Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   15   16   17   18   19   20   21   22   ...   54

57 
 
depozitlərin  cəmi  əmanət  və  depozitlərdə  xüsusi  çəkisini 
göstərmək  olar.  Bu  göstərici  pulun  yığım  funksiyasının 
dollarlaşma  səviyyəsini  ölçməyə  imkan  verir.  Dollarlaşma 
əvəzinə bəzi hallarda valyuta əvəzləməsi terminindən də istifadə 
edilir.  
Dövriyyədə  olan  nağd  pullar-Mərkəzi  Bank  tərəfindən 
dövriyyəyə buraxılmış nağd pullardır. Buraya bank sistemindən 
kənarda olan nağd pulla yanaşı, Mərkəzi Bankın və kommersiya 
banklarının kassalarında olan nağd pullar da daxildir. 
Dezinflyasiya-Qiymətlərin artımı prosesini səngitmək üçün 
dövlət  tərəfindən  həyata  keçirilən  tədbirlər  sistemidir.  O 
cümlədən  Mərkəzi  Bankın  pul  siyasətinin  sərtləşdirilməsi 
dezinflyasiya tədbirlərinə aiddir. 
Deflyasiya- Qiymətlərin ümumi səviyyəsinin aşağı düşməsi 
(inflyasiyanın  əks  prosesi)  və  nəticədə  pulun  dəyərinin  artması 
prosesidir. 
Devalvasiya  -Milli  valyutanın  xarici  valyutaya  nəzərən 
məzənnəsinin ucuzlaşdırılmasıdır. 
İstehlak Qiymətləri İndeksi (İQİ)-Müəyyən vaxt intervalı 
çərçivəsində  əhali  tərəfindən  qeyri-istehsal  məqsədilə  istehlak 
edilən  mal  və  xidmətlərin  qiymətlərinin  ümumi  səviyyəsinin 
dəyişməsini  xarakterizə  edən  indeksdir.  Buraya  bütün  zəruri 
tələbat  malları  (ərzaq  və  qeyri-ərzaq)  və  xidmətləri  daxil  edilir. 
Hər bir mal və xidmətin bu indeks əsasında formalaşan səbətdə 
öz  xüsusi  çəkisi  vardır  və  ayrı-ayrı  komponentlərin  qiymət 
dəyişməsi  bu  çəkilərə 
uyğun  olaraq  yekun  indeksin 
formalaşmasında iştirak edir. İstehlak Qiymətləri İndeksi Dövlət 
Statistika Komitəsi tərəfindən hesablanır. 
Monetizasiya  -İqtisadiyyatın  pulla  təminatı  səviyyəsini 
xarakterizə  edən  göstəriciləri  özündə  ehtiva  edir.  Məsələn,  pul 
kütləsinin  ÜDM-də  xüsusi  çəkisi  iqtisadiyyatın  monetizasiya 
səviyyəsinin göstəricisidir.  
Pul  kütləsinin  hədəflənməsi-Mərkəzi  Bank  tərəfindən  pul 
kütləsinin  həcminin  tənzimlənməsini  nəzərdə  tutan  pul  siyasəti 


58 
 
rejimidir.  Bu  zaman  Mərkəzi  Bankın  fəaliyyəti  pul  kütləsinin 
dəyişimi üzrə hədəfə nail olunmasına yönəldilir. 
Revalvasiya- 
Milli  valyutanın  məzənnəsinin  xarici 
valyutaya nəzərən bahalaşması prosesidir. 
Pul  multiplikatoru-İqtisadiyyatın,  xüsusilə  də  bank 
sisteminin  pul  yaratmaq  qabiliyyətini  xarakterizə  edir  və  geniş 
mənada  pul  kütləsinin  (M2)  manatla  pul  bazasına  nisbəti  kimi 
hesablanır. 
Sterilizasiya  əməliyyatları-Artmış  pul  kütləsinin  inflyasya 
potensiala  malik  izafi  hissəsinin  dövriyyədən  çıxarılmasına 
yönəldilmiş 
əməliyyatlara  Mərkəzi  Bankın  sterilizasiya 
əməliyyatları  deyilir.  Bununla  belə  xarici  valyuta  bazarında 
revalvasiya 
təhlükəsi 
yaradan  artıq  təklifin  alınması 
əməliyyatlarını  xarakterizə  etmək  üçün  də  sterilizasiya 
terminindən istifadə edilir. 
Tədiyə  Balansı-Tədiyə  balansı  ölkənin  beynəlxalq  iqtisadi 
əlaqələrinin  mədaxil  və  məxaric  formasında  valyuta  ilə  ifadə 
olunmuş  dəyəridir.  Başqa  sözlə,  tədiyə  balansı  beynəlxalq 
iqtisadi  əməliyyatların  həyata  keçirilməsi  nəticəsində  milli 
iqtisadiyyata  daxil  olan  və  xaricə  çıxarılan  valyuta  vəsaitləri 
arasında nisbəti müəyyən edir.  
SVOP 
(məzənnə 
SVOP-u) 
-Məzənnə 
riskindən 
sığortalanmaq  məqsədilə  müəyyən  müddətdən  sonra  yenidən 
əksinə  mübadilə  edilməsi  şərtilə  milli  valyutanın  xarici 
valyutaya mübadilə edilməsi. 
Təsbit 
edilmiş 
valyuta 
məzənnəsi-Ölkənin 
milli 
valyutasının  sərbəst  dönərli  xarici  valyutaya  qarşı  dəyişməz 
saxlanılması  nəzərdə  tutulur.  Yəni  təsbit  edilmiş  məzənnənin 
xüsusiyyəti  ondan  ibarətdir  ki,  o  kifayət  qədər  uzun  müddət 
ərzində (aylar və ya illər) sabit qalır . Məzənnəni sabit saxlamaq 
üçün  Mərkəzi  Bank  valyuta  bazarında  tələb  və  təklifə  təsir 
göstərmək üçün aktiv alış-satış əməliyyatları aparır. 
Valyuta 
müdaxiləsi 
-Milli 
valyutanın  məzənnəsini 
tənzimləmək  məqsədilə  Mərkəzi  Bank  tərəfindən  valyuta 
bazarında  həyata  keçirilən  xarici  valyutanın  alqı-satqısı 


59 
 
əməliyyatıdır.  Mərkəzi  Bank  valyuta  bazarında  satışlar  həyata 
keçirərkən özünün xarici valyuta ehtiyatlarından istifadə edir. 
Valyuta  səbəti  -Müəyyən  miqdarda  götürülən  xarici 
valyutaların  toplusudur.  Valyuta  səbəti  məzənnə  siyasətinin 
həyata  keçirilməsində  istifadə  olunur.  Bu  zaman  Mərkəzi  Bank 
milli valyutanın hər hansı bir xarici valyutaya qarşı deyil, səbətə 
daxil  olan  bir  neçə  valyutaya  qarşı  orta  çəkili  məzənnəsini 
tənzimləməyə çalışır. 
 
Siyasətin tətbiqinin əhəmiyyəti: 
 
-Birincisi,  ölkə  iqtisadiyyatında milli  pul  vahidi  (manat) ilə 
sərbəst dönərli məzmuna malik olan beynəlxalq pul vahidi (ABŞ 
dolları)  arasında  yaşanmaqda  olan  çaşqınlıq,  tənzimləmə 
sahəsində 
yarana 
bilən 
disbalanslılıq, 
uyğunlaşdırma 
proseslərində olan çətinliklər, risqlər aradan qalxar və dualistik 
formalı  valyuta  siyasətinin  tətbiqi  monomoney  siyasəti  (digər 
ölkələrin valyutalarını əlavə etməsək) ilə tamamalanar;  
-Ölkə  daxilində  ABŞ  dolları  ilə  nəğd  və  digər  yolla  həyata 
keçirilən ödəniş və alqı-satqı hesabına dövriyyədə olan nağd pul 
(burada beynəlxalq valyutadan söhbət gedir) çatışmazlığı aradan 
qalxar; 
-Azərbaycana  mal  almaq  üçün  üz  tutan  şəxslər  (fiziki  və 
hüquqi)  ölkə  bazarında  birbaşa  dollar  xərcləyərlər  ki,  bu  da 
nəticədə  bazarda  və  insanlarda  (satıcılarda)  beynəlxalq  valyuta 
olan dolların artmasına gətirib çıxarar; 
-xarici ölkə alıcılarının milli bazarda sərbəst mal almalarına 
kömək edər; 
-xarici  ölkə  vətəndaşlarının  daxildə  xidmətlər  üçün  birbaşa 
beynəlxalq valyutadan istifadəsinə gətirib çıxarar; 
-Azərbaycana xarici ölkələrdən gətirilən və dollarla alınmış 
olan  məhsullar  bazarda  elə  birbaşa  dollarla  da  satılar.  Xarici 
ölkələrdən  mal  gətirən  fiziki  və  hüquqi  şəxslər  isə  həmin 
ölkələrdən  mal  almaq  üçün  Azərbaycanda  əldə  etdikləri 
qazancları  elə  birbaşa  xarici  ölkələrdə  istifadə  etmək  imkanları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə