Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   14   15   16   17   18   19   20   21   ...   54

54 
 
vətəndaşlardan  vəsaitlərin  yığılmasını  təmin  edir.  Bu  baxımdan 
vergi  ödəyicilərinin  (qeyri-dövlət  subyektlərinin)  zəngin  olması 
çox vacibdir ki, onların fəaliyyət nəticələrindən, qazanclarından 
lazımi məbləğdə olan vergiləri ödəyə bilsin.  
Dövlət  öz  vətəndaşlarını  ümumdünya  iqtisadi  sistemi 
qarşısında  zəngin  etməlidir  ki,  özü  varlansın.  Vətəndaş 
kütləsinin  (əhalinin)  kompleks  zənginliyini  dövlət  beynəlxalq 
iqtisadi sistemlər qarşısında müqavimətli etməlidir. 
Pul  haqqında.  Hamımıza  məlumdur  ki,  kağız  pul  həm 
resursdur, həm də bütün iqtisadi və sosial resursları, ümumilikdə 
isə dövlətin tərkibini təşkil edən elementlərin qarşılıqlı hərəkətini 
təmin edən, aktiv vəziyyətdə saxlayan əsas ekvivalent vasitəsidir. 
Pul dəyərlərin bir vasitə kimi alternatividir. Pul ödəniş və qazanc 
vasitəsidir və bütün maddi resursları, vasitələri, əşyaları alternativ 
dəyərlə, əvəz ödənilməklə həyata keçirmə vasitəsidir.  
Pul  kütləsi,  fondda  və  büdcədə  yığılan  pullar  maddi 
dəyərlərin,  əmək  qazanclarının  əvəzlənməsidir.  Cəmiyyətin 
iqtisadi  əlaqələrində  və  iqtisadiyyatın  dövlətlə  xalq  arasında 
bağlanmasında  pul  mühüm  vasitədir.  İnsanlar  dövlət  və 
cəmiyyət üçün öz xidmətlərini əvəzi olan bir vasitə kimi pul ilə 
yerinə  yetirirlər  və  maddi  ehtiyacllarını,  sosial  tələbatlarını 
ödəmək üçün lazımi əşyaları pul ilə əldə edirlər.  
Pul istehsalla istehlak arasında körpü yaradır. Həm istehsalı, 
həm  də  istehlakı  dəyərləndirir,  stimullaşdırır.  Pul  bu  baxımdan 
iqtisadi resurs amili rolunu oynayır. Pul hər bir maddi vasitəni, 
eləcə  də  xidmətlərin  əvəzlərini  dəyərləndirən  və  hərəkətverici, 
təkanverici,  stimullaşdırıcı  funksiya  daşıyır.  Pul  iqtisadiyyatın 
baza və üst sahələrinin bir-birinə bağlanmasını təmin edir. Həm 
də ayrıca olaraq hər bir sahənin yönləndirilməsini həyata keçirir.  
Pul  istehlakın,  məhsulun  əldə  olunmasının  və  xidmətlərin 
qazanılmasının əsas vasitəsi kimi istifadə olunur.  
Beynəlxalq əlaqələrdə pulla əvəz ödənilməklə yanaşı, barter 
(mal mübadiləsi) üsulundan da geniş tətbiq olunur. Bu halda da 
yenə qiymətləndirmə pul vasitəsilə həyata keçirilir. 


55 
 
Pul-məbləğdir.  Məbləğ  vahididir.  Kütlənin,  çəkinin, 
ədədlərin, sayın, gəlirlərin (ümumi və xalis), maya dəyərlərinin, 
istehlak  olunma  proseslərinin  əsaslarını  təşkil  edir.  Xidmət 
sahələrində xidmət fəaliyyətinin əvəzi pulla həyata keçirilir.  
Pul  nominal  dəyər  ekvivalentidir.  (Nominal  dəyər  -  Face 
value  (nominal  value) -  Qiymətli  kağızın  emitent  tərəfindən 
müəyyənləşdirildiyi  nominal  dəyəri.  Səhm  üçün  bu  səhmlərin 
üzərində  əks  olunan  nominal  qiymətdir.  İstiqrazlar  üçün  bu 
istiqrazın müddəti bitmə tarixində ödəniləcək məbləğdir. Emitent 
tərəfindən  qiymətli  kağıza  verilən  ilkin  dəyər.  Qiymətli  kağızın 
üzərində  əks  olunan  və  bazar  dəyərindən  fərqli  olaraq 
dəyişməyən dəyər.
1
  
Pul  emitent  (qiymətli  kağız  buraxan  tərəf)  vasitəsidir  və 
dəyərləndirmə  nişanıdır.  Emissiya  (kağız  pullar  və  qiymətli 
kağızlar)  siyasətinin  əsasını  kağız  pullar  və  onun  maddi 
vasitələrlə  dəyərləndirilməsi  təşkil  edir.  Pul  nominal  dəyərlərlə 
tədavülə buraxılır.  
Pul  malın  çəkisinin  dəyərləndirilməsini,  əvəzləndirilməsini 
təmin 
edir.  Pul  iqtisadiyyatın  bazar  tənzimlənməsinin 
əsaslarında  dayanır.  Pul  dövlətin  əsas  fondlarını  təşkil  edir  və 
dövlət büdcəsinin dəyərlərini formalaşdırır.  
Məlumdur ki, ölkələr bir qayda olaraq öz daxillərində milli 
pul vahidlərindən istifadə edirlər, xarici əlaqələrdə isə vasitələrin 
əvəzlərinin ödənilməsi üçün ABŞ dollarından, avrodan və digər 
valyutalardan  istifadə  edirlər. Azərbaycanda milli  pul vahidi ilə 
yanaşı,  pul  tədavülündə  (valyuta  səbətində)  sərbəst  dönərli 
valyuta  kimi  dollardan  da  istifadə  olunur.  Dollarlaşma  da 
həyata keçirilir.  
Azərbaycanda dollarlaşma əvəzinə yaxın gələcəkdə dolların 
ödəniş  vahidi  kimi  ölkə  daxilində  manat  əvəzinə  bir  müddət 
istfadəsinə 
icazə 
vermək 
olar. 
Düzdür, 
Azərbaycanda 
Konstitusiyaya  əsasən  ödəniş  vasitəsi  kimi  yalnız  milli  pul 
                                                 
1
 http://banker.az/dict/index.php?title=Nominal_d%C9%99y%C9%99r) 


56 
 
vahidi  olan  manatdan  istifadə  olunur.  Konstitusiyanın  19-cu 
Maddəsində  yazılır:  I.  Azərbaycan  Respublikasının  pul  vahidi 
manatdır. II. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən 
çıxarılması  hüququ  yalnız  Mərkəzi  Banka  mənsubdur. 
Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  dövlətin  müstəsna 
mülkiyyətindədir.  III.  Azərbaycan  Respublikasının  ərazisində 
manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi 
qadağandır. 
Lakin dövlətin beynəlxalq iqtisadi vəziyyətini gücləndirmək 
və  dövlətin  beynəlxalq  iqtisadi  və  siyasi  gücünü  artırmaq  və 
beynəlxalq  valyuta  olan  ABŞ  dolları  önündə  dövlətin 
zəifləməsinə  imkan  verməmək  və  bu  baxımdan  daxili  pul 
tədavülündə  və  pul  kütləsində  valyutanın  azalmasına  şərait 
yaratmamaq  məqsədilə,  konstitusiya  dəyişikliyinə  gedərək, 
daxili  ödəniş  vasitəsi  kimi  birbaşa  dollardan  istifadəyə  imkan 
yaratmaq olar. Azərbaycan Konstitusiyasının 3-cü Maddəsində o 
da  yazılır  ki,  Azərbaycan  xalqı  öz  hüquqları  və  mənafeləri  ilə 
bağlı  olan  hər  bir  məsələni  referendumla  həll  edə  bilər.  Bu 
məsələyə də baxıla bilər.  
 
Qeyd, Azərbaycan Respublikasının Mərkəzi Bankı PUL 
SİYASƏTİ İLƏ BAĞLI TERMİNLƏR hazırlayib.
1
 
 
 
Bu  məqalə  üzərində  işlənərkən  həmin  terminlər 
nəzərdən keçirilib.  
Azərbaycan  Mərkəzi  Bankının  tərtib  etdiyi  terminlər-
olduğu kimi: 
Dollarlaşma-Milli  valyutaya  paralel  olaraq  sərbəst  dönərli 
valyutanın  daxili  pul  tədavülündə  yer  almasdır.  Dollarlaşma 
səviyyəsini ölçmək üçün müxtəlif göstəricilərdən istifadə edilir. 
Belə  göstəriciyə  misal  olaraq  xarici  valyutada  əmanət  və 
                                                 
1
 http://www.cbar.az/assets/1294/pul_ siyaseti_ile_bagli_ terminler.pdf 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə