Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   46   47   48   49   50   51   52   53   54

157 
 
hökm sür” adlanan imperialist siyasətini tətbiq etməkdədir. XX 
əsrin  90-cı  illərinin  əvvəllərindən  başlayaraq,  İraqda,  keçmiş 
Yuqoslaviyada,  Əfqanıstanda,  Liviyada,  Suriyada  hücum 
taktikasını  tətbiq  edir.  Dinc  insanlar  qırılır,  soyqırımlar  həyata 
keçirilir. Dünyada müharibə qaçqınlarının sayı-hesabı yoxdur.  
Cənab  Baş  Katib,  sadə  bir  dünya  sakini  olaraq,  Sizdən 
soruşuram,  SSRİ  dağıldıqdan  sonra  bu  quruma  nə  lüzum  var 
idi!?  Nə  üçün  SSRİ-ə  qarşı  yaradılmış  qurum  elə  SSRİ-nin 
dağılması ilə öz fəaliyyətinə xitam vermədi?! Əksinə, SSRİ-dən 
qopan əraziləri öz ağuşuna aldı və təkrar olaraq Rusiyanı özünə 
düşmən hesab elədi?!  
Siz  bu  Rusiyadan  nə  istəyirsiniz?!  Nəyə  görə  bu  dövlətə 
qarşı hücum taktikasını seçmisiniz və “Anakonda strategiyası”nı 
tətbiq edirsiniz? Postsovet məkanını nəyə  görə  bu  dövlətə qarşı 
çevirirsiniz?  Hamı  görür  ki,  rolunuz  qızışdırıcılıqdan,  Rusiya 
ətrafında, sərhədlərində olan və tarixən bağlı olan dövlətləri bu 
dövlətlə  düşmən  etməkdən  ibarətdir.  Sizə  kim  haqlar  verib  ki, 
dünya  dövlətlərinin  “şər”  və  “xeyir”  təsnifatını  həyata 
keçirirsiniz?  Şər  dövlətlərin  siyahısını  tutursunuz.  Şər  dövlətlər 
formulasını Siz haradan, hansı əsaslarla müəyyən etmisiniz? İki 
qonşu dövlətdən birini “şər qüvvə” adlandırırsınız? Buradan da 
görünür ki, Qurumun işi regionda sülh şəraitində yaşayan qonşu 
dövlətlərin arasına nifaq salmaqdan ibarətdir.  
Hörmətli,  Baş  Katib,  Qurumun  iç  üzü  kiçik  dövlətləri 
Rusiyaya  və  digər  NATO  üzvü  olmayan  dövlətlərə  qarşı 
qızışdırmaq,  çətin  anlarda  isə  onu  müdafiəsiz  buraxmaqdan 
ibarətdir.  Biz  Qurumun  bu  iç  üzünü  2008-ci  ilin  Rusiya-
Gürcüstan  müharibəsində  yaxşı  gördük.  Gürcüstan  Qurum 
tərəfindən  müdafiəsiz  qaldı.  Sonra  da  Ukraynanı  qızışdırıb 
Rusiya  ilə  düşmən  etdiniz,  sonra  da  bu  dövləti  müdafiəsiz 
qoydunuz.  Nədir,  Qurumda  olan  bu  qeyri-səmimilik?  Nə  üçün 
mədəniyyəti,  geni,  soyu  bir  olan  iki  qardaş  xalqı  düşmən 
edirsiniz?  Cənubi  Qafqazı,  Baltikyanı  ölkələri,  digər  postsovet 
məkanını  Rusiya  ilə  düşmən  etmək  strategiyasını  tətbiq 


158 
 
edirsiniz.  İşiniz Rusiya ilə sərhəd dövlətlərdə  yığıncaqlar təşkil 
etməkdən və Rusiyanı dünyada təcavüzkar dövlət kimi tanıtmaq 
yolunda  ritorik  çıxışlar  etməkdən  ibarətdir.  Rusiya  ilə  birbaşa 
siyasətdən  isə  çox  qorxursunuz.  Ancaq  Siz  yaxşı  bilirsiniz  ki, 
Rusiya Alyansın qəbul etdiyi qərarları zibil yeşiyinə atılan kağız 
parçası  hesab  edir.  Öz  hərbi  siyasətini  maneə  olmadan  həyata 
keçirir. Sizə bir daha sualla müraciət edirəm: -nə istəyirsiniz bu 
Rusiyadan.  İstəyirsiniz  dünya  nüvə  müharibəsi  baş  versin.  XX 
əsrin  60-cı  illərində  “Kuba  raket  böhranı”  Sizə  dərs  olmayıb? 
Rusiyanın nüvə başlıqlı raketərini işə salmaq istəyirsiniz? İşiniz 
elə  Rusiyanı  və  bir  çox  ölkələri  onların  sərhədlərində 
hədələməkdən  ibarətdir.  Rusiyanın  sərhədlərində  hərbi  bazalar 
Sizin nəyinizə lazım? 
Cənab  Baş  Katib,  mən  Cənubi  Qafqazlı,  Azərbaycanlıyam. 
Qurumun daxili mahiyyətini, nə demək istədiyini yaxşı bilirəm. 
Elmi  konfranslarda  görmüşəm.  Bilirsiniz,  məni  Azərbaycanlı 
olaraq  nə  düşündürür?  –Siz  ölkəmizə  tez-tez  gəlib  bizi  qonşu 
ölkələrlə  düşmənçiliyə  səsləyəcəksiniz.  Siyasi  şüurumuzu 
dəyişməyə  çalışacaqsınız.  Günlərin  bir  günü  biz  Sizin 
təhrikinizlə düşmən hesab edəcəyimiz o qonşu ölkələrdən birinin 
hərbi təcavüzü ilə rastlaşacağıq. Onda, NATO-nun rolu bilirsiniz 
nədən ibarət olacaq? –Nümayəndələriniz mövsümə uyğun olaraq 
isti  və  ya  da  sərin  bir  zalda  yığışacaq,  gözdən  pərdə  asılmış 
dəstəyin  sübutu  olaraq  təcavüzkar  ölkəni  pisləyəcəklər,  sadəcə 
qaralanmış bir kağızı xatırladan hər hansısa bir beynəlxalq sənəd 
qəbul  edəcəklər.  Ürəklə  kağıza  imzalar  atılacaq.  Sonra  da 
konfrans öz işini bitirib istirahətə gedəcək. Nümayəndələr axşam 
olanda barlarda, diskotekalarda, retoranlarda bir kef məclisinə də 
qatılacaq.  Azərbaycana  təcavüz  yada  da  düşməyəcək.  Yazıq 
Azərbaycan  xalqı  Sizin  günahlarınızdan  təcavüzə  əl  atmış  ölkə 
ilə üzbəüz qalacaq. Günahsız yerə qanlar axıdılacaq. Bəli, budur 
reallığın mənzərəsi. Şəxsən bu reallıq mənə aydındır.  
Mənə  bir  şey  də  çox  maraqlıdır.  Nəyə  görə  Siz  Rusiyanı 
gedib 
məhz 
Moskvada, 
digər 
şəhərlərində  təcavüzkar 


159 
 
adlandırmırsınız?  Çünki,  qorxursunuz.  Ancaq  onun  sərhəd 
ölkələrində bu dövləti ittiham atəşinə tutursunuz.  
Cənab  Baş  Katib,  Avropa  İttifaqı  Alyansın  iqtisadi  rıçaq 
qanadıdır.  Dünya  iqtisadiyyatında  böhran  yaratmaq  da  elə 
Qurumun daxili mahiyyətinin göstəricisidir. Embarqolar, iqtisadi 
sanksiyalar,  digər  qadağalar-  bütün  bunlar  nə  üçündür?  Nəyə 
görə  dünya  iqtisadiyyatını  sağlam  şəkildə  inkişaf  etməyə 
qoymursunuz?  İqtisadiyyatın  strateji  məhsulları  üzrə  qiymətləri 
oyun  alətlərinə  çevirmisiniz.  Bəs,  bu  dünya  xalqlarının  taleyi 
Qurumu  düşündürmür?  Haradadır  Sizin  ədalətli  və  humnanist 
fəaliyyətiniz? 
XX  əsrin  90-cı  illərindən  başlayaraq  Qoca  Şərqi  dağıda-
dağıda  gəlirsiniz.  Sivilizasiyanın  beşiyi,  göbəyi  parça-parçadır. 
Bütün  insanı  dəyərləri  ucuzlaşdırmısınız.  Göydən  yağan 
bombaları sanki  yağış sanırsınız. Bu, nə məsələdir? Şərqi Qərb 
sanıb 
yalançı 
demokratiya 
axtarmaqla 
məşğulsunuz. 
Demokratiya  adıya  göydən  ildırım  kimi  bombalar  yağdırdınız. 
Bu,  Şərqə  lazım  idi?  İraq,  Əfqanıstan,  Liviya,  Suriya:  bu 
ölkələrdə Qərb təfəkkürü var? Nə oyunlarla məşğulsunuz? Hanı 
bu ölkələrdəki əməllərinizin faydaları?  
Hörmətli Baş Katib,  deyirsiniz NATO dünyada demokratik 
dəyərləri,  sülhü  və  sabitliyi  qoruyur.  Yaxşı,  əgər  bu  belədirsə, 
son  dövr  Türkiyə  və  Rusiya  arasında  yaşanan  bu  gərginlikdə 
NATO-nun 
barışdırıcı  missiyası  haradadır?  Nə  üçün 
barışdırıcılıq  üçün  vasitəçilik  missiyasını  tətbqi  etmək  əvəzinə, 
Qara  və  Aralıq  dəniz  regionlarını  silahlandırma  ilə  məşğul 
olursunuz. Bosfor və Dardanel boğazları hərbi gərginlik yaşayır. 
Bəs,  oradakı  dinc  sakinləri  nəzərə  almırsınız?  Müharibə 
axtarırsınız? Bəs, dərk etmirsiniz ki, indiki qlobal müharibələrin 
qalibi yoxdur? 
Cənab Baş Katib, hesab edirəm ki, NATO-nun genişlənməsi 
dayanmalıdır.  Qlobal  miqyaslı  sülh  naminə,  regionların 
parçalanmasının  qarşısını  almaq  məqsədilə,  bu  qurumun 
fəaliyyətinə xitam verilməlidir. NATO dünya sülhünə ən böyük 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə