Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   17   18   19   20   21   22   23   24   ...   54

63 
 
mahiyyətini  formalaşdırır.  Hakimiyyətin  xarizması  xarakterik 
keyfiyyət  olaraq  onun  elitasında  daha  çox  cəmləşir.  Bu  özündə 
liderlik  keyfiyyətlərini  toparlayır.  Hakimiyyətdə  olan  liderlik 
qabiliyyəti,  həm  də  müsbət  keyfiyyətlər  həmin  hakimiyyətin 
cəmiyyət  üzərində,  xalq  üzərində  təsirlərini  ortaya  qoyur. 
Dövlətin  özünün  güclü  olması  belə  dövlətin  daxildə  və 
beynəlxalq aləmdə xarizmasını gücləndirir.  
Xarizma  və  məharətli  liderlik  qabiliyyəti,  bu  baxımdan 
mətinli,  səbatlı  olmaq,  ədalətli  rəhbərlik,  ətrafa  təsirlər  edə 
bilmək  imkanlarına  malik  olmaq  mühüm  şərtləndirici  və 
birləşdirici  kriteriya  kimi  bütövləşir.  Xarizmatiklik  özündə 
ədaləti, saflığı, bundan yaranan ucalığı əks etdirir. Şəxsiyyət və 
dahilik,  yüksək  liderlik  keyfiyyətləri  ətrafa  təsir  etmək 
imkanlarını yaradır. 
Nizamlı  olmaq,  qanun  və  qaydalarla  həyat  sürmək 
xarizmanın  bazasında  qərarlaşan  xüsusiyyətlərdəndir.  Həyatı 
zamanla  və  dəyərlərlə  müəyyən  etmək  xarizmanın  əsas 
cəhətidir.  
Hakimiyyət  ayrı-ayrı  şəxslərdən  toplanan  bütövlükdən 
ibarətdir. Hakimiyyətin mənəvi saflığı onun xarizmasının yaradıcı 
ünsürü  rolunda  çıxış  edir.  Hakimiyyətin  xalq  üzərində  ədalətli 
idarəçiliyi onun cəmiyyətdə nüfuzunu yüksəkdə saxlayır. 
Hakimiyyət  təfəkkürdə  ümumiləşmiş  məfhum  kimi  qəbul 
olunur.  Bunun  əsas  özəlliyi  formaca  yığımdan  ibarət 
olmasındadır.  Hakimiyyət  tərəfdir  və  cəmiyyətin  üzərində  təsir 
imkanlarına  malikdir.  Bu  təsir  imkanları  onun  hüququndan 
yaranır.  Hakimiyyətin  hüquq  fəlsəfəsi,  idarəetmə  fəlsəfəsi  onun 
təsir imkanlarını gerçəkləşdirir.  
Hakmiyyətin 
xarizması 
onun 
cəmiyyətdə 
müsbət 
fəaliyyətindən  meydana  gəlir.  Resurslar  və  onlardan  səmərəli 
istifadə  hakimiyyətin  təsir  imkanlarını  böyüdür.  Xarizma 
hakimiyyətin əllərində olan resurslardan formalaşır. Hakimiyyət 
pozitiv  və  ideal-liberal  dövlət  qurmaq  məqsədilə  öz  əlində 


64 
 
resursları  cəmləşdirir  və  resurslar  ideyaların  praktik  olaraq 
reallaşmasına yönləndirilir. 
Dövlətin  xarizması  onun  vətəndaşları  üzərində  təsirində, 
eləcə  də  dövlətlər  arasında  əlaqələrdə  və  təsirlərdə  meydana 
gəlir.  Xarizma  dövlətin  müdafiəsinin  və  təhlükəsizliyinin 
zəmanətçisi kimi çıxış edir. Dövləti daxildən ona görə güclü edir 
ki,  hakimiyyət  özünü  əxlaqlı  davranan  tərəfə  çevirir.  Dövlətin 
xarizması  onun  xalqına  olan  münasibətindən  meydana  gəlir. 
Xalqla  birlik  və  resursların  səmərəli  istifadəsi  özü  xarizmanın 
əsaslarını  meydana  gətirir.  Hakimiyyətin  xarizması  özünü 
xalqdan  ayrı  görməkdə  və  bir  tərəfə  çəkilməkdə  yox,  xalqın 
içində olmaqda sübuta yertirir. Xalq da öz əməlləri ilə, öz seçimi 
vasitəsilə  xarizmatik  hakimiyyətin  formalaşmasını  təmin  edir. 
Xarizma ümumən məzmunda və bu baxımdan da əməldə büruzə 
verir.  Daxili  enerjinin  kəmiyyəti  ilə  müəyyən  oluna  bilər. 
Xarizma daxili standartlar prinsipi ilə formalaşır.  
Hakmiyyətin  xarizmatik  xüsusiyyətləri  hansı  hallarda 
büruzə verir: 
-hakimiyyətin 
xarizması  ilk  növbədə  dövlətçiliyin 
maksimum  imkanlarla  təşkil  olunmasındadır-dövlətçilik  üçün 
lazım  olan  standart  normaların-subyektlərin  və  proseslərin 
mövcudluğundadır. 
Bu 
standartların 
tətbiqində 
və 
işləməsindədir. Standartlar öz lazımi tərkibi ilə işə düşərkən və 
yaranarkən  dövlətin  cəmiyyət  üzərində  təsirləri  artmış  olur. 
Çünki 
tərkib 
elementlər 
haradasa 
müəyyən 
prosesləri 
yönləndirmək üçün kifayət edir; 
-hakimiyyətin  xarizması  hakimiyyətin  dövlət  idarəçiliyini 
məharətlə  təşkil  etməsidir  və  cəmiyyətin  tələblərinə  yüksək 
səviyyədə  cavab  verməsidir-hakimiyyətin  xarizması  o  halda 
yaranır  ki,  idarəçilik  lazımi  səviyyədə  və  standartlar  ilə 
yönləndirilir.  İdarəetmə  prosesləri  idarəçilik  üçün  lazımi 
tərkibləri yaradır; 


65 
 
-hakimiyyətin xarizması hakimiyyətin cəmiyyət üzərində təsir 
imkanlarının  böyüklüyü  və  hadisələrin  istiqamətləndirilməsi 
məharətidir-burada  lazımi  tələblərə  cavab  verəcək  kadrların  və 
mütəxəssislərin yetişdirilməsi xüsusi önəm kəsb edir ; 
-hakimiyyətin 
xarizması 
onun 
dövlətin 
nüfuzunu 
artırmasıdır-nüfuz  artımı  beynəlxalq  münasibətlərdə  və  daxili 
siyasət  sahələrində  mövcud  olur.  Dövlətin  praqmatik  siyasəti 
onun  daxili  və  beynəlxalq  nüfuzunu  gücləndirir  və  hörmətini 
artırır. Hakimiyyətin özünə hörməti, öz üzərinə düşən vəzifə və 
öhdəliyi  lazımi  səviyyədə  yerinə  yertirə  bilmək  qabiliyyəti  və 
qabiliyyətin icrası onun xarizmasını cəmiyyətdə əks etdirir; 
-hakimiyyətin  xarizması  dövlət  siyasətini  müəyyən  edə 
biləcək  hüquq  normalarının  icrası  səviyyəsinin  yüksək 
olmasıdır; 
-hakimiyyətin  xarizması  hüquq  normalarına  yüksək 
səviyyədə əməl etməkdən ibarətdir; 
-hakimiyyətin  xarizması  cəmiyyət  üzərində  müxtəlif  təsir 
vasitələrinin yaranması və ondan məharətlə istifadə olunmasıdır; 
-hakimiyyətin xarizması onun pozitiv mahiyyətindədir; 
-hakimiyyətin  xarizması  onun  qanunvericilik  normalarına 
yüksək səviyyədə əməl etməsində büruzə verir; 
-hakimiyyətin  xarizmatik  xüsusiyyətləri  onun  resursları 
xalqın  mənafeyinə  yönləndirməsində  büruzə  verir  -dövlət  öz 
pozitiv mahiyyətini büruzə verir və gücünü və potensialını buna 
yönəldir; 
-hakimiyyətin  xarizması  xalq-dövlət  vəhdətini  yüksək 
səviyyədə təşkil və təmin etməsindədir; 
-hakimiyyətin  xarizması  dövlət-xalq  vəhdətini  təşkil  edən 
sistemdə mərkəzi harmonik vəziyyəti yaratması ilə büruzə verir. 
Bu  halda  dövlət  cəmiyyət  və  xalq  üçün  lazımi  tələbləri  yerinə 
yetirən tərəf kimi çıxış edir; 
-xarizma  hakimiyyətlə  xalq  arasında  inam  və  etibar 
körpüsünü  yaratmaq  üçün  hakimiyyətin  əməllərində  büruzə 
verən əxlaqi dəyər kimi çıxış edir; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə