Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   22   23   24   25   26   27   28   29   ...   54

78 
 
üzvlərini  hərəkətə  gətirir.  Hansı  ki,  bu  mülklər  də  insan 
maraqlarını  məcazi  mənada  deyək  ki,  öz  əllərində  cəmləyirlər. 
Sivilizasiya  da  bu  mülk  anlamından  və  onun  üzərindəki 
əlaqələrdən yaranır. Mülklər cəmi elə cəmiyyəti və dövləti təşkil 
edir.  Fərdin  mülkü,  cəmiyyətin  mülkü,  xalqın  mülkü,  dövlətin 
mülkü-bütün  bunların  bazasında  və  əsasında  sivilizasiya 
meydana 
gəlir. 
Deməli, 
yaradıcılıq 
və 
quruculuq 
mədəniyyətdirsə, onda elə mahiyyət və forma da sivilizasiyadır. 
Çünki  sivilizasiya  mədəniyyət  dəyərlərinin  məcmusudur, 
məcmunu  ifadə  edən  proseslərin  özüdür.  Sivil  normalar 
mədəniyyət  normalarından  yaranır.  Mədəniyyət  mülkü  yaradır, 
mülk  mədəniyyətin  formalaşmasını  təşkil  edir.  İnsanın  bütün 
yaradıcılığı  və  quruculuğu  nəticə  etibarilə  onun  mülküdür. 
Cəmiyyət mülklərdən ibarət olan maddi-mənəvi dəyərdir  ki, bu 
da  özlüyündə  mədəniyyətin  əsasıdır.  İnsanların  davranışları 
mülk üzərində formalaşan qaydalardan ibarətdir.  
Cəmiyyət düşüncələrdə bir fəlsəfi məkandır. Cəmiyyətlərdə 
insanlar  şəxsiyyət  kimi  təsdiq  olunurlar.  Şəxsiyyət  maddi 
varlıqla  mədəni  varlığın  mövcudluğu  vəhdətindən  meydana 
gəlir.  Cəmiyyət  dəyər  məskənidir.  İnsanlar  bu  dəyər 
müstəvisində  toplaşırlar  və  öz  dəyərlərini  bölüşürlər.  Ümumi 
mənbəyə  dəyər  ötürürlər  və  ümumi  mənbədən  dəyərlər 
qazanırlar.  Tərkib  kimi  bütövə  xidmət  edirlər  və  bütövdən  də 
faydalanırlar. Cəmiyyətin vahid dəyərlər müstəvisi insanlar üçün 
yeni dəyərlərin yaradılmasında baza rol oynayır. Cəmiyyət dəyər 
mənbəyi  rolunda çıxış edir.  Bu məkan insan  ruhunun qidasıdır. 
Deməli,  cəmiyyət  ona  yenicə  üzv  olan  element  (burada  yeni 
insanın  dünyaya  gəlməsi  nəzərdə  tutulur)  üçün  qida  mənbəyi, 
əxlaq  məskəni,  ruhu  yaradan  digər  elementlər  məskəni  rolunu 
ifadə edir.  
Cəmiyyətlər  münasibətləri  və  əlaqələrin  şəbəkələşməsini, 
müstəviləşməsini,  rəngarəngləşməsini  özündə  ehtiva  edir. 
Cəmiyyət dövlət üçün əsas mənbə rolunu oynayır. Cəmiyyət öz 
dəyərlərini dövlətə verə bilir.  


79 
 
Sivilizasiya  bir  cəmiyyət  və  dövlət  prosesidir.  Sivilizasiya 
prosesləri  cəmiyyətin  baza  və  üst  proseslərini  əks  etdirir.  Bu 
proselər  insanları  kapital  sisteminə  bağlayır.  Kapital  sistemi 
ailənin,  cəmiyyətin  və  dövlətin  müstəvisini  təşkil  edən 
elementləri  özündə  ehtiva  edir.  Sivilizasiya  prosesləri, 
cəmiyyətin  aktiv  üzvü  kimi  bu  məkanda  iştirak  prosesləri 
insanların  mədəniləşmə  proseslərinə  səbəb  olur.  Mədəniləşmə 
prosesləri  özündə  həm  də  sivilizasiya  proseslərinin  mahiyyətini 
daşıyır.  Mədəniləşmə  prosesləri  davranış  normalarının 
təkmilləşməsi,  yenilənməsi  prosesləridir.  Yenilənmə  prosesləri 
insan  ruhunun  yenilənməsinə  və  yeni  maddi  dəyərlərin  əldə 
edilməsinə bağlıdır.  
 Sivilizasiya prosesləri və sivilləşmə prosesləri vəhdət təşkil 
edir.  Qarşılıqlı  şərtləndirici  əhəmiyyət  kəsb  edən  tərəflər  kimi 
çıxış edirlər. Sivilizasiya prosesləri cəmiyyətdə baş verən ümumi 
inkişaf  proseslərinin  cəmidir.  Sivilləşmə  prosesəri  isə  fərdin 
daha  çox  şəxsiyyətə  çevrilməsidir,  mədəniləşməsidir.  Hansı  ki, 
bu  proseslər  çərçivəsində  insanlar  arasında  davranış  və  əxlaq 
normaları  yaranır.  Mədəniləşmə  prosesləri  elə  mülk  və  kapital 
üzərində  yerinə  yetirilir.  Bu  baxıman  da  hər  iki  proses  vəhdət 
müstəvinin tərkibini təşkil edir.  
İnsanların  mülkə  olan  münasibətləri  də  formalaşır. 
Sivilləşmə  fərdin  cəmiyyətin  dəyərlərindən  istifadə  etməsi  və 
cəmiyyətə  dəyərlər  verməsidir.  Sivilləşmə  prosesləri  sayəsində 
özünüdərk  genişlənir  və  insan  cəmiyyətin  aktiv  və  assosiativ 
üzvünə  çevrilir.  İnsan  dəyər  verməyə  başlayır  və  öz  fərdi 
keyfiyyətlərini 
cəmiyyətdə 
kollektiv 
keyfiyyətlərin 
məcmuələşməsinə  və  sistemli  inkişafına  yönəldir.  Sivilləşmə 
prosesləri  sayəsində  (buna  mədəniləşmə  prosesləri  də  demək 
olar) insan özünü yaxından dərk etməyə başlayır. Bu baxımdan 
cəmiyyət  ruhən  və  daxili  məzmunu  ilə  özünüdərk  prosesləri 
üçün mənbə rolunu oynayır. 
 Xalqların mədəniləşməsi və sivilləşməsi də mövcuddur. Bu 
proseslərə  etnopsixi  proseslər  də  təsir  edir.  Proseslərə  bir-birini 


80 
 
tamamlayan daxili və xarici təsirlər də qoşulur. Bu proseslər cəm 
halda ümumdünya sivilizasiya strukturunu yaradır.  
Xalqların  kimliyini  təsdiq  edən  kriteriyalar  ölçülər 
mövcuddur.  Bu  amillər  tarix  boyu  xalqlar  tərəfindən  qazanılıb. 
Bu  kriteriyalar  elə  mədəniyyət  və  sivilizasiya  (məskənlərin 
yaradılması,  qurulması,  incəsənət,  ədəbiyyat,  musiqi  sahələri, 
elmi  və  siyasi  sahələr,  iqtisadi  sahələr  və  s.)  kriteriyalarıdır. 
Xalqların  sivilləşməsinə  onların  yaşayış  tərzi  və  dövlətlərinin, 
cəmiyyətlərinin  inkişaf  tərzi  təsir  göstərir.  Xarici  amillər 
içərisində xalqlar arasında paylaşılan dəyərləri qeyd etmək olar. 
Bu  gün  dünyada  texniki  vasitələrin  sürətlə  paylanması 
ümumdünya  sivilizasiyasının  vahid  məzmununu  meydana 
gətirir. 
Xalqların sivilləşmə təkamülü onların mədəniləşmə (qurma, 
yaratma) prosesləri ilə əlaqəli olur. Xalqlar dünya resurslarından 
ardıcıl  olaraq  mənimsəmə  proseslərinə  qoşulurlar.  Bu 
dəyərlərdən  istifadə  onların  sivilləşməsinə  təsir  edən  xarici 
amillər kimi çıxış edir. Xarici amilləri adaptasiya edərək xalqlar 
öz  həyat  vərdişlərində  dəyişikliklər  edə  bilirlər.  Deməli,  dünya 
sivilizasiyası  milli  sivilizasiya  proseslərinə  təsir  edən  bütöv 
rolunu oynayır.  
Ümumiyyətlə,  sivilləşmə  və  mədəniləşmə  proseslərndə  yaş 
kriteriyası,  yaradıcılıq  kriteriyaları  da  əvəzsiz  rola  malik  olur. 
Maariflənmə,  məktəbləşmə,  sistemləşmə  özü  elə  sivilləşmədə 
iştirak dərəcələrini meydana gətirən amillərdir.  
Sivilləşmə  və  mədəniləşmə  prosesləri  cəmiyyət  və  insan 
ruhunun  vəhdətli  kombinasiyasını  təşkil  edir.  Sivilləşmə  və 
mədəniləşmə cəmiyyət özünüdərkinin identifikasiyasıdır.  
 
Azərbaycan  elminin  yeni  strategiyası  və  Azərbaycan 
Milli Elmlər Akademiyasında islahatların zəruriliyi 
 
Elmin  yeni  strategiyası  –elmin  yeni  vəzifə,  funksiya  və 
məqsədləri müəyyən olunmaqla 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə