Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   42   43   44   45   46   47   48   49   ...   54

139 
 
soyqırımlar,  bunlardan  peydah  olan  iniltilər,  zarımaqlar, 
fəryadlar,  ah  çəkməklər,  aclıqlar,  səfalətlər  dövrü  deyil  axı,  ay 
mənim Candan, Kökdən bir Olanım!  
Sən  böyük  Qardaşsan.  Böyük  nəsil,  tayfa,  ailə  yükü  var 
çiynində.  Hələ  bir  ailədə  nəsildə,  tayfada  olanların,  kiçiklərin 
üzünə bax, gözlərini onlara zillə. Gör, nə demək istəyirlər?! Aya, 
Atalarımız əbədiyyət dünyasındadırlar. Onlar sağ olsaydılar, heç 
də  belə  hadisələr  baş  verməzdi,  qorxular  yaranmazdı!  Sən 
onların  yerini  əvəzləyəcək  birisisən  axı,  Ata  məsuliyyəti 
çiynindədir,  bizi  hara  sürükləyirsən?  De  görüm,  yol  göstər 
görüm,  bundan  sonra  neynəyək,  -  fəlakətlərdə,  faciələrdə  itək-
bataq,  həə..?  Axı,  bütün  nəslimiz  gələcəyin  xoşbəxtliyinə  göz 
dikib  axı?  Niyə  bu  dəyərlərdən  məhrum  olaq?!  Bunun 
məsuliyyəti  həm  də  Sənin  üzərindədir.  Hamımız  Sənə  göz 
dikmişik.  Müharibələrlə  sən  nə  demək  istəyirsən?  Kimlərin 
fitvalarına qulaq asırsan, hə? Kimlərdir bizi qırdırmaq istəyənlər, 
xainlər?  
Qardaşım, 
tarixdən 
dərs 
götürmədikmi? 
Bilirik, 
qazanclarımızla  yanaşı,  itkilərimiz  də  oldu.  Düzdür,  biz  türklər 
çoxlu  müharibələr  apardıq,  qılınclar  çəkdik,  toplar,  mərmilər 
atdıq.  Şücaətlər  göstərdik,  qəhrəmanlıqlar  etdik.  Düşmən 
hücumlarına sinə gərdik, onlara qalib gəldik. Zəfərlər çaldıq, uca 
zirvələrə  bayraqlar  sancdıq.  Çox  məkanlar  tapdaladıq, 
ayaqlarımız dünyanı  gəzdi!  Bəşəriyyət tarixinə şəhidlər  verdik! 
İddialarımız  böyüdü,  tarixə  imperiyalar  bəxş  etdik,  qitələr 
tutduq,  dünyada  çoxlu  dövlətlər  yaratdıq!  Tarixə  şanlı 
sərkərdələr,  igid  döyüşçülər,  dahi  siyasətçilər  bağışladıq!  Türk 
adıyla bəşəriyyət üçün böyük tarix yazdıq! Qardaş, sən bilirsən 
ki, bunlar keçmişdə, kitablarda, sənədlərdə qaldı artıq! Mən başa 
düşürəm  ki,  Türk  əyilməzdir,  sınmazdır,  qorxmazdır, 
cəsarətlidir,  mübarizdir,  mətinlidir!  Türk  hünər  simvoludur! 
Türk  namus,  qeyrət,  əsil  ər  simvoludur!  Türk  qurd  ürəklidir, 
qandan  qorxmaz,  ancaq,  namusunu,  qeyrətini,  şərəfini 
itirməkdən qorxar! 


140 
 
Ərdoğan, indi qılınc, at beli, qalxan, nizə, tüfəng, top dövrü 
deyil  axı,  Qardaş!  İndi  meydan  səsləri,  döyüş  düşərgələri  ağır 
texnikanındır, bizlər də bu texnikadan uzağıq. Axı, sən ki, bunu 
yaxşı  bilirsən?  Hansı  gücünə  güvənirsən,  hə?  Nahaq  yerdən 
qanmı tökək. Ətraf bizəmi gülsün. Xəyanətlər işəmi düşsün, Ay 
Qardaş?!  Ayə,  uzağı  görmək  və  gələcəyi  yaxşı  düşünmək 
lazımdır, mənim Hörmətlim! Sən öz yönünü hara döndərmisən? 
Ruslar  və  slavyanlar  da  biz  türklər  kimi  böyük  xalqlardır. 
Onlar da tarixdə  böyük iz qoyublar. Dünyaya dəyərlər veriblər. 
İndi  Avrasiyanın  ürəyinə  sahibdirlər.  Düzdür,  işğallar  ediblər, 
zülmlər  göstəriblər.  Qan  töküblər.  Şəhidlər,  qəhrəmanlar 
veriblər.  İmperiya  iddiaları  onları  hegemon  ruhlu  edib.  Ancaq 
onlarda  olan  böyüklük  bütün  dünyanı,  o  cümlədən  bizləri 
özlərinə  cəlb  edir.  Təəssüf  hissi  ilə  bildirirəm  ki,  dünyada  rus 
xalqına  və  dövlətinə  qarşı  bir  qısqancılıq  hissi  var.  Dünyaya 
müraciət edirəm, bu xarakterlərindən əl çəksinlər! 
Tarixin  qisməti,  taleyi  elə  gətirib  ki,  biz  onların 
qonşuluğunda  və  içərisində  qərarlaşmışıq.  İndi  onlarla  birlikdə 
çörək  yeyirik,  süfrələr  açırıq.  Doğmalaşmışıq.  Qan  qohumu  da 
olmuşuq.  Düzdür,  ruslar  tarixdə  bizi  də  işğal  ediblər,  əziblər, 
tapdalayıblar.  Dəfələrlə  müharibələr  aparmışıq.  Udmuşuq, 
uduzmuşuq.  Lakin  buna  baxmayaraq  bəzi  müsbət  dəyərlər  də 
qazanmışıq.  Axı,  bunlar  artıq  tarixdə  qalıb.  İndi  iddialar  başqa 
səmtə  və  məzmuna  yönəlməlidir.  İddialar  sülhə,  dostluğa, 
mehribanlığa,  qardaşlığa  söykənməlidir!  Tariximi  təkrarlayaq, 
ay şanlı Qardaşım, Ərdoğan (igid doğan) soylu Rəcəb?! 
Ay  Canımdan,  Qanımdan  olan,  Rəcəb,  Sənin  Rusiyanın 
təyyarəsini  vurmağın  o  xalqın  xatirinə  dəyib,  onları  ruhunu 
incidib, mənliyini sarsıdıb. Bu hadisə Liderləri Vladimir Putinin 
acığına gəlib. O da vüqarlı, məğrur bir adamdır. Dünyada əməl 
və  söz  sahibidir.  Ər,  igid  xarakterlidir.  Cəsarətlidir,  cürətli 
adamdır!  Şöhrət  mənsubudur.  Özü  də  Türk  dünyasına  qarşı 
yaxşı  münasibəti  olan  adamdır.  Təyyarəni  vurmaqla  sən  onun 
şərəfinə  toxunmusan,  qonşumuzu,  qardaşımızı,  qohumumuzu 


141 
 
incitmisən!  O  da  düzdür  ki,  Vladimir  Putin  də  son  zaman 
müəyyən  səhvlərə  yol  verib.  Özünü  türk  dünyasına  qarşı  şıltaq 
aparıb.  İndi  iki  dünya  arasında  bir  gərginlik  var.  Neynəyək, 
beləmi  davam  etməlidir?!  Hadisədir,  olub.  Xalqlar  öz 
qəzəblərini,  kinlərini  söndürməlidirlər.  Müvafiq  barışdırıcı 
addımların  atılması  zəruridir.  Çünki,  hər  iki  tərəfdən  əziyyət 
çəkənlər var. 
Rəcəb, sənə deyirəm, səhvlərə görə, hətta səhv olmayanlara 
görə  belə,  üzr  istəmək  Türk  böyüklüyünün,  Türk  vüqarının, 
şərəfinin əlamətidir. Türk həm qəhrəmanlığı, həm də nəzakəti və 
ədəb-ərkanı  ilə  ad  qazanıb,-bu  dünyada!  İndi,  O  Böyük  Rus 
xalqı və Böyük Rus oğlu Putin Səndən üzrxahlıq gözləyir. Mən 
Türk  ailəsinin  kiçik  bir  evladı  kimi  öz  böyük  Qardaşımın 
əvəzinə  Rus  xalqından  və  Rus  lideri  Vladimir  Putindən  üzr 
istəyirəm!  Təki  barışıq  olsun!  Səndən  də  xahiş  edirəm,  əbədi 
dostluq,  iki  dünya  arasında  qohumluq,  qonşuluq  və  insanlıq 
naminə o böyük dünyadan və böyük şəxsiyyətdən üzr istə,- həm 
də  Böyük  Türklük  naminə!  Qoy,  bu  Türk  Böyüklüyü  tarixə 
növbəti qızıl xətlərlə yazılsın!  
2016-cı ili mən, bu dünyanın sadə bir sakini olaraq, “Türk-
Rus dostluğu ili” elan edirəm! 
 
Sənə  deyiləcək  sözlərimin  sadəcə  bir  qismini  dedim.  İndi 
buyur,  Qardaşım  Rəcəb,  səni  qaldırıram  öz  ali  kürsünə,  xahiş 
edirəm öz kiçik qardaşın Elşənin xahişini yerinə yetir! 
Rusiya  prezidenti  Vladimir  Putinə  də  bir  xahiş  məktubu 
yazmaq niyyətindəyəm! Bizim düşmənçiliyimiz lazım deyil! 
Dünyanın, 
Avrasiyanın 
sülhü 
Türk-Rus-Slavyan 
dünyalarının dostluğundan çox asılıdır! Yaşasın bu Dostluq! 
Cavab versən, çox şad olaram! 
06 dekabr 2015 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə