Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   38   39   40   41   42   43   44   45   ...   54

127 
 
ehtiva  edir.  Sosial  formalı  yaşayış  tərzi  strukturlaşmış 
qruplardan,  mexanizmə  malik  olan  sistemlərdən  ibarət  olur. 
Oturaq  həyat  formasında  sosial  münasibətlər  və  əlaqələr  geniş 
şəkildə  öz  əksini  tapır.  Oturaq  həyat  tərzi  və  əkinçiliyə, 
maldarlığa  və  sənaye  istehsalına  bağlılıq  özündə  sosial 
münasibətləri yaradır ki, bu da nəticə etibarilə dövlətlə vətəndaş 
arasında  siyasi  və  mədəni  əlaqələr  formasını  meydana  gətirir. 
Oturaq həyat tərzi sakinin, fərdin yaşayış yeri üzrə qeydiyyatını 
və  bununla  da  dövlətlə  inzibati,  sosial  və  siyasi  tənzimləməni 
zəruri edir. Dövlət sosial ünsürlərdən öz idarəçilik subyektlərini 
formalaşdırır. Mədəniyyət sosial formanın əsasında qərarlaşır və 
dövlətin  cəmiyyətlər  tərəfindən  təşkili  mədəniyyətin  nəticəsi 
olaraq  meydana  gəlir.  Bu  baxımdan  da  qeyd  etmək  olar  ki, 
vətəndaş  anlayışı  sosial-siyasi  mədəniyyətin  təzahürü,  hüquqi 
əsasları  olaraq  meydana  gələn  siyasi  bir  anlayışdır.  Ona  görə 
siyasi  ki,  vətəndaş  dövləti  təşkil  edir  və  özünü  də  dövlətin 
tənzimləmə obyektində, mərkəzində görür.  
Vətəndaş  anlayışı  özündə  fərdin  hüquqi-siyasi  statusunu 
müəyyən  edir.  Dövlətin  tənzimləmə  obyektini  meydana  gətirir. 
Dövlət vətəndaşın maraq əks etdirdiyi bütün sahələrdə, fəaliyyət 
sahələrində  tənzimləyici  tərəf  kimi  çıxış  edir  və  bütün 
potensialını  bu  istiqamətə  yönəldir.  Vətəndaş  anlayışı  özündə 
iqtisadi, siyasi  və  sosial  aspektlərin vəhdətini  yaradır. Vətəndaş 
anlayışı  fərdin  dövlətlə  olan  münasibətlərində  və  əlaqələrində 
hüquqi  aspektləri  zəruri  edir.  Vətəndaş  dövlət-xalq  arasında 
rəsmi əlaqələrin hüquqi-siyasi məzmununu ifadə edir.  
Vətəndaş  anlayışı  əsasən  daha  çox  sivil  və  formalı  -əlaqali 
xarakterə malik olur. Vətəndaş anlayışı məhz cəmiyyətə xas olan 
anlayışdır.  Hansı  ki,  bu  cəmiyyət  elə  dövlətin  mənbəyini 
formalaşdırır.  İnsanlar dövlətlərini ona  görə təşkil  edirlər  ki, öz 
vətəndaş  statuslarını  yaratsınlar.  Bununla  da  normalar  ilə 
müəyyən  olunan  hüquqlardan  faydalansınlar.  Vətəndaş  anlayışı 
həmçinin dövlətin xalqına verdiyi konstitusion-hüquqi statusunu 
müəyyən  edir.  Vətəndaş  anlayışı  cəmiyyətlərdə  ona  görə 


128 
 
formalaşır ki, cəmiyyət tipində yaşayan insanlar kollektiv təkmil 
istehsalla  məşğul  olurlar  və  istehsal  məhsulları  üzərində  də 
kollektiv  əlaqə  və  münasibət  formalaşdırırlar.  Resurslardan 
kollektiv olaraq istifadə prinsipini əsas kimi qəbul edirlər. Bu da 
insanlar arasında kollektiv vərdişləri meydana gətirir. İstehsalat, 
xidmət  və  infrastrukturdan  ibarət  olan  iqtisadi,  sosial  və  siyasi 
məzmunlu  əlaqələr  forması  özlüyündə  vətəndaş  anlayışını 
medana gətirir. Vətəndaş anlayışı yaşayışın kənd, qəsəbə, rayon 
və  şəhər  tipini  formalaşdırır  və  əhalinin  hüquqi  qeydiyyat  və 
siyahıyaalınmasını  zəruri  edir.  Yaşayışın  bu  kimi  tipləri  də 
özündə  vətəndaş  anlayışını  formalaşdırır.  Anlayış  əhali 
demoqrafiyasını,  miqrasiya  və  urbanizasiyasını  zəruri  edir. 
Vətəndaş  anlayışı  dövlətin  mənbəyi  və  bazası  üçün  lazımi 
elementlərin  əsaslarının  formalaşmasını  zəruri  edir.  Bu  anlayış 
dövlətin 
potensialını 
müəyyən 
edir 
və 
istehsalatda, 
iqtisadiyyatın,  infrastrukturun  digər  sahələrində  əmək  və  işçi 
qüvvəsi potensialını meydana gətirir.  
Vətəndaş  anlayışı  özündə  əlaqələrin  formasını  əks  etdirir 
və  dövlətlə  -xalq  arasında  sosial-siyasi  əlaqələrin  əsaslarını 
formalaşdırır.  Vətəndaş  anlayışı  dövlətə  sakinlərə  bərabər-
hüquqluluq kriteriyası ilə yanaşmanı təmin edir. Dövlət hüquq 
normalarının  subyekti  və  obyekti  qismində  insanları  həm 
maraq  kateqoriyalarına  bölür,  həm  də  sahələr  üzrə  onları 
bərabərləşdirir. Vətəndaş anlayışı daha çox milli xüsusiyyətləri 
özündə  ehtiva  edir  və  dövlətin  səlahiyyətli  olması  üçün  ona 
müvafiq  milli  hüquqların  verilməsini  zəruri  edir.  Vətəndaşlar 
üzərində  səlahiyyətlər,  eləcə  də  xarici  ölkələrin  vətəndaşları 
üzərində olan hüquqi səlahiyyətlər milli dövlətlərin beynəlxalq 
hüquqi  səlahiyyətlərini  də  meydana  gətirir.  Bu  baxımdan  da 
dövlətlərdə  yaşayan  sivil  insanlar,  vətəndaşlar  milli  və 
beynəlxalq hüquqi statuslar qazanmış olurlar.  
Vətəndaş anlayışı ideal bir anlayışdır və eləcə də real hüquqi 
əsasları mövcuddur. Lakin bü gün insanların əksəriyyəti özlərini 
həm  də  dünya  sakinləri  kimi  hiss  edirlər.  Bütün  dünya 


129 
 
ölkələrinin  insanların  ümumi  hüquqlarının  təmin  olunmasında 
vahid öhdəliklərinin olmasını qəbul edirlər. Onu da qeyd etmək 
yerinə  düşər  ki,  beynəlxalq  hüquqi  normalar  əsasında  dövlətlər 
rəsmi  olaraq,  hüquqi  əsaslarla  insanların  dünya  hüquqlarını 
təmin edirlər. Miqrasiya hüquqları bu sahədə örnək təşkil edir.  
Daha çox idealizmin tərkibi olan “Ümumdünya vətəndaşı” 
anlayışı, milli vətəndaş anlayışından fərqli olaraq, bir qədər lokal 
siyasi  məzmununu  itirir,  daha  doğrusu  transfer  etdirir, 
genişləndirir. Bu anlayış özlüyündə dövlətlərin hər birini özünə 
vətən  (doğma  yurd,  doğma  el,  doğma  torpaq  və  s.)  hesab  edən 
şəxslərə aid olur. Burada milli amillər mütləq mahiyyətlə yanaşı, 
həm  də  nisbiləşir.  Vətəndaş  anlayışı  özünün  milli  əsaslarını 
böyüdür  və  ümumdünya  vətəndaşlığına  keçirdir.  Bu  ideya  ilə 
yaşayan insanlar üçün dövlət və onun sərhədləri bir qədər şərti 
formal  xarakterdə  olur.  Ümumdünya  vətəndaşlığı  anlayışı  milli 
vətəndaşlıq anlayışını  rəsmi olaraq tərkib hissələrə  ayırır.  Yəni, 
dövlətlər həm öz vətəndaşlarının, həm də xaricilərin, əcnəbilərin 
(xarici  ölkə  vətəndaşlarının  və  vətəndaşlığı  olmayan  şəxslərin) 
hüquqlarını  qəbul  edir,  müəyyən  edir  və  təmin  edir.  İnsanlar 
üçün  dövlətlərin  bu  kimi  milli  və  beynəlxalq  hüquq  və 
öhdəlikləri  ideal  və  praktik  real  məzmunlu  olur.  Ümumdünya 
vətəndaşlığı anlayışı dövlətlər tərəfindən birbaşa qəbul olunmur, 
milli  hüquqla  beynəlxalq  hüququn  vəhdətində,  bu  baxımdan 
milli və  beynəlxalq  əsaslarla səlahiyyətlər  bölgüsü çərçivəsində 
bu  ideya  özlüyündə  reallaşır.  Lakin  ümumdünya  vətəndaşlığını 
birbaşa  qəbul  edən  şəxslər  dövlətlərin  milli  səlahiyyətlərinə  və 
beynəlxalq hüquqa yumşaq yanaşma edirlər.  
Ümumdünya  vətəndaşlığı  milli  dövlətlər  trəfindən  rəsmən 
qəbul  olunmayan,  lakin  dövlətlərarası  müqavilələrlə  və  digər 
sənədlərlə  müəyyən  edilən  insan  hüquqları  kriteriyası  ilə 
əhatələnən  bir  anlayışdır.  Dövlətlər  istər  milli,  istərsə  də 
beynəlxalq  sferada  vətəndaşlarının  hüquqlarını  başlıca  zəruri 
amil kimi qəbul edirlər.  
Bu  anlayış  ideal  məzmunludur  və  ideyalardan  ibarətdir. 
Ümumdünya  vətəndaşlığı  anlayışı  fərq  qoymadan  insanı 
mərkəzdə  bir  obyekt  kimi  götürür.  İnsanları  və  xalqları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə