Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   46   47   48   49   50   51   52   53   54

148 
 
nə  də  ümumdünya  sakinlərini  fikirləşirlər.  Bir  çox  hallarda 
beynəlxalq  aləmdə  qeyri-etik,  qeyri-insani  hərəkətlər  edirlər. 
Hətta  müəyyən  xalqlara  qarşı  soyqırımlar  törədirlər.  Başqa 
xalqların  dövlətlərini  işğal  edirlər  və  hərbi  quruplaşma  altında 
saxlayırlar.  Bir  çox  hakimiyyət  qurupları  öz  maraqlarını 
birtərəfli qaydada təmin etməyə, ətrafa isə soyuq yanaşmağa səy 
göstərirlər.  Əksər  dövlətlərin  hakimiyyəti  üçün  ümumdünya 
sülhü bir o qədər də vacib və prioritet məsələ kəsb etmir. Buna 
görə də dünya gərginliklərlə dolu olur. Dünya birliyi kompleksi 
daxilən  ziddiyyətli  elementlərə  ayrılır.  Bu  kimi  hallar  da 
özlüyündə insanlarda sabit dünyaya olan inamı sarsıdır.  
Hörmətli Baş Katib, Pan Qi Mun, Siz də yaxşı bilirsiniz ki, 
dövrümüzün  beynəlxalq  münasibətlər  sistemi  heç  də  sağlam 
deyil və bundan çoxlu sayda xalqlar  əziyyət  çəkirlər.  Ayrı-ayrı 
dövlətlərin  aktları  beynəlxalq  münasibətlər  sisteminin  sağlam 
ruhunu zərbələr altında qoyur. Çox zaman olduğu kimi, bu gün 
də  BMT  başda  olmaqla,  əksər  təşkilatlar  öz  xidməti 
funksiyalarını  yüksək  səviyyədə  yerinə  yetirmək  iqtidarında 
deyillər.  Bir  çox  təşkilatlar  dövlət  maraqlarının  birtərəfli 
təminatçısının  alətlərinə  çevriliblər.  Ziddiyyətlərdən  isə  əziyyət 
çəkənlər  daha  çox  sadə  insanlardır.  Dünya  özü  depressiya 
vəziyyətində qalıb.  
Hər  kəsə  məlumdur  ki,  BMT  dünyanın  ən  qlobal 
problemləri  ilə  məşğul  olan  universal  təşkilatıdır.  Bütün  dünya 
sakinləri  bu  qurumu  alidə  görür,  ucada  axtarır.  Fikirləşirlər  ki, 
BMT  dünya  xalqları  üçün  universal  məzmunlu  himayəçi  bir 
qurumdur.  Yaxşı  əməllər  naminə  dövlətlərə  təsir  etmək 
gücündədir.  Tarixi  missiyadan  o  da  məlumdur  ki,  BMT  dünya 
dövlətləri  arasında  dostluq,  qardaşlıq,  sülh  yaratmaq  məqsədilə 
təsis  olunub.  Sülhə  nəzarət,  sülhün  pozulmasının  qarşısının 
alınması  yolunda  müəyyən  işlər  görmək  BMT-nin  əsas 
vəzifələrinə  aid  edilir.  BMT-nin  ümdə  funksiyası  bütün  dünya 
əhalisinin  firavan  yaşamasını  təmin  etməkdən,  dünya 
resurslarından dinc məqsədlərlə istifadəni təmin etməkdən və bu 


149 
 
yöndə  xeyirxah  addımlar  atmaqdan  ibarətdir.  Nizamnaməyə 
əsasən,  BMT  həm  təşkilat  səviyyəsində  fəaliyyət  göstərmək, 
həm də dövlətləri müvafiq siyasətə  yönləndirmək  səlahiyyətinə 
malik olan bir qurumdur.  
BMT-nin dünya sakinləri və dünya dövlətləri üçün xeyirxah 
missiyası onun Nizamnaməsində geniş təsvir olunub. Bu sənədə 
görə  qurum  bütün  dünya  sakinləri  üçün  ideal  və  praktik 
səlahiyyətli bir təşkilatdır. Missiyası bütün xeyirxah əməllərdən 
ibarətdir.  O  da  dünya  ictimaiyyətinə  məlumdur  ki,  BMT 
səviyyəsində ideal dünya quruluşunu tərənnüm edən, dövlətlərə 
faydalı  yollar  göstərən  çoxlu  sayda  beynəlxalq  sənədlər  qəbul 
olunub.  Bütün  sənədlərin  mahiyyəti  dövlətlər  və  insanlar 
arasında  bərabər  şərtlərlə  sülhü,  sabit  inkişafı  tərənnüm 
etməkdən ibarətdir.  İnsanların ali  nəzəri  fikirləri  elə sənədlərdə 
qaydalar  və  normalarla  ifadə  olunur.  Lakin  hadisələrin  gedişatı 
onu  göstərir  ki,  sənədlərdə  əks  olunan  pozitiv  normalar  yalnız 
nəzəri  mahiyyət  kəsb  edir  və  kağız  üzərində  insanlar  üçün 
sadəcə  bir  təbliğat  və  təşviqat  vasitəsidir.  Reallıqda  isə  ancaq 
elmin,  publisistikanın  obyekti  ola  biləcək  külliyyatı  təşkil 
etməkdən başqa bir şey deyil.  
Cənab  Baş  Katib,  Siz  istənilən,  arzu  olunan  gələcəyi 
yaratmaq üçün qurumun qlobal gündəliyinə beş məsələnin daxil 
olmasını  göstərmisiniz:  davamlı  inkişafı  təşviq  etmək,  daha 
təhlükəsiz  dünya  yaratmaq,  böhranların  qarşısını  almaq, 
keçid  vəziyyətində  olan  ölkələrə  kömək  etmək  və  dünya 
qadınları və gəncləri üçün daha çox iş  görmək. Təbii  ki, bu 
konsepsiyalar  və  tezislər  ali  pozitiv  məqsədləri  və  amalları  əks 
etdirir.  Özündə  ideallığın  konseptual  dəyərlərini  cəmləşdirir. 
Eləcə də tezislər olaraq, elmi dillə ifadə etsək, əksər konseptual 
elementləri öz tərəfinə çəkən mətn başlıqlarını xatırladır.  
Real  siyasətin  icrası  və  mahiyyəti  ondan  ibarətdir  ki,  hər 
zaman  olduğu  kimi,  bu  gün  də  qeyd  etdiyiniz  daha  təhlükəsiz 
dünya  yaratmaq  ideyasının  reallaşması  olduqca  çoxlu  sayda 
problemlərlə  qarşılaşır.  Hadisələr  müsbət  istiqamətdə  rəvan 


150 
 
şəkildə  cərəyan  edə  bilmir.  Yəni,  qarşıya  qoyduğunuz  məsələ 
sadəcə bir şüar olaraq üzdə geniş xalq kütləsi üçün səslənir.  
Bütün  gərgin  anlarda,  beynəlxalq  böhranlarda  dünya 
sakinlərinin  ümidləri  BMT-ə 
yönəlir.  BMT-dən  isə 
gözlədiklərini  əldə  edə  bilmirlər.  Əksər  hallarda  bu  qurumun 
səmərəsiz  fəaliyyəti  dünya  sakinləri  içərisində  beynəlxalq 
hüquqa  olan  inamını  heçə  endiribdir.  İnsanlıq  üçün  idealizm 
üzərində  qurulan  praktik  arxitektonika  yalnız  içərisi  zəif  olan 
zahiri  forma  alıb.  Bu  baxımdan,  son  hadisələr  onu  göstərir  ki, 
BMT  qarşısına  qoyduğu  ülvü  məqsədlər  üçün  heç  də  öz 
missiyasını  layiqincə  yerinə  yetirə  bilmir.  Demək  olar  ki,  gücü 
çatmır.  Ya  da  gərginləşən  hadisələrin  dağıdıcı  effekti  bu  qurm 
üçün  maraqlı  deyil.  BMT  Baş  Assambleyasının  qəbul  etdiyi 
qərarların  əksər  hallarda  praktiki  olaraq  icrası,  dövlətlər 
tərəfindən  yerinə  yetirilməsi  qeyri-mümkün  bir  hala  çevrilir. 
Saymazlıq dünya əlaqələri sisteminin sağlamlığını şübhə altında 
qoyur.  Onda,  insanlarda  təəssüf  hissi  oyanır  və  ümidləri  puça 
endirir. 
Hörmətli  Baş  Katib,  qeyd  etmisiniz  ki,  dünya  əhalisi  üçün 
daha  çevik,  təsirli  və  səmərəli  BMT  çox  vacibdir.  Bəli,  bütün 
dünya sakinləri olaraq biz də belə qəbul edirik. Sizin fikirinizlə 
razıyıq.  Lakin  bü  gün  fikirlərin  reallığa  çevrilməsi  məqsədilə 
səmərəliliyi  ilə  seçilməli  olan  BMT-nin  mövcudluğu  və 
fəaliyyəti  sual  altındadır.  Dünya  sakinləri  BMT-nin  səmərəli 
fəaliyyətini  görə  bilmirlər.  Qəbul  etdikləri  qərarlar  yalnız  stol 
üstündə  qalır,  sənədlər  inzibati  bölmələrdə  sadəcə  olaraq 
qeydiyyat  nömrəsi  alırlar.  Əksər  normalara  və  qaydalara  əməl 
demək olar ki, yoxdur. 
BMT  faktiki  olaraq  dünya  münaqişələrinin  həllində  öz 
səmərəli  fəaliyyətini  göstərə  bilmir.  Qurumun  barışdırıcılıq 
missiyası faktiki olaraq mövcud deyil, ya da dünya sakinlərinin 
gözündə  zəif  bir  işartı  ilə  işıqlanır.  Münaqişələrin  qarşısını 
almaq  üçün  qurum  tərəfindən  preventiv  diplomatiya  tətbiq 
olunmur.  Əksər  münaqişəli  regionlarda  qurumun  fəaliyyəti 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə