Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.

səhifə43/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
1   ...   39   40   41   42   43   44   45   46   ...   54

130 
 
bərabərləşdirir  və  bütün  dövlətləri  -  kəskin  fərqli  seçimlər 
etmədən -bütün insanlar üçün xidmətə əsaslara yönəldir. “Vahid 
insan-bütün dövlətlər” prinsipini əhatə edir. Bu anlayış dünya 
məkanını  bütövləşdirir.  Mərkəzləşdirici  və  yayıcı  sistemə  xas 
olur.  
“Ümumdünya vətəndaşı” anlayışı özündə vahid mədəniyyət 
(çalarların vəhdəti)  anlayışını da qəbul edir.  Bu anlayış özündə 
formaları  fərqli  bilir.  Dövlətlərin  formalarında  olan  fərqlər 
(dövlət quruluşunda olan fərqlər, ərazi, əhali və digər fərqlər) ola 
bilir.  Lakin  insanları  vahid  kriteriya  kimi  götürür.  Bu  anlayışa 
əsasən,  dövlətlər  xalqları  fərqli  kriteriya  ilə  qəbul  edə  bilmir. 
Xalqları  vahid  dünya  mədəniyyətinin  tərkib  elementi  və  çaları 
kimi görür və bu baxımdan da mərkəzləşdirici və genişləndirici 
funksiyaya  malik  olur.  Burada  milli  strukturlar  arasında  ideya 
birləşdiriciliyi  yaranır və  bundan da mənəvi doğmalıq meydana 
gəlir.  
“Ümumdünya  vətəndaşlığı”  anlayışı  ilə  bağlı  bu  kimi 
ümumiləşdirilmələr aparmaq olar: 
-ümumdünya  vətəndaşlığı  vahid  dünya  prinsipləri  üzərində 
formalaşan ideyalardan ibarət olur; 
-anlayış  bütün  dünya  dövlətlərinin  tənzimləmə  mərkəzində 
“insan” faktorunu əsas prinsip kimi qəbul edir; 
-anlayış  milli  üstünlüyü  qəbul  etmir  və  ideya  olaraq  bütün 
insanları bir və bütün dövlətlərdə vahid varlıq kimi qəbul edir; 
-anlayış  kosmopolitizm  (dünya  sakini  ideologiyası)  ilə 
bərabər qəbul edilə bilir. Burada bütün xalqlara olan münasibət, 
insan mərkəz olmaqla, universal əsaslarla qəbul olunur; 
-anlayış  radikal  milli  vətəndaş  anlayışın  qəbul  etmir  və 
dövlətlərin universallığı prinsipini qabardır; 
-anlayış  “siyasi  sərhədlərsiz  dünya”  prinsipi  üzərində 
formalaşır; 
-anlayış  ümumdünya  sülh  hərəkatını  formalaşdıran  fikirləri 
özündə ehtiva edir; 
-anlayış təbiətə, canlılara, eko mühitə zərər verən üsnsürlərə 
qarşı  mübarizə  aparan  bütün  beynəlxalq  hərəkatları  özündə 
ehtiva edir; 


131 
 
-anlayış insan xarakterində müdrikliyi və beynəlmiləlçi ruhu 
özündə  cəmləşdirir  və  bu  baxımdan  da  ideallaşdırıcı  məzmuna 
malik olur; 
-anlayış  ümumdünya  etika  anlayışını  birləşdirir  və  vahid 
dünya mənəviyyatını aşılayır; 
-anlayış  ümümdünya  sülhünü  tərənnüm  edir  və  qlobal  və 
regional miqyaslı müharibələri rədd edir; 
-anlayış  “dünya  bir  dövlət,  bir  dövlət  bütün  dünya” 
prinsipini qəbul edir və tərənnüm edir; 
Anlayış  ümumdünya  mədəniyyətinin  formalaşmasını  əks 
etdirir.  Xalqlar  mədəniyyəti  cəmində  dünya  mədəniyyətinin 
bütövünü görür və s.  
 
Anlayışın əhəmiyyəti: 
 
-milli eqoizmin qarşısını alır; 
-xalqların başqa xalqlar üzərində birtərəfli üstünlüyünü rədd 
edir; 
-milli  sferada  və  beynəlxalq  əlaqələrdə  xalqlar  arasında 
istənilən formada olan ayrı-seçkiliyi rədd edir; 
-dövlətlər arasında birliyi və dostluğu tərənnüm edir; 
-regional və qlobal miqyasda sülhü təbliğ edir; 
-bütün insan birlikləri arasında vəhdətliyi təbliğ edir; 
-müharibələri və münaqişələri bir qayda olaraq rədd edir; 
-insan  məfhumunu  böyüdür  və  milli  sərhədlərdən  kənara 
çıxarır; 
-insan  ruhunu  dünyəviləşdirir  və  hakimiyyətin  bürokratik 
çətinliklərinin qarşısını alır; 
-dünya tərkibini yalnız çalarlarda axtarır; 
-dünya  bütövünü  təşkil  edən  elementlər  arasında  olan 
əlaqələrin yumşaq formasını qəbul edir; 
-dünya  birliyi  ideyasını  bütövləşidirir  və  aliləşdirir,  buna 
görə də dünyaya dəyər kimi baxır; 


132 
 
-dünya  birliyinin  yaranmasında  humanist  dəyərləri  təbliğ 
edir  və  resurslara  mənəvi  dəyərləri  bütövləşdirici  amil  kimi 
yanaşır;  
 -anlayış  özündə  həm  sərhədləri  rədd  edir,  həm  də 
mühafizəedici ruhda yanaşır; 
-anlayışı  özündə  daşıyan  şəxslər  üçün  bütün  resurslar  itkisi 
dəyərlər  itkisi  kimi  qəbul  olunur  və  dünyanın  vahid  sisteminin 
tamamlanması üçün zəngin elementlər prinsipi qəbul olunur. 
 
Multikulturalizm və onun əhəmiyyəti 
 
Hər  bir  şəxs  həm  öz  mədəniyyətinin,  həm  də  dünya 
mədəniyyətinin  təmsilçisidir.  Bir  dövlət  ərazisində  yaşayan 
çoxlu  sayda  xalqlar  elə  dünya  mədəniyyətinin  həmin  dövlətdə 
kiçik  bir  mədəni  modelini  formalaşdırır.  Multikulturalizm 
xalqlarda mədəni və dini tolerantlılığı yaradır. 
Mədəniyyət  bir  obyekt  olaraq  insanların  fəlsəfi  düşüncə 
ifadəsidir  və  bu  nöqteyi-nəzərdən,  özündə  kompleks  xarakterli 
ümumiləşmiş  ifadələri  əks  etdirir.  Mədəniyyət  konseptualdır, 
multikulturalizm də  konseptual  məzmunludur. Dərin mahiyyətə 
malikdir,  insanların  və  xalqların  özünüdərkini  təcəssüm  etdirir. 
Multikulturalizmdə  dünyanın  dərk  olunması  əsas  prinsip  kimi 
qəbul 
olunur. 
Çoxmillətlilik 
və 
onun 
yaratdığı 
çoxmədəniyyətlilik özlüyündə  dünyanın dərk olunmasını ehtiva 
edir.  Bu  baxımdan  mədəniyyət  fərdin  və  kollektivin 
davranışlarından  (davranışlar  münasibət  və  əlaqə  fonunda 
meydana  gəlir,  fərdin  resurslara  və  digər  fərdlərə  olan  əlaqə  və 
münasibətlərini  ifadə  edir),  davranışların  yaratdığı  adət 
qaydalarından  və  bunların  da  formalaşdırdığı  xarakterdən 
meydana  gəlir.  Xarakter  fərdi  və  milli  kimliyi  müəyyən  edir. 
Milli  kimlik  əsasən  dil  amilindən  formalaşır.  Eyni  zamanda 
mədəniyyətin (adət-ənənə, yaradıcılıq və quruculuq nümunələri) 
xarakterik  xüsusiyyətləri  burada  önəmli  rol  oynayır.  Xarakteri 
meydana gətirən kompleks elementlər fərdi və milli mədəniyyəti 




Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə