Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   2   3   4   5   6   7   8   9   ...   54


 
etmiş  olurlar.  Davranış  və  əxlaq  normaları  da  cəmiyyətdə 
mövcud olur. İnsanlar əxlaq normalarını yaratmaqla dövlətdə və 
cəmiyyətdə  yaşayış qaydalarını təmin etmiş olurlar. Bu  yaşayış 
qaydaları  həm  adət-ənənə  ilə,  həm  də  hüquq  normaları  ilə 
müəyyən  edilir.  Cəmiyyətdə  əxlaq  qaydaları  ilə  şəxsiyyətlər 
yetişir.  
Cəmiyyət  və  dövlət  ruh  azadlığı  məkanlarıdırlar.  Fərdin 
ruhu  onun  əməli  və  fəaliyyəti  ilə  azad  olur,  sərbəstləşir.  İnsan 
özünüdərk  mərhələlərini  adladıqca,  yetişkənlik  proseslərinin 
müəyyən  nöqtələrini,  birləşmələrini  keçdikcə  öz  ruhunu 
zənginləşdirir, gücləndirir və buna görə də möhkəmlədir və azad 
fenomenə  çevirir.  Azad  ruh  möhkəmləndikcə  özünə  sərhədlər 
yaradır. Digər tərəfdən də sərhədlərini genişləndirir.  
Cəmiyyətdə, dünyada və dövlətdə baş verən bütün hadisələr 
informasiya  toplusundan  ibarət  olur.  Bu  informasiya  toplusu 
həm cəmiyyətin və dövlətin ruhunun tərkibini zəngin edir, həm 
də  nəticələr  çıxarmağa  imkanlar  yaradır.  Ruh  azadlığı  və 
sərbəstliyi  bir  dəyərdir.  Ruh  azadlığı  hadisələrdən  ibarətdir. 
Hadisələr  və  onlara  olan  münasibətlər  sərbəst  məzmunlu  və 
müəyyən həcmli, müəyyən miqyaslı münasibətlər ruh azadlığını 
meydana gətirir. Hadisələrə münasibət bildirmək, mövqe ortaya 
qoymaq  bir  insani  münasibətdir,  insani  əməldir.  Həm 
hadisələrdə  iştirak  etmək,  həm  də  hadisələrə  münasibət 
bildirmək  və  mövqe  ortaya  qoymaq  cəmiyyətin  avanqard 
qüvvələrinin işidir. Həm də məsuliyyət və öhdəliyidir.  
Cəmiyyətdə  hər  bir  kəsin  (burada  təbii  ki,  müəyyən  yaş 
dövrü  kriteriyası  mühüm  rol  oynayır)  vəzifəsi,  öhdəliyi  və 
məsuliyyəti var. Bu amillər şəxsin özünüdərketməsinə yardımçı 
olur.  Alimlər bilik daşıyıcılarıdırlar.  Onlar həm bir istiqamətdə, 
həm  də  çoxlu  sayda  istiqamətdə  fikir  bildirmək  vəzifələrinə 
sahib  olurlar.  Alimlər,  filosoflar  biliklərin  nisbətən  yuxarı 
həddini  meydana  gətirənlərdir.  Onların  bilikləri  həm  kənardan 
qavrama, həm də daxildən emal etmə sayəsində meydana gəlir. 
Bu vəhdət, nəzəriyyə (daxildən gələn və kənardan, ətrafdan daxil 



 
olan)  və  təcrübə  (aydınlıqdan  və  nəticələrdən  meydana  gəlmə) 
biliklərin  ortaya  çıxmasına  səbəb  olur.  Filosof,  alim  və  digər 
mütəxəssislər,  bilik  daşıyıcıları  və  yaradıcıları  bilikləri  həm 
müşahidələr,  həm  də  hadisələrin  qavranılması  ilə  meydana 
gətirirlər.  Biliklər  aydın  olan  və  aydınlaşdırılan,  qeyri-
müəyyənlikdən  müəyyənliyə  keçidlər  zamanı  məlumatları 
sistemləşdirmədən  ortaya  çıxır.  Ayrı-ayrı  bilik  sahələri  konkret 
müstəvilərdən formalaşır.  
Hər  bir  şəxs  öz  fikirlərində,  düşüncələrində  azaddır,  lakin 
cəmiyyətin  aparıcı  bilik  qüvvələri  və  fikir  daşıyıcıları,  düşüncə 
sahibləri olan jurnalistlər, müxbirlər, ədəbiyyatçılar, o cümlədən 
yazıçılar  və  şairlər,  müəllimlər,  incəsənət  və  mədəniyyət 
nümayəndələri, 
həkimlər, 
sosioloqlar, 
siyasətşünaslar, 
siyasətçilər, vəkillər, tələbələr, elm adamları və bu qəbildən olan 
digər şəxslər ruh azadlıqlarına, sərbəst hərəkət azadlıqlarına, tam 
sərbəst fikir məkanlarına (ancaq sərhədli) sahibdirlər. Onlar bilik 
daşıyıcıları olaraq cəmiyyətdə və dövlətdə baş verən proseslərə 
sərbəst  münasibət  bildirmək  haqqına  malikdirlər.  Bu  şəxslər 
dövlət  və  cəmiyyətin  inkişafı  naminə  yeni  ideyalar  vermək, 
təşəbbüslər irəli sürmək hüquqları daşıyıcılarıdırlar. Belə şəxslər 
cəmiyyəti  və  dövlətin  fəaliyyətini,  hakimiyyət  strukturlarının 
fəaliyyətini  daima  öz  imkanları  daxilində  ictimai  nəzarətdə 
saxlamalıdırlar  və  ümumi  ictimai  müşahidəni  aparmalıdırlar. 
İctimiaiyyət  nümayəndələri  olan  bu  şəxslər  həm  təmsil 
olunduqları  təşkilatlarda  yeni  ideyalarla  çıxış  etməlidirlər,  həm 
də  öz  təşkiatlarından  kənarda  öz  imzaları  ilə  hadisələrə 
münasibət bildirməli və vətəndaş mövqeyi ortaya qoymalıdırlar. 
Ümumən  şaxələndirici  fəaliyyət  ortaya  qoymalıdırlar.  Bir  daha 
qeyd  etmək  yerinə  düşər  ki,  bu  kimi  şəxslərin  fəaliyyəti  həm 
konkret  (məsələn,  iş  yerlərində)  məkanlarda  mövcud  olmalı, 
həm  də  universal  məzmuna  malik  olmaqla,  iş  yerlərini  qırağa 
çıxmalıdır. Məsələn, alimin biliyini iş yeri ilə, bir institut və ali 
məktəblə  məhdudlaşdırmaq  olmaz.  Alim  öz  biliyini  bəşəri 
etməlidir.  Asılı  olmayan  mövqe  ortaya  qoymalıdır.  Eləcə  də 



 
bacardığı  qədər  baş  verən  proseslərə  şaxəli  münassibət 
bildirməlidir.  
İctimaiyyət  nümayəndələrinin  dövlət  məmurlarından  fərqi 
onların  fikir  sahəsində  daha  geniş  şəkildə  mövcud  olan 
fəaliyyətlərindədir. 
Dövlət 
məmurunun 
(funksionerinin) 
mövqeyi  dövlətin  mövqeyi  hesab  olunur.  İctimaiyyət 
nümayəndələrini isə bu kateqoriyaya aid etmək olmaz. 
Alimin vəzifəsi universal və məxsusi məzmunludur. Alim o 
qədər  operativ  düşüncə  sahibi  olmalıdır  ki,  universallıqdan 
məxsusiliyə  və  əksinə  keçidləri  tez  etməlidir.  Alim  prosesləri 
duymaq,  zamanın  nəbzini  məntiqli  tutmaq  qabiliyyətinə  malik 
olmalıdır.  Hadisələrə  biganəlik  və  qeyri-obyektivlik,  qərəzlilik 
alim  zəifliyinin  nəticəsi  hesab  olunmalıdır.  Alim  adı  əməllə, 
fəaliyyətlə  özünü  sübuta  yetirməli  və  alimin  zehni  sosial-rifahı, 
humanizmi özünə obyekt kimi seçməlidir. Alim öz şərəfli adını 
praktiki əməli ilə sintez etməlidir.  
Alimin  cəmiyyətin  bir  nümayəndəsi  olaraq,  dövlətdə  və 
cəmiyyətdə  vəzifə  və  funksiyaları  aşağıdakılardan  ibarət 
olmalıdır: 
-ölkədə  və  dünyada  baş  verən  hadisələri  izləməli, 
müşahidələr  aparmalı,  yeni  bilikləri  qazanmalı,  yeni  biliklərlə 
tanış  olmalı  və  öz  daxilində  emal  etməli  və  nəticələr  ortaya 
qoymalıdır; 
-alim  axtarışlar  üzərində  həyatını  qurmalı  və  amallarını 
bəşəri dəyərlərin qazanılmasına yönəltməlidir; 
-imkanları daxilində sintezlərdən yeni analizlər yaratmalı və 
yeni yollar, istiqamətlər müəyyən etməlidir; 
-öz  düşüncəsində  ardıcıllığı  təmin  etməli  və  bu  düşüncə 
müstəvisini şaquli və üfiqi vəziyyətdə genişləndirməlidir; 
-düşüncə obyektlərini dəyişkən etməli və tövsiyələri sistemli 
olmalıdır; 
-alim  bir  tərəfdən  öz  məkanında,  öz  istiqamətində  (buna 
lokal  deyək),  digər  tərəfdən  isə  geniş  istiqamətdə  fəaliyyət 
göstərməlidir, yeni biliklər ortaya çıxarmalıdır; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə