Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   41   42   43   44   45   46   47   48   ...   54

136 
 
bütövü  yaradır  və  ümummədəniyyət  müstəvisini  meydana 
gətirir.  
Multikulturalizm  fərdin  beynəlmiləlləşməsini  təmin  edir, 
xalqların  mədəni  bütövlüyünü  meydana  gətirir.  Burada  milli 
mədəniyyətin  inkişafını  digər  mədəni  çalarlar  hesabına  təmin 
edir.  Multikulturalizm  monoton  dövlətlərin  və  cəmiyyətlərin 
yaranmasının  qarşısını  alır  və  kasıb  mədəni  regionların 
formalaşmasına  mane  olur.  Bu  baxımdan  da  regionlarda 
müharibələrin  qarşısını  alan  faktorlar  rolunda  çıxış  edir. 
Multikulturalizm  mədəniyyət  sisteminin  regional  formasını 
yaradır  və  bu  da  özlüyündə  regionun  maddi-mənəvi 
resurslarından  istifadədə  yumşaq  yanaşma  metodlarının  forma-
laşmasına  gətirib  çıxarır.  Multikulturalizm  milli  mədəniyyətin 
qarışıq mədəniyyətlər hesabına sürətlə tanıdılmasını təmin edən 
zəngin sistem rolunu oynayır.  
Multikulturalizmin 
formalaşması 
sayəsində 
mədəni 
cəhətdən  bir-birinə  bağlantılar  yaranır  ki,  bu  da  özlüyündə 
yaradıcılıq və quruculuq bütövlüyünün yaranmasını şərtləndirir. 
Multikulturalizm  millətlərin  və  onların  nümayəndələrinin 
birliyini şərtləndirir və mədəni dəyərlərin transferini təşkil edir. 
Bu  da  milli  mədəniyyətin  məkanlar  üzrə  sürətlə  yayılmasını 
şərtləndirir.  Multikulturalizm  xalqın  və  dövlətin  beynəlxalq 
təhlükəsizliyini  təmin  edir.  Regional  qarışıq  mədəni  elementlər 
bu  elemnentlərə  xas  olan  dövlətlərin  gücünü  artırır,  əlaqələrini 
genişləndirir  və  sərhəd  təhlükəsizliklərini  təmin  edir.  Məsələn, 
bir  dövlət  ərazisində  yaşayan  digər  xalqlar  hesabına  (qonşu 
xalqlar nəzərdə tutulur) həmin dövlətin beynəlxalq təhlükəsizliyi 
təmin 
olunur 
və 
iqtisadi 
əlaqələri 
də 
genişlənir. 
Multikulturalizmin  əhəmiyyəti  həm  də  ondan  ibarət  olur  ki, 
kiçik saylı xalqlar mədəni inteqrasiya şəraitində böyük xalqların 
mədəni elementlərindən faydalanmaq imkanları əldə edirlər. Bu 
da özlüyündə kiçik xalqların ruhunu zənginləşdirir.  
Multikulturalizm  çoxlu  sayda  xalqların  adət-ənənələrini, 
vərdişlərini  ümumiləşdirir.  Bunun  da  sayəsində  yaradıcılıq  və 


137 
 
quruculuğun genişlənməsi prosesləri baş verir. Multikulturalizm 
özünün  müəyyən  inkişaf  mərhələsində  siyasi  inteqrasiyaya 
keçidlər edir.  
Multikulturalizmdə risqlər də meydana gələ bilir. Ən böyük 
risq assimilyasiyadan ibarətdir. Digər bir risq isə dövlətin unitar 
əsaslarını  vurula  biləcək  zərbələrdən  ibarətdir.  Deməli,  mədəni 
və siyasi risqlər multikulturalizmdə yaşana bilər.  
 
Türkiyəmin Prezidenti,  
Qardaşım  
Rəcəb Təyyub Ərdoğana  
 
Mənin Əziz və Böyük Qardaşım, Rəcəb! 
 
İcazənizlə, tanışlıq, doğmalıq üçün özüm haqqında qısa bir 
məlumat  verim.  Türk  ailəsi  o  qədər  böyükdür  ki,  Siz  hər  kəsi 
əyani tanıya bilməzsiniz.  
1977-ci il təvəllüdlüyəm, hal-hazırda Azərbaycanda, Bakıda 
yaşayıram.  Siyasət  sahəsində  elm  adamıyam.  Türk  və  Rus-
Slavyan  dünyası  arasında,  iki  səmavi  dinin  daşıyıcıları  olan  bu 
dünyalar  arasında  dostluq,  qardaşlıq,  sıx  münasibətlər, 
qohumluq  əlaqələri  mənim  xəyallarımın,  təxəyyülümün,  bəşəri 
istək və arzularımın, mədəni həyat amalımın əsaslarından birini 
təşkil edir. Elə bir vəziyyətdəyəm ki, artıq neçə müddətdir ki, bu 
istəklərimi öz yaradıcılığımda da arzularıma uyğun həkk edirəm. 
İstəklərimi  oxucu  şüurlarına  yazıram.  Qəlblərdə  iki  dünyanın 
dostluq şöləsini alovlandırmağa çalışıram! Hesab edirəm ki, son 
hərbi-siyasi  hadisələr  də  mənim  arzularım  üçün  əlverişli  bir 
fürsət  yaradıb,  lazımi  məqamı  yetişdirib.  Həm  də  iki  dünya 
münasibətləri və  əlaqələri üçün  təhdidlər meydana gəlib. Gərək 
belə  vəziyyətlərdə  bizim  kimi  sadə  insanlar  da  qıraqda 
qalmasınlar,  münasibət  bildirsinlər.  Barışıq  üçün  əllərindən 
gələni etsinlər! 


138 
 
Əzizim,  Canım  Türkiyəmin  dövlət  rəhbəri  Rəcəb  Təyyub 
Ərdoğan,  icazə  verin,  Sizi  müvəqqəti  olaraq  o  ali  kürsüdən, 
prezidentlik  vəzifəsindən  aşağı  endirim.  Çünki,  Sizə  məktub 
yazan  kiçik  qardaşınız  Azəri  Elşən  kürsüsüz,  sadə  bir  Türk 
oğludur, ümumi türk ailəsinin kiçik bir üzvüdür. Son hadisələrlə 
əlaqədar  qəlbi  doludur,  beyini  narahatdır.  Böyük  Qardaşı  Sizə 
deyiləsi  sözləri  çoxdur.  Qınağa  da  çəkə  bilər.  Ona  görə  ki,  öz 
Böyük Qardaşını tənqid etmək, tövsiyələr vermək, Onu ayıltmaq 
haqqını  ona  Uca  Tanrı,  gen  daşıyıcıları,  mədəni  tellər,  tarix, 
təbiət,  bəşəriyyət,  ailə,  nəsil  tayfa  birlikləri  bəxş  edib.  Ali 
kürsünüz mənə Sizə deyəcəklərim üçün çətinlik yaradar!  
Mənim  Əziz  Qardaşım,  İcazə  verin,  Sizi  iş  yerindən, 
prezidentlik  vəzifəsindən  bir  ailənin  içinə  dəvət  edim.  Burada 
ədəbli  müraciət  forması  olan  “Siz”  sözünü  tayfa,  ailə,  nəsil 
daxilində  olduğu  kimi,  “Sən”  lə  əvəzləyim.  Aramızda  tam 
səmimiyyət  yaransın.  Bir  bərabərləşək,  yaxınlaşaq,  əyani 
tanıyaq,  doğmalaşaq!  Mən  də  ürək  dolusu  sözlərimi  doyunca 
deyim! 
Qardaşım  Rəcəb,  ailə  içində  bir  üzünü  mənə  çevir,  başımı 
dik tutub gözlərinə baxaraq sənə söyləyim:  -son hadisələr məni 
yamanca narahat edib. Türk dünyasının, türk ailəsinin, qardaş və 
bacılarımızın,  gəlinlərimizin,  uşaqlarımızın  müharibələrə 
sürüklənməsindən, 
türk  qanı  axıdılmasından,  ana-bacı 
harayından,  axıdıla  biləcək  göz  yaşlarından  çox  qorxuram, 
Əzizim! Fikirləşirəm ki, nəyə görə bu gözəl dünyada biz türklər 
firavan,  xoşbəxt,  sağlam  həyat  sürməyək.  Nə  üçün  yeni  gələn 
nəsilimiz  yarımçıq  ömürlü  və  arxasız,  kimsəsiz,  sahibsiz, 
tapdaqlar altında yetim böyüsün?! Namusumuz, qeyrətimiz heç-
puç  olsun!  Düşünürəm  ki,  nəinki,  biz  türklər,  hətta  bizlərlə 
müharibələr  apara  biləcək  başqa  xalqlar  -  niyə  də  itkilərlə 
üzləşsinlər  ki,?!  Nə  üçün  onlar  da  müharibələrdə  bizim 
vəziyyətə  düşsünlər?!  Onların  da  gözəl  həyatdan  zövq  almaq, 
bizimlə  dostluq  şəraitində  yaşamaq,  mehriban  həyat  sürmək 
ixtiyarları  var,  axı!  İndi  müharibələr,  qəsblər,  işğallar, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə