Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   2   3   4   5   6   7   8   9   ...   54


 
-alim həm fərdi, həm də ictimai məsuliyyəti öz çiyinlərində 
daşımalıdır. Bu iki məsuliyyət vasitəsini sistemləşdirməlidir; 
-alimin  ən  böyük  məsuliyyəti  onun  adının  nə  dərəcədə 
əhəmiyyətli,  məsuliyyətli  və  öhdəlikli  olmasını  dərk 
etməsindədir; 
-alim  cəmiyyətin  bütün  təbəqələrini  düşünmək  haqqına  və 
öhdəliyinə  malikdir.  Onların  məşğuliyyət  və  həyat  sferalarını 
zamanla  dəyişə  biləcək  islahatlar  həyata  keçirmək  üçün  fikirlər 
ortaya qoymaq haqqına malikdir; 
-alim dövlət siyasətinin tərkibini  formalaşdırmaq  üçün  fikir 
iştirakçısı olmaq məsuliyyətinə və öhdəliyinə malikdir; 
-alim təhsilin çiyinlərini və gələcək nəsilin maariflənməsini 
təmin etmək öhdəliyinə malikdir; 
-alimin  ruhu  sarsılmaz,  əzmi  döyüşkən  məzmunlu,  qəlbi 
üsyankar, qələmi iti, ürəyi açıq olmalıdır; 
-alimin  qələmi,  ürəyi  və  qəlbi  vəhdət  fəlsəfəsində 
tamamlanmalı və güclü potensiallı olmalıdır; 
-alim 
ideyaverici, 
təşəbbüskar, 
təsiredici 
xarakterli 
olmalıdır; 
-alim  öz  yazıları və  yaradıcılığı ilə  cəmiyyətin hadisələr və 
fikir axarlarına təsir etməlidir; 
-alimin özünüdərki məkan və bəşəriyyəti tamamlamalıdır və s.  
 
Alim və onun bəşəri vəzifəsi, məsuliyyəti və öhdəliyi 
 
Hər  bir  məfhum  kimi  elm  də  düşüncələrdə  ayrıca  olaraq 
mücərrəddir.  Lakin  konkret  sahələrdə  formalaşır.  Ona  görə  də 
həm  də  konkretdir.  Elm  düşüncəsi  bütün  digər  düşüncələrin 
bütövləşməsidir.  Elm  özlüyündə  bir  məhsuldur,  dəyərdir.  Elm 
məqsəd  və  amaldır,  qayədir.  Elm  yoldur  və  bütün  bəşəriyyət 
üçün inkişaf yollarının məcmusunu göstərəndir. Elm ucalmaqla 
sərhədləri olmayan bir nemətdir. Elm dəyərləri  yaradan və  yeni 
dəyərləri meydana gətirəndir.  



 
Çoxlarımıza  məlumdur  ki,  bəşər  sözü  ərəbcədəndir.  İnsan, 
adam mənasını verir. Bəşəriyyət də insanlıq mənasında işlədilir. 
Alim sözü də ərəb sözüdür. Elm sahələrində olan mütəxəssislərə 
verilən  addır.  Alim  adam  çox  oxumuş,  çox  bilmiş  adama 
deyirlər. Deməli, alim dünyada bilik daşıyan əsas şəxsdir. Alim 
ensiklopedik şəxsdir. Ensiklopedik bilik mənbəyidir. Alim olan 
şəxs demək olar ki, bir çox sahələrdən məlumatlı olur.  
Elm  də  səmavi  dinlər  kimi  bəşəriyyət  üçündür.  Yaranma 
məkanından  və  yaradıcıdan  asılı  olmayaraq  bütün  dünya 
üçündür.  Elmin  xidmətləri  müəyyən  olunan  fikirlərdən, 
formalaşan  düşüncələrdən  ibarətdir.  Fikirlərin  təcrübədə  tətbiqi 
yolları  da  elmlə  müəyyən  olunur.  Elm  insan  niyyətinin  əsas 
hərəkətverici  qüvvəsidir.  Əsas  hədəflərini  yerinə  yetirən 
dəyərdir.  Elm  universallaşdıran,  məcmuələşdirən  və  bütün 
dəyərləri öz arxasınca aparandır.  
Elmi  nəticələrin  sərhədləri  yoxdur,  o  mənada  ki,  bu  dəyər 
bütün  xalqlar  üçündür.  Elmin  əsas  funksiyası  elə  bütün 
bəşəriyyətin 
fərq 
qoymadan 
sosial-rifah 
halını 
yaxşılaşdırmaqdan  ibarətdir.  İnsan  öz  istedad  və  qabiliyyətinin 
yüksək dərəcəsini elmdə aşkar edir.  
 Elmin  əsas  məqsədi  dəyərlər  verməkdən  ibarət  olmalıdır. 
Ola  bilər  ki,  elm  fayda  da  gətirməsin,  əksinə  zərər  vursun. 
Məsələn, insanları tələf edən silah istehsalı elə elmin, məntiqin, 
düşüncələrin  məhsuludur.  Ancaq  silah  insanlar  üçün  heç  də 
yaxşı  və  dəyərli  vasitə  deyil.  İdealizm  prinsiplərindən  çıxış 
edərək belə qəbul etmək olar ki, silah faydasızdır. Reallıqılardan 
çıxış edərək isə qəbul etmək olar ki, silah, xüsusilə kütləvi qırğın 
silahları  tarazılıq  yaradır.  Bir  tərəfdən  təhdidləri  meydana 
gətirirsə,  məsələn,  böyük  dövlətlərin  kiçk  dövlətlərə  qarşı 
təhdidlərini,  digər  tərəfdən  də  böyük  dövlətlər  arasında  olan 
təhdidləri tarazlaşdırır. Deməli, elmin faydası və faydasızlığı bir-
birini  tarazlaşdıran  millərdən  və  amillər  üzərində  formalaşan 
fikirlərdən ibarətdir. Ancaq belə qəbul etmək olar ki, elm bütün 
parametr  göstəriciləri  ilə  bəşəriyyətə  fayda  verməlidir.  Elmin 


10 
 
xeyirxah missiyası olmalıdır. Əsasən təbiət elmlərinin əldə etdiyi 
nailiyyətlərdən  ictimai  elmlər  düzgün  istifadə  etmək  yönlərini 
göstərməlidir. Təbiət elmləri ictimai elmlər üçün, ictimai elmlər 
də təbiət elmləri üçün qarşılıqlı sifarişlər etməlidir. Hər bir sahə 
digərini tamamlamalıdır.  
Elmin  (elm  sahəsinin  və  alimin)  əxlaqı  olmalıdır.  Elmin 
əxlaqı  elmdən  “tərbiyəli”  istifadəni  əsas  götürməlidir.  Elmin 
əsas  məğzi,  yəni  mahiyyəti,  xidmət  əsili  onun  xeyirxah 
məqsədlərindədir. 
Elm 
öz 
daxili 
aləmini, 
konseptual 
məzmununu öz daxilindəki zəngin tərkib elementlərindən qəbul 
edir.  
Alim  ictimai  nəzarətin,  ictimai  müşahidələr  sisteminin  əsas 
qüvvələrindən və tənqid subyektlərindən biridir.  
 
Alimin  bəşəriyyət  üçün  xidmətlərinin  əsaslarını  necə 
ümumiləşdirmək olar: 
 
-alimin məsuliyyəti, vəzifəsi ilk növbədə bəşər və bəşəriyyət 
tərkibini  həm  ayrı-ayrılıqda,  həm  də  vəhdətdə  öyrənməkdən 
ibarətdir; 
-alim 
bütün 
xidmətlərinin 
obeyktində 
insanı  əsas 
götürməlidir, insanlığı təbliğ etməlidir; 
-alim  öz  fikirini  birləşdirici  etməlidir  və  təfəkkürünü 
bütövləşdirməlidir; 
-alim  elmin  məsuliyyətini  öz  xidmətləri  və  əməlləri  ilə 
sübuta yetirməlidir. Elmin məsuliyyətini özü yaratmalıdır; 
-alim ideyaverici, təşəbbüskar olmalıdır. Dünyada baş verən 
proseslərin axarını müşahidə altında saxlamalıdır; 
-alim  tənqidçi  və  lazımi  anlarda  inkaredici  mövqedə 
olmalıdır;  
-alim  öz  obyektində  bütün  dünyaları  və  sivilizasiyaları, 
mədəniyyətləri vəhdətdə götürməlidir; 
-alim  öz  düşüncələrində  bütün  xalqlar,  dinlər  və 
mədəniyyətlər arasında birliyi tərənnüm etməlidir; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə