Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   2   3   4   5   6   7   8   9   10   ...   54

20 
 
bunlardan  ibarətdir.  Beyin  informasiyaları  daxildən  gələn 
hisslərlə  yanaşı,  həm  də  ətraf  aləmin,  ətraf  varlığın  təzahürünü 
əks  etdirən  siqnallarla  qəbul  edir.  Ətraf  siqnallar  daxili 
siqnallarla  vəhdətləşir  və  ətraf  aləmin  təzahürü  əks  olunur. 
Siqnallar  mövcud  olanın  forma  və  məzmununu  daşıyan 
zərrəciklərdir  ki,  onlar  da  elə  mövcudluq  haqqında  olan 
informasiyalardır.  Siqnallar  zərrəciklər  axınıdır.  Bu  axın  da 
enerjidir.  
Ağıl,  şüur  siqnallarla  beyində  formalaşır.  İntuisiya  əqldən 
kənarda  deyil.  Çünki  siqnal  beyinə  ötürülür,  ümumi  hissiyyatın 
cəmləşmə  mərkəzi  beyin  olur.  Hissiyyat  dərki  formalaşdırır. 
Ətraf  qıcıqlara  reaksiyaları  müəyyən  edir.  Beyin  əqlin  köməyi 
ilə  (əqlin  nəticəsi  ilə)  ətraf  aləmə  cavab  verir.  Hissiyyat  idarə 
zamanı  ağıla  xidmət  edəndir.  Şüuru  hərəkətlərə  rəvac  verməyə 
yönləndirəndir.  Hissiyyat  siqnalların  təminatı  yolu  ilə  ağılı 
formalaşdırandır. Duyğu orqanları varlığın əlamətlərinin beyində 
qavrayışını  təmin  etmək  üçün  siqnalları  ötürəndir.  Onun 
mahiyyətini  və  formasını  artıq  beyin  mərkəzi  müəyyən  edir. 
Qavrama proseslərinin əsas ötürücüləri (informasiya ötürücüləri) 
duyğu  orqanlarıdır.  Fizioloji  baxımdan  inkişaf  etmiş  beyin  və 
duyğu  orqanları  siqnalların  kəmiyyətini  artırır.  Bu  artımdan  da 
əvvəlcə  duymalar,  müşahidələr  nəticələri  əvvəlcədən  görmələr 
yaranır.  Burada  düzgün  görmələr,  düzgün  müşahidələr  və 
qərarlar əqli nəticələrdən meydana gəlir.  
Belə  demək  olarsa,  intuisiya  şəxsin  şərti  normadan  çox 
kəmiyyətdə siqnal qəbul etməsindən yaranan bir vəziyyətdir
İntuisiyanı  real  və  praktik  hadisələrin  nəticələrindən  dəfələrlə 
meydana  gələn  obrazlanma  kimi  qəbul  etmək  olar.  İntuisiya, 
belə demək mümkünsə, adi şüur səviyyəsinin yox, təkmil şüurun 
nəticəsi  olaraq  meydana  gəlir.  Təcrübə  özü  (buna  həm  də 
empirik  təfəkkür  demək  olar),  təkrarlanan  hadisələr  onu 
müşahidə  edən  şəxslərdə  intuitiv  qavramanı  yaradır.  İntuitiv 
təfəkkür  artıq  kəmiyyətdə  olan  siqnalların  beyin  daha  böyük 
məkanda  qərarlaşmasından  ortaya  çıxan  təfəkkür  olur. 


21 
 
İntuisiyanı  ağıldan  kənarda  qəbul  etmək  olmaz,  əksinə,  onun 
fövqündə  (yəni,  ağılın  ortalama  dərəcəsindən  bir  qədər 
yüksəkdə)  qəbul  etmək  olar.  Çünki  hisslərin  də  qəbul  etdiyi 
siqnallar  beyində  əqlin  formalaşmasını  təmin  edir.  Duyğu 
orqanlarının  siqnalları  elə  ağılın  formalaşmasına  təsir  edir. 
Fizioloji baxımdan ağılın yüksək dərəcəsi (faizi) daha çox siqnal 
qəbul  etməkdən  və  onu  emal  etməkdən,  yeni  forma 
yaratmaqdan,  yeni  hasilatı  üzərə  çıxarmaqdan  meydana  gəlir. 
Düzgün  müşahidələr  və  duyulan  qənaətlər  elə  təkmil  və  iti 
zəkanın  məhsuludur.  Ümumiyyətlə,  intuisiyanı  həm  də 
rasionallıqla  eyniləşdirmək  lazımdır.  Burada  şəxsin  müşahidəsi 
önəmlidir,  şəxsin  həm  də  proseslərdə  hadisələrdə  özünün  əqli 
nəticələr  çıxarması  daha  da  qabarıq  şəkildə  büruzə  verir. 
İntuisiya rasionallığı şərtləndirir.  
İnsan  Yer  üzərində  yaranıb.  Materiya  və  ideya  aləmi  ilə 
əhatə olunub. Dünyaya gələn kimi ətraf aləmin siqnallarını qəbul 
edir,  fizioloji  baxımdan  inkişaf  edir.  Bu  inkişaf  da  özlüyündə 
ruhun  formalaşmasını  təmin  edir.  Təbii  ki,  insanın  (doğulanın) 
özündə  də  genetik  siqnallar  və  hamilə  zamanı,  bətndə  olarkən 
qəbul  etdiyi  siqnallar  da  burada  çağanın  beynində  müəyyən 
qədər  məkan  əldə  etmiş  olur.  Böyüdükcə  insan  əqli  nəticəni 
kainatdan, təbiətdən, ətraf aləmdən aldığı siqnallarla, təkrarlanan 
proseslərdən davranışlardan əldə edir. Bu baxımdan da qaydalar, 
normalar yaranır. Əqli nəticə məkana və məkanın xarakterinə 
uyğun  orada  mövcud  olan  davranışa  uyğun  çıxarılır.  Hər 
addım  ardınca  əqli  nəticələr  zəncirini  toxuyur.  Əvvəlcə  güclü 
duyan şəxs öz hərəkətlərini duyğudan formalaşan əqli nəticələrlə 
idarə edir. Əqli nəticələrin çıxarılması dərəcəsi isə fərdin mühitə 
adaptasiyasından  asılı  olur.  Bu  baxımdan  daha  çox  hadisələr 
içərisində  olan  və  bol  proseslərlə  əhatə  olunan  şəxslər  nisbətən 
yüksək  əqli  nəticələr  çıxara  bilirlər.  Bu  əqli  nəticələr  əsasən 
təkrarlanan  proseslərdən  yaranır.  Əqli  nəticələr  həm  prosesin 
özü  ilə  ortaya  çıxır.  Siqnal-  siqnalı,  obraz  -obrazı  üzərə 
çəxarır.  Proses  davam  etdikcə  ona  müvafiq  əqli  nəticələr  də 


22 
 
çıxarılır.  Bu  prosesə  davamedici  zamanda  çıxarılan  əqli 
nəticələr  kimi  ad  evrmək  olar.  Bir  də  var  ki,  hadisələrin 
nəticələrini  qabaqcadan  duymaq  qabiliyyəti.  Bu  isə  gələcək 
zaman  üçün  çıxarılan  əqli  nəticədir.  Gələcək  zaman  üçün 
çıxarılan  əqli  nəticə  gələcək  müəyyənliyi  əvvəlcə  görmək 
qabiliyyətinin  təzahürüdür.  Bu  qabiliyyət  isə  dərketmənin 
yüksək  dərəcəsindən  xəbər  verir.  Şüur  ilə  əqli  nəticə  öz 
kəmiyyətini  artırmış  olur.  Gələcək  zaman  üçün  əqli  nəticələrin 
çıxarılması qabiliyyəti, qabağı görmək qabiliyyəti məhz intuitiv 
təfəkkürlə müəyyən edil bilir. Burada müşahidələr özü elə indiki 
zamanda  baş  verən  prosesləri  ardıcıl  izləmə  qabiliyyətindən 
meydana gəlir. 
İntuisiya  şəxslərdə  nəticələri  əvvəlcədən  duyulan,  yəni 
dəyişəcək  formanın  qəbul  ediləcək  siqnallarını  əvvəlcədən 
duymaq qabiliyyətidir, bir proses olaraq isə vəziyyətdir. 
İntuitiv  təfəkkür,  yəni  duyğu  orqanlarının  gələcək 
proseslərinin  qavranılmasını  və  ona  adekvatlılığın  halını 
müəyyən  edən  təfəkkür  daha  çox  filosoflarda  mövcud  olur. 
Adekvat  hal  da  o  deməkdir  ki,  gələcək  nəticəni  əvvəlcədən 
duyur,  ona  cavab  verəcək  vəziyyəti  də  əvvəlcədən  özündə 
(qıcıqlara  reaksiyalar)  müəyyənləşdirir.  Hadisələri  qabaqlayan 
(nəticələrini  əvvəlcədən  duyub  görmək  qabiliyyətinə  malik 
olmaq)  təfəkkür  intuitiv  təfəkkürdür.  Bu  təfəkkürün  obyekti 
material və “qeyri-material” aləm ola bilər. İntuitiv təfəkkürlə 
prosesləri  yönləndirmək  də  mümkündür.  Bu  halda  bunu  edən 
şəxs  proseslərin  müsbət  və  nəticələrini  əvvəlcədən  duyur. 
İntuitiv təfəkkürə malik olan şəxs müşahidə etdiyi və ondan 
asılı  olmayan  prosesləri  əvvəlcədən  görür.  Eləcə  də  ondan 
asılı olan proseslərin nəticələrini əvvəlcədən duya bilir. Belə 
şəxslər  müstəqil  və  sərbəst  yaradıcılığı  üstün  tuturlar  və 
nailiyyət də əldə edə bilirlər.  
İntuitiv  təfəkkür  başlıca  olaraq  geniş  təcrübəyə  malik 
olan  və  dərinə  düşüncələrə  sahib  olan  ağıllı  və  müdrik 
insanlarda mövcud olur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə