Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   46   47   48   49   50   51   52   53   54

163 
 
beynəlxalq  əlaqələr  strukturunun  vahid  formasında  özlərinin 
ağırlıq  mərkəzlərini  və  ağırlıq  sferalarını  yaradırlar.  Ağırlıq 
mərkəzləri vahid strukturun forma və məzmun baxımından 
tərəflərə  ayrılmasını  təmin  edir.  Burada  ayırıcı  kriteriyalar 
olaraq beynəlxalq əlaqələri təşkil edən elementlərdən istifadə 
olunur.  Ağırlıq  mərkəzlərinin  formalaşması  dünyanın  vahid 
tərkibinin  hissələrə  ayrılmasını  təmin  edir.  Dünyanın  böyük 
dövlətləri öz radikal fəaliyyətləri ilə destrukturlaşma proseslərini 
meydana gətirirlər.  
Xəyali təsvirlərdən keçidlər edərək, bu baxımdan da reallıqlar 
prizmasından çıxış edərək, belə qəbul etmək olar ki, hər bir böyük 
dövlətin,  güc  mərkəzinin  öz  siyasi  xisləti  (təbiəti)  var.  Bu  xislət 
həm  də  universal  məzmunludur.  Dövlətlərin  daxili  və 
beynəlxalq  güclərinin  artımı  onların  fəaliyyət  xislətini  meydana 
gətirir.  Bir  qayda  olaraq  dünyada  genişlənmək,  siyasət 
istiqamətlərini  məkanlar  və  sahələr  üzrə  genişləndirmək, 
siyasət  axınlarını  böyütmək,  sistemli  və  konseptual  müstəvi 
yaratmaq,  təsir  məkanlarını  böyütmək,  öz  ətraflarında, 
xüsusilə, sərhədlərində kiçik dövlətlərdən ibarət təhlükəsizlik 
qurşaqlarını  yaratmaq,  böyük  bazarlar  əldə  etmək,  istehlak 
baxımından iqtisadi məkanlar yaratmaq və s. kimi hərəkətlər 
böyük  dövlətlərin  xarakterik  xüsusiyyətlərinə  aiddir.  Böyük 
dövlətlərin  fəaliyyəti  onların  regionlarda  universal  və  məxsusi 
məzmunlu beynəlxalq xislətini formalaşdırır. Böyük dövlətlər bir 
tərəfdən  dünya  mərkəzinin,  digər  tərəfdən  isə  ayrıca  olaraq 
beynəlxalq  əlaqələr  mərkəzinin  (təbii  ki,  beynəlxalq  əlaqələr  də 
təsirdədir) funksiyalarını öz üzərlərinə götürürlər. Böyük və kiçik 
dövlətlərdən ibarət olan ümumdünya strukturu və beynəlxalq 
əlaqələr  strukturu  bir  tərəfdən  onun  üzvü  olan  fərqli 
elementlər  tərəfindən,  digər  tərəfdən  isə  böyük  dövlətlərin 
iştirakı ilə rəngarəngləşir.  
Böyük dövlətlər reallıqda və konkret şəkildə  yaxın və uzaq 
məkanlarda strateji və taktiki təsir dairələri uğrunda mübarizələr 
aparırlar.  Bu  mübarizə  məkanları  həm  böyük  dövlətlərin 


164 
 
maraqlarını dartan obyektlər rolunu oynayır, həm də onlar üçün 
təhlükələr və risqləri artıran obyektlər kimi çıxış edir.  
Böyük  dövlətlərin  rəqabəti  kəskin  halda  gərginliyə 
xidmət edir. Hər bir beynəlxalq gərginliyin məkanı mövcuddur. 
Miqyası  var.  Eyni  zamanda  dərəcələri  var.  Həm  də  beynəlxalq 
gərginliklərin  müəyyən  anında,  hər  hansısa  bir  xəttin  ortasında 
gərginlik  üçün  məkan  artıq  yox  olur.  Gərginliyi  yaradan 
elementlərdə  sürət  zəifləyir.  Sıxılma  ortasında  məkan  artıq 
çatışmır  ki,  elementlər  öz  hərəkətlərini  sərbəst  sürətlə  etsinlər. 
Bu  anda  mübarizə  artıq  radikal  forma,  məkanları  çoxçətin 
keçən  forma  almış  olur.  Radikallıq  isə  sonrakı  qlobal 
fəlakətləri  gətirib  çıxara  bilir.  Gərginliklər  müəyyən  xətlərdə 
azalmağa başlayır və  güzəştlər meydana  gəlir.  Bu  güzəştlər isə 
artıq  məcburi  sabitliyin  yaranmasını  özündə  ehtiva  edir. 
Gərginlik  yeni  vərdiş  olunacaq  tarazlıqların  yaranmasını 
zəruri  edir.  Qorxu  amili,  müəyyən  strukturların  dağılması 
təhlükəsi,  mübarizədə  olan  tərəflərin  mərkəzi  hissələrinə  olan 
zərbələr  qorxusu  tərəfləri  artıq  geri  çəkilməyə  məcbur  edir. 
Böyük  dövlətlər  böyük  potensialın  qarşı-qarşıya  gəlməməsi 
üçün  müəyyən  güzəştlər  etmək,  rəqabət  mübarizəsini  yaradan 
elementləri  geri çəkmək  məcburiyyətində qalırlar.  Gərginliklər 
aktivikdən  passivliyə  doğru  keçidlər  etməyə  başlayır. 
Kompromislər, danışıqlar güzəştlər məsələsi gündəliyə gəlir. 
Diplomatiyadan  istifadə  olunur,  beynəlxalq  əlaqələrin  digər 
təminedici  üsulları  (beynəlxalq  görüşlər,  razılaşmalar-
sənədlər)  işə  düşür.  Vəziyyəti  yeni  əsaslarla  üzərə  çıxaran 
sənədlər meydana gəlir.  
Beynəlxalq gərginliklər əsasən bir və ya da bir neçə dövlətin 
ərazisində  yaşanan  problemlərdən  ortaya  çıxır.  Bu  gərginliklər 
həm  dövlətlərarası  əlaqələrdə  yaranır,  həm  də  gərginliyin 
obyekti  olan  dövlətlərdə  (yerli  əsaslarla,  yerli  təzyiq 
amillərindən istifadə olunmaqla) meydana gəlir.  
Böyük 
dövlətlər 
dünyanın  siyasi  strukturunu  elə 
formalaşdırıblar  ki,  quruluşdakı  proseslərdən  dünyanın 


165 
 
mərkəzlər  tərəfindən  idarəolunması  halları  mövcud  olur.  Bu 
baxımdan  da  beynəlxalq  gərginliklər  həm  regional,  həm  də 
qeyri-regional təsirlərə malik olur. Bu təsirlər əvvəlki vərdiş 
olunmuş strukturlarda çatları meydana gətirir.  
Böyük  dövlətlər  dünyada  gərginlik  mərkəzlərini  bir-birilərinə 
təzyiq  vasitələri  kimi  təşkil  edirlər.  Əsas  təzyiq  maraqların 
cəmləşdiyi  mərkəzlərdən  meydana  gəlir.  Təzyiq  mərkəzlərindən 
digər məsələlər üçün güzəşt amili məqsədilə istifadə olunur.  
Böyük  dövlətlər  regionlarda  qruplaşmalar  yaradırlar. 
Maraqların  kollektiv  təmini  məqsədilə  koalisiyalar 
yaradırlar.  Onların  iştirakı  öz-özlüyündə  təbii  şəkildə 
qruplaşmanı  meydana  gətirir.  Bir  böyük  dövlət  dünyanın  digər 
regionunda  hərbi  və  iqtisadi  cəhətdən  gücləndikdə,  regionda 
onun  tərəfdarları  və  qeyri-tərəfdarları  formalaşır.  Bu  kimi 
amillər  regionlarda  siyasi  və  iqtisadi  eləcə  də  mədəni  mühitdə 
çatları əmələ gətirir. 
Böyük  dövlətlər  özlərinin  maraqları  naminə  daima 
dünya  ictimaiyyəti  üçün  aldadıcı  siyasət  və  qeyri-hüquqi 
siyasət həyata keçirirlər. Bu baxımdan da dünya “ifadəli-gur 
səsli” və “lal-dinməz” şəkildə bölünür.  
Böyük  dövlətlər  dünyanı  iqtisadi,  siyasi,  mədəni,  o 
cümlədən  dini  faktorlar  üzrə  öz  təsir  dairələrinə  salmağa 
çalışırlar.  Bu  təsir  və  təzyiq,  həmçinin  bölgü  faktoru  dünya 
vəhdətinin daxilində gərginliklərin yaranmasını şərtləndirir.  
 
Rusiyanın  SU-24  qırıcı  təyyarəsi  və  regionda  dəyişəcək 
strateji və taktiki vəziyyət 
 
24  noyabr  2015-ci  il  tarixində  Rusiya  təyyarəsinin  Türkiyə 
tərəfindən  Suriya-Türkiyə  sərhəddində  vurulması  gələcəkdə 
Türkiyə-Rusiya 
münasibətlərinə 
əsaslı 
strateji 
təsir 
göstərməyəcək.  Düzdür,  Rusiya  prezidenti  Vladimir  Putin  öz 
bəyanatında  münasibətlərin  əvvəlki  kimi  olmayacağını  bildirib. 
Türkiyəni  terrorla  mübarizədə  “arxadan  zərbə  vuran  dövlət” 


166 
 
kimi  qələmə  verib.  Ola  bilər  ki,  əlaqələrdə  və  münasibətlərdə 
qısa  bir  müddət  üçün  taktiki  dəyişiklik  olsun.  Məsələn,  Rusiya 
Xarici  İşlər  naziri  S.Lavrov  25  noyabr  tarixində 
V  Türkiyə-
Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak 
üçün 
Türkiyəyə 
gözlənilən 
səfərindən 
imtina 
edib. 
Vətəndaşlarını  Türkiyəyə  getməməyə  səsləyib.  Terrora  dəstək 
ölkə kmi Türkiyəni qələmə verib. O, Türkiyəni Misir kimi terror 
təhlükəsi  olan  ölkə  adlandırıb.  İki  ölkə  arasındakı 
münasibətlərdə bu kimi xırda məzmunlu taktiki dəyişikliklər ola 
biləcəkdir.  Bir  müddət  diplomatik  soyuqluq  da  yarana  bilər. 
Uzaq müddət üçün isə bu iki ölkə münasibətlərində gərginliklə 
əsaslanan  köklü  dəyişiklik  gözlənilən  deyil.  Çünki  uzaq 
müddətli  strategiya  dəyişməz  olaraq  qalacaqdır.  Təyyarənin 
vurulması  elə  Rusiyanın  xeyrinədir.  O  baxımdan  ki,  bu  hadisə 
ilə  Rusiyanın  Türk  dünyasına  qarşı  şıltaq  hərəkətlərinin  qarşısı 
alınmış olur. Rusiya Türkiyənin gücü ilə bir qədər hesablaşmaq 
zərurəti ilə üzləşir.  
Rusiya  bu  hadisədən  sonra  ehtiyatlı  strategiyanı  seçməyə 
başlayacaq.  Əks  halda,  Rusiya  da  regiondakı  qarışıq  mühitdə 
uçuruma sürüklənə bilərdi. Bu hadisə NATO-nun da xeyrinədir 
ki,  Rusiya  bölgədə  bir  qədər  balanslaşdırılmış  vəziyyətə  düşə 
bilir. NATO Türkiyə amilindən "ağıllı strategiya" seçə bilər: 
Bu hadisə öz arxasınca nəyi gətirə bilər: 
-Türkiyənin  regional  nüfuzu  arta  bilər.  Hətta  Türkiyə  bu 
hadisənin arxasınca bölgəyə, türkmənlər olan yerə, quru qoşun-
lar yeridə bilər; 
-Türkiyəyə də ABŞ bu əməliyyatlarda dəstək verə bilər; 
-Rusiya Suriyada hərbi əməliyyatları artıra bilər, ancaq Tü-
rkmənlərlə ehtiyatlı davranmaq taktikasını seçə bilər; 
-Türkiyə  türkmənlərə  (azərbaycanlılara)  dəstək  strate-
giyasını gücləndirə bilər; 
-Rusiya  Qafqaza  təsirini  və  təzyiqini  artra  bilər.  Erməni-
standa hərbi baxımdan daha da güclənər, Azərbaycana təzyiqləri 
artırar;  


167 
 
-Ukraynada güclənə bilər; 
-Azərbaycan  bölgədə  Türkiyənin  yanında  hərbi  baxımdan 
iştirak edə bilər; 
-Azərbaycan  Türkiyənin  yanında  türkmənlərə  humanitar 
yardım strategiyasını seçə bilər.  
 
Türkiyənin 
NATO-dan 
gələcəkdə 
çıxmasını 
şərtləndirəcək  başlanğıc  səhnələrdən  biri:  SU-24 
qalmaqalı və strateji miqyaslı geosiyasi gərginlik 
 
Beynəlxalq  hərbi  bloklaşma,  güc  reallıqları  şəraitindən, 
zərurətindən  və  məcburiyyətindən  meydana  gəlməsinə  bax-
mayaraq,  olduqca  mənfi  bir  prosesdir.  Daima  sülhə  təhdidləri, 
gərginlikləri  və  digər  beynəlxalq  böhranları  meydana  gətirir. 
Bloklaşma  bir  qayda  olaraq  böyük  dövlətlərin  dünyaya  nəzarət 
mexanizmlərinin  tərkibidir.  Bloklaşma  həm  də  büöv  dünyanın 
siyasi  çatlarıdır.  Proseslərdə  orta  və  kiçik  gücə  malik  olan 
dövlətlər  əziyyət  çəkirlər.  Bu  kimi  dövlətlər  blok  rəhbərlərinin 
maraqlarının  genişlənməsi  və  müdafiəsi  ilə  məşğul  olurlar. 
Özlərinin  milli  maraqları  üzərinə  böyük  dövlətlərin  maraqlarını 
hakim  edirlər.  Onların  maraqlarını  öz  məkanları  üzərlərinə 
örtürlər.  Orta  və  kiçik  gücə  malik  olan  dövlətlərin  əziyyət 
çəkmələri  həm  bloklar  daxilində  baş  verir,  həm  də  bloklar 
arasında yaşanır. Bloklararası mübarizədə ən çox əziyyət çəkən 
dövlətlər  aralıq  qurşaq  dövlətləri  və  “sanitar  kordon”  rolunu 
oynayan dövlətlərdir. Bu dövlətlər bloklararası mübarizədə həm 
də milli maraqları yarımçıq qalan tərəflərə çevrilirlər. 
Türkiyə dünyada orta gücə malik olan bir dövlətdir. NATO-
ya  1952-ci  ildə  SSRİ-nin  boğazlar  iddiası  qorxusundan  daxil 
olub.  SSRİ  dağıldıqdan  sonra  keçmiş  SSRİ  məkanında  iqtisadi 
əlaqələri  gücləndirib  və  özünün  də  iqtisadiyyatını  inkişaf 
etdirməyə başlayıb. Türkiyə SSRİ dağıldıqdan sonra geniş bazar 
hesabınba  inkişaf  mərhələsinə  qədəm  qoyub.  Türkiyə  şirkətləri 
postsovet  məkanında  böyük  layihələrdə  iştirak  edirlər.  Türkiyə 


168 
 
ticarətində,  energetikasında  və  turizmində  postsovet  məkanının, 
resurlarının rolu olduqca böyükdür. Bu gün Rusiyanın xarici ti-
carətində Türkiyənin payı önəmlidir. 
Postsovet  dönəmində  Rusiya  Türkiyə  ilə  yaxınlıq  strate-
giyasını həyata keçirməyə başlayıb. Hətta son zamanlarda Rusi-
yanın  Suriyada  aktiv  iştirakının  əsas  strateji  məqsədi  kimi  Tü-
rkiyə  amilini  qeyd  etmək  olar.  Suriyada  Rusiya  həm  neftin 
qiymətlərinə görə (taktiki məqsəd) iştirak edir, həm də Türkiyəni 
uzaq  müddətli  hədəfdə  NATO-dan  qoparmaq  məqsədini  güdür. 
Buna uzaq hədəfli strateji məqsəd kimi yanaşmaq olar. 
Dünyanın  çoxqütblü  formalaşmasının  qurşaqları,  sanitar 
kordonları rolunu hal-hazrda Ukrayna və Suriya oynamaqdadır. 
Yeni çat xətləri formalaşır.  
24  noyabr  2015-ci  il  tarixində  Rusiyaya  məxsus  SU-24 
qırıcı-bombardmançı  təyyarənin  Rusiya-Türkiyə  sərhəddində 
(Türkiyənin məlumatına əsasən, hadisə Türkiyə hava məkanında 
baş verib, Türkiyəyə məxsus F-16 qırıcı təyyarələri “hava-hava” 
tipli  raketdən  atəş  açmaqla  təyyarəni  zərərsizləşdiriblər.  Rusiya 
isə təyyarənin sərhəddən 1-4 kilometr uzaqda, yəni Suriya hava 
məkanı  daxilində  Türkiyə  tərəfindən  vurulduğunu  iddia  edir) 
vurulması  hadisələrin  qlobal  və  regional  güclərin  yaxından 
iştirakı fonunda strateji və taktiki məcrada dəyişəcəyini göstərir. 
İlk növbədə gərgin siyasi vəziyyət meydana gəlib. Belə ki, Tü-
rkiyə  prezidenti  R.  Ərdoğan,  baş  nazir  Əhməd  Davudoğlu  bu 
hadisələrdə  Türkiyənin  özünümüdafiə  haqqı  olduğunu  və 
beynəlxalq  hüquqa  uyğun  hərəkət  etdiklərini  bildirirlər.  ABŞ 
prezidenti  Barak  Obama  və  NATO  –da  Türkiyənin  beynəlxalq 
hüquqla  müdafiə  haqqının  olduğunu  bəyan  edirlər.  Türkiyə 
hərəkətinə haqq qazandırılar. Avropa İttifaqı tərəfləri soyuqqanlı 
olmağa  çağırır.  NATO  bəyan  edir  ki,  Rusiya  İŞİD-in  olmadığı 
əraziləri bombalayır.  
Rusiya  isə  bir  qədər  başqa  seçim  edir  və  alternativ 
metodların  tətbiqi  üzərində  işləyir. 
Rusiya  müdafiə  naziri 
Sergey  Şoyqu  da  alternativ  addım  üçün  bir  plan  üzərində 


169 
 
işlənildiyini  bildirir. 
Bu  baxımdan  Strateq.az  saytı  Rusiya  in-
formasiya mənbələrinə istinadən xəbər verir ki, Rusiya Müdafiə 
Nazirliyinin  mövqeyi  ondan  ibarətdir  ki, 
bundan  sonra  zərbə 
aviasiyasının bütün hərəkətləri qırıcı təyyarələrin mühafizəsi 
ilə həyata keçirləcək. Həmçinin hava hucumuna qarşı müda-
fiə  sistemi gücləndiriləcək.  Bu  məqsədlə  C-300  –ün  analoqu 
olan  HHM  sistemi  ilə  təchiz  olunmuş  “Moskva”  kreyseri 
Latakiya  sahillərinə  çıxarılır.  Təhlükə  yaradan  bütün 
hədəflər  məhv  ediləcək.  Görünür,  Rusiya  nazirinin  dediyi 
plan bundan ibarətdir. Yəni, bombardmançıların qırıcılarla 
mühafizə olunması ilə müşayiət edilən yeni taktika seçilir.  
Rusiya mətbuatında alternativ təzyiq vasitələrinin tətbqindən 
də  yazılara  rast  gəlinir.  Məsələn,  Rusiyanın  vesti.ru  xəbər 
informasiya  portalında  yazılan  bir  şərhə  əsasən,  Rusiya 
vətəndaşları  Türkiyə  turizm  sektorunda  oynadıqları  böyük 
rollarından imtina edə bilərlər. Belə ki, turizm şirkətləri əlaqələri 
kəsə  bilər.  Turpaketlərin  satışı  qadağan  oluna  bilər.  O  da 
bildirilir ki, Türkiyəyə Almaniyadan sonra ikinci ən böyük turist 
axını  Rusiyadandır.  Ən  çox  pul  xərcləyən  də  elə  Rusiya 
vətəndaşlarıdır. 2014-cü il ərzində Türkiyə Rusiyalı turistlər 280 
milyon evro pul xərcləyiblər.
1
  
Ümumiyyətlə,  bu  hadisə  gələcəkdə  regionda  hansı 
strateji əhəmiyyətli geosiyasi fon yaradacaq: 
-ilk növbədə nəzərə almaq lazımdır ki, hava məkanlarını 
pozmaq  xarakteri  Rusiya  aviasiyasında  var.  Bu,  strateji  və 
cari-taktiki  ölçüdə  güc  nümayişidir.  Məsələn,  bu  ölkəyə 
məxsus uzaq məsafəyə uçan strateji aviasiya dəfələrlə Şimali 
Avropa  ölkələrinin  hava  məkanlarını  pozub,  havada 
həyacan siqnalları yaşadıb. Baltikyanı ölkələr və Ukrayna da 
tez-tez belə hallarla üz-üzə qalır. Ukrayna hadisələri zamanı 
Rusiya Qara dənizdə Türkiyə hava məkanını da pozmuşdu; 
                                                 
1
 Прекращение российского турпотока грозит Турции  
ногомиллиардными потерями. http://www.vesti.ru/doc.html?id=2690771 


170 
 
-bu  gün  Suriyada  yaşanan  taktiki  proseslər  gələcək 
strateji fon dəyişikliyə gətirib çıxara biləcək.  
1.  Belə  ki,  Türkiyə  Rusiyanın  çoxdankı  hədəfidir.  Bu 
ölkəyə  dayaq  ölkə  kimi  də  baxır.  Həm  Rusiya,  həm  də 
Türkiyə  Avropanın  soyuq  münasibətləri  ilə  rastlaşırlar. 
Uyğun  geosiyasi  vəziyyət  iki  dövlətin  yaxınlaşmasına  zəmin 
yaradır. 
2.  Türk  dünyası  slavyan-rus  dünyası  ilə  birlikdə 
Avrasiyada  aparıcı  mövqedə  qərarlaşıblar  ki,  bu  da 
türklərin  Rusiya  üçün  dayaq  rolunu  oynamasına  imkan 
yaradır.  Rusiya  Türkiyəni  cəlb  etmək  strategiyasını 
qarşısına məqsəd qoyub. 
3.Təyyarə hadisəsi Rusiyanı regionda strateji baxımdan 
daha  da  gücləndirəcək.  Belə  ki,  taktiki  müdafiə  adı  altında 
Rusiyanın  strateji  təyinatlı  silahları  regiona  gətiriləcək. 
Rusiya  hərbi  baxımdan  daha  da  güclənəcək.  Rusiya  gücü 
Türkiyəni tədricən bu ölkəyə doğru aparacaq. 
4.  Həm  Rusiya,  həm  də  Türkiyə  regionda  “ehtiyatlı 
davranış” taktikasını seçəcəklər. Bəlkə də bir-birilərini başa 
düşəcəklər. Rusiya ehtiyatdan həm tarazlı vəziyyətə düşəcək, 
həm  də  yeni  növ  əməliyyatlar  (böyük  silahlarla  kəskin 
əməliyyat) variantını seçəcək.  
5.  Rusiya  Türkiyəni  öz  tərəfinə  çəkmək  üçün  strateji 
silahları  hesabına  bu  ölkəni  gərgin  vəziyyətdə  saxlayacaq. 
Rusiya  bölgədə  tarazlıqla  rastlaşsa  da,  yeni  silah  tətbiqi 
fazasına  əl  atacaq.  Bu  da  Türkiyəni  “təpkili  dost” 
vəziyyətində qoyacaq. Türkiyəni sərhədləyəcək.  
6.  Rusiya  regionda  “təpkili  dostu”  olan  Türkiyənin 
iştirakı  ilə  bir  qədər  barışcaq  və  ona  şərait  yaradacaq.  Bu 
yolla  da  yaxınlaşdırma  strategiyasını  tətbiq  edəcək.  Ancaq 
qlobal  aspektlərdə  real  köməksiz  qalan  Türkiyəni  tədricən 
NATO-dan qoparmağa çalışacaq.  
 


171 
 
Regionun  geosiyasi  mühiti  bir  müddət  şiddətli 
qaynarlılıqla seçiləcək. Sonra isə soyuq mənzərə yaranacaq. 
Ancaq  psi  vəziyyətdə  o  insanlar  qalacaqlar  ki,  onların 
iniltisi, ahı, fəryadı bomba səsləri ilə boğulacaq.  
 
Türkiyə NATO-ya güvənməməlidir 
 
Nahaq yerə deməyiblər ki, Allah hər kəsin özünə versin! 
Hər  bir  dövlətin  gücü  məkan  baxımından  baza  (milli)  və 
ətraf  (beynəlxalq  əlaqələrdə  iştirak  sferası  və  iştirak  edən 
elementlərinin gücü) hissədən ibarət olur. 
Hər  bir  dövlətin  baza  gücü  onun  daxili  komponentlərinin 
gücündən,  çəkisindən,  həcmindən,  sayından  və  elementlərin 
istifadə keyfiyyətlərindən asılıdır. Resurslar və onların istifadəsi 
bazanı gücləndirir. Sistem və resurs dövlətin güc bütövlüyüdür. 
Xarici  siyasət  resursları  da  bazaya  xidmət  üçündür.  Yəni, 
dövlətin  ətraf  gücü  də  baza  gücün  artmasına  xidmət  edir.  Bu 
baxımdan  dövləti  əsasən  milli  əsaslarda  güclü  hesab  etmək 
lazımdır.  Beynəlxalq  təşkilatlarda  iştirak  heç  də  dövlətin  tam 
şəkildə  gücünü  artırmır.  Yəni,  dövlət  beynəlxalq  təşkilatın 
gücünə tam arxayın olmamalıdır. Beynəlxalq təşkilatlarda iştirak 
resursların dövriyyəsini artırır. Bir də nəzərə almaq lazımdır ki, 
beynəlxalq  təşkilat  vahid  dövlət  deyil  ki,  bütün  sərhəddaxili 
məkan üzrə özünə cavab versin. Beynəlxalq təşkilatlarda iştirak 
edən dövlətlər beynəlxalq hüququn müstəqil əsas subyektəridir. 
Təşkilatlar isə törəmədirlər. 
Türkiyə  NATO-ya  qərarla  qəbul  olunub.  Düzdür,  hərbi 
kontingent  sayına  görə  qurumda  ikinci  dövlət  hesab  olunur. 
Türkiyə ərazisində ABŞ bazası var. Lakin təşkilat Türkiyəni tam 
qoruya bilməz. Qlobal təhlükə yaranan təqdirdə hər bir dövlət öz 
marağından çıxış edir. NATO üzvləri qlobal təhlükədə yalnız öz 
fərdi maraqlarından çıxış edə bilərlər. Çoxistiqamətli təhlükələri 
öz  üzərlərinə  götürməzlər.  Bu,  real  siyasətdir.  İttifaq  (Alyans) 
vahid dövlət deyil. 


172 
 
Əgər  Türkiyə  Rusiya  ilə  qlobal  qarşıdurmaya  gedərsə, 
NATO  üzvləri  sadəcə  bəyanatlarla  çıxış  edərlər.  Türkiyəni  də 
quruma  təhlükə  yaradan  dövlət  kimi  bu  qurumdan  qərarla  da 
kənarlaşdırarlar.  Bu  yolla  da  kollektiv  məsuliyyəti  öz 
üzərlərindən atarlar. 
Türkiyə  NATO-ya  çox  da  arxayın  ola  bilməz.  Özünü 
gücləndirməlidir! 
Türkiyə  NATO  gəmilərini  Bosfora  gətirməklə  siyasi 
vəziyyəti gərginləşdirə bilər. Bu, lazım deyil. Moskva ilə birbaşa 
ikitərəfli dialoqa gedilməlidir. 
İqtisadi  əlaqələrdə  itkilər  ola  bilər.  Rusiya  Türkiyəyə  çox 
lazımlı bir dövlətdir. Türkiyənin uzaqgörənliyi lazımdır! 
Türkiyə siyasətçiləri şoudan əl çəkməlidirlər! 
 
 
 
 
 
 
 
 
 
 


173 
 
 
 
 
 
 
 
 
 
 
 
Elşən Misir oğlu Nəsibov 
 
 
DÖVLƏT VƏ SİYASƏT FƏLSƏFƏSİ 
 
 
SİYASƏT III CİLD 
Kitabın Üçüncü bölümü 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
«Елм вя Тящсил» няшриййат-полиграфийа мцяссисяси
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə