Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   2   3   4   5   6   7   8   9   ...   54

17 
 
“toxuyur”.  Ardıcıl  düşünmə  prosesləri  insanlarda  düşüncə 
texnikasının təkmilləşməsini təmin edir. Ardıcıl düşünmə hər bir 
məqamda  aydınlaşmanı  və  işıqlanmanı  təmin  edir.  Bu  yöndə 
aydınlıq  müstəvisi  meydana  gəlir.  Sərbəst  və  sağlam  düşüncə 
həyata müstəqil baxışların əsaslarını yaratmaqla bərabər, həm də 
azad  şəxsiyyətin  formalaşmasına  səbəb  olur.  Təbii  ki,  sağlam 
düşüncələr  öz  sərbəstlik  ruhunda  və  yolunda  pozitiv  olmalı, 
obyektiv  və  subyektiv  məntiqdən  kənara  çıxmamalıdır.  Bu 
məntiq  də  pozitiv  amallara  xidmət  etməlidir.  Bu  yol  nəticə 
etibarilə  müdrik  insanın  yetişməsinə  gətirib  çıxarır.  Sağlam 
düşüncə özünütəsdiq yolunda müdrikliyə səbəb olur.  
Düşüncələr  insanların  öz  aralarında  və  onlarla  dövlət  və 
cəmiyyət  arasında  bağlılıq  yaradır.  Düşüncələr  həm  də 
düşünənlə  istifadə  alətləri  arasında  bağlılığın  formasını  və 
məzmununu  aşkarlayır,  təyin  edir.  Düşüncələrdən  dərketmə 
meydana  gəlir  və  biliklər  mənimsənilir,  yeni  biliklər 
formalaşdırılır.  Biliklər  fəaliyyət  istiqamətlərinin  əsaslarını 
meydana  gətirir.  Fəaliyyətin  əsasları  və  sistemləşdirilməsi  də 
biliklərlə  müəyyən  olunur.  Biliklər  sistemi  özü  fəaliyyət 
sistemini  meydana  gətirir.  Deməli,  dərketmə,  obrazlanma 
sayəsində  hərəkətlər  müəyyən  olunur,  hərəkətlər  obrazlanmanı, 
dərketməni ortaya çıxarır. Sağlam düşüncələr sayəsində düşünən 
şəxs hər bir hadisəni və obyekti (əşyanı) qeyri-tam olsa da belə, 
orijinal düşünməyə başlayır. Burada düşünmənin keyfiyyətlərini, 
anlamanın  dərəcəsini  artırmaq  məqsədilə  obyekt  ardıcıl  şəkildə 
düşünülməli  olur.  Sağlam  düşüncə  o  halda  təkmilləşir  ki, 
düşüncələr  təzədən  əvvəlki  düşüncələri  redaktə  edə-edə 
təkmilləşdirir.  Sağlam  düşüncələr  müstəvisi  islah  olunan 
müstəvi  mənasını  verir  ki,  bu  də  nəticə  etibarilə  islah  olunma 
yolu ilə insanın əxalqını təkmilləşdirir. Bu ardıcıl proses də şərti 
son  mütləq  məqama  qədər  ucalmağa,  yüksəlməyə  və 
müdrikləşməyə aparır.  


18 
 
Bir  daha  qeyd  etmək  yerinə  düşər  ki,  düşüncələr 
özünüifadədir,  özünüsübut  və  təsdiqdir.  Sağlam  düşüncə 
prosesləri sayəində  insan  və onun məqsədləri, mənası  aşkarlanır. 
Düşüncələr  insanların  obyekt  və  vasitələrə  təsirlərini  meydana 
gətirir, həm də mürəkkəblik və sadəliklə dolu sistemli yanaşmanı 
ortaya qoyur. Sistemli yanaşmada düyünlərin (bağların, ilmələrin) 
sayı çoxaldıqca, istiqamətlər, rəngarəngliklər də artır. Düşüncələr 
kombinasiyası  və  konstruksiyası  insan  həyatının  fəaliyyət 
konstruksiyasını formalaşdırır. İnsan öz  əməllərini düşüncələrinə 
bağlı  edir.  Sağlam  düşüncələr  sayəsində  insanlarda  mövzu  üzrə 
xətti düşüncələr formalaşır.  
Düşüncələr elmi-sistemli və fəlsəfi mahiyyətli olur. Eləcə də 
sadədən  mürəkkəbliyə  doğru  genişlənir.  Mürəkkəbliyin  pik 
nöqtəsi  isə  yenə  də  sadəliklə  tamamlanır.  Bu  da  son  məqamda 
özünüdərkə,  müdrikliyə  aparıb  çıxarır.  Düşüncələr  hər  bir 
elementi öz məkanında konstruktiv edir.  
Sağlam  düşüncə  sərbəst  yaradıcılıq  ruhunun  əsasıdır. 
Sağlam  düşüncələrdə  ruh  zənginliyi  olur.  Sağlam  düşüncə 
yenidənqurmadır.  Sağlam  düşüncə  daxili  aləmin  öz  tərəfindən 
orijinal  qaydada  təsviridir  və  obrazlanmasıdır.  Sağlam  düşüncə 
düşünən şəxsin sərbəst və müstəqil yaradıcılığıdır, ruhudur.  
 
Sağlam  düşüncə  özünü  sərbəst  dərketmədir.  Sağlam 
düşüncə  intuitiv  dərrakənin  formalaşmasını  meydana  gətirir. 
İntuitiv  təfəkkürün  əsasları  məhz  sağlam  düşüncə  ilə 
möhkəmlənir.  Belə  təfəkkür  həyatda  qazanılan  biliklərin 
məcmusundan meydana gəlir.  
Sağlam  düşüncə  və  özünüdərk  haqqında  bu  kimi 
ümumiləşdirilmiş fikirlər bildirmək olar: 
-sağlam  düşüncə  insanın  özünü  öz  aləmində  tapmasıdır, 
kimliyini müəyyən etməsidir; 
-sağlam  düşüncə  insanın  daxili  aləmi  ilə  xarici  aləmi 
arasında sərbəst və azad vəhdət yaratmasıdır; 


19 
 
-sağlam düşüncə azad ruhun təcəssümüdür; 
-sağlam düçüncə özünəqayıt təfəkkürünün formalaşmasında 
rol  oynayır  və  bu  baxımdan  da  keçmiş,  indiki  və  gələcək 
zamanlar arasında telləri yaradır; 
-sağlam  düşüncə  insanın  özü  ilə  onun  düşüncə  obyekti 
arasında sərbəst körpünün əsasıdır; 
-sağlam 
düşüncə  sağlam  əqidənin 
və 
amalların 
təcəssümüdür; 
-sağlam düşüncə ruh sağlığının qoruyucusudur; 
-sağlam düşüncə səbatlı insanın özüdür; 
-sağlam düşüncə insan xarakterində məğrurluğun təməlidir; 
-sağlam düşüncə xalis məntiqi düşüncədir; 
-sağlam  düşüncə  hərdən  kasıb  görünsə  də  belə,  sağlam 
ideyaların özüdür; 
-sağlam düşüncələr ruh çaşqınlığının qarşısını alır; 
-sağlam düşüncə vahid xətli düşüncələrin əsasıdır; 
-sağlam düşüncə  yeni ixtira və kəşflərin təməlində dayanan 
və meydana gətirən dəyərdir, vasitədir; 
-sağlam  düşüncə  xəyallarda  sağlam  forma  yaratmaq 
məharətidir; 
 -sağlam  düşüncə  özünüdərkin  yollarını  müəyyən  edir. 
Özünüdərk  də  özünütəsdiq,  özünüifadə  məkanını  yaradır. 
Sağlam düşüncə orijinallıqdır və sağlam fiqurların memarlığıdır 
və s. 
 
Dövlətin intuitiv təfəkkürlə idarə olunması  
 
İntuitiv  təfəkkür.  İntuisiya  ideal  fəlsəfədə  hissiyata, 
duyğulara  əsaslanma  ilə  dərkin  mövcudluğudur.  Varlığın 
hissiyyatlarla qəbul olunması kimi başa düşülür.  
Əvvəlcə  qəbul  edək  ki,  varlıq  insanlarda  hissi  (duyğu) 
orqanlardan kənar qəbul oluna bilməz. Hissiyyat orqanları varlıq 
haqqında  məlumatları  ötürəndirlər.  Onların  funksiyası  da  elə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə