Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   35   36   37   38   39   40   41   42   ...   54

118 
 
sürürlər.  Vasitəli  diplomatiyanın,  barışdırıcı  dövlətlərin  elçiləri 
tərəflər  arasında  təkliflər  və  ideyalar,  istəklər  və  onların 
reallaşması  uğrunda  çalışırlıar.  Çoxtərəfli  görüşlər-həm 
vasitəçilərin öz arasında, həm də vasitəçilərlə münaqişə trərəfləri 
arasında-ayrılıqda və birlikdə-təşkil olunur. Burada əsas məqsəd 
tərəfləri  bir  araya  gətirmək  və  onlar  arasında  ikitərəfli  və 
çoxtərəfli  iştirak  əsasında  razılığa  gəlməni  təmin  etməkdən 
ibarətdir. 
Vasitəli  diplomatiyanın  daha  bir  növü  beynəlxalq 
təşkilatların 
formatlı  missiyasından  ibarətdir.  Burada 
münaqişəli  tərəfləri  barışdırmaq,  onlar  arasında  pozulmuş 
əlaqələri  bərpa  etmək  və  sülhü  təmin  etmək  məqsədilə, 
münaqişəli  dövlətlərin  xahişləri,  razılıqları,  təşəbbüsləri  ilə 
universal  və  regional  təşkilatlar  sülhyaradıcı  missiyaya 
qoşulurlar.  Burada  da  təşkilatların  missiyalı  elçiləri  işə  düşür. 
Qruplar, təşəbbüslər yaranır. İşçi komissiyalar fəaliyyət göstərir. 
Onların  iş  prinsipi  yuxarıda  sadalananların  iş  prinsipləri  ilə 
oxşarlıq 
 təşkil edir.  
Dövlətlər  səviyyəsində  barışdırıcılıq  missiyasının  təmin 
olunması  üçün  dövlətlər  və  hökumətlərarası  komissiyalar 
yaradılır,  komitələr  fəaliyyətə  düşür,  nümayəndələrdən  ibarət 
qruplar formalaşdırılır.  
Qeyri –dövlət formatlı  barışdırıcılıq missiyası. Münaqişəli 
dövlətlərin ictimai birlikləri, təşkilatları arasında meydana gələn 
fəaliyyət, koordinativ funksiya buna nümunə ola bilər.  
Formatsız  qeyri-dövlət  barışdırıcılıq  missiyası.  “Dünya 
ictimaiyyəti diplomatiyası” 
Bunun  iki  tərəfi  var:  münaqişədə  olan  tərəflərin 
vətəndaşları,  ictimai  birlikləri,  qeyri-hökumət  qurumları.  Onlar 
tərəfindən  irəli  sürülən  fərdi  təşəbbüslər:  təkliflər,  sülhə  çağırış 
bəyanatları, dinc dəstək yürüşləri, mitinqlər və digər yığıncaqlar 
istifadə  üsullarıdır.  Tərəflərə  fərdi  və  kollektiv  imzalı 
məktubların 
yazılması, 
ayrı-ayrı 
şəxslərin 
məqalələri, 


119 
 
müsahibələri və s. üsul olaraq həyata keçirilir. Bu metod fərdi və 
kollektiv fəaliyyətdən ibarətdir. 
Qeyri-münaqişəli 
tərəflərin 
vətəndaşlarının, 
ictimai 
qurumlarının  fərdi  və  kollektiv  təşəbbüsləri.  Burada  dünya 
sülhündə iştirak amili önəmli rol oynayır. Yenə də vətəndaşların 
fərdi  və  kollektiv  fəaliyyəti,  fərdi  təşəbbüslər,  məktublar, 
qarşılıqlı yığıncaqların keçirilməsi əsas üsullardan hesab olunur. 
Buna da “vasitəli dünya xalq diplomatiyası” adını vermək olar.  
 
Beynəlmiləlçiliyin fəlsəfi əsasları 
 
Biz  insanlar  həm  öz  xalqımızı  təmsil  edirik,  həm  də 
ümumilikdə  bəşəriyyəti.  Bəşəri  düşüncə  daha  zəngindir,  çünki 
bütün  dünyanı  əhatə  edir.  Millini  də  öz  tərkibinə  qatır. 
Beynəlmiləl  düşüncə  insan  xislətinin  dahiliyidir.  Dahilikdən  də 
bəşəri xeyirxahlıq doğur. 
Beynəlmiləlçilik anlayışı (bütün xalqları qəbul etmək fikiri, 
təfəkkürü,  düşüncə  tərzi,  düşüncə  əlaməti)  fəlsəfi  düşüncələrin, 
milli  və  beynəlxalq  səviyyədə  bəşəri  özünüdərkin  obyektidir. 
Anlayış  fəlsəfidir,  ona  görə  ki,  həm  genişdir,  həm  də  dərindir, 
faydalıdır.  Bu  baxımdan  da  dəyərlidir.  Faydalıdır,  o  baxımdan 
ki,  bu  konsepsiya  adı  altında  insanların  dəyər  elementləri 
genişlənir.  İnsanlar  düşüncələrində  məkanı  genişləndirirlər  və 
praktiki  olaraq  özlərini  genişlənən  məkanda  görürlər.  Eləcə  də 
bu  anlayış  altında  resurslardan  əhatəli  şəkildə  faydalanmanın 
miqyasını  böyüdürlər.  Anlayış  daha  çox  mahiyyət  məzmun-
ludur.  Həm  şaxəlidir,  həm  də  piramidal  pikə,  zirvəyə,  uca 
mərhələyə  xasdır.  Bu  baxımdan  da  mürəkkəbdir,  yəni  tərkibi 
zəngindir,  sadə  birləşmələr  çoxdur  və  ümumiləşmiş  sadədir. 
Şərti yekun olaraq sadədir. Belə ki, insan özünü bu dünyanın adı 
sakini  hesab  edir  və  geniş  dünyada  sərbəst,  azad  hiss  edir.  Bu 
anlayış  altında  insan  özünü  daha  geniş  məzmunda  dərk  edir. 
Özündə  ali  bəşəri  məna  axtarır.  Anlayışı  özünə  yaxın  buraxan, 
özündə bu kimi fikirləri daşıyan şəxslər üçün bütün dünya, bütün 


120 
 
məkanlar doğma kimi hiss olunur. Bu kimi düşüncə daşıyıcıları 
konseptual  tərkib  elementləri  ruhən  yaxşıca  mənimsəyirlər. 
İnsanın  dünyəvi  kimliyi,  onun  mənası  məhz  bu  anlayış  altında 
daha  da  geniş  şəkildə  dərk  olunur.  Beynəlmiləlçilik  (digər 
xalqları,  onların  mədəniyyətini,  o  cümlədən  davranışını,  irsini 
qəbul  etmək,  başqa  xalqların  ruhunu  yaxın  hesab  etmək)  milli 
dəyərləri  öz  sərhədlərindən  kənara  doğru  genişləndirən  ali 
mahiyyət 
düşüncəsidir.  Beynəlmiləlçilikdə  onun  tərkib 
elementlərinə  münasibətdə  “özgəlik”  kriteriyası tətbiq olunmur. 
Yəni, doğmalığın əhatəsi böyükdür. 
Anlayış  daha  çox  ideal  məzmunludur.  Etik  və  estetik 
ideyadır.  İnsan  əxlaqını  və  dünya  gözəlliyini,  bütün  dünyanı 
sevmək fəlsəfəsini özündə cəmləşdirir. İnsan xəyalən və praktiki 
olaraq elementləri ali dəyər kimi qəbul etməyə çalışır və univer-
sal  formal  dəyər  bütövü  yaradır.  Beynəlmiləlçilik  həm  də  ona 
görə ideal məzmuna çevrilir ki, çox zaman əlçatmaz olur. Yəni, 
ziddiyyətlərin,  milli  maraqların  mövcudluğundan  bəşəri  amal-
larda sarsıntılar, çatışmazlıqlar meydana gəlir.  
Beynəlmiləlçilik düşüncəsi ümumi mənafeni əsas götürür və 
fərdin  maraqlarını  onun  daxilində  axtarır.  Bu  düşüncə  milli 
eqoizmi  rədd  edir  və  insan  varlığını  mərkəzdə  axtarır.  İnsanın 
bəşəri  eqosunu  daha  da  böyüdür.  İnsanı  düşüncələri  ilə 
şaxələndirir  və  ruhunu  əhatələndirir.  Düşüncələrini  mərkəzdən 
ətrafa doğru böyüdür, eləcə də ətrafdan mərkəzlərə doğru, yəni 
fərdin  özünə  sarı  gətirir.  Buradan  da  fərd  özünü  həm  öz 
məkanında, həm də dünya vəhdətinin tərkibində görür. Bu ruhda 
yaşayan  insanlar  özlərini  milli  vətəndaşlarla  yanaşı,  ümümdü-
nya sakinləri kimi hiss edirlər. Təbii ki, fiziki və maddi varlıq, 
mövcud şərait və imkanların çatışmazlığı hər an beynəlmiləlçilik 
fəlsəfi  həyat  tərzini  yaşamağa  imkan  verə  bilmir.  Lakin  ruh  in-
sanlar  üçün  bu  fəlsəfənin  böyüməsini  təmin  edə  bilir.  Bu 
baxımdan da qəbul etmək olar ki, beynəlmiləlçilik daha çox ide-
al baxışların tərkibi kimi qəbul olunur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə