Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   16   17   18   19   20   21   22   23   ...   54

60 
 
əldə  edərlər.  Burada  artıq  dollar  almaq  üçün  valyuta 
mübadiləsinə ehtiyac qalmaz; 
-Mərkəzi  Bankın  daxili  valyuta  bazarinda  valyuta 
tənzimlənməsi üçün valyuta müdaxiləsini həyata keçirməsinə və 
əlavə beynəlxalq valyuta buraxmasına ehtiyac qalmaz; 
-Mərkəzi  Bankın  Valyuta  səbətində  dolların  məzənnəsinin 
tətbiqinin  aradan  qaldırılması  və  inflyasiya  risqlərinin 
azaldılması təmin olunar; 
-Təsbit edilmiş valyuta məzənnəsi siyasəti həyata keçirilməz 
və  Mərkəzi  Bankın  bazarda  sürətləndirilmiş  şəkildə  sərbəst 
dönərli valyutanın alqısına və satqısına ehtiyac qalmaz; 
-Məzənnə  risqlərinin  qarşısı  alınar  və  məzənnə  SVOP-u 
tətbiq olunmaz (dollarla əlaqəli məsələlərdə); 
-Milli  iqtisadiyyata  daxil  olan  və  ölkədən  çıxarılan  valyuta 
məbləğı  arasında  (tədiyə  balansı)  balans  qorunar  və  bu  balans 
daha  çox  cəmiyyət  hesabına,  fiziki  və  hüquqi  şəxslərin  birbaşa 
gücləri  hesabına  həyata  keçirilər.  Birbaşa  güc  o  deməkdir  ki, 
fiziki və hüquqi şəxslər  valyutanı ölkəyə özləri  gətirib, ölkədən 
də əhalidən birbaşa qazanc yolu ilə əldə edilən vəsaitlər hesabına 
özləri  də  çıxarırlar.  Burada  məzənnəyə,  valyuta  mübadiləsinə 
artıq ehtiyac qalmır;  
-Mərkəzi  Bankın  revalvasiyanın  qarşısını  almağa  və 
sterilizasiya  (pul  kütləsinin  inflyasiyaya  səbəb  ola  biləcək  izafi 
hissəsinin dövriyyədən çıxarılması) siyasətinin tətbiqinə ehtiyac 
qalmaz ; 
-lazım  olan  anlarda,  dollar  çatışmazlığında  dövlət  əhalidən 
yığmaq  üçün  bazanın  mövcudluğu-əhalinin  dövlət  üçün  dayaq 
rolunu oynamasının həyata keçirilməsi; 
-milli  pul  vahidlərinin  çapı  üçün  əlavə  xərclərdən  azad 
olunma və s. 
 
Siyasətin mənfi tərəfləri: 
 
Mərkəzi Bank və digər banklar dollar alqı -satıqısından pul 
qazanmaya bilərlər. Mübadilə zamanı pul səbətində dolların yeri 
olmaya bilər 


61 
 
Siyasətin həyata keçirilməsi yolları 
 
Məlumdur  ki,  Azərbaycan  iqtisadiyyatı  baza  etibarilə  neft 
sənayesi  üzərində  qurulub  və  gəlirlərin  çox  hissəsi  də  neft  və 
qazın beynəlxalq valyutaya çevrilməsindən əldə olunur. Fondlar 
və  dövlət  büdcəsi  də  özünün  əsas  kütləsini  bu  mənbədən 
götürür. Ölkəyə baza valyuta ehtiyatları da xariclə olan alqı-satqı 
əməliyatlarından və bankların əhali ilə həyata keçirdiyi valyuta 
mübadiləsindən  daxil  olur.  Eyni  zamanda  pul  göndərişlərindən 
formalaşır.  İnsanların  özləri  də  dövlətin  valyuta  ehtiyatları  ilə 
təmin edilməsində qismən iştirak edirlər.  
Birinci  mərhələdə  manata  paralel  şəkildə  ABŞ  dollarını 
ödəniş  vasitəsi  kimi  birbaşa  bazara  daxil  etmək-bu 
istiqamətdə  əsasən  “100”  dollarlıq,  “50”  və  “20”  və  “10” 
dollarlıq  əskinasların  birbaşa  ödəniş  vasitəsi  kimi  tətbiqini 
təmin etmək. Kursu isə manatla eyni məbləğdə götürmək; 
Növbəti  mərhələ  olaraq,  həm  də  prosesin  davamı  kimi 
manatı  tədricən  tədavüldən  çıxararaq,  qiymətli  kağız  kimi 
ehtiyatda  saxlamaq.  Dəyərli  kağıza  çevirmək  və  lazımi 
anlarda  –pul  çatışmazlığı  zamanı  təkrar  olaraq  dollara 
ekvivalent dəyərlə bazara buraxmaq. 
İlkin mərhələdə əhaliyə əmək haqlarının, təqaüdlərin və 
digər  dövlət  ödənişlərinin  (məsələn,  mükafatların)  dollarla 
verilməsi və manata paralel şəkildə bazarda işləməsini təmin 
etmək olar.  
Manatı  isə  bir  növ  “donmuş  valyuta”  kimi  saxlamaq 
lazımdır.  Manatı  tədavüldə  pul  çatışmazlığını  aradan 
qaldıran  vasitə  kimi  ehtiyatda  saxlamaq  və  lazımi  anlarda 
dövriyyəyə buraxmaq lazm olar.  
 
Dolların  tədavülünü  təşkil  edə  biləcək  valyuta  mənbələri: 
xaricə  satılan  mallar,  xarici  şirkətlərin  sərmayələri,  bonuslar, 
vergilərin  dollarla  ödənilməsi;  xarici  ölkələrin  alıcıları  üçün 
“dollarla alqı-satqı bazarı” və s.  


62 
 
Hakmiyyətin xarizması 
 
Dövlət  özü  bir  dəyərdir.  Dövləti  təmsil  edən  və  xalqın 
adından  çıxış  edən  hakimiyyət  də  bir  dəyərdir.  Xarizma  dəyər 
anlayışıdır. O mənada reallaşır ki, müsbət keyfiyyətlər şəxslərdə 
və  tərəflərdə  cəmləşsin  və  təsirlər  müvafiq  istiqamətlərə 
yönləndirilsin.  Xarizma  qorxu,  depressiya  vəziyyəti  yox,  rəvan 
mühit  şəraiti  zamanı  daha  real  dəyərə  çevrilir.  Bu  keyfiyyət 
özündə  həm  də  mühafizəkarlıq  və  nüfuz  üçün  müəyyən  təsirli 
vəziyyətləri də cəmləşdirir.  
Xarizma  yunancadan  Allah  vergisi,  Tanrının  bəxş  etdiyi 
istedad  kimi  qəbul  olunur.  Xarizma  bir  məfhum  kimi  özündə 
şəxsin  istedadını,  intellektual  səviyyəsini  əks  etdirir.  Dini-
mənəvi  keyfiyyətlərin  məcmusunu  yaradır.  Xarizma  ideal 
keyfiyyətlərin  vəhdətini  bir  şəxsdə  və  ya  tərəfdə  cəmləyir. 
Xarizma şəxsin həyat kredosunu, yəni əqidəsini əks etdirir.  
Xarizma  müdrikliyə  yaxın  olan,  müdrikliyin  özü  olan  və 
şəxsin  güclü  enerjisinə  malik  olan  bir  keyfiyyətdir. 
Xarizmatiklik  dəyərlərin  mübadiləsi  zamanı  özünün  əsas 
xüsusiyyətlərini,  tərkibini  əks  etdirir.  Bu  keyfiyyət  özündə 
mənəvi-əxlaqi  dəyərləri  cəmləşdirir.  Xarizma  ona  xas  olan 
tərəfdə bərkliyi, dönməzliyi, iradə möhkəmliyini, əqidə saflığını 
yaradır. 
Xarizma  ideal  və  nadir  keyfiyyətləri,  seçilən  keyfiyyətləri 
bir şəxsdə və ya da tərəfdə cəmləşdirən ümumi bir məfhumdur. 
Həm  də  konseptual  əhəmiyyətə  malikdir.  Özndə  mənəvi 
idealların  məcmusunu  yaradır.  Hakimiyyət  də  bir  tərəfdir. 
Hakimiyyətin  xarizmatik  keyfiyyətləri  ona  rəhbərlik  edən 
şəxslərdən,  hakimiyyətin  gücündən,  idarəçilik  potensialından 
asılıdır.  Hakimiyyət  bir  tərəf  kimi  cəmiyyət  üzərində  müəyyən 
səviyyədə  ideal  idarəçiliyi  təmin  edirsə,  onda  həmin 
hakimiyyətdə  xarizma  güclənir.  Hakimiyyətin  xarizması  onun 
vəzifə  və  funksiyaları,  öhdəliyi  ilə  müəyyən  olunur. 
Hakimiyyətdə mövcud olan xarizmatiklik ideal-praktik dövlətin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə