Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   19   20   21   22   23   24   25   26   ...   54

69 
 
qruplaşdırılması  terror  ideologiyasının  formalaşmasına  səbəb 
olur.  
Terrorun açıq və gizli aktları mövcud olur. Terroru törədən 
şəxs və ya da qrup öz niyyətini (hadisələrdən qabaq) açıq şəkildə 
bəyan  edir.  Terror  məsuliyyətini  öz  üzərinə  götürmək  təcrübəsi 
də  var.  Terror  təşkilatları  özlərinin  obyektləri  və  hədəfləri 
üzərlərində təsir imkanlarını genişləndirmək, qorxu və çaşqınlıq 
yaratmaq,  siyasi  depressiya  vəziyyətlərini  formalaşdırmaq 
məqsədilə  terror  hasiələrinin  məsuliyyətini  öz  üzərlərinə 
götürmək təcrübələrinə malik olurlar. Ola bilər ki, hadisələr heç 
də 
məsuliyyəti 
üzərinə 
götürən 
təşkilatlar 
tərəfindən 
törədilməsin. 
“Terror 
populizmi” 
terror 
hadisələrinin 
mənimsənilməsi hallarını meydana gətirir.  
Terrorda,  terrorun  yaranmasında  dini  aspektlər  də  mühüm 
rol oynayır. Müəyyən qruplar dindən istifadə edirlər və öz siyasi 
məqsədlərinə  çatmaq  yollarını  dini  ideyaların  istifadəsində  də 
görürlər.  Terroru  dini  inancların  reallaşması  vasitələri  kimi 
görürlər.  Terror  müəyyən  qrupun  məqsədə  çatmaq  üsuludur. 
Aktlar  toplusudur.  Terror  öz  xarakterinə  görə  destruktivdir. 
Sistemi  dağıdıcı  məzmunu  özündə  əks  etdirir.  Terror 
müharibələrdə  istifadə  olunur və  həmçinin münaqişələrdə  geniş 
tətbiq  edilir.  Terror  gizli  partizan  hərəkatlarının  tərkibi  kimi  də 
gizli törədilən aktlardan ibarət olur. 
Terrorun  formalaşmasında  ayrı-ayrı  şəxslərin  ideyaları 
önəmli  rol  oynayır.  Burada  cəmiyyətdə  tanınan  nüfuzlu 
şəxslərin, siyasətçilərin, dindarların, digər ideoloqların baxışları, 
bəyanatları və mövqeləri proqram xarakteri rolunu oynayır.  
 
Ümumiləşmiş  formada  belə  bir  mövqedən  çıxış  etmək 
olar: 
 
-gərginlik terrorun əsas psixi xüsusiyyətidir; 
-terrorun tərkib elementlərindən bir akt kimi terrorun xassəsi 
yaranır; 


70 
 
-terrorun xassəsi həm onun daxili elementlərindən meydana 
gəlir, həm də hadisələrin məzmunundan ortaya çıxır; 
-terror  psixi  vəziyyətləri  yaradır  və  psixi  təsirlərdən  öz 
xarakterini müəyyən edir; 
-terrorun forma və məzmunu onun xarakterini formalaşdıran 
elementlər kimi çıxış edir; 
-terrorun  xarakteri  onun  obyektə  və  hədəfə  olan  təsirindən 
meydana gəlir və s.  
 
Dövləti idarəetmə aparatı-biznes üçün kadr hazırlama  
mərkəzləri kimi 
  
İdarəçilik  özlüyündə  bir  tənzimləmə  aktıdır  və  tənzimləmə 
aktlarının  məcmusudur.  Dövlətin  idarəçiliyi  dövlətin  pozitiv 
mahiyyətindən, dövlətçilik məzmunundan irəli gələrək ali siyasi 
və  hüquqi  bir  proses  formasıdır.  Bu  proseslər  şaxələndirici 
məzmuna  malikdir.  Burada  olan  proseslər  şaxəli  olmaqla 
mərkəzi və yerli sahələri əhatə edir. Məzmunca həm də siyasi və 
inzibati  əsasları  ortaya  qoyur.  İdarəçilik  ümumən  siyasi, 
aparatdaxili isə inzibati məzmunlu və formalı olur.  
İdarəçilik  aparatı  dövlətin  ayrı-ayrı  sahələrini  tənzimləmək 
məqsədilə  ali,  mərkəzi  və  yerli  əsaslarla  olmaqla,  iyerarxik 
formanı almaqla,  mühüm  kompleks xarakter kəsb edir.  Dövləti 
idarəetmə  aparatı  dövlətin  mühüm  sahələrini  və  demək  olar  ki, 
bütün sahələrini tənzimləmək funksiyasını yerinə yetirir. Dövlət 
hakimiyyəti  özünün  mahiyyətini  yalnız  idarəçilikdə  təsdiqləyir. 
Bu yolla da özünü ifadə edir. Dövləti idarəetmə aparatı mərkəzi 
və  yerli  idarəetmə  sistemi  olaraq  dövlətin  bütün  strukturlarında 
tənzimləmə,  bu  baxımdan  normalara  və  qaydalara  salmaq 
funksiyasını  yerinə  yetirir.  Bu  tənzimləmə  də  öz  növbəsində 
vəhdəti meydana gətirir. Dövləti idarəetmə aparatı xalqla dövlət 
arasında əlaqələrin yaranmasını və bu baxımdan da dövlətlə xalq 
arasında  vəhdətin  formalaşmasını  təmin  edir.  İdarəçilik  xalqın 
özünü  tənzimləmə  funksiyasını  siyasi  mənada  ortaya  qoyur. 


71 
 
İdarəçilik  bütün  sahələr  üzrə  formaları  özündə  cəmləşdirir. 
İdarəçilik  bir  proses  olaraq  bağlayıcı  və  istiqamətləndirici 
məzmun  kəsb  edir.  İdarəçilik  həyatın  bütün  sahələrində  vahid 
kompozisiyanı yaradır və üzvi bağlılığı müəyyən edir. İdarəçilik 
komplekslərdən  ibarət  olan  sistemli  bir  prosesdir  və  formadır. 
İdarəçilik  bir  ümumiləşdirici  proses  olaraq  insanların  maddi, 
mənəvi  və  mədəni  maraqlarının  hüquqi-normativ  əsaslarını 
meydana  gətirir.  İdarəçilik  bir  fəaliyyət  sahəsi  kimi  daxilən 
özünü  tənzimləmək  funksiyasını  həyata  keçirir.  İdarəçilik 
insanların  bütün  sahələrində  olan  hüquqlarını  müəyyən  edən 
universal  kriteriya  kimi  təyin  olunur  və  cəmləşdirici  funksiya 
kəsb edir. İdarəçilik dövlətin iqtisadiyyatında olan sahələrin bir-
birinə  sıx  bağlılığını  meydana  gətirir.  Dövlət  iqtisadiyyatda 
mərkəzləşdirici funksiyanı və kompleksliliyi məhz öz idarəçiliyi 
ilə yerinə yetirir.  
Dövləti idarəetmə aparatı mərkəzi və yerli əsaslarla olmaqla 
şaxələnmə funksiyasını icra edir və bu baxımdan iqtisadiyyatın 
da  idarəolunmasını  əsas  şərt  kimi  qəbul  edir.  İqtisadiyyatın 
makro  və  mikro  formalarını  tənzimləmə  funksiyasını  yerinə 
yetirir.  İqtisadiyyatın  tənzim  olunması  onun  hüquqi  əsaslarla 
sistemləşdirilməsindən ibarətdir. Burada iqtisadiyyat (təsərrüfat) 
subyektləri arasında əlaqələrin simmetrik və harmonik məzmunu 
ifadə  olunur.  Hüquq  normaları  sistemi  dövlətin  iqtisadi 
sahələrini bir-birinə bağlayır. İqtisadiyyatla siyasət anlayışlarının 
vəhdətini  və  şərtləndirici  əsaslarını 
yaradır.  Həmçinin 
iqtisadiyyatla  siyasət  arasında  körpü  rolunu  ifadə  edir.  Hüquq 
normları  sistemi  dövlətin  iqtisadi  siyasətinin  mahiyyətini  əks 
etdirir  və  onun  forma  və  məzmununu  aşkarlayır.  İdarəçilik 
proseslərin  axarının  hər  bir  məqamda  və  məkanda  durumunu 
şərtləndirir.  
Dövlət  iqtisadiyyatdan  və  onun  üzərində  həyata  keçirilən 
siyasət sistemindən ibarətdir. İqtisadiyyat həm formaca, həm də 
məzmun etibarilə makro və mikro xassələrə malikdir. Siyasi və 
hüquqi  tənzimləmə  də  makro  və  mikro  əsasları  özündə  ehtiva 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə