Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   37   38   39   40   41   42   43   44   ...   54

124 
 
sahibləri  ruhu  yuxarıya  doğru  qaldırırlar.  Beynəlmiləlçilik 
fəlsəfəsi bütün insanlarda həm də ədalətcəsinə bərabərlik axtaran 
vahid ruh fəlsəfəsidir.  
Beynəlmiləlçilik  fəlsəfi  bir  anlayışdır  –ona  görə  ki,  insanın 
maddi və mənəvi aləmini bir tərəfdən genişləndirir, digər tərəfdən 
də  aliləşdirir.  Beynəlmiləlçilik  ideyası  özünüdərketmənin  ali 
mahiyyət  formasıdır.  Beynəlmiləlçilik  düşüncəsinə  hakim  olan 
şəxslər üçün dünyanın makro mahiyyəti ilə qəbul olunması prin-
sipləri mühüm yer tutur. Bu ideya rəngarəng elementlərin çeşidli 
məcmusundan  yaranan  bir  bütövü  təşkil  edir.  Beynəlmiləlçilik 
ruhunu  özündə  daşıyan  şəxslər  məhz  dünyanın  hər  bir  məkanını 
əyani və qiyabi olaraq özünə yaxın hesab edir. Belə şəxslər üçün 
mədəni  torlar  ideyası  rədd  edilir.  Beynəlmiləlçilik  ruhu  milli 
ruhun  beynəlxalq  ruhla,  beynəlxalq  elementlərlə  bağlanması 
düşüncələrini özündə əks etdirir. Bu bağlanma da daxilən zəngin-
lik  axtaran  insane  ruhunu  sakitləşdirir.  Beynəlmiləlçilik  ruhu 
mənəvi  dəyərləri  daha  çox  baza  hesab  edirlər.  Onlarda  maddi 
aləmin  məkan  nisbətinə  olan  sonsuzluğu  qəlb  rahatlığı  və 
arxayınlığını ehtiva edir.  
Beynəlmiləlçilik ruhunu daşıyan şəxslər öz məkanlarında və 
başqa  məkanlarda  rəngarəngliyi  və  çox  çeşidliyi  qəbul  edir  və 
düşüncələrini  əhatələndirir  və  düşüncələrinin  obyektində 
müxtəlif  mədəni  xalqların  nümayəndələri  olan  şəxsləri  və  on-
ların əməllərni görürlər. Xalqların birgə  yaradıcılığı və qurucu-
luğu  önəmli  mahiyyət  daşıyır.  Beynəlmiləlçilik  elə  dəyərləri 
bağlayan  ali  fəlsəfi  düşüncə  kriteriyasıdır.  Piramidanın  yuxarı 
mərhələsində bitkinləşir.  
Beynəlmiləlçilik  ruhu  insanlar  arasında  fizioloji  və  mədəni 
fərqliliyi  yalnız  vahid  dünya  məkanının  tərkib  zənginliyi  kimi 
görür. Beynəlmiləlçilik ruhu geniş məkanlar üzrə sintez olunmuş 
bir  ruhdur  və  dəyərlərin  mübadiləsini  əsas  prinsip  kimi  görür. 
Beynəlmiləlçilik  ruhu  avtoxton  mədəni  kompleksiyanı  yarıb 
keçir  və  özünü  ümumdünya  mədəni  mərkəzləşməsi  amili  kimi 
axtarır.  


125 
 
Beynəlmiləlçilik  ruhu  ümumdünyaya  bağlanmaq  və 
mərkəzdə özünü (fərdin özü nəzərdə tutulur) görmək kimi fəlsəfi 
idrakı meydana gətirir. Beynəlmiləlçilik anlayışında multikultur-
alizm  var.  Bu  anlayışı  öz  ruhunda  yaxından  dərk  edənlər  dü-
nyanın maddi və  mənəvi  irsini özləri üçün doğma hesa edirlər. 
Ümumdünya  mədəniyyətinin  nümunələri  bu  fəlsəfi  baxışlar 
altında doğmalaşır.  
Məlumdur ki, insan ehtiyacları, tələbatları, istəkləri və bun-
dan  yaranan  maraqları  milli  və  beynəlxalq  olmaqla,  iki  hissəyə 
ayırılır.  Müasir  dövrdə  dünya  haqqında  audio  və  video  vizual 
görüntülərin  əldə  olunması  -bir  tərəfdən,  praktiki  olaraq  əyani 
tanışlıq  isə  başqa  bir  tərəfdən,  hansı  xalqı  təmsil  etməyindən 
asılı 
olmayaq, 
insan 
ruhunun 
zənginləşməsinə 
və 
vəhdətləşməsinə 
səbəb 
olur. 
Ümumdünya 
ədəbiyyatı, 
mədəniyyət  və  incəsənət  nümunələrinin  mübadiləsi,  xalqlar 
tərəfindən açıq şəkildə  mənimsənilməsi və  bu elementlərə  veri-
lən  dəyərlər  özlüyündə  beynəlmiləlçilik  fəlsəfi  düşüncələrini 
meydana  gətirir.  Dünya  resursları,  onların  xammal  və  emal 
şəkilində  dünyaya  təqdim  edilməsi  də  beynəlmiləl  ruhu  zəngin 
edir.  
İnsanlar  öz  düşüncələrinin  mərkəzində  özlərini  görürlər. 
Bununla  da  mövcud  olduqları  məkanlarda  özlərini  təsdiq  və 
ifadə  edirlər.  Həmçinin  qərar  tutduqları  bütün  məkanları 
özgədən  doğmaya  çevirirlər.  İnsan  düşüncələrində  milli 
amillərlə  yanaşı,  insanlıq  fəlsəfəsinin  tərkibi  olaraq,  beynəlxalq 
humnanist  amillər də  üstünlük təşkil edir.  İnsan həm öz doğma 
yurdunu,  ölkəsini,  vətəninin,  dilini,  dinini  qəbul  edir,  özünü  bu 
amillərdə təbii olaraq təsdiq edir, bu kimi kriteriyalarla  yaşayır, 
həm də beynəlxalq məkanda, dünya məkanında özünü hiss edir. 
Belə  xarakterli  insanlar  üçün  “vahid  dünya  və  insan  onun 
mərkəzində” fəlsəfi düşüncələri qərarlaşır.  
Beynəlmiləlçilik  fəlsəfəsinin bir istiqaməti də barışdırıcılıq, 
sülhü  yaratmaq  fəlsəfəsidir.  Ümumdünya  sülh  missiyasını 
həyata keçirmək düşüncələri,  dünyada müharibələri rədd  etmək 


126 
 
düşüncələri də burada hakim olur. Bəşəri və ümumsivil dəyərləri 
itirməmək naminə  beynəlmiləl vahid konstruksiyanı pozmamaq 
naminə beynəlmiləlçi insanlar barışdırıcılıq missiyasını üstün tu-
turlar və zərərverici ünsürləri zərərsizləşdirməyə çalışırlar. 
Beynəlmiləlçilik fəlsəfəsinin daha bir qolu ümumən dünya-
da  qadın  hüquqlarını  təbliğ  edən  ictimai-siyasi  proseslərdən 
ibarətdir.  Dünya  feminizm  fəlsəfəsi  (qadınlara  ictimai-siyasi 
həyatda  kişilərlə  yanaşı  bərabər  iştirakçılığı  təbliğ  edən  fəlsəfi 
düşüncə) onun tərkibini təşkil edir. 
Beynəlmiləlçilik  fəlsəfəsinin  formalaşmasında  beynəlxalq 
sənədlər yönləndirici vasitələr qismində çıxış edə bilirlər.  
 
“Ümumdünya vətəndaşlığı” anlayışı və onun əhəmiyyəti 
 
Hər  kəs  həm  öz  ölkəsinin,  həm  də  dünyanın  sakinidir.  Dü-
nya bir, Allah bir, insanlar və  xalqlar da birdir.  Fərqlilik  yalnız 
bu  vahidin  makro  məzmununu  tamamlamaq  üçündür.  Vəhdət 
dünya  daxili  elementləri  ilə  zəngindir  və  bu  zənginlik  insanlar 
üçün bir dövlət ideyasını nisbiləşdirir. 
Vətəndaş  anlayışı  nədir.  Məlumdur  ki,  indi  hər  bir  sakin 
dövlət  adlanan  siyasi  qurumun  sərhədləri  daxilindəki  məkanda 
yaşayır.  Dövlət  insanların  hüquqlarını  müəyyən  edən  tərəf 
rolunu  oynayır.  Dövlət  insanların  hüquqlarını  xalqların  bərabər 
hüquqları vəhdətində təmin etmək funksiyasına malik olur. Milli 
vətəndaşlara xaricilərə nisbətən daha çox hüquqlar verilir.  
Dünya  sakinləri  cəmiyyət  formasında  və  tayfa  halında 
(tribes)  meşəliklərdə,  cəngəlliklərdə  (Amazonka  meşəliyi, 
İndoneziya  meşəlikləri  və  s.),  səhralarda  (Afrika  səhraları)  və 
çollərdə  (aullarda-köçərilərin  həyat  sürdüyü  mobil  yurdlarda), 
dağlarda  yaşayırlar.  Bu  baxımdan  da  yaşayış  tiplərini  bəsit 
(təbiətdən  asılı)  və  təkmil  (sosial  formalı,  mürəkkəb  strukturlu) 
olaraq  iki  baza  qrupa  ayırmaq  olar.  Təkmil  forma  daha  çox 
oturaq  həyat  tərzinə  aid  olur  və  müasir  anlamda  müəyyən  sivil 
məkanda  qurulan  əlaqələr  və  münasibətlər  formasını  özündə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə