Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   36   37   38   39   40   41   42   43   ...   54

121 
 
Beynəlmiləlçilik  düşüncəsində  “başqa”  ifadəsi,  sözü  yad 
kimi qəbul olunmur. Burada başqa sözü sadəcə digər tərkib ele-
mentini ifadə edir. Buna görə də bütün dünyanı təşkil edən mad-
di  və  mədəni  elementlər  vəhdət  şəkildə  beynəlmiləlçilik 
fəlsəfəsinin tərkibini təşkil edir. Düşüncədə olan fərd üçün bütün 
dünya elementləri vəhdət halını alır.  
Beynəlmiləlçilik  fəlsəfəsinin  obyektində  dünya  xalqlarının 
fərqli  dini  inancları,  dünyagörüşləri  də  yer  alır.  Burada  milli 
inanclarla yanaşı, tolerantlıq, barışdırıcılıq düşüncələri də hakim 
olur.  Bu  baxımdan  da  bəşəri  sivil  rəngarənglik  ümumdünya 
fəlsəfəsinin  tərkibini  təşkil  edən  elementləri  əhatə  edir.  Bu 
rəngarənglikdə  mədəniyyət,  o  cümlədən  ədəbiyyat,  din, 
incəsənət  birləşir  və  düşüncələrin  konsentrasiyasını,  yəni,  ayrı-
ayrı sahələrdə olan mərkəzlərin birgə olaraq konseptual məzmun 
almasını,  şəbəkələnməsini  özündə  ehtiva  edir.  Dünya 
fəlsəfəsinin  tərkibi  elə  onun,  yəni  dünyanın  elementlərinin 
mərkəzləşmiş,  cəmləşmiş  halda  əlaqələr  vəhdətində  meydana 
gəlir.  Beynəlmiləlçilik  fəlsəfəsindəki  piramidal  formada  çoxlu 
sayda  mərkəzlər  mövcud  olur.  Bu  mərkəzlər  və  onlar  arasında 
olan  bağlayıcı  elementlər  özlüyündə  fəlsəfi  mahiyyəti  həm 
bütöv,  tam,  həm  də  tərkib  baxımından  dərk  etməyə  imkanlar 
yaradır.  Fəlsəfi  düşüncə  tərkiblərdəki  mərkəzləri  də  bir  fəlsəfi 
düşüncə  obyektinə  çevirir.  Mərkəzlər  kimi  xalq,  mədəniyyət, 
dövlət, digər təşkilat, resurs, sistem kriteriyaları çıxış edir.  
Beynəlmiləlçilik 
fəlsəfəsində 
mahiyyət 

dərəcədə 
genişlənir ki, dəyərlər şəbəkəsi xəyali və əyani olaraq bütün dü-
nyanı  əhatə  edir.  İnsan  üçün  məkan  kriteriyası  daralmır  və 
xəyalən  arzular  geniş  aləmi  əhatə  edir.  Bu  baxımdan 
beynəlmiləlçilik fəlsəfəsi daha çox pozitiv və təminedici, müda-
fiəedici  əhəmiyyət  kəsb  edir.  Çünki,  tərkib  elementləri  dəyər 
olaraq  çoxluq  təşkil  edir.  Beynəlmiləlçilik  fəlsəfəsi  ali  insani 
dəyər  fəlsəfəsidir.  İnsanların  bütün  mədəni  xeyirxah  əməlləri 
məhz  bu  fəlsəfənin  daxilində  qərarlaşa  bilir.  Bu  baxımdan  da 
humanist  mahiyyətin  zirvəsini  fəth  edir.  Tərkib  baxımından 


122 
 
dəyərlər  çoxluq  təşkil  etdiyindən,  elementlər  arasında  mübadilə 
prosesləri də geniş vüsət alır.  
Beynəlmiləlçilik fəlsəfi düşüncələri estetikanın da əsaslarını 
formalaşdırır.  Belə  ki,  bu  ruhda  olan  və  dərinə  düşünən  şəxs 
ümumdünya gözəlliyini anlayır. Gözəlliyi xəyali zövqün obyek-
tinə  çevirir.  Bu  vəhdət  gözəlliyindən  enerji  alır.  Buna  görə  də 
dəyər  əldə  etmək  üçün  öz  daxili  aləmini  ideallıqla,  fikirən, 
xəyalən genişləndirir. Genişlənmə elementlər hesabına baş verir.  
Yuxarıda  qeyd  olunanlar  səbəbindən,  bir  çox  anlayışlar 
kimi,  beynəlmiləlçilik  anlayışının  tərkibi  çox  zəngindir  və 
genişdir.  Ona  görə  ki,  bu  anlayışın  elementlərini  bütün  dünya 
xalqları,  onların  maddi-  mədəni  irsi,  ruhu  irsi  təşkil  edir.  Ele-
mentlərin  zənginliyi  özlüyündə  düşüncə  zənginliyini  yaradır. 
Sadə  düşüncələrin  mürəkkəbliyi  sadə  dərketmədən  meydana 
gəlir.  Obyekt  çoxelementli  olur.  Beynəlmiləlçilik  fəlsəfəsinin 
ruhunda  bir  yumşaqlıq  mövcuddur.  Düşünən  şəxs  obyektə 
özününkü kimi, sahiblik  ruhu ilə  yanaşır.  Bu düşüncəni özündə 
daşıyan  fərd  beynəlmiləlçiliyin  tərkib  elementlərinə  ona  görə 
yumşaq yanaşma edir, çünki, elementləri doğma hesab edir. Bu 
baxımdan da bir qədər mühafizəkar ruh formalaşa bilir. 
Ümumdünya  vəhdət  fəlsəfəsi  dünya  mədəniyyəti  və  dünya 
əxlaqı fəlsəfəsini də öz tərkibinə qatır. İnsan və onun bütün dü-
nyada  davranış  xüsusiyyətləri,  digər  elementlərə  yanaşma  nor-
malarını meydana gətirir. Buradan da hətta dövlətlərin beynəlx-
alq  etik  xüsusiyyətləri  formalaşmış  olur.  Dövlətlər  çalışırlar  ki, 
dünyada mədəni davransınlar və milli mənafelərə və beynəlxalq 
maraqlara xələl gəlməsin.  
Onu  da  qeyd  etmək  yerinə  düşər  ki,  beynəlmiləlçilik 
fəlsəfəsinin  iki  qolu  mövcud  olur:  biri  siyasi  çalar  təşkil  edir, 
digərisi  isə  daha  çox  sivil  mahiyyəti  əks  etdirir.  İctimai  məna 
daşıyır. Dövlət siyasi funksiyanı yerinə yetirir. Başqa dövlətlərlə 
əməkdaşlığı və yüksək inteqrasiyanı əsas götürür. Hər iki qolda 
mədəni  amillər  üstünlük  təşkil  edir.  Qeyri-siyasi  qolda  isə  ic-
timai-sivil  düşüncələr  yer  alır.  Bu  qol  daha  çox  sərbəst 


123 
 
düşüncələrlə  əhatələnir.  Bu  qolda  olan  fikirlərin  məhdud-
laşmasını isə dövlətlər həyata keçirirlər.  
Beynəlmiləlçilik  fəlsəfəsinin  hər  iki  qoluna  aid  olan 
düşüncələr  dövlət  sərhədlərinin  radikal  formasını  rədd  edir  və 
dünyada  vahid  dövlətlər  birliyi  ideyasından  çıxış  edir.  İkinci 
istiqamət  isə  xalqlar,  insanlar  birliyi  faktorlarını  daha  çox 
qabardır.  Ümumdünya  pasifistləri  məhz  beynəlmiləlçilik  ruhu-
nun sivil qanadında daha çox təmsil olunurlar. Onlar dövlətlərin 
məhdudlaşdırıcı  və  pozucu  fəlaiyyətinə  qarşı  olurlar.  Sülh 
funksiyalı  (sülhməramlı)  beynəlxalq  ictimai  təşkilatlar  bu  kimi 
funksiyanı  yerinə  yetirirlər.  Bu  fəlsəfi  şüurun  təmsilçiləri  dö-
vlətləri  milli  əsaslarla  yanaşı,  bütün  insanlar  üçün  (bir  dövləti 
hamı üçün) faydalı qurum kimi qələmə verirlər.  
Beynəlmiləlçilik  fəlsəfəsi  insane  xislətində  bəşəri  amalları 
özündə  ehtiva  edən  müdrikliyin  ali  zirvəsidir.  Müdrik  insanlar 
üçün  mənəvi  məkanın,  mədəni  dəyərlərin  qurtaran  son  həddi 
olmur.  Müdrik  insanlar  özlərinin  ehtiyaclarının  ödənilməsi 
baxımından  kiçik  maddi  məkanla  qane  olsalar  da  (aza  qane 
olmaq  xassiyyəti),  mənəvi  məkanla  sərhədlənə  bilmirlər.  Belə 
xarakterli  insanlar  öz  fiziki  kiçikliklərini  bütün  məkanlar  üzrə 
gəzdirirlər.  Lakin  onların  mənəvi  məkanları  daha  sürətlə  xəyali 
olaraq dünyanı əhatə edir. Sanki mənəvi sərhədlər prinsipi bir o 
qədər  əhəmiyyət  kəsb  etmir.  Fiziki  sərhədlər  onların  mənəvi 
sərhədləri üçün əsas məhdudlaşdırıcı rol oynamır. Bu düşüncəyə 
hakim  olanlar  dövlət  sərhədlərinin  o  tayında  olan  məkanları 
özləri  üçün  doğma  hesab  edirlər  və  ruhən  yaxınlaşdırırlar. 
Beynəlmiləlçi  ruhlu  insanlarda  milli  dəyərlərin  beynəlxalq 
dəyərlər  standartları  ilə  yüksək  səviyyəyə  qalxması  prosesləri 
əhəmiyyət  kəsb  edir.  Onlar  öz  əməlləri  və  fikirləri  ilə  vəhdət 
yarada bilirlər.  
Beynəlmiləlçi ruhlu insanlarda milli və beynəlxalq dəyərlər 
sintez  təşkil  edir  və  bağlayıcılıq  prosesləri  ruhu  daha  da 
genişləndirir.  Mədəni  tellərin  sintezi  bu  fəlsəfənin  birləşmiş  və 
böyük mahiyyət kəsb etmiş obyektini təşkil edir. Fəlsəfi düşüncə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə