Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   2   3   4   5   6   7   8   9   ...   54

11 
 
-alim  bəşəri  inancı,  bəşəri  vicdanı  öz  əməllərində  sübuta 
yetirməlidir; 
-alim 
dünyalar 
arasında 
fikir 
birləşdiricisi 
və 
ümumiləşdiricisi rolunu oynamalıdır; 
-alim xalqlar arasında sülhün və sabitliyin inkişafını başlıca 
hədəf seçməlidir; 
-alim  dünya  müharibələrinin  qarşısını,  dünya  təhdidlərinin 
qarşısını ala biləcək fikirlərin təbliği ilə məşğul olmalıdır; 
-alim  öz  ruhunu  digər  insanların  ruhları  ilə  vəhdətdə 
görməlidir; 
-alim  öz  əsərlərini,  yaradıcılığını  özündən  başlayaraq 
başqalarını əhatə edən aspektdə müəyyən etməlidir; 
-alim öz bəşəri vicdanı qarşısında daima özünə və kənarlara 
hesabat verməyi bacarmalıdır və s.  
 
Filosof və fəlsəfəşünas məfhumları 
 
 
Filosof sözü özü bir məfhumdur, anlayışdır. Filosof  yüksək 
savadlılığı,  mərifəti,  yəni  ziyalılığı,  müdrikliyi,  ali  düşüncələri, 
aqilliyi  və  xeyirxahlığı,  nəfs  hakimliyi,  zəngin  dünya  görüşünü 
özündə  cəmləşdirən  mücərrəd  bir  konsepsiyadır.  Filosof 
düşüncələri  mürəkkəblikdən  sadəliyə  və  əksinə  formalaşdıran 
bir şəxsdir.  
Filosof yetişir-məlumatlar, siqnallar və onların qavranılması 
yolu ilə. Qavramanın səviyyəsi həm məlumatın özündən, həm də 
dərkedənin, informasiya alanın fizioloji potensialından asılı olur. 
Fizioloji 
potensial 
genetik 
olur, 
daxili 
düçüncələrin, 
məlumatların bazasında oturur. Eləcə də informasiya qəbuledici 
və  ötürücü,  saxlayıcı  və  emaledici  funksiyalardan  asılı  olur. 
Filosof  düşüncə  daşıyıcısıdır.  Düşüncələr  qeyri-müəyyənliyi 
müəyyənliyə  çevirmək üçün  ardıcıl mühakimədir  və  əqli  nəticə 
çıxarmaqdır.  Filosofun  düşüncələri  bir  proses  kimi  formalaşır: 
ardıcıl düşünmə yolu ilə və düşüncələrdən nəticələr çıxarmaqla. 
Nəticələrin  hasil  etdiyi,  gəldiyi  qənaətlər  növbəti  məlumatlar 


12 
 
üçün  başlanğıclar  rolunu  oynayır.  Məlumatlardan  məlumatlar 
şərtlənir. Bu, bir mexanizmdir. Filosofun düşüncələri mürəkkəb 
məzmunlu  və  konstruktiv  əsaslı  olur.  Filosof  sahələr  üzrə  öz 
düşüncələrini bağlayıcı funksiyanı yerinə yetirir. Filosof fizioloji 
və mənəvi baxımdan taraz insan olur.  
Fəlsəfənin başlanğıcı məlumatdır. İnsan bu həyatda hər şeyi 
məlumatla  əldə  edir.  Məlumatı  da  duyğu  orqanları  qəbul  edir. 
Məlumatlar  enerji  olduğundan  qəbul  olunur  və  ötürülür.  Bütün 
təmasların  əsasında  məlumat  dayanır.  Məlumatla  insan  enerji 
toplayır.  Bu  xam  enerji  insan  daxilində  bişmiş  enerjiyə,  yəni 
daha  aktiv  enerjiyə,  həm  də  formasını  da  dəyişə  bilən  enerjiyə 
çevrilir.  Məlumat  özü  forma  baxımdan  hadisədir,  zərrəciklər 
axınıdır.  Bu,  onun  fiziki  xassəsidir.  Məlumatlar  mücərrəd  və 
konkret  olur.  Ümumi  və  məxsusi  xarakterli  olur.  Məlumatlar 
müəyyən  və  qeyri-müəyyən  olurlar.  Hər  bir  məlumatın 
başlanğıcı  və  mənbəyi  onun  müəyyənliyində  və  qeyri-
müəyyənliyindədir.  Məlumatlar  açıldıqca  qeyri-müəyyənlik 
müəyyənliyə  çevrilir.  Filosof  məhz  öz  daxilində  olan  qeyri-
müəyyənliyi aktiv şəkildə müəyyənliyə çevirən şəxsdir. Hər bir 
məlumatın məkanı mövcud olur. Filosof bu məkanı tez müəyyən 
edən şəxsdir.  
Kainat  özü  məlumatlar  toplusudur.  Məlumat  bir  fenomen 
kimi  hərəkətdə  olan  zərrəciklərin  insanlara  daxil  olmasının 
təzahürüdür.  Bu  daxilolma  prosesi  qavrayışları  yaradır.  Bütün 
məlumatlar  siqnallar  olaraq  beyində  əks  olunur,  obrazlanır. 
Qavrayışın  mahiyyəti  elə  siqnalların  mahiyyətindən  meydana 
gəlir.  Yəni,  obyektin  xassəsi  elə  beyində  olduğu  kimi  həkk 
olunur.  Sonra  isə  emal  prosesləri  gedir.  Passiv  və  aktiv 
vəziyyətində  olan  hadisələr  qavranılır,  beyində  əks  olunur. 
İnsanlar  təmasda  olduqları  vasitələrlə  siqnalların  əks  olunması 
ilə  bötövləşirlər,  birləşirlər.  İnsanlar  öz  obyektlərinə  bitişik 
olurlar.  
Gəlin,  bütün  məlumatların  adını  qoyaq  bilik.  Biliklərin 
sistemləşməsi  isə  elm  olsun.  Elm  bilikləri  təsnif  edir,  sahələrə 


13 
 
ayırır,  qruplaşdırır.  Bu,  onun  məxsusi  funksiyasıdır.  Elm 
bilikləri  təkmilləşdirir,  onları  şərtləndirici  əsaslarla,  məntiqin 
funksiyası ilə bağlayır.  
Fəlsəfə  müdrikliyi  sevmək  deməkdir.  Müdriklik  də  fövqəl 
əqlə  malik  olmaq  deməkdir.  Fövqəl  əql  dedikdə,  analogiya 
əsasında  müəyyən  olunan  və  kəmiyyəti  çox  olan  əql  nəzərdə 
tutula  bilər.  Məlumdur  ki,  müdrikliyin,  kamallığın  son  həddi 
yoxdur. Yalnız pilləkənləri var. Müdriklik yuxarıya və ətraflara 
doğru  genişlənən  mücərrəd  dəyərdir.  Öz  tərkibini  isə  konkret 
məlumatlardan,  zərrəciklərdən,  ümumən  isə  enerjidən  götürür. 
Mücərrəd  məlumat  tərkibi  isə  elə  konkret  və  mütləq 
elementlərdən formalaşır. Çünki həyatda hər şey mütləq varlığa 
əsaslanır.  
Müdriklik,  kamallıq,  dahilik  bir  mənəvi  cəmdir.  Bu  kimi 
ifadələr  bir  konsepsiyasdır.  Bunlar  qavrama  ilə  meydana  gəlir. 
Siqnallar qavranılır, idrak formalaşır. Şüur inkişaf edir.  
Fəlsəfəşünas daha çox alim olur. Lakin bu o demək deyil ki, 
o,  filosof  ola  bilməz.  Fəlsəfəşünas  biliklərin  (ayrı-ayrı  sahələr 
üzrə  və  universal  olaraq)  toplanması,  təsnifatı,  yəni  seçimi, 
qruplaşdırılması  ilə  məşğul  olur.  Bilikləri  qazana-qazana  öz 
daxili  mənbəyini  aktivləşdirir  və  artırır.  Qaranlıqlara  işıq  salır. 
Fəlsəfəşünas  filosofların  düşüncələrini  biliyə  çevirən  və 
elmiləşdirən  şəxsdir.  Burada  o,  bu  bilikləri,  əldə  etdiyi 
məlumaları  ümumiləşdirir,  məxsusiləşdirir,  analogiya  ilə  əqli 
nəticələr  çıxarır.  Yeni  mühakimələr  ortaya  qoyur.  Burada 
fəlsəfəşünas da öz konstruksiyasını yaradır. Nəticə etibarilə o da 
filosofa çevrilə bilir. Fəlsəfəşünas məhz idrak formaları əsasında 
filosofa çevrilə bilir. Fəlsəfi düşüncələri özünə dayaq edir, ilkin 
məlumatlar  kimi  qəbul  edir,  sonra  da  bu  biliklərin 
konstruksiyasını yaradır.  
Fəlsəfə təfəkkürün formaları olan məfhumdan (anlayışdan), 
hökmdən  (iqrari,  inkari,  ümumi,  fərdi,  məxsusi  və  konkret 
fikirdən, mühakimədən) və əqli nəticədən (induktiv, deduktiv və 
analogiya-uyğunluq)  yaranır.  Fəlsəfə  ağılın  çevikliyindən, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə