Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   2   3   4   5   6   7   8   9   ...   54

14 
 
tənqidiliyindən,  müstəqilliyindən  yaranır.  Bu  kimi  xarakterik 
xüsusiyyətlər fəlsəfədə mövcud olur ki, belə  keyfiyyətlər nəticə 
etibarilə  daxili  enerji  potensialından  və  məlumatlar  emalı  və 
mübadiləsi aktivliyindən meydana gəlir.  
 
Filosof və fəlsəfəşünas haqqında bu kimi 
ümumiləşdirilmiş fikirləri bildirmək olar: 
 
-filosofun iki tərəfi olur: fəlsəfəşünas və xeyirxah adam; 
-filosof  biliklər  əldə  etməklə,  buna  mücərrəd  olaraq  xam 
biliklər deyək, daha çox özündən düşüncə yaradır; 
-filosofun idrak forması (məfhum, mühakimə, əqli nəticə) öz 
aktivliyi ilə seçilən olur; 
-fəlsəfəşünas  “bişmiş”  biliklər  əldə  etməklə  analogiya 
əsasında bilikər yaradır; 
-filosof  sağlam  düşüncə  ilə  özünü  qeyri-müəyyənlikdən 
müəyyənliyə çevirir; 
-filosof daha çox sərbəst düşünür, azad ruhlu olur; 
-fəlsəfəşünas  biliklər  çərçivəsindən  çox  da  kənara  çıxa 
bilmir;  
-filosof daha çox nurlu zəkaya malik olur; 
-filosofda sərbəst və xalis düşüncə üstünlük təşkil edir; 
-filosof əxlaqi davranışlara və baxışlara daha çox malik olur; 
-fəlsəfəşünasda bu keyfiyyətlər olmaya bilər; 
-filosofun  ruhu  taraz  olur  və  balanslaşdırılmış  əsaslarla 
formalaşır; 
-fəlsəfəşünas ruhunda tarazlıq olmaya bilər; 
-filosof  öz  natiqliyi  ilə  və  əsərləri  sayəsində  ətrafda 
təsiredici ola bilir; 
-fəlsəfəşünasda bu kimi üstünlüklər olmaya bilər; 
-filosof  xaraktercə  xeyirxah,  mətinli,  ləyaqətli,  şərəfli  və 
nəfsə hakim (zahid) ola bilər; 
-fəlsəfəşünas  xarakterində  dahilik  keyfiyyətləri  olmaya 
bilər; 
-filosof bütün düşüncələrini ədalətə söykəyə bilir; 
-fəlsəfəşünas isə şəxsi maraq güdən ola bilər; 


15 
 
-filosof  fəzilətli  və  məziyyətli  ola  bilər.  Əsində  də  bu 
keyfiyyətlərlə tamamlanma həyata keçirilməlidir; 
-fəlsəfəşünasda isə bu keyfiyyətlər azlıq təşkil edə bilər; 
-filosofun daxili dünyası zəngin ola bilər
-fəlsəfəşünasda isə bu, azlıq təşkil edə bilər; 
-filosofda xalis özünüdərk ola bilir; 
-fəlsəfəşünasda isə özünüdərkdə qarışıqlıq ola bilər; 
-filosoflarda qeyri-adi, yəni hər kəs üçün hər məkanda ağıla 
gəlməyən hərəkətlər cəmləşə bilər
-filosofun potensialı daha çox daxilində olur; 
-fəlsəfəşünasda isə bu olmaya bilər və s.  
-filosof  uzaq  məsafəni  öz  düşüncələrində  yaxın  edə  bilər; 
-fəlsəfəşünas isə həmin məsafəni biliklər qazanmaq hesabına qət 
edə bilər; 
-filosofda  istedad  güclü  ola  bilər.  Fəlsəfəşünasda  isə  bu 
dəyər bir qədər zəif ola bilər; 
-filosofun  əsərləri  orijinal,  fəlsəfəşünasın  əsərləri  isə 
analogiya (təşbehlə) ilə dolu olar; 
-filosofun  əsərlərində  ədalət  əsas  xətti  təşkil  edə  bilər, 
fəlsəfəşünasda isə bu olmaya bilər. 
 
Sağlam düşüncə və özünüdərkin əsasları 
 
Düşüncələr  sahələr  üzrə  obrazlardan,  obyektin,  düşünülən 
vasitələrin, 
şeylərin,  hadisə  və  proseslərin  insanların 
təfəkkürlərindəki  inikasından  meydana  gəlir.  Düşünmə  idrak 
prosesidir.  Düşüncələr  kənar  mühitlə  ardıcıl  informasiya 
qəbulundan 
formalaşır. 
Informasiyalar 
da 
zərrəciklər 
toplusundan  ibarət  olan  enerji  axındır.  İnformasiya  müəyyən 
əlamətləri ilə beyində əks olunan hadisələrdən ibarətdir.  
Düşüncələrin 
formalaşmasının, 
düşünmə 
yollarının 
universal  xarakteri  vardır  ki,  bu  da  hər  kəsdə  mövcuddur. 
Düşüncə texnikası, düşüncə mexanizmisi hər bir sağlam (bioloji 
və  ruhi  baxımdan  sağlam)  insanda  mövcuddur.  Hər  kəs 
qavrama,  yadda  saxlama,  məlumatları  beyində  emal  etmək, 


16 
 
məlumatlardan  sintezlər  yaratmaq  və  müəyyən  nəticələrə 
gəlmək  qabiliyyətinə  malikdir.  Sadəcə  olaraq  bu  kimi 
proseslərin  dərəcələri  mövcuddur.  Ona  görə  də  düşüncələr 
mütləq  olmaqla  həm  də  subyektiv  imkanlara  malikdir. 
Düşüncələr  mütləq  universal  yollarla  da  formalaşır.  Lakin  hər 
kəsdə  müəyyənliyi  təyin  etmək  qabiliyyəti  eyni  dərəcədə  ola 
bilməz.  Ancaq  nəticə  çıxarmaq  texnikasının  əsasları  olan 
məntiqin xüsusiyyətləri, nəticələr çıxarmaq funksiyası, nəticələr 
çıxarmaq  yolları  bütün  insanlarda  oxşardır.  Düşüncələrin 
ardıcıllığı  fikir  və  məna  bütövlüyünü,  mahiyyət  bütövlüyünü 
ortaya qoyur. 
Düşüncələr  idarəetmə  mexanizmləridir.  Bu  mexanizmlər 
vasitəsilə  yollar  müəyyən  olunur.  Düşüncələr  insan  həyatının 
stimullaşmasını  təmin  edir.  Kompleks  düşüncələr  insanların 
yönləndirilməsi 
üçün 
özündə 
komplektiv, 
kumulyativ 
(toplanmış)  məzmun  kəsb  edir.  İnsanların  fizioloji  idarə 
olunmaları məhz düşüncələrinə bağlıdır. Sağlam düşüncə sərbəst 
hərəkət  trayektoriyalarını  müəyyən  edir.  Sağlam  düşüncələr 
diqqətin  toparlanmasını  və  düşüncə  mexanizmlərinin  bir  arada 
cəmlənməsini təmin edir.  
Düşüncələr  insanların  sosial  vəziyyətlərini  müəyyən  edən, 
onlara  statuslar  verən  ailələlərdə  (məişət  statusu  məkanı), 
cəmiyyətlərdə  (sosial  status  məkanı)  və  dövlət  (siyasi  status 
məkanı) 
adlanan 
məkanlarda 
insanların  özünütəsdiqini, 
özünüifadəsini  tapmağa  əsas  olur.  Düşüncələrlə  insanlar  sosial-
siyasi varlıqlar kimi özlərini təsdiq  edirlər.  Düşüncələr  yolu ilə 
məkanlar  aşkar  olunur,  formalaşır  və  insanlar  özlərini  belə 
məkanlarda tapırlar. Düşüncələr insanların özünüdərk yollarında 
işıqlanmalarının  əsaslarını  ortaya  qoyur.  Düşüncələr  yolu  ilə 
insanlar  özünüifadə  və  özünütəsdiq  məkanları  arasında  üzvü 
bağlılıq  yaradırlar.  Düşüncə  insanlar  üçün  əsas  dəyər  olan 
özündərki, həm də kənar təsirlərlə çox yüklənməyən özünüdərki 
meydana  gətirir.  Düşüncə  ardıcıllığı  özünüdərk  müstəvisini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə