Dövlətin intuitiv təfəkkürlə idarə olunması


-beynəlxalq qeyri-hökümət təşkilatları



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   34   35   36   37   38   39   40   41   ...   54

115 
 
-beynəlxalq qeyri-hökümət təşkilatları; 
-milli qeyri-hökümət təşkilatları; 
-digər milli ictimai qurumlar; 
-fərdi  qaydada  insanlar  (onların  özlərinin  sülh 
təşəbbüsləri,  sülh  çağırışları).  Onlara  dünyada  nüfuz  sahibi 
olanlar-ədəbiyyatçılar,  siyasətçilər,  hüquqşünaslar,  mədəniyyət 
və incəsənət adamları aid ola bilər.  
 
Dünya dövlətlərinin barışdırıcılıq missiyası  
Dünyada  xalqlar  mütəşəkkil  əlaqələr  formasını  yaradaraq 
millətə çevriliblər və çoxlu sayda dövlətlər yaradıblar. Dövlətlər 
dünya  xalqlarının  rəngarəng  ifadələridir  və  iradələrini  yerinə 
yetirmək missiyasını təmin edir. 
Dünya 
dövlətləri 
dünya 
siyasətinin 
əsaslarını 
formalaşdırırlar.  Dünya  siyasəti  dünya  xalqlarının  fərdi  və 
ümumi  maraqlarını  təmin  etmək  aktlarından  meydana  gəlir. 
Dünya  siyasətinin  ağırlıq  mərkəzləri  olan  dövlətlər,  dünyanın 
resurs  baxımından  zəngin  olan  güclü  iri  dövlətləri  mövcuddur. 
Bu  resurslar  uğrunda  həm  mübarizə  gedir,  həm  də  resurslar 
aidiyyatı  istiqamətlər  yönləndirilir.  Resursların  idarə  olunması 
dünya  siyasətinin  əsas  istiqamətlərini  meydana  gətirir. 
Resursların  idarə  olunması  şəbəkəsi  özlüyündə  dünya  siyasəsi 
sistemini yaradır.  
Dünya  şəbəkələrdən  ibarət  olur.  Dünya  siyasəti  məfhumu 
həm  də  dünyanı  vahid  strukturda  təqdim  edir.  Dünya  siyasəti 
anlayışı  düşüncələrdə  həm  böyük  potensiallı  görünür,  həm  də 
çəkili ifadə olunur. 
Dünya  əlaqələri  sistemi  (buna  beynəlxalq  münasibətlər  və 
dövlətlərdaxili münasibətlər sisteminin vəhdəti kimi də baxmaq 
olar)  dünyanın  ümumi  siyasət  prosesləri  vəhdətini  yaradır. 
Ümumdünya  siyasəti və  dövlətrlərin birlikdə iştirakı, prosesləri 
yaratması  nəticə  etibarilə  dünya  xalqlarının  maraq  təminatını 
formalaşdırır.  


116 
 
Çoxlarımıza  məlumdur  ki,  missiya  sözü  vəifə,  borc 
mənasında  işlədilir.  Bu  baxımdan  dünya  dövlətlərinin 
missiyaları  çox  zəngindir.  Əsas  istiqamətləri-sülhü  təşkil  və 
bərpa  etmək,  qoruyub  saxlamaq  və  bu  yolla  təmin  etmək;  sülh 
proseslərini  inkişaf  vəziyyətində  saxlamaq,  siyasət  sisteminin 
(münasibətlər və əlaqələrdən ibarət olan aktlar sistemi) davamlı 
fəaliyyətini  və  daxili  möhkəmliyini  qoruyub  saxlamaq, 
elementlərin  dağılmasının  qarşısını  almaq,  elementlərin  başqa 
axara  yönəlməsinin  qarşısını  almaq.  Sülhü  təmin  etmək  üçün 
resurslardan lazımi istifadə etmək şərtdir.  
Dövlətlər  nə  üçün  barışdırıcı  missiyanı  həyata 
keçirməlidirlər?  Vəzifələri,  yəni  missiyaları  nələrdən 
ibarətdir?-  Bu  suala  konkret  cavablar  olaraq  aşağıdakılar  verilə 
bilər: qlobal və regional gərginliklərin qarşısını almaq üçün.  
Vəzifə  nədir:  Məqsədlərdən  irəli  gələn  hərəkətlər 
məcmusudur. Vəzifələrlə məqsədlərə çatılır, niyyətlər müəyyən 
olunur. Barışdırıcılıq məqsədilə ilk növbədə preventiv (önləyici, 
qabaqlayıcı)  addımların  atılması  zəruridir.  Sülh  missiyası 
əsasdır.  Gərginlik,  böhran  müharibə  mövcud  əlaqələr  və 
münasibətlər  sisteminin  dağıdıcı  ünsürləridir.  Gərginliklər  və 
sülhə  təhdidlər  zamanı  dünya  əlaqələr  sistemində  də  gərilmə 
halları  yaşanır,  təzyiqlər  artır.  Sülh  və  sabit  inkilaf  üçün 
resursların normal axarı təmin edilə bilmir. Bu halda güclər işə 
düşür.  Maraqlar  uğrunda  dünya  siyasət  sistemində 
mübarizələr qızışır.  
  
Barışdırıcılıq missiyası necə həyata keçirilir: 
“Təşkilati-format” diplomatiyasının əsasları  
 
Dövlətlər  səviyyəsində  (missiyanın  subyektləri  dövlət-
lərin  özləri  olmaqla)-burada  proseslər  həm  təşkilati,  həm  də 
prosesual  xarakter  kəsb  edir.  İlk  növbədə  münaqişədə  olan 
tərəflərin  özlərinin  aralarında  olan  problemləri  həll  etmək  üçün 
özləri  tərəfindən  təşəbbüslər  irəli  sürülür.  İkitərəfli  birbaşa 


117 
 
diplomatiya  həyata  keçir,  birbaşa  dialoqlar  qurulur,  ikitərəfli 
formatla  stol  ətrafına  yığışılır.  “Dəyirmi  stol”  diplomatiyası 
təşkil  olunur.  Status-kvonun  bərpası  üçün  əlaqələr  işə  düşür. 
Proseslər  həyata  keçirilir.  Birbaşa  (vasitəsiz)  danışıqlar  həyata 
keçirilir.  Buna  dövlətlərdaxili  (ikitərəfli  əsaslarla),  yəni 
münaqişədə olan tərəflərin özlərinin iştirakı ilə, təşəbbüs demək 
olar.  Bu forma  “vasitəsiz diplomatiya”dır. Sülh sazişləri üçün 
müqavilə  şərtləri  hazırlanır,  dəymiş  zərərlər  müəyyən  edilir. 
Qarşılıqlı  şərtlərdən  ibarət  müqavilə  layihələri  üzərində 
razılaşmalar həyata keçirilir. Burada dəymiş zərərlər üzrə hər iki 
tərəfdən işçi qrupları yaradılır. Beynəlxalq hüququn universal və 
məxsusi 
normaları 
tətbiq 
olunur. 
Sülh 
sazişlərinin, 
müqavilələrinin  imzalanması  ilə  başa  çatır.  Əməl  prinsipləri 
reallaşır.  Yeni  şəraiti  əks  etdirən  hüquq  normaları  hazırlanır, 
qəbul  olunur.  İkitərəfli,  vasitəsiz  barışıqlar  daha  çox  böyük 
dövlətlərin  öz  aralarında  həyata  keçirilə  bilir.  Gediş-gəlişlər  öz 
dövlətləri  arasında  təmin  olunur,  görüşlər  başqa  dövlətlərdə, 
bitərəf  dövlətlərdə  də  təşkil  olunur.  Başqa  dövlətlərin 
ərazilərində olan görüşlər həm də vasitəli diplomatiyada, vasitəli 
barışdırıcılıq missiyasının yerinə yetirilməsində də olur.  
Dövlətlər  səviyyəsində-“Vasitəli  diplomatiya”  nın  tərkibi 
olaraq  regionda  və  qeyri-regionda  olan  dövlətlər  tərəfindən 
barışdırıcılıq  təşəbbüsləri  irəli  sürülür.  Qruplar  yaranır. 
Münaqişəli tərəflərin razılığı və təşəbbüsü, təklifləri və xahişləri 
ilə üçüncü və  ya da dördüncü dövlətlər (sülh missiyasını yerinə 
yetirən  dövlətlər)  işə  qoşulurlar,  barışdırıcılıq  fəaliyyətinə  cəlb 
olunurlar.  Bu  anda  elçilik  missiyası  işə  düşür.  Barışdırıcı  və 
münaqişə tərəflərindən ibarət olan qruplar, komissiyalar yaranır. 
Sülh  araşdırıcı,  şəraiti  araşdırıcı  missiya  işə  düşür.  Bu  anda 
vasitəçi  tərəflər  özləri  şəraiti  araşdırıb,  tərəflərə  tez-tez  və 
vaxtaşırı elçilər göndərirlər. Sül üçün bütün münaqişəli tərəflərin 
razılığı  əsasında  sülh  sazişlərinin  layihələri  hazırlanır. 
Münaqişəli  tərəflər  isə  vasitəçi  tərəflərin  nümayəndələri  üçün 
faktaraşdıcı  missiyanın  yerinə  yetirilməsi  üçün  təkliflər  irəli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə