Dövlətin intuitiv təfəkkürlə idarə olunması


Dövlət  fəlsəfi  bir  fenomendir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

23 
 
Dövlət  fəlsəfi  bir  fenomendir.  Çünki,  həm  struktur  kimi 
tərkibi, həm  də  proseslər mahiyyət etibarilə dərin mənalar kəsb 
edir.  Dövlət  ümumilikdə  pozitiv  bir  qurumdur.  Onun  faydalı 
əsaslarla qurulması, strukturlarının təşkil olunması və nəticələrin 
səmərəliliyi  məntiqi  düşünülmüş  proseslərlə  həyata  keçirilir. 
Siyasi  fəaliyyət  və  onun  nəticələri  əqli  təfəkkürün  məntiqi 
nəticələrə  gəlməsi  ilə  müəyyən  olunur.  Bütün  proseslər,  bu 
baxımdan  qanunvericiliyin  təşkili,  hüquq  normalarının  qəbul 
olunması və icrası məntiqi idrakın nəticəsi (əqlin gəldiyi qənaət) 
ilə həyata keçirilir. 
Proseslərdə  intuitivlik  bir  aspektdə  mövcud  proseslərin 
gələcək mahiyyəti və formasını əvvəlcədən duymaqla müşahidə 
edilən vəziyyətdir. Xarakterik haldır. Digər aspektdə isə gələcək 
proseslərin  meydana  çıxa  biləcəyini  müəyyən  etmək  üçün 
xarakterik haldır. Hər iki vəziyyətdə ağılın məntiqi mühümü rol 
oynayır.  Sadəcə  olaraq  ağıl  nəticəni  (aydınlığı,  müəyyənliyi) 
əvvəlcədən  emal  edə  bilir.  İntuitiv  təfəkkürlə  idarəetmə  ağlın 
gələcəyə yönəlik tətbiqi ilə meydana gəlir.  
 
Dövlətin intuitiv təfəkkürlə təşkil olunması 
 
Bu,  o  deməkdir  ki,  dövlətin  strukturları  əvvəlcədən, 
yaradanın  (strukturları  təşkil  edənin)  daxili  aləminə  müvafiq 
olaraq təşkil  olunur.  Strukturlar arasındakı  əlaqələr rasional 
məntiqlə  qurulur.  Təbii  ki,  təşkil  edən  burada  həm  təcrübəni 
əsas  götürür,  həm  də  prosesləri  başlayır  və  məntiqi  ardıcıllıqla 
onu  strukturlaşdırır.  Dövlət  forması  özünün  xəyali  təsvirini 
intuitiv təfəkkürə sahib olan şəxlsərin fantaziyalarında tapa bilir. 
İntuitiv  təfəkkürə  sahib  olan  şəxs  dövlət  strukturlarını  həm 
rasional, həm də empirik üsullarla təşkil edir. İntuitiv idarəçilik 
zamanı lazımi strukturlar bir məhsul kimi mövcud strukturların 
fəaliyyətindən yeni yaranacaq strukturların zərurətini əvvəlcədən 
duyma  vəziyyətinin  qabiliyyətinin  nəticəsi  olaraq  yaranır. 
İntuitiv  idarəçilik  zamanı  proseslər  həm  mövcud  proseslərdən, 
proseslərin  nəticələrindən  yönləndirilir  (burada  rasionallıq  və 


24 
 
empiriklik  rol  oynayır),  həm  də  gəlcək  proseslərin  duyulması 
nöqteyi-nəzərdən  istiqamətləndirilir.  Burada  bir  prosesin 
nəticəsinin  gələcək  proseslər  üçün  əhəmiyyəti  idarəçiliyin 
mahiyyətini  təşkil  edir.  Şaxələnmə  bir-birini  şərtləndirir. 
İntuitiv  idarəçilik  zamanları  bir-birinə  bağlayır.  Metaforik 
(məcazi)  olaraq  belə  bir  fikir  bildirə  bilərik  ki,  bir  zamanın 
yetişməsi ilə o biri zamanın necə başlayacağını müyyən edir.  
İntuitiv  təfəkkürlə  idarəçilik  özündə  zamanları  ehtiva 
etməklə  bərabər,  rasionallığı  və  empirik  vəziyyətləri  müəyyən 
edən  və  müşahidələri  özündə  əks  etdirən  xəyali  bir  obrazı  da 
meydana  gərtirir.  İdarə  edən  şəxs  mövcud  prosesləri,  onun 
nəticələrini  və  gələcək  nəticələri  elə  öz  xəyalında  daxili 
aləmində  təsvir  edir.  Bu  təsvirçilikdən  artıq  proseslərin 
müəyyənliyi, canlandırılması baş verir. 
İntuitiv idarəçilik təbii ki, konseptual və sistemli, ardıcıl 
və  paralel  idarəçilik  formasını  da  yaradır.  İntuitiv  idarəçilik 
tələbləri  əvvəlcədən  müəyyən  edən  idarəçilikdir.  İntuitiv 
idarəçilikdə sistemin təşkili və fəaliyyəti mexanizmləri uyğunluq 
prinsipləri  ilə  formalaşdırılır.  Burada  idarə  edənin  daxili  aləmi 
sistemin  istədiklərini  əvvəlcədən  duyur.  Bu  duymanı  (beyində 
əks  olunan  istəkləri)  tələblərin  ödənilməsinə  yönəldir.  İntuitiv 
təfəkkürlü rəhbər boş bir məkanda öz daxili hisslərini mərkəzdə 
ağılla  birləşdirərək  boş  bir  məkanda  dövləti  qura  bilər.  İntuitiv 
idarəçilik hətta təcrübələrə də söykənməyə bilər, ağılın özünü ilk 
başlanğıc kimi müəyyən edə bilər. 
İntuitiv  idarəçilik  daha  çox  hadisələrin  əvvəlcədən 
proqnozlaşdırılmasına  gətirib  çıxaran  idarəçilikdir.  İntuitiv 
təfəkkürün  əsas  xüsusiyyətləri  dərin  və  opreativ  analitik 
qabiliyyətinin olmasındadır.  
 
Kapital və cəmiyyətdə xaosun yaranması  
 
İnsanın fiziki əməyinin, eləcə də zehni əməyinin nəticəsi və 
bu baxımdan da əldə olunan maddi və mənəvi dəyərlər, vasitələr 
kapitaldır. Kapital sərfiyyat və qazanc vasitəsidir. Bu iki forma 


25 
 
arasında  balansın  mövcudluğu  və  dinamik  inkişaf  (tarazlı 
qaydada inkişaf dinamikası) məhz cəmiyyətin tarazlı və nisbətən 
ədalətli  inkişafını  təmin  edir.  Kapital  üzərində  təsir  olunan 
maddi-material  bir  vasitədir.  Kapital  axın  yaradır  və  axınlara 
təkan  verir.  Kapital  subyekt  və  obyekt  rolunda  və  eləcə  də 
istifadə  olunan  alətlər  rolunda  çıxış  edir.  Kapital  ümumilikdə 
insan həyatının stimullaşmasını təmin edir, həyatı yönləndirir.  
Kapital  ümumən  bir  dəyər  olaraq  insanların  zehni  və  fiziki 
varlığındadır.  İnsanların  özləri də kapitaldır.  İnsanlar təbiətdəki 
resursları  öz  maraqlarına  uyğun  şəkildə  dəyişərək  kapitala 
çevirirlər. İnsanların bütün  yaş qrupları, bütün sosial təbəqələri, 
əmək  qrupları  özlüyündə  kapitaldır  və  universal  kapital 
şəbəkəsini meydana gətirir.  
Məlumdur  ki,  kapital  yaşayışın  əsasını  təşkil  edir.  Kapital 
(sərmayə) insanların maddi maraqlarının əsaslarını formalaşdırır. 
Kapital  maddi  maraqların  təminedici  və  nizamlayıcı  vasitəsi 
kimi çıxış edir.  
Yaşadığımız  cəmiyyət  kapitallar  şəbəkəsindən  formalaşır. 
Kapitallar  şəbəkəsi  həyatın  ümumi  qaydalarını  və  axarını 
müəyyən edir. Kapital öz ardınca kapital qoyuluşunu tələb edir. 
Kapital sivil cəmiyyələrin əsaslarını təşkil edir. Kapital insanları 
yaşayış  məskənlərinə  bağlayan  vasitələr  rolunda  çıxış  edir. 
Kapital  maddi  və  mənəvi  olaraq  iki  hissəyə  ayrıla  bilir.  Maddi 
kapital  mənəvi,  mənəvi  kapital  da  maddiya  bağlı  olur.  Kapital 
yaşayış  məskənlərinin  formalaşmasında  nizamlayıcı  tərəflərdən 
birini təşkil edir. Kapital insan maraqlarını insanın şəxsiyyəti ilə 
bağlayan ünsür rolunu da oynayır.  
Kapital  amilinə  iki  aspektdə  yanaşmaq  lazımdır:  birincisi, 
pozitiv tərəfi, yəni, faydalı tərəfi, ikincisi, mənfi tərəfi. Kapitalın 
qoyuluşu qeyri-nizamlı ola bilir. Bu anda kapital mövcud nizamı 
pozur.  Məkanda  maraqlı  olan  tərəflərin  maraqlarının  taraz 
şəkildə paylanmasına mane olur. 
Kapital  carı  və  uzun  müddətə  nəticəsi  olan  vasitələr  kimi 
çıxış  edir.  Carı  (yaxın  müddətə)  olan  kapital  həm  də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə