Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   27   28   29   30   31   32   33   34   ...   54

94 
 
Mədəniyyət  və  onun  tərkibi  olan  adət-ənənə  xalqın  tarixən 
formalaşmış  daxili  aləmini,  etnoxislətini,  yəni,  etnik-milli 
xarakterini  müəyyən  edir.  Xalqın  məziyyətləri  və  onun  etno 
fəziləti  məhz  adət-ənənələrdə  özünü  göstərir.  Adət-ənənə 
yaşayış  tərzini,  üslubunu  əks  etdirir.  Adət-ənənə  xalqın  özünə, 
öz  ruhuna  və  təbiətə,  kainata  necə  bağlılığını  sübuta  yetirir. 
Adət-ənənə təbiət  elementlərindən xalqın necə  istifadə  etməsini 
göstərir, efirləşdirir, səhnələşdirir. Təbiətə bağlılıq ruhu, təbiətin 
insan  xislətində  obrazlanması  məhz  adət-ənənələrdə  özünü 
göstərir.  
Adət-ənənələrdə  həm  də  inanclar,  dini  etiqad  və  dini 
ayinlərin 
yerinə 
yetirilməsi 
əks 
olunur. 
Adət-ənənə 
bayramlardan,  qonaqlıqlardan,  ailə-nikah  münasibətlərinin 
formalaşması 
adətlərindən 
və 
matəmlərdən, 
yas 
mərasimlərindən  ibarət  olan  rituallar,  əməllər  məcmusudur. 
Adət-ənənə  xalqın  etnososial  və  mədəni  münasibətlərini  və 
əlaqələri  əks  etirir.  Bayramlar  və  yas  adətləri  zamanı  xalqın 
birliyi  meydana  gəlir.  Adətlər  və  ənənələr  sevinc  və  kədər 
hissinin məcmusunda vəhdətlik yaradır. Rituallar zamanı xalqın 
hərəkətləri,  əməllər  oxşar  xüsusiyyət  kəsb  edir,  eyni  və  uyğun 
məzmun  alır.  Hər  bir  etnik  və  milli  fərd  adətlər  üzrə  meydana 
gələn qaydalarla öz xarakterini yaradır.  
Adət-ənənələrin  tərkibi  genişdir  və  buraya  mətbəx  adətləri 
də  daxildir.  Mətbəx  elementləri  də  adətlərin  və  ənənənin 
tərkibini  təşkil  edir.  Bu  baxımdan  yeməklərin  hazırlanması  və 
süfrə mədəniyyəti, süfrədə davranışlar adətlərin zəngin olmasını 
göstərir.  Adət-ənələrdə  danışıq  və  fikir  ifadələri  də  mühüm  rol 
oynayır.  
Adət-ənənələr  mədəniyyətin  tərkibi  olaraq  xalqın  identifik 
elementlərini  bir-birinə  bağlayır.  Cəmiyyətin  bütövləşməsində 
mühüm  rol  oynayır.  Xalqın  sevinc  ruhunu  oyadır.  Xalqın  əzm 
ruhunu  meydana  gətirir.  Adət-ənənələr  cəmiyyətin  mübariz 
əzmini,  qətiyyətini  formalaşdırır.  Xalqın  sevinc  və  kədərini 


95 
 
bütövləşdirir,  vəhdətləşdirir.  Həmrəyləşməyə  səbəb  olur.  Bu 
zaman potensial toplaşır və güc artır.  
Adət-ənənələr 
cəmiyyətin 
sosial-mədəni 
hadisə 
elementlərini  meydana  gətirir.  Mədəniyyətin  tərkibi  olan  adət-
ənənələr  həm  əyani  olaraq  hadisələrin  gerçəkləşdirilməsi 
fonunda  meydana  gəlir,  həm  də  bədii  əsərlərdə,  teatr 
tamaşalarında,  digər  səhnə  nümunələrində,  filmlərdə  və  təsviri 
sənət nümunələrində canlandırılır.  
Adət-ənənə  cəmiyyətin  daxili  zənginliklərini  əks  etdirən 
hadisələr toplusuna, həm də dəyərlər toplusuna çevrilir.  
 
Aşağıdakı kimi ümumiləşdirilmələr aparmaq olar:  
 
-adət-ənənə 
xalqın  kimliyini  əks  etdirən  dəyərlər 
məcmusudur; 
-adət-ənənə xalqın tarixi, coğrafi, təbii identifikasiyasıdır; 
-adət-ənənə xalqın totemçiliyidir və dini inanc kriteriyasıdır;  
-adət-ənənə xalqın zehni və fiziki əməyinin məhsuludur; 
-adət-ənənə 
xalqın 
milli  məfkurəsinin 
reallaşması 
fenomenidir; 
-adət-ənənə 
xalqın  incəsənət  dəyəridir,  mədəniyyət 
nümunələri cəmidir; 
-adət-ənənə xalqın milli və etnik davarnış xüsusiyyətləridir; 
-adət-ənənə xalqın fizioloji təcəssümüdür; 
-adət-ənənə  xalqın  mədəniyyət  tanıtımıdır  və  xalqın  digər 
xalqlarla əlaqələr və ünsiyyət vasitəsidir; 
-adət-ənənələr  xalqın  dünyanın  digər  xalqları  ilə  vəhdət 
yaradan ünsürüdür; 
-adət-ənənə 
xalqın 
özündərkidir, 
fəlsəfi 
şüurunun 
mahiyyətidir; 
-adət-ənənə 
cəmiyyətin 
yaşam  qaydalarının  tərkib 
elementidir; 
-adət-ənənə  xalqın  tipik  xüsusiyyətlərinin  məcmusudur, 
əksidir və s.  


96 
 
Dövlət  xalqın  yaratdığı  ictimai-siyasi  kompleksiyadır.  Xalq 
dövləti  özünün  bütün  hüquqlarını  reallaşdırmaq  məqsədilə 
formalaşdırıb. Adət-ənənə xalqın mədəniyyət hüququdur. Dövlət 
adət-ənənələrə  müdaxilə  etmir.  Adət  qaydaları  cəmiyyətin  özü 
tərəfindən  formalaşdırılır.  Tarixdən  gələn  irs  üzərində  yaranır. 
Adətlər siyasətlə  müəyyən olunmur.  Bu, sırf mədəni məsələdir. 
Bu  baxımdan  da  adətlər  rəsmi  hüquq  normaları  ilə  tənzimlənə 
bilməz. Dövlətlə cəmiyyət, dövlətlə fərd arasında münasibətlərin 
tənizmlənmə  obyektində  adət  o  zaman  istifadə  olunur  ki, 
adətlərin  yerinə  yetirilməsi  üçün  şəraitin  yaradılması  tələb 
olunur.  Dövlət  öz  vətəndaşlarının,  xaricilərin  adətlərinin  yerinə 
yetirilməsi  üçün  münasib  şəraitlər  yaradır.  Adətlər  insanların 
mədəni  hüquqlarının  tərkib  hissəsini  təşkil  edir.  Bu  mədəni 
hüquqlar dövlət tərəfindən təmin edilir. Lakin təbii hüquqlardır, 
insanların təbiətdən, fövqtəbiətdən əldə etdikləridir, onlara təbii 
yolla  verilən  dəyərlərdir.  Dövlət  adətləri-ənənələri  qoruyur  və 
xalqın öz adət-ənənəsini qorumasında maraqlı olur. Dövlət adət-
ənənənin  davam  etməsində,  irsi  olaraq  nəsillərdən-nəsillərə 
ötürülməsində  maraq  nümayiş  etdirir.  Ancaq  adət  qaydalarına 
qarışmır,  bunu  cəmiyyətin,  insanların  öz  daxili  işi  hesab  edir. 
Adət-ənənə  ümumən  dövlət  quruluşundan  qabaq  yaranıb  və 
xalqın  mifik-dini  inanclarının  büruzəverici  kriteriyasıdır.  Bu 
baxımdan da adət-ənənələr və onların tənzimlənməsi məişət və 
cəmiyyət səlahiyyətinə aid olan məsələdir, dəyərdir.  
Adət  qaydaları  cəmiyyətin  nüfuz  sahibləri  tərəfindən 
tövsiyələrlə 
dəyişikliyə, 
sadələşməyə 
(burada 
ayinlərin, 
mərasimlərin  keçirilməsindəki  qaydaların  sadələşdirilməsi) 
məruz  qala  bilər.  Ağsaqqallıq  institutu  adətən  məişətdə, 
cəmiyyətdə  nüfuz  sahibi  olur  və  adətlərin  dəyişməsində, 
islahatlarda  mühüm  tövsiyəverici  tərəf  kimi  çıxış  edir.  Adət-
ənələrin  mürəkkəbləşməsi  cəmiyyəti  narahat  edir.  İnsanların 
əksəriyyəti  zövq  ala  bilmirlər.  Həm  də  gərgin  adətlərdən 
yüklənmə baş verir və insanların həyat tsikilləri gərginləşir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə