  
 
Təfəkkürlərin vəhdəti  
 
Məişət,  cəmiyyət  və  dövlət  kriteriyaları  insanların 
təfəkkürünü  bir  arada  toplayır.  Bununla  yanaşı,  hər  bir 
təfəkkürün  öz  “məkanı”  var.  Bunlar  bir-birinə  öz  məkanlarında 


34 
 
qalmaqla xidmət etməlidir. Hər bir təfəkkür məkanının özünəxas 
xüsusiyyətləri  onu  deməyə  əsas  verir  ki,  bir  məkanın  bütün 
elementləri  digər  məkana  transfer  etməməlidir.  Aralarında 
bağlayıcı  elementlər  “gəzməlidir”.  Təfəkkür  və  mədəniyyət 
qarşılıqlı olduğundan transfer zamanı qarışıqlıq əmələ gələ bilir. 
Nəzərə  almaq  lazımdır  ki,  hər  bir  təfəkkür  təşəkkül 
mərhələlərində  özünəxas  funksiya  təmin  edir.  Ali  təfəkkür 
xalqın  ali  dəyərlərini  yaradır.  Məişət  təfəkkürünün  siyasi 
təfəkkür  yerinə  gətirilməsi  ilə  ali  dəyərlərin  itməsinə  səbəb  ola 
bilir.  Dövlət  ailəyə  çox  bağlı  olanda  öz  ali  dəyərini  itirir.  Orta 
xətt olan ictimai təfəkkürə inam azalır. Bu anda ictimai təfəkkür 
də  ailə  -məişət təfəkkürünə  enir.  Xalqın  ümumi səviyyəsi aşağı 
düşür.  Bu  baxımdan  da  ali  təfəkkürü  formalaşdıran  ali  dövlət 
vəzifələrində ailəçilik prinsipləri tətbiq olunmamalıdır. 
 
Texniki təfəkkür -cəmiyyətin bazis və alt təfəkkürü kimi 
 
Təfəkkür 
düşüncələrdən  meydana  gələn  xarakterik 
modeldir. Beyində fizioloji və ruhi obrazlanmadır.   Təsirlərdən 
əksolunmadır.  Bu  modeli  qavrama  və  emal  prosesləri  yaradır. 
Təfəkkürün  inikası  insan  davranışlarında  əks  olunur.  Təfəkkür 
insanlara  istiqamətlər  verir.  Yaddaşlar  və  düşüncə  modelləri 
insanlar  arasında  subyektiv  və  obyektiv  əlaqələrin  əsaslarını 
formalaşdırır.  
İnsan qarşılıqlı əlaqələrdə subyektiv qavrayır, təsir vasitələri 
üzərində düşüncə istiqamətlərini meydana gətirir.  
Təfəkkür  bir  forma  və  məzmun  olaraq  vərdişlərdən, 
davranışlardan meydana gəlir. Üzərində təsir edilən obyektlər və 
proseslər  təfəkkürün  formalaşmasına  səbəb  olur.  Vərdişlər  və 
davranışlar  da  insanların  yaşına  və  cinsinə  bağlı  olur.  Bu 
baxımdan  da  uşaq  yaşlarında  qavramanın  hələ  fizioloji 
baxımdan  zəifliyi  özündə  uşaq  təfəkkürünü  formalaşdırır. 
Təfəkkürün  formalaşmasında  ətraf  şərait  öz  təsirini  göstərir. 
İnsan öz təfəkkürü ilə (yaddaş və cari təfəkkür kimi ad vermək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə