Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.

səhifə22/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   54

66 
 
Hakimiyyətin xarizmatik xüsusiyyətləri müəyyən vasitələrlə 
büruzə  verir.  Burada  vasitələr  kimi  xarizmatik  keyfiyyətlərə 
malik  olan  liderlərin,  hakimiyyətdə  olan  siyasi  şəxslərin 
fəaliyyəti, o cümlədən mətbuatda, televiziyada, radioda və digər 
kütləvi  informasiya  vasitələrində  olan  çıxışları,  proqram 
xarakterli  nitqləri,  yönləndirici  fikirləri  mühüm  əhəmiyyət  kəsb 
edir.  Bu  çıxışlar,  nitqlər  cəmiyyət  axarına  təsir  edir,  müəyyən 
rezonans  doğurur.  Fəaliyyət  proqramları,  çıxışlar,  geniş 
məzmunlu  nitqlər  cəmiyyətdə  müzakirələrə  səbəb  olur  və 
nəticələr  çıxarılır.  Bu  nəticələr  cəmiyyətin  proseslərinin 
yönləndirilməsinə  öz  təsirlərini  göstərir,  həyat  axarlarını, 
cəmiyyət proseslərinin yönlərini dəyişdirmək iqtidarında olur.  
 
Terrorun psixi xüsusiyyətləri 
 
Hər  bir  hadisənin  öz  xarakteri  mövcuddur.  Hadisənin 
xarakteri  onun  tərkib  elementlərindən  və  tərkib  elementlərin 
hərəkət  xüsusiyyətlərindən,  məkanda  hərəkət  istiqamətlərindən 
meydana  gəlir.  Element  və  məkan,  elementlərin  məkanda 
hərəkəti  hadisələrin  forma  və  məzmununu  meydana  gətirir. 
Hərəkətin  istiqamətləri,  hərəkətlərin  edilməsi  məqsədləri 
özlüyündə  hərəkətin  xassələrini  ortaya  qoyur.  Hərəkətin 
müəyyən  edilməsi  və  təyin  edilməsi  məkanda  hərəkətlərin 
xassələrini  təzahür  etdirir.  Hər  bir  məkanda  təzahür  olunan 
hadisənin  və  beyində  obrazlanan  əlamətlərin  əsasları  elə 
xassələri  meydana  gətirir.  Qüvvələrin  tətbiqi  sayəsində  məkan 
üzərində  elementlərin  hərəkət  əsasları  formalaşır.  Hadisələrin 
xarakteri  onu  edənlərin,  törədənlərin  maraq  və  məqsədlərinə 
hədəflənir.  Bu  baxımdan  da  hərəkətlərdən  meydana  gəlir. 
Hadisələr  məcmusu  şəbəkəli  proseslərin  formalaşmasını  təmin 
edir. Hadisələr axarı özlüyündə həm yeni ideyaları yaradır, həm 
də yeni ideyaların icrası istiqamətlərinin əsaslarını ortaya qoyur. 
İnsanlar  (şəxslər,  fərdlər,  qruplar)  öz  məqsədlərini  əməllərinə 
immanent edirlər.  


67 
 
Hadisələr  ideyalardan  və  ideyalar  uğrunda  əməllərdən 
formalaşır  və  ideyaların  yerinə  yetirilməsi  üçün  məkanlarda 
mövcud  olan  aktlardan  ibarət  olur.  Aktlar  məcmusu  və 
məcmunun  ümumi  xarakteri  məhz  hadisələrin  cəm  xarakterini 
əmələ gətirir. Hadisələrin ardıcıl olaraq törədilməsi və təzahürü 
özlüyündə  obrazlanaraq  ideyalar  zəncirini  meydana  gətirir. 
İdeyalar bir şəxsin və ya da müəyyən bir qrupun ola bilir. Dövlət 
və  cəmiyyət  ideyası  ümumən  bütün  şəxslərindir.  Ola  bilir  ki, 
ideya  bir  şəxs  tərəfindən  irəli  sürülür,  sonra  isə  həmin  ideya 
cəmiyyətin  əksər  elementlərinin  əqidəsinə  çevrilir.  Subyektiv 
ideyalar  sonradan  obyektiv  ideyalar  məcmusuna  çevrilir. 
Məsələn,  terror  ideyası  və  bu  ideyadan  irəli  gələrək  terrorun 
tərkib elementlərinin formalaşması ideyası bir və ya da bir neçə 
şəxsin  fikir  və  düşüncə  məhsulu  olaraq  otaya  çıxır.  Terror 
ideyasının bazasında kin, küdurət hissləri, mənfur hallar dayanır. 
Terror ideyası özlüyündə qəzəbdən yaranır və qəzəbə də çevrilir. 
Bir  və  ya  da  bir  neçə  şəxsin  qəzəbi  onların  əməllərində  də 
büruzə verə bilir.  
İdeyalar uğrunda həyata keçirilən mübarizələrin də müxtəlif 
formaları  mövcud  olur.  İdeyalar  pozitiv  olanda  daha  çox  bu 
ideyaların  icrası  üçün  sivil  və  qanuni,  hamı  tərəfindən  normal 
olaraq qəbul olunmuş yollara əl atılır. Məsələn, qanun layihələri 
özlüyündə  yeni  ideyalar  məcmusundan  ibarətdir.  Bu  ideyaların 
qəbulu üçün sivil qaydada təşəbbüslər irəli sürülür. Mexanizmlər 
işə  düşür  və  təkliflər  və  müzakirələr  aparılır.  Həm  də  bu 
müzakirələr açıq şəkildə həyata keçirilir.  
Cəmiyyətlər  müəyyən  maraqları  olan  qruplardan  ibarətdir. 
Bu  qruplar  özlərinin  maraqlarını  təmin  etmək  üçün  qanuni  və 
qeyri-qanuni  yollara  əl  atırlar.  Qeyri-qanuni  yollar  cinayətə 
sürükləyən  aktlar  kimi  forma  və  məzmun  alır.  Cəmiyyət 
müxtəlif  siyasi  qruplardan  ibarət  olur.  Hər  bir  siyasi  qrupun  öz 
maraqları mövcuddur. Bu maraqların təmin olunmasının qanuni 
və  qeyri-qanuni  yolları  axtarılır.  Qeyri-qanuni  və  qeyri-sivil 
yollardan  biri  də  terrordur.  Terror  hadisələri  bir  qrupun  digər 


68 
 
qrupa,  həmçinin  bir  şəxsin  digər  bir  şəxsə  qarşı  cinayət 
xarakterli, qeyri-humanist  hərəkətləri ola bilir.  Terror hadisələri 
yönəlir:  dövlətə,  onun  dayaqlarını  sarsıtmağa,  strukturlarını 
dağıtmağa  və  şikəst  etməyə,  dövlətin  potensialını  zəiflətməyə; 
xalqa-onun genofonduna  zərbələr vurmağa, mədəniyyətə-xalqın 
mədəni  irsinə,  xalqın  özünüdərk  etmək  vasitəsi  kimi  mədəni 
yaradıcılıq  və  quruculuğuna  zərbələr  vurmağa;  cəmiyyətə-
cəmiyyətin aparıcı qüvvələrinə, avanqard elementi olan gənc və 
orta  nəslin  məhvinə;  səhiyyə  sahələrinə-xalqın  sağlamlığına 
zərbələr  vurmağa;  xalqın  dini  inanclarına  və  irsi  dini  adət-
ənənələrinə  zərbələr  vurmağa  və  s.  kimi  sahələrə  və 
istiqamətlərə.  
Terrorun miqyası mövcud olur və bu aktlar yerli (lokal) və 
beynəlxalq sahələri əhatə edir. Xalqa və dövlətə qarşı  yönəlmiş 
terror hadisələri öz miqyasına görə həm yerli, həm də beynəlxalq 
əhəmiyyətli  olur.  Hətta  terror  bütöv  bir  dünyaya  qarşı  olur. 
Terror  bütün  dünyanı  əhatə  edən  (bir  çox  ölkələrdə  mövcud 
olan) qlobal və regional, eləcə də milli xüsusiyyətlərə malikdir. 
Milli  xüsusiyyətlər  o  halda  olur  ki,  bir  xalqın  və  dövlətin 
içərisində öz nümayəndələri, milli ünsürlər qrup halında dövlətin 
və xalqın atributlarına, dövlət rəhbərinə və dövlət hakimiyyətinə 
qarşı cinayət aktları törədirlər. Silahlı basqınlara, sui-qəsdlərə əl 
atırlar.  Belə  qruplara  hakimiyyətə  də  dövlətə  qarşı  təzyiq 
qrupları kimi ad vermək olar.  
Qeyd  olunduğu  kimi,  terror  müəyyən  qruplar  tərəfindən 
həyata  keçirilən  cinayət  aktları  kimi  qəbul  olunur.  Terrorun 
iqtisadi,  siyasi  və  mədəni  xarakteri  mövcuddur.  Terror 
dövlətdaxili və dövlətlər arasında da ola bilər. 
Terrorun  məqsədləri  genişdir  və  bu  daha  çox  qlobal 
miqyasda siyasi məzmunludur. Siyasi terror xalqa, dövlətə qarşı 
yönələn xarakterlidir. Aktlar məcmusunu birləşdirir.  
Hər bir qrupun ideyası yaranır. İdeyaların yerinə yetirilməsi 
yolları  var.  Terror  ideyaların  yerinə  yetirilməsi  üçün  atılan 
müvafiq  qeyri-sivil  addımlardan  ibarətdir.  Terror  ideyalarının 




Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə