Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   21   22   23   24   25   26   27   28   ...   54

75 
 
-dövlətin biznesə marağının artması; 
-dövlətin  biznes  sahələri  üzərində  diqqət  və  qayğısının 
gücləndirlməsi; 
-dövlətin  iqtisadiyyatın  baza  sahələrinin  tənzimlənməsinə 
diqqətinin gücləndirilməsi
-biznesin 
idarəçiliyində 
səriştə 
və 
təcrübənin 
genişləndirilməsi, iqtisadi idarəçilik ruhunun formalaşdırılması; 
-biznesdə  (iqtisadiyyatda)  dövlət  idarəçiliyinin  və  hüquqi 
tənzimləmənin səmərəli şəkildə həyata keçirilməsi; 
-biznesə dövlət qayğısının gücləndirilməsi; 
-iqtisadiyyata  transfer  olunmuş  idarəçi  şəxslər  hesabına 
idarəçilik səriştəsinin gücləndirilməsi;  
-dövlət 
idarəçiliyində 
məmur 
sayının  çoxalmasının 
qarşısının alınması; 
-iqtisadiyyat sahəsində idarəçilik təşkilatçılığının artması; 
-idarəçilik ruhunun dövlət ruhu ilə vəhdət təşkil etməsi və s.  
 
Cəmiyyət-sivilizasiya və mədəniyyət məskəni kimi  
 
Çoxlarımıza məlumdur ki, sivilizasiya latın mənşəli sözdür, 
“vətəndaş”,  “mülki  əhali”,  “dövlət”,  “icma”  kimi  başa  düşülür. 
Mədəniyyət  (“cultura”)  sözü  isə  torpağı  əkib-becərmək 
mənasında işlədilib. Sonra isə sözün etimologiyasındakı mənası 
dəyişib  və  bütün  sahələrdə  yaradıcılığı,  quruculuğu,  dəyərlər 
əldə  etməni  ifadə  etməyə  başlayıb.  Şəhər  həyatının,  şəhər 
təsərrüfatının  qurulmasını  ifadə  edib.  “Mədəniyyət”  sözünün 
“cultura”  sözünə  uyğunluğu  ərəb  dili  ilə  bağlıdır.  Ərəbcə 
“mədəni”  sözü  “şəhərli”,  “oturaq  həyat  sürən”  deməkdir. 
Məsələn, Səudiyyə Ərəbistanında olan Mədinə şəhəri elə şəhərli 
(köçəri  həyatdan  şəhərə  keçid  prosesini  özündə  ehtiva  edən 
yaşayış forması) mənasını bildirir. 
Dövlətin  daxilində  mövcud  olan  yaşayış  məskənləri  tipləri, 
formaları:  şəhərlər,  qəsəbələr,  rayonlar,  kəndlər  elə  özündə 
cəmiyyəti  yaradır.  Cəmiyyət  mədəniyyətin  və  sivilizasiyanın 


76 
 
məskəninə 
çevrilir. 
Yaşayış 
məskənlərinin  müxtəlifliyi 
cəmiyyəti  təşkil  edən  vasitələrin,  elementlərin  müxtəlif 
məzmunundan meydana gəlir.  
Məlumdur  ki,  insanlar  bir  məkan  olaraq  cəmiyyətlərdə 
yaşayırlar.  Yaşam  tərzi  və  qaydaları,  yasaqları  və  bunlardan 
meydana  gələn  qanunlar  cəmiyyət  əlaqələrinin  sistemləşməsinə 
və  strukturlaşmasına  da  səbəb  olur.  Cəmiyyət  daxilən 
sərhədlərdən,  toplaşan  elementlərin  məkanlarından  və  ara 
məsafələrindən  ibarət  olan  bir  kompozisiyadır.  Cəmiyyət  öz 
daxili  rəngarəngliyi  ilə  təzadlardan  və  simmetrik  məqamlardan, 
harmonik  forma  və  məzmunlardan  ibarətdir.  Proseslər  paralelli 
və  kəsişməli,  toqquşmalı  xarakterlidir.  İnsan  fərd  olaraq 
cəmiyyətdə  kollektivin  tərkibinə  çevrilmək  məcburiyyəti  və 
zərurəti ilə üzləşir. Burada insanların toplum müstəvisinin aktiv 
tərkibinə  çevrilməsi  də  istək  və  arzunu  ifadə  edir.  İnsanlar  öz 
iradə  və  düşüncələri  ilə  cəmiyyətin  tərkibinə  çevrilirlər.  Çünki 
dəyərləri elə bu məkandan əldə edirlər. İnsanlar cəmiyyətlə fərdi 
qaydada  harmonik  əlaqələrdə  olurlar.  Bu  harmoniya  cəmiyyət-
insan  vəhdətinin  və  insanın  cəmiyyətdə  özünüdərk  məqamının 
formalaşmasına  səbəb  olur.  Deməli,  cəmiyyət  onun  bütün 
üzvləri üçün fərdi dəyər verən və tərkibi hissələrdən ibarət olan 
bütöv  müstəvidən  ibarətdir.  Cəmiyyət  dərketmə  və  elementləri, 
hadisə və prosesləri ilə dərkolunma məskənidir.  
Cəmiyyətlər oturaq həyatın və quruculuğun məkanı kimi bir 
ictimai  münasibətlər  formasıdır.  İnsanların  təbiətlə  sıx 
asılılığının  və  pərakəndə  həyat  formasının  son  qurtaracağının 
nəticəsi olaraq yaranmış münasibətlər formasıdır. Cəmiyyətlərdə 
insanlar  fiziki  və  əqli  əməyin  sayəsində  təbiətə  təsir  etmək  və 
müəyyən formalı əşyalar əldə etmək iqtidarında olurlar. İnsanlar 
bu tip formalı qurumlarda yaşamaqla öz mədəni quruculuğu və 
davranışlarını  təsdiq  etmiş  olurlar.  İnsanlar  cəmiyyətlərdə 
məlumatlar  əldə  edə-edə  yaşayırlar.  Cəmiyyət  bu  baxımdan 
biliklər,  məlumatlar  toplusudur.  Hansı  ki,  bu  məlumatlar  və 
biliklər  özləri  ilə  yaşam  qaydalarını  əks  etdirirlər.  Biliklər 


77 
 
cəmiyyət  axarına  təsir  edir  və  yönümü  dəyişir,  yeniləyir. 
Biliklər, məlumatlar dəyərlərdir və cəmiyyətlərin qorunmasında 
və  inkişafında  onun  üzvlərini  bira  araya  gətirən  vasitələrdir. 
Cəmiyyətlər  ruhən  yenilənməkdə  olan  münasibətlər  və  əlaqələr 
məskənidir.  
Cəmiyyətlərin  xarakterik  xüsusiyyətləri  onunla  müəyyən 
olunur ki, bu məkanda insanlar öz hərəkətləri ilə toplaşırlar, əldə 
olunan  resurslar  hesabına  məkanı  daxilən  genişləndirirlər. 
Cəmiyyətlər  daxillərində  sadəlikləri  olan  mürəkkəbliklər 
vəhdətindən ibarət olan kompozisiyalardır. Həm də ona görə ki, 
burada  onun  üzvlərinin,  subyektlərinin  ruhu  komplektləşir, 
kompleks  xarakter  alır.  Cəmiyyətin  əsas  xüsusiyyətləri  həm  də 
eklektik  (ziddiyyət  təşkil  edən)  elementlərin  vəhdətində  büruzə 
verir.  Cəmiyyətin  xüsusiyyəti  onun  kapitalından  və  kapitala, 
mülkə  olan  davranışdan  meydana  gəlir.  İnsanlar  arasında 
ünsiyyət, insan baxışları  və  insanların mülk və  kapital üzərində 
qurulan  əlaqələri  məhz  insanların  mədəni  və  sivil  əlaqələridir, 
davranışlarıdır.  
Məlumdur  ki,  insanlar  cəmiyyətlərində  doğulurlar,  nəsil 
artırırlar.  Əmək  fəaliyyətləri  ilə  məşğul  olurlar.  Yaradır  və 
qururlar.  Cəmiyyət  öz  daxili  mozaikliyi  ilə  özünü  qorumaq  və 
irsən  ötürmək  qabiliyyətinə  və  potensialına  malik  olur. 
Yaradıcılıq və quruculuq insanlar arasında olan münasibətlərə və 
əlaqələrə  təsir  edir.  Münasibət  və  əlaqələrin  tərzini  müəyyən 
edir.  Proseslərin  ənənəviliyi  və  irsiliyi  cəmiyyətin  yaşam 
dayağını  təşkil  edir.  Cəmiyyətdə  bütün  proseslər  onun  bir 
struktur kimi daxilinin zənginləşməsinə xidmətə yönləndirilir.  
Cəmiyyətlərdə  toplaşmaq,  həyat  tərzini  qurmaq,  mülki 
əhaliyə  (yəni,  mülk  üzərində  münasibətlər  quran  əhaliyə) 
çevrilmək,  topluma,  icmaya  çevrilmək  mənasını  verir.  İnsan 
əməyi onun kapitalını yaradır. İnsanlar cəmiyyətlərdə kompleks 
mülk  bütövlükləri  yaradırlar,  məsələn,  evlər  tikirlər,  mənzillər 
qururlar, küçələr, parklar və digər obyektlər, o cümlədən istehsal 
məkanları  yaradırlar. Mülk (kapital, sərmayə) cəmiyyətin bütün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə