36
üsulları, resursların əldə olunması yolları insanlarda müvafiq
vərdişləri və mədəniyyəti meydana gətirir. Mədəniyyət ümumən
vərdişlərdən, davranışlardan yaranır.
İqtisadiyyat bazadır. İqtisadiyyatın təşkil edilməsi, eləcə də
onun yönləndirilməsi başlıca olaraq istehsal məhsullarından
asılıdır. İstehsal proseslərinin təşkili özü də istehsal
davranışlarından və vərdişlərindən meydana gəlir.
İstehsal iqtisadiyyatın bazasını təşkil edir. İqtisadiyyat
istehsala bağlıdır. Bu baxımdan da istehsalatın özünü təşkil edən
texniki təfəkkür istehsal proseslərində formalaşır. İstehsal
prosesləri texniki prosesləri özündə ehtiva edir. Buna görə də
texniki mədəniyyət meydana gəlir. Hər bir dövlətin bazasını
təşkil edən iqtisadiyyat, hansı ki, maraqların təmin edilməsini öz
üzərinə götürür, texniki təfəkkürdən, texniki vərdişlərdən asılı
olur. Texniki təfəkkür həm də məktəblərdə texniki
biliklərin əldə
edilməsindən meydana gəlir.
Texniki təfəkkürün formalaşması texnika üzrə elmi-tədqiqat
müəssisələrində, orta, orta-ixtisas və ali məktəblərdə, istehsalat
(texnoloji avadanlıqların istehsalatı) müəssiələrində təmin
olunur.
Texniki təfəkkür texniki peşə məktəblərində də formalaşır.
Burada texnika ilə davranış qaydaları meydana gəlir.
Texniki təfəkkürün faydasını bu kimi əsaslarla nəzəri
baxımdan ümumiləşdirmək olar:
-texniki təfəkkür və onun ailələrdə, cəmiyyətlərdə və iş
yerlərində formalaşdırılması insanların ardıcıl qaydada texniki
mədəniyyətini formalaşdırır;
-texniki təfəkkür iqtisadiyyata və istehsalata insanları sövq
edir. Bu təfəkkür təbliğedici və təşviqedici əhəmiyyət daşıyır;
-texniki
təfəkkür
iqtisadiyyatda
güvənli
təfəkkürün
formalaşmasına gətirib çıxarır;
-texniki təfəkkür texniki vasitə və alətlərin insanlar
tərəfindən dönərli və yeni əsaslarla istifadə vərdişərini yaradır;