Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   20   21   22   23   24   25   26   27   ...   54

72 
 
edir.  İqtisadiyyat  özü  də  siyasətlə,  hüquq  normaları  ilə  tənzim 
olunur.  Bu  baxımdan  münasibətlər  və  əlaqələr  normalarla, 
hüquq  normaları  ilə  tənzim  olunur.  Əlaqələr  və  münasibətlərin 
formaları,  məkanı  və  miqyası  hüquq  normaları  ilə  müəyyən 
edilir.  Hüquq  normaları  iqtisadiyyatda  əsas  istiqamətləndirici 
vasitə  və  istiqamət  kimi  funksiya  kəsb  edir.  Hüquq  normaları 
axar yaradır və proseslərin yönləndirilməsini təmin edir. Burada 
maraqlardan maraqlar yaranır, şəbəkələnmə meydana gəlir.  
Hər  bir  mütəxəssis,  ali  təhsilli  və  təcrübəli  şəxs  proseslərin 
axarını, hadisələrin  gedişatını ümumi şüur səviyyəsinə nisbətən 
daha da dərindən dərk etmək iqtidarında olur. Hadisələrə tərkib 
etibarilə  yüksək  qiymət  vermək  ali  təhsilli  şəxslərin  bilik  və 
bacarıqlarının  ifadəsi  olaraq  meydana  gəlir.  Yüksək  dərrakəli 
mütəxəssis prosesləri  yönləndirir və hadisələri istiqamətləndirir. 
Mütəxəssislərdə  keyfiyyət  və  bacarıqlar  önəm  kəsb  edir.  Bu, 
subyektiv  keyfiyyətlər  obyektiv  olaraq  iqtisadi  sahələrdə  tətbiq 
olunur. Mütəxəssislər və  kadrlar ixtisas tələb  edən sahələrdə və 
müvafiq  peşələrdə  çalışırlar.  Bu  sahələrin  yönləndirilməsi  ilə 
məşğul  olurlar.  Mütəxəssislər  aidiyyatı  strukturlarda  nəzəri 
biliklərin formalaşmasını təmin edirlər. İqtisadiyyat sahələri həm 
rəhbərlik 
(məsələn, 
menecment), 
həm 
də 
ixtisaslı 
mütəxəssislərin  fəaliyyətini  tələb  edən  sahələrdən  ibarətdir. 
Rəhbərlik  ümumi  və  xüsusi  sahələrdə  formalaşan  keyfiyyətləri 
özündə əks etdirən bir kriteriyaya çevrilir.  
Dövlətdə  və  cəmiyyətdə  kadrların  və  mütəxəssislərin 
yetişdirilməsi  zəruri  aspektləri  özündə  cəmləşdirir.  Dövlət 
idarəçiliyinin ardıcıl axar zərurəti idarəçilik mütəxəssislərinin də 
ardıcıl təminatı zərurətini meydana gətirir.  
Dövlətin  tarixi  mövcudluğu  zərurəti  və  gələcək  mövcudluq 
zərurəti  onu  deməyə  əsas  verir  ki,  dövləti  idarə  etmək  üçün 
lazımi  və  savadlı,  bilikli,  bacarıqlı  mütəxəssislərə  hər  zaman 
ehtiyac  duyulur.  Dövləti  idarəetmə  aparatlarının  təminat 
ardıcıllığlı,  kadr  təminatının  irsiliyi  zərurəti  onu  deməyə  əsas 
verir ki, mütəxəssislər ardıcıl qaydada hazırlansın. Kadr təminatı 


73 
 
məsələləri öz həllini yüksək hazırlıq mərhələlərinin təminatında 
əks  etdirir.  Yüksək  səviyyəli  kadr  təminatı  dövlətdə  kadrla 
təminat  ardıcıllığının  əsaslarını  meydana  gətirir.  İdarəçiliyin 
iyerarxik  pillələrində  kadrlar  arasında  əlaqələr  simmetriyası 
meydana gəlmiş olur.  
Dövlətdə dövlətə və özəl sahələrə məxsus olan kadr hazırlığı 
mərkəzləri  çoxluq  təşkil  edir.  Ali  məktəblərdən  tutmuş  ictimai-
siyasi  institutlara  qədər  bütün  subyektlər  bu  funksiyanı  təmin 
edirlər.  Kadr hazırlığı həm təhsil, həm  də təcrübə mərhələlərini 
əhatə edir.  
Kadrlar öz hərəkətləri ilə, həyata keçirilən siyasi və inzibati 
fəaliyyətləri və davranış kodeksləri ilə dövlət idarəçiliyinin  etik 
əsaslarını özündə ehtiva edirlər. 
Kadr  hazırlığı  mərhələləri  təbii  ki,  təhsil  və  təcrübə 
mərhələlərindən ibarət olur. Təhsil sahəsində orta, orta ixtisas və 
ali təhsil müəssisələri önəmli rol oynayır. Təcrübə məsələlərində 
isə  siyasətin  hazırlanması  və  həyata  keçirilməsi  subyektləri 
mühüm  fəaliyyət  göstərirlər.  Siyasətin  hazırlanması  və  icrası 
mərkəzləri  kadrların  təcrübələrdə  qazandıqları  potensiallarının 
icrası üçün önəmli mərkəzlər kimi əhəmiyyət kəsb edirlər.  
Biznes  sahələri  də  dövlətin  idarəçiliyi  üçün  mühüm 
sahələrdir.  Bu  sahələrdə  məqsədyönlü  idarəçilik  mövcuddur. 
Biznesin  idarəçiliyi  elə  iqtisadi  və  hüquqi  aspektləri  özündə 
ehtiva edir. Biznes sahələri də qanunvericilik əsasında idarəçilik 
məzmununu  özündə  əks  etdirir.  Biznes  korporasiyaları  geniş 
strukturlara malik olurlar. Bu strukturlar vahid mərkəzlərdən və 
yan mərkəzlərdən idarəçiliyi təşkil edirlər.  
Dövləti  idarəetmə  aparatları  böyük  təcrübə  mərkəzləridir. 
Bu  mərkəzlərdə  hazırlanan  mütəxəssislər  daha  da  səriştəli 
olurlar  və  dövlət  siyasətindən  məlumatlı  olurlar  və  praktiki 
olaraq dövlət siyasətinin icrası ilə məşğul olurlar. Dövlət siyasəti 
ilə  məşğul  olanlar  biznes  idarəçiliyindən  məlumatlı  olurlar  və 
dövlətin  iqtisadiyyat  sahələrində  hüquqlarını  tənzim  etməli 
olurlar.  Bu  baxımdan  da  dövlət  idarəçiliyi  biznesin  idarə 


74 
 
olunması  üçün  münasib  kadrların  yetişdirilməsini  həyata 
keçirmək iqtidarında olur.  
 Dövlət  idarəetmə  aparatlarının  başlıca  funksiyası  dövləti 
lazımi  kadrlarla  təmin  etməklə  bərabər,  dövlətin  inkişafının  alt 
bazası olan iqtisadiyyatın da idarəolunması üçün bu sahələri də 
lazımi  mütəxəssislərlə  təmin  etməkdən  ibarət  olmalıdır.  Dövlət 
idarəetmə  aparatları  həm  öz  tərkibini,  həm  də  biznes  sahələrini 
idarə etməklə məşğul olmalıdırlar.  
Bu  gün  demək  olar  ki,  dövləti  idarəetmə  mərkəzlərində 
məmurlar  çoxluq  təşkil  edir.  Bu  məmurların  intellektindən, 
potensialından  səmərəli  istifadə  oluna  bilmir.  Enerji 
potensialından yarımçıq istifadə olunur. Məmur sayının çoxluğu 
onu  deməyə  əsas  verir  ki,  bu  gün  həmin  məmurlar  biznesə, 
iqtisadiyyatın idarə olunması sahələrinə yönləndirilməlidir. 
İdarəçilikdə kadr təminatı proseslərinin axınları idarəçiliyin 
mühüm əhəmiyyətini və vacibliyini müəyyən edir.  
 
Dövlət  aparatında  çalışan  mütəxəssislərin,  iqtisadiyyat 
sahələrinə yönləndirilməsi siyasətinin müsbət tərəfləri nə ola 
bilər: 
 
-kadr  potensialının  ardıcıl  artımının  təmin  olunması-kadr 
axınları hesabına; 
-iqtisadiyyat  sahələri  üçün  kadr  təminatının  həyata 
keçirilməsi; 
-kadr  potensialının  gücləndirilməsi  və  dövriyyəsinin  təşkil 
edilməsi; 
-kadr  və  mütəxəssis  potensialından  səmərəli  və  keyfiyyətli 
şəkildə istifadə olunması; 
-biznesin  stimullaşdırılması  və  dövlətdə  sahələr  üzrə 
uyğunluq yaradılması; 
-dövləti  idarəetmə  kadrlarından  və  mütəxəssislərinin 
fəaliyyəti hesabına biznes və dövlət siyasətinin vəhdətinin təşkil 
olunması; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə