Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   32   33   34   35   36   37   38   39   ...   54

109 
 
Məlumdur  ki,  hakimiyyət  dövləti  təmsil  edən  əsas  tərəfdir. 
O da vətəndaşlardan formalaşır. Hakimiyyət məkanda müəyyən 
tərəflərin maraqlarını tənzim edir. Təmin edir. Vətəndaşlar, yəni 
hakimiyyətin  mənbəyi  ləyaqətli  məzmunda  olanda  cəmiyyət  də 
sağlam olur. Bu baxımdan da sağlam cəmiyyətin əsasları məhz 
onun  ləyaqətli  ünsürlərinin  toplumundan  yaranır.  Cəmiyyətin 
sağlam  ünsürlərindən  də  hakimiyyətin  sağlam  əsaslarla 
formalaşması amilləri meydana gəlir. Sağlam cəmiyyət ləyaqətli 
hakimiyyətin formalaşmasında iştirak edir.  
Dövlət  ideallıq  baxımından  ləyaqətli  bir  qurumdur.  Çünki 
özündə  fərdi  və  şəxsi  dəyərləri,  ləyaqəti,  şərəfi  əks  etdirir. 
Dövlət ləyaqət modeli və simvoludur, çünki fəlsəfi baxımından 
aksioloji  əsasları  özündə  ehtiva  edir.  Dövlət  ləyaqəti  onun 
vətəndaşlar  və  əcnəbilər  üçün  düzgün  yol  göstərməsində  və 
onların maraqlarını müdafiə etməsində öz təsdiqini tapır.  
Dövlət fenomeni mücərrəd mütləq anlayış olmaqla bərabər, 
konkret mütləq anlayışıdır. Çünki, onun bütün tərkib elementləri 
açıq  şəkildə  müəyyəndir  və  gözlə  görünəndir.  Dövlətin  əsas 
mənbəyi xalqdır, dövlətin isə mənbəyi həm də vətəndaşdır. Xalq 
dövləti yaradır, dövlət isə vətəndaşlarını formalaşdırır. Vətəndaş 
anlayışı dövlətdən gəlir. Dövlət özü isə xalqdan meydana gələn 
bir  anlayışdır.  Dövlətin  mənbəyi  xalqdır,  bu  baxımdan 
vətəndaşları dövlət statuslu edir, deməli, xalq elə vətəndaşlardan 
ibarətdir.  Bu  qarşılıqlı  şərtləndiricilik  mövcuddur.  Elementlər 
bir-birini  şərtləndirir  və  bu  sintezdən  də  mədəni  və  siyasi 
məfhumların birliyi meydana gəlir.  
Ləyaqət məfhumu özündə çoxlu sayda müsbət keyfiyyətləri 
cəmləşdirir.  Ləyaqətli  şəxslərin  hakimiyyətdə  təmsil  olunması 
hakimiyyətin  ideal 
məzmununu  daha  da  dərinləşdirir. 
Hakimiyyət  öz  mahiyyətini  ləyaqətli  şəxslərin  xidmətlərində 
tapır.  
Ləyaqətlə  dövlətə  xidmət  etmək  hüquqların  ədalətli  olaraq 
icrasından meydana gəlir. Ləyaqətli xidmət mənəvi keyfiyyətləri 
özündə əks etdirən dövlətin formalaşmasını təmin edir. Ləyaqət 


110 
 
şərəf məfhumu ilə də əlaqəlidir. Bu baxımdan da faydalı dövlət 
daha 
çox 
ləyaqtəli 
şəxslərin 
hakimiyyətdə 
təmsil 
olunmasındadır.  Ləyaqət  ifadəsi  həm  də  namus,  vicdan 
məfhumları  ilə  də  əlaqəlidir.  Bu  baxımdan  da  saf  vicdanlı  və 
namuslu  adamların  dövlət  hakimiyyətində  təmsil  olunması  bir 
şərt  rolunu  oynayır.  Ləyaqətli  şəxslərin  hakimiyyəti  özündə  ali 
dövlətin nəzəri mahiyyətini əks etdirir.  
Dövlət 
hakimiyyətinin 
ləyaqətlə 
təşkil 
olunması 
təmsilçilərdə  ictimai  mənafenin  əsas  obyekt  kimi  seçilməsini 
təmin  edir.  Ləyaqətli  şəxslər  ictimai  maraq  güdməklə  öz  fərdi 
maraqlarını  da  onun  tərkibində  axtarırlar.  Ləyaqətli  təmsilçilik 
hakimiyyətdə daha şəxsiyyətli insanların təmsilçiliyini meydana 
gətirir.  
Ləyaqətli  hakimiyyət 
ləyaqətli  idarəetmə  aparatının 
formalaşmasını  da  təmin  edir.  Bürokratiyanın  ləyaqətlə 
formalaşması  idarəetmə  aparatının  da  faydalı  mexanizmisini 
meydana gətirir.  
Ləyaqət  xaraktercə  müdrikliyə,  özünə  dəyər  verən  şəxslərə 
aid  olur.  Bu  baxımdan  da  dövlətin  fəlsəfi  baxışlarla  idarə 
olunması  məhz  dövlət  aparatının  ləyaqətlə  formalaşmasının 
bazasında dayanır. 
 
Dünya dövlətlərinin və dünya sakinlərinin barışdırıcılıq 
missiyasının əsasları 
 
İkitərəfli, çoxtərəfli əsaslı klassik dövlət sülh diplomatiyası 
“Xalq diplomatiyası”, “Dünya ictimaiyyəti diplomatiyası”-
ümumdünya sülh missiyasının tərkibi kimi  
 
Hamını  insan  və  onun  bəşəri  missiyası  düşündürməlidir. 
Bütün düşüncələrin və əməllərin mərkəzində insan bir obyekt 
kimi  öz-  özünü  qoymalıdır.  Hər  bir  düşüncə  və  əməl  sahibi 
özünü  milli  və  dünyəvi  ruhda  hiss  etməlidir.  Hər  kəs  həm  öz 
ölkəsinin,  məmləkətinin  və  xalqının  nümayəndəsidir,  həm  də 


111 
 
bəşər evladıdır. Allah hər kəsi insan kimi yaradıb. İrq, din, dil, 
mədəniyyət, dünyaya gəlmək məkanı fərqlilik və rəngarənglik 
üçündür.  Hamı  bir  dildə  danışa,  bir  görünüşdə  ola  bilməz. 
Çünki,  kainatın  universal  enerjisindən  universal  və  məxsusi 
kəmiyyətdə  pay  alır.  Hər  kəs  eyni  məkanda  dünyaya  gələ 
bilməz!  
Allahımız  bir,  kainatımız  bir,  Günəşimiz,  Ayımız, 
Ulduzlarımız, Planetimiz birdir, ruhumuz (nəfəsimiz) oxşardır, 
vəhdətdədir.  Ruhumuzu birləşdirən  oxşarlıqlar  çoxdur.  İnsan 
kimi ümumi dəyərlərə sahibik! 
Mənim üçün dövlət sərhədləri də şərti əhəmiyyət kəsb edir. 
Hesab edirəm ki, bütün dünya dövlətləri tək xalqlar yox, həm 
də cəmi insanlar üçündür! 
İnsan  bəşəriyyətin  xilaskarı  olmasını  da  unutmamalıdır. 
Buna  görə  də  hamı  bəşəri  dəyərləri  qorumağa,  ümumi  dəyər 
məkanına yeni elementlər qatmağa çalışmalıdır.  
İlk növbədə qeyd etmək lazımdır ki, hər bir əqli qabiliyyəti 
olan  dünya  sakini  barışdırıcı  olmalıdır,  sülhü  sevməlidir.  Sabit 
inkişaf şəraitində maraqlarını təmin etməlidir. Şəxs öz barışıdırcı 
mövqeyini  və  fəaliyyətini  bir  tərəfdən  öz  dövlətləri  daxilində 
bildirməli,  təmin  etməli,  digər  tərəfdən  də  fərdi  və  müstəqil 
olaraq  qəbul  etməlidir.  Burada  barışdırıcılıq  missiyası  bir 
tərəfdən dövlət diplomatiyasının obyekti və hədəfi olmalı, digər 
tərəfdən  də  xalq  diplomatiyasının,  dünya  ictimaiyyəti 
diplomatiyasının hədəfində dayanmalıdır.  
Barışdırıcılıq missiyasının öz formulası, modeli mövcuddur. 
Hansı ki, bu modeli insanlar öz düşüncələrində formalaşdırırlar 
və  eləcə  də  dövlətləri  vasitəsilə  reallaşdırırlar.  Barışdırıcılıq 
missiyasının  praktiki  üsullarından  biri  də  ümumxalq 
diplomatiyasının təşkilidir. Barışdırıcılığın bilvasitə və bilavasitə 
formulaları meydana gəlir.  
Barışdırıcılıq  missiyasının  həyata  keçirilməsində  müxtəlif 
üsullardan istifadə edilir. Dövlətlər səviyyəsində dialoqlar təşkil 
olunur.  Elçilər  göndərilir.  Faktaraşdırıcı  missiyalar  işə  düşür. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə