Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   12   13   14   15   16   17   18   19   ...   54

47 
 
Milli  hüquqla  beynəlxalq  hüququ  fərqləndirən  əsas 
kriteriyalardan  biri  də  sənədlərin  məzmununda  olan 
formalardadır.  Milli  hüquqda  tənzimləmə  obyekti  vətəndaş, 
qeyri-vətəndaşdırsa,  beynəlxalq  hüquqda  bu  obyekt  rolunda 
dövlət və onun yaratdığı törəmə subyekt olan təşkilat iştirak edir. 
Tərəf  kimi  dövlətin  vəzifə  və  məsuliyyəti  əsas  götürülür.  Milli 
hüquqda  dövlət  məsuliyyət  müəyyən  edir,  beynəlxalq  hüquqda 
isə  məsuliyyət  müəyyən  etməklə  yanaşı,  icraedici,  əməledici 
tərəfə də çevrilir.  
Qanunlarda  əsas  subyektlər  vətəndaşlar,  qeyri-vətəndaşlar 
hüquqi  və  fiziki  şəxslərdir.  Beynəlxalq  hüquqda  isə  beynəlxalq 
hüququn əsas (dövlət) və törəmə (beynəlxalq universal, regional 
və  ixtisaslaşmış  təşkilatlar-məsələn,  BMT-nin  qurumları) 
subyektləridir. 
Onu  da  nəzərə  almaq  lazımdır  ki,  Avropa  İttifaqında  milli 
hüquqla  beynəlxalq  hüquq  çox  yüksək  səviyyədə  bir-birini 
tamamlamaqdadır.  Burada  İtiffaqa  üzv  olan  dövlətlər  həm 
qurumun  milli  subyektləri,  həm  də  beynəlxalq  subyektləri 
qismində  çıxış  edirlər.  Burada  Avropa  İttifaqının  mərkəzi 
qurumları  birləşmiş,  vahid  beynəlxalq  hüquq  tərəfi  kimi  çıxış 
edə  bilir.  Dövlətlər  bur  qurumu  bir  qədər  fərqli  (klassik 
beynəlxalq  hüquqdan  fərqli)  siyasət  və  hüquq  sistemi  kimi 
formalaşdırıblar.  Beynəlxalq  hüquqla  milli  hüququn  vəhdəti 
tamamilə yeni bir forma alıbdır.  
 
Azərbaycanda  “Rurbanizasiya  (Ruralizasiya-əhalinin 
şəhərlərdən  rayon  və  kəndlərə  köçürülməsi)  Dövlət 
Proqramı”nın qəbulu və əhəmiyyəti 
 
Hər bir dövlətdə əhalinin məkana uyğun şəkildə nisbi taraz 
paylanması  həmin  dövlətin  siyasi,  iqtisadi  və  sosial  gücünü 
artırır.  Əhalinin  sosial  təminatı  və  əmək  məhsuldarlığı  və 
nəticələr iqtisadi gücü yaradır. İqtisadi güc də siyasi müqaviməti 
gücləndirir.  Dövlət  və  xalq  varlı  olanda  güc  də  çox  olur.  Bu, 


48 
 
siyasi gücün dolayı artması faktorudur. Birbaşa isə onu demək 
olar  ki,  əhalinin  məkanı  tam  tutması,  xüsusilə  sərhədlərdə 
yaşayış  məskənlərinin  artması,  ölkələrarası  sərhəd  ticarətinin 
genişlənməsi  təbii  ki,  ölkənin  siyasi  gücünü  çoxaldır.  Əhalinin 
kifayətliliyi  ölkəyə  siyasi  güc  (məsələn,  müdafiə  qabiliyyəti)
əmək məhsuldarlığı isə iqtisadi güc gətirir. Əmək məhsuldarlığı 
istehalat 
düşüncələrini, 
xalqın 
istehsalat 
psixikasını 
formalaşdırır.  Çalarlı  istehsalat  strukturu  dövlətin  iqtisadi 
sistemini də çalarlı edir və tələb və təklif arasında balans yaranır. 
Məkan və zaman fəlsəfi kateqoriyaları bir-birini tamamlayır. Hər 
bir  məkan  öz  məqamında  fayda  verən  nöqtəyə  çevrilir.  Bu 
baxımdan da resurs çatışmazlığı aradan qalxır. Bazarla istehsalat 
arasında,  resursun  “mənbəyi”  və  “mənsəbi”  arasında  bir 
uyğunluq meydana gəlir.  
Əhali  və  onun  məkanı  tarazlı  formada  əhatə  etməsi  amili 
dövlətin  gücünü  əks  etdirən  mühüm  faktordur.  Əhali  amili  və 
onun  ərazi  üzrə  taraz  paylanması  ilk  növbədə  dövlətin  daxili 
məkan  və  müstəvi  gücünü  artırır.  Ölkənin  iqtisadi  baxımdan 
yaşayış  məskənlərinin  gücü  dövlətin  siyasi  məzmununu 
genişləndirir və daxilini siyasi elementlərlə tamamlayır.  Dövlət 
və  ölkə  məfhumunda  boşluqlar  yaranmır.  Ölkənin  və 
dövlətin  bütün  elementləri  tarazlı  və  harmonik  əsaslarla 
uyğunlaşır.  Bu  da  sabit  dövlətin  və  iqtisadi  taraz  ölkənin 
formalaşmasına  zəmin  yaradır.  Tarazlı  məskənlər  dövlətin, 
ölkənin  baza  elementlərinin  struktur  və  sistemləşməsini 
təmin edir, eləcə də üst elementlərin (belə demək mümkünsə, 
hərəkətdə 
olan 
elementlərin) 
baza 
elementlərdən 
faydalanmasını  və  baza  elementlərin  özünə  keçməsini 
şərtləndirir. 
Hər  bir  dövlətin  əhalisi  və  yaşayış  məskənləri  həmin 
dövlətin  ərazisinə  düz  mütənasib  (şərti  olaraq  deyək)  yerləşsə 
yaxşı olar. Bu anda tarazlı resurs amili formalaşır. Regionların 
tarazlı  inkişafı  meydana  gəlir.  Ölkənin  iqtisadi  sistemi  şaxəli 
forma  alır  və  tərkibin  müxtəlif  miqyaslı  elementləri  iqtisadi 


49 
 
bütövlükdə cəmləşir. Bu anda iqtisadi bütöv sistem formalaşmış 
olur. İqtisadi komplekslilik yaranır.  
Hər  bir  məhsuldar  şəxs  öz  məkanında  məhsul  verməyə 
başlayır.  Bu  da  cəm  halda  dövlətin  kompleks  inkişafını 
şərtləndirir.  
Əahlinin  taraz  paylanması  iqtisadiyyatın  avanqardı  və  alt 
təbəqəsi olan sənayenin də tarazlı inkişafına gətirib çıxarır. Eyni 
zamanda  məhsuldar  qüvvələrin  düzgün  istifadəsinə  səbəb  olur 
və  regionlarda  kadr  potensialı  qıtlığını  (məsələn,  rayon 
məskənlərində istehsalatı təşkil etmək üçün lazımi mütəxəssislər 
çatışmazlığını) aradan qaldırır.  
Əhalinin  ölkənin  ərazisi  üzrə  taraz  paylanması,  rayon  və 
kənd 
əhalisinin  öz  məskənlərində  qalması  məhsuldar 
torpaqlardan  da  səmərəli  istifadəni  meydana  gətirir.  Bu  amil 
həmçinin  mərkəzlərin  yüklənməsinin  və  ekoloji  tarazlığın 
pozulmasının  qarşısını  alır.  Əhalinin  taraz  paylanması  ərazinin 
də  inzibati  baxımdan  idarəçiliyini  asanlaşdırır.  Mərkəzi 
hakimiyyət  regional  hakimiyyətin  idarəçiliyini  yaxşı  təşkil  edə 
bilir. Əhalinin taraz paylanması həm bölgələrdə, həm də ümumi 
iqtisadi  sistemlərdə  istehsal  və  istehlak  balansının  da 
qorunmasına xidmət edir. 
Əhalinin taraz paylanması ölkənin müdafiə qabiliyyətini də 
artırır  və  müdafiə  elementlərinin  vahid  əsaslarla  cəmlənməsini 
təmin  edir.  Ümumiyyətlə,  hər  bir  ölkənin  ümumi  əhali 
tərkibində  şəhər  və  kənd  əhalisinin  nisbətləri  pozulmamalı  və 
aqrar  proseslər  istehsal  prosesləri  ilə  yekunlaşmalı  və 
tamamlanmalıdır. Onu da vurğulamaq olar ki, əhalinin daha çox 
şəhərlərdə 
cəmləşməsi 
kənd 
təsərrüfatı 
məhsullarının 
çatışmazlığını  yaradır  və  əhali  üçün  sağlam  qida  məhsulu 
təminatında  problemləri  ortaya  çıxarır.  Qida  məhsulları 
istehsalında  kimya  emalının  payını  artırır  ki,  bu  da  özlüyündə 
təbii məhsullarla qidalanmalara zərbələr vurur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə