Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   46   47   48   49   50   51   52   53   54

151 
 
ümumiyyətlə  yox  səviyyəsindədir.  BMT-nin  fəaliyyətsizliyini 
biz  dünya  sakinləri  XXI  əsrdə  daha  çox  görürürk.  Postsovet 
məkanları,  İraq,  Əfqanıstan,  Liviya,  Suriya  problemlərinin 
həllində  qurum  dayanıqsız,  fəaliyyətsiz  bir  skeletə  çevrilib. 
Rusiya ilə Ukrayna arasında baş verən son münaqişədə , Cənubi 
Qafqaz  münaqişələrində,  Rusiya  ilə  Türkiyə  arasında  yaşanan 
gərginliklərdə  qurumun  fəaliyyəti  gözə  çarpmır.  Gərginliklər 
üçün  formatlı  barışdırıcı  missiyalar  işə  düşmür.  Bu  qurum 
NATO-nun əlində bir oyuncağa çevrilib. Təhlükəsizlik Şurasının 
qərarları ya icra olunmur, ya da yalnız böyük dövlətlərin qlobal 
və  regional  miqyaslı  imperialist  maraqlarının  təminatını  həyata 
keçirən normalar və qaydalardan ibarət olur.  
Cənab Baş Katib, sadə bir dünya sakini kimi mən BMT-nin 
mövcud  zaman  və  gələcək  səmərəli  və  ədalətli  fəaliyyətinə 
şübhə  ilə  yanaşıram.  Hesab  edirəm  ki,  belə  qurumun 
mövcudluğu ümumdünya davamlı sülhü üçün heç də faydalı və 
ümidverici  deyil.  Sualla  müraciət  edirəm:  -  hanı  qurumun 
Rusiya-Türkiyə  gərginləşən  münasibətlərində  nəticəsi  olan 
barışdırıcılıq  fəaliyyəti,  önləyici  diplomatiyası?  Bu  gün  faktiki 
olaraq  NATO  ilə  Rusiya  arasında  gərginlik  yaşanır.  Heç  bu 
sahədə BMT-nin fəaliyyəti varmı, -Sizdən soruşuram? Qurumun 
Nizamnaməsi hərbi-siyasi bloklar üçün sadəcə bir hüquqi istinad 
nöqtəsinə  çevrilib.  Siyasət  isə  tam  başqadır.  Siyasətə  sərf  edən 
məqamda  hüquq  obyektə  çevrilir.  Bu  məsələ  heç  BMT-ni  də 
maraqlandırmır?  
Cənab  Baş  Katib,  zəmanəmizdə  dünyada  milyonlarla  insan 
qaçqına  çevrilir.  Say  da  ki,  günbəgün  artır.  Qlobal  güclərin 
regional maraqlarının qurbanı  olaraq  zavallı insanlar öz doğma 
yurdlarından  didərgin  düşürlər.  Sizə  məlumdur  ki,  tək  2011-ci 
ildən bu yana Suriyadan 6 milyondan çox insan didərgin düşüb. 
Avropa  çollərində  bir  qarın  çörək  axtaran  heyvani  səviyyəyə 
eniblər. Öz doğma yurdlarında yaşayış üçün heç ilkin elementlər 
yoxdur,  dağılıb.  Terror  dalğaları  bütün  dünyanı  bürüyüb. 
Budurmu  BMT-nin  fəaliyyəti,  sülh  missiyasının  nəticələri?! 


152 
 
BMT  bilə-bilə  ki,  Qoca  Şərqə  cavan  demokratiya  lazım  deyil, 
onda  bəs,  nə  üçün  intervensiyalara  yol  verdiniz?  İşğalçı 
dövlətlərin 
qabağını 
kəsmədiniz?  Nəticəsini  hesablaya 
bilmədiniz? Onda qurumun nə elmi, nə siyasi, nə də humanitar-
mədəni  fəaliyyətinə  biz  insanlarda  ümid  yoxdur.  XXI  əsr  hara 
gedir, biz dünya sakinləri dəyərlər qazanmaq əvəzinə, tarix boyu 
qazandıqlarımızı  itiririk.  Bunumu  deyir:  -nizamnamələr, 
konvensiyalar, 
bəyannamələr, 
xartiyalar,  sazişlər,  digər 
müqavilələr, razılaşmalar? Qəbul olunan  sənədlər  zibil  yeşiyinə 
tullanası kağız yığınıdırmı!? 
Sadə  bir  dünya  sakini  kimi  Sizdən  soruşuram,  -bəs,  hanı 
Qurumun  sülh  fəaliyyəti,  haqqı  müdafiə  fəaliyyəti?  Bu  ki, 
səmərəsiz  bir  qurum  olacaqsa,  yumşaq  məzmunlu,  etinasız 
fəaliyyətli,  çox  zaman  da  fəaliyyətsiz  kompleksə  çevriləcəksə, 
onda  mövcudluğuna  nə  gərək?!  Orada  çalışanlar  rahat 
kreslolarda,  geniş  işıqlı  otaqlarda  otururlar,  münaqişə 
ocaqlarında  isə  alovlar  yaşayış  yerləri  ilə  birlikdə  insanları 
alovlandırıb  külə  çevirir.  Nədir,  o  insanların  günahı!?  Bu 
qurumu dünyada içi boş balaban kimi nə üçün səsləndirirsiniz!? 
Quruma  xərclənən  pullar  olmazmı  kasıb  regionlara  yönəlsin?! 
Onsuz da havayı xərclərdən ibarətdir.  
Cənab  Pan  Qi  Mun,  qurumun  icraçı  baş  katibi  kimi  dünya 
üçün şəxsən Sizin elə bir töhfəniz də yoxdur. Yalnız bəyanatlar 
verməklə məşğulsunuz. İstefa verməyinizi tövsiyə edirəm! 
Ümid  edirəm,  Sizə  və  BMT-yə  olan  etirazımı  mənim  təbii 
haqqım kimi qəbul edəcəksiniz və cavablayacaqsınız! 
 
17 dekabr 2015-ci il 
 


153 
 
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) 
Baş Katibi Yens Stoltenberqə 
 
Cənab Baş katib! 
 
Beynəlxalq  münasibətlər  sferası  bir  dəyər  strukturu  olaraq, 
bütün xalqlar və onları təmsil edən əsas subyektlər olan dövlətlər 
üçün  ideal  formada  və  məzmunda  istəniləndir,  arzu  olunandır. 
İnsanlar  beynəlxalq  əlaqələrə  özlərinin  bəşəri  hüquqlarının 
müdafiəsi  və  təminedici  müstəvisi  kimi  baxırlar.  Həm  də  bu 
varlığa  yaxınlaşdırıcı  bir  vəhdət  kimi  yanaşırlar.  Beynəlxalq 
əlaqələr  bütün  dünya  sakinlərinin  əməl  və  ruh  vəhdətliyi  üçün 
əsas  müstəvini  təşkil  edir.  Yer  kürəsinin  sakinləri  dünyanın 
ümumi  sərvətlərindən  dinc  məqsədlərlə  birgə  istifadə  etməni 
qarşılarına  məqsəd  kimi  qoyurlar.  Bu  niyyətlə  dünya  birliyinə 
qəlblərdə  inam  mövcud  olur.  İnsanlar  bu  gün  həm  öz 
dövlətlərinə,  həm  də  dünya  ictimaiyyətinə  bir  arxa  qüvvə  kimi 
baxırlar.  
O  da  məlumdur  ki,  hər  bir  insan,  xalq  özünü  beynəlxalq 
müstəvidə digəri ilə bərabər görmək istəyir. Hər bir dünya sakini 
özlüyündə özünü digərləri ilə yanaşı, bərabər tərzdə hiss etməyə 
qərar  verir.  Dövlətlərin  ərazicə,  sərvətcə,  potensial  baxımından 
böyüklüyü,  zənginliyi,  eləcə  də  kiçikliyi  və  azlığı,  həmçinin 
dünya xalqlarının sayca böyüklüyü və kiçikliyi sadəcə bu bütöv 
dünyada  Uca  Tanrının  və  tarixin  bəxş  etdiyi  rəngarənglik 
üçündür.  İdeal-praktik  məzmunlu  dövlətlər  və  onların 
yaratdıqları  ideal  əlaqələr  qurumu  arzu  olunandır,  xəyalların 
obyektidir.  Rəngarəngli,  çalarlı  dünyada  bir  dövlətin  və  ya  da 
dövlətlər qurupunun və xalqın digərisi üzərində hökmranlığı, bu 
baxımdan, fiziki, maddi və ruhi üstünlüyü qəbul edilən deyil. Bu 
kimi hallar azad ruha ziddir.  
Təəssüf  ki,  biz  insanlar  təzadlı,  ziddiyyətli  bir  dünyada  da 
yaşayırıq. Dünyanın iç üzü maraqlar üzrə bölünüb. Dünya əksər 
hallarda  üzdə  bir,  daxildə  başqa  məzmunla  görsənir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə