Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

41 
 
səlahiyyətləri,  həm  də  beynəlxalq  aləmdə  iştirakları  onların 
fərqli fəaliyyətlərini meydana gətirir. Bu fərqli fəaliyyət də fərqli 
tənzimləmə  istiqamətlərini  formalaşdırır.  Lakin  əslində  bu 
fərqlilik  elə  bir  bütövün  tərkibini  təşkil  edir.  Dövlətin  daxili 
siyasətindən  onun  beynəlxalq  siyasəti,  beynəlxalq  siyasətindən 
isə daxili siyasəti tamamlanmış olur.  
Hər  bir  tənzimləmənin  hədəfi  və  obyekti  mövcud  olur.  Bu 
baxımda da beynəlxalq hüququn və milli hüququn hədəfi dünya 
və  onun  resurslarıdır  dünyanın  maddi  və  mənəvi  dəyərləridir. 
Resursların  fərdi  və  kollektiv  olaraq  qazanılması  ilə  başlıca 
məqsəddir. Dünyaya baxış fəlsəfəsindən belə bir fikir hasil olur 
ki,  dünya  özünü  qorumalıdır  və  özünün  dəyərlərindən 
faydalanmalıdır. Bunun vəhdət fəlsəfəsinin mahiyyəti də bundan 
ibarətdir.  Dünya  siyasəti  fəlsəfəsinin  əsas  mahiyyəti  də  dünya 
resurslarından  birgə  istifadə  yolunda  dövlətlərin  milli  və 
beynəlxalq imkanlarını birləşdirməkdən ibarətdir.  
Dünyanın siyasət strukturunu təşki edən dövlətlər siyasət və 
hüquq  qurumlarıdır.  Xalqların  milli  və  beynəlxalq  maraqlarını 
tənzim  etmək  dövlətlərin  pozitiv  mahiyyətini,  xeyirxah 
fəaliyyətlərini  təşkil  edir.  Dövlətlər  beynəlxalq  aləmdə  və 
ümumən  dünyada  maraq  müdafiə  edən  və  təmin  edən 
subyektlər,  tərəflər  rolunu  oynayırlar.  Dövlətlər  öz  qarşılıqlı 
fəaliyyətlərini hüquq normaları ilə tənzim edirlər və buradan da 
koordinativ  əlaqələrdən  qarşılıqlı  əməkdaşlıq  və  tərəfdaşlıq 
meydana gəlir. Yəni, əlaqələri qaydalara salırlar. Daxili və xarici 
siyasətin  nəzəri  əsasları  hüquq  normaları  ilə  formalaşır.  Hüquq 
normaları  siyasətin  icrası  üçün  qaydaları  əks  etdirir  və  siyasət 
istiqamətlərini müəyyənləşdirir. Fəaliyyətin prinsipləri də hüquq 
normaları ilə müəyyən olunur.  
İnsanın  hədəf  müəyyən  etdiyi  dünya  da  ictimai  mənada 
hüquq  və  siyasət  müstəvisindən  ibarətdir.  Dünya  hüququna 
dövlətlərin  daxili  hüquqları  və  xarici  siyasətlə  formalaşan 
beynəlxalq hüquqları aiddir. Dövlətlərin dünya siyasəti və dünya 
hüquq  müstəvisi  çərçivəsində  regionlar  və  sahələr  üzrə 


42 
 
səlahiyyətləri  meydana  gəlmiş  olur.  Dövlətlər  əsas  siyasət  və 
hüquq  subyektləridirlər.  Dövlətlərin  bir-biriləri  ilə  əlaqələri  isə 
beynəlxalq  hüquqla  təmin  olunur.  Beynəlxalq  hüquq  elə  daxili 
hüquqdan başlanğıc götürən hüquq normaları sistemindən ibarət 
olur  və  daxili  hüquqları  böyüdən  kriteriya  rolunu  oynayır. 
Dövlətlər  aktlar  nəticəsində  hüquq  normaları  təsbit  edirlər, 
icrasına,  tələblərinə  əməl  edirlər.  Beynəlxalq  hüququn  tərkibi 
olan  təşkilatlar  da  dövlətlərin  yaratdıqları  törəmə  subyektlərdir. 
Dövlətlər  həm  ikitərəfli,  həm  də  çoxtərəfli  qaydada  beynəlxalq 
müstəvidə  iştirak  edirlər  və  beynəlxalq  hüquq  və  siyasət 
müstəvisini formalaşdırırlar.  
Nəzərə almaq lazımdır ki, dünya hüququ ümumən vahiddir. 
Lakin  bu  vahidlik  içərisində  çoxlu  çalarlılıq  vardır.  Bu 
çalarlılıqdan da tərkib yaranır. Dünya hüquq sisteminin üst və alt 
sistemləri  vardır.  Bunlar  da  hüquqi  fəaliyyəti  tamamlamaq 
funksiyasını  təmin  edir.  Dünya  hüququnun  bir-birini 
tamamlayan  sistemlərdən  ibarət  olan  iki  mühüm  istiqaməti  və 
tərəfi  vardır:  dövlətlərin  daxili  hüquqları  və  beynəlxalq  hüquq. 
Dünya  hüququnun  əsas  məqsədi  dünyanın  vahidliyini  təmin 
etmək,  dünya  resurslarından  səmərəli  istifadə  etməkdən 
ibarətdir.  Vəzifəni  də  buna  doğru  yönəldir.  Dünya  hüququnu 
yaradan dövlətlərin əsas məqsədi sülh, sabitlik, sosial firavanlıq 
və  s.  dir.  Bu  kimi  məqsədlər  həm  daxili,  həm  də  beynəlxalq 
hüquqda mövcuddur. 
Milli  hüququn  və  beynəlxalq  hüququn  ümumi  məqsədi 
eynidir.  Yəni,  insan  və  onun  maddi-mənəvi  dəyərlərinin 
qorunması  və  inkişafı  əsas  məqsəddir.  Hər  iki  istiqamətin 
mərkəzində bir fəlsəfi məfhum kimi insan dayanır. Həmin insan 
daxili hüquqda vətəndaş, beynəlxalq hüquqda isə əsasən  əcnəbi 
və  vətəndaşlığı  olmayan  hesab  olunur.  Burada  vahidlik  var. 
Lakin  keçidlər  zamanı  statuslar  dəyişir.  Məqsədlər  və  vəzifələr 
də  vahidliyin,  bötövlüyün  içindədir.  Təbii  ki,  bu  vahidlik 
içərisində,  çoxçalarlılıqdan  irəli  gələrək  fərqlər  də  mövcuddur. 
Fərqlilik  daha  çox  dövlətlərin  milli  suverenlik  hüququna 


43 
 
bağlıdır.  Həm  də  beynəlxalq  hüququ  dövlət  elə  özü  yaradır. 
Baza hissə dövlətə söykənir. Dünyada dövlətlər öz daxili siyasət 
və  hüquq  sistemlərində  müstəqil  və  sərbəst  olurlar  və  bu  kimi 
prinsipləri  də  beynəlxalq  hüquq  normalarında  təsbit  edirlər. 
Beynəlxalq hüquq əslində dövlətlərin sahib olduqları hüquqdur. 
Dövlətlər öz daxillərinə nəzarət və müşahidə üçün də beynəlxalq 
hüquq normaları qəbul ediblər. 
Burada  obyektlərin  fərqli  olamaları  ifadəsini  işlədərkən  bir 
qədər  ehtiyatlı  olmaq  lazımdır.  Çünki  milli  və  beynəlxalq 
hüququn  universal  mahiyyəti  eynidir,  oxşardır.  Əgər  biz 
dövlətlərə  dünya  siyasət  strukturunun  tərkib  hissəsi  kimi 
yanaşsaq,  onda  belə  nəticələrə  gələ  bilərik  ki,  əslində  milli 
hüquq 
dünya 
hüququnun 
tərkibidir. 
Sadəcə 
“hüquqi 
muxtariyyətlilik”  var.  Eyni  zamanda  onu  yaradandır.  Məsələn, 
dövlətlər  konstitusiyalarından  irəli  gələrək  beynəlxalq  hüquqi 
müstəvidə iştirak edirlər. Dövlətlər beynəlxalq hüququ da məhz 
milli  hüquqlara  xidmət  üçün  yaradır  və  ona  tərkib  verirlər. 
Məsələn,  dövlətlər  beynəlxalq  bəyannamələrə  (məsələn,  BMT-
nin  İnsan  Hüquqları  Bəyannaməsi),  konvensiyalara  (məsələn, 
diplomatik  və  konsul  xidməti  haaqında  Vyana  konvensiyaları) 
qoşulurlar.  Bundan  sonra  həmin  səndələrdə  əks  olunmuş 
prinsipləri  öz  daxili  hüquqlarına  gətirirlər.  Öz  aralarında 
beynəlxalq öhdəlik qəbil edirlər.  
İstər milli, istərsə də beynəlxalq hüququn əsas obyekti insan 
(mədəni və  siyasi anlamda-  xalq, vətəndaş,  əcnəbi, vətəndaşlığı 
olmayan)  amilidir.  İnsanların  milli  və  ümumdünya  maraqları 
dünya hüququ ilə, onun tərkibi olan milli və beynəlxalq hüquqla 
tənzim  olunur.  İnsan  maraqları  milli  və  beynəlxalq  müstəvidə 
təmin olunur. Ona görə ki, dövlətlər dünya siyasəti müstəvisində 
tərkib  olmaq  və  bütövlüyü  yaratmaq  üçün  birləşirlər,  vəhdətlik 
yaradırlar.  Dövlətlər  özləri  üzərində  müəyyən  qədər  nəzarət 
üçün  beynəlxalq  hüququ  yaradırlar.  Beynəlxalq  hüququn  ən 
ümdə  vəzifəsi  dövlətləri  birləşdirməkdən  və  dünyada  sağlam 
birliyi  yaratmaqdan  ibarətdir.  Burada  həm  milli,  həm  də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə