Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

26 
 
uzunmüddətli  sərmayələrin  əsaslarını  təşkil  edir.  Kapital  öz 
arxasınca yeni kapital qoyuluşunu tələb edir. 
Maddi kapitalın qeyri-düzgün istifadəsi təbii ki, cəmiyyətin 
maraq  axarındakı  nizamı  korlayır.  Kapitalın  nizamlı  istifadəsi 
daima  cəmiyyətin  özünün  nizamlı  quruluşunun  əsaslarını 
meydana gətirir. 
Mənəvi  kapital  maddi  kapitalın  istifadə  üsullarını  meydana 
gətirir. Mənəvi kapital maddi kapitalın axarını formalaşdırır.  
Kapital  cəmiyyətdə  xaotik  idarəçiliyin  əsaslarını  da 
meydana gətirir. Kapitalın qeyri-düzgün istifadəsi tarazlı sistemə 
zərbələr də vurur. Külli miqdarda kapitalı əllərində cəmləşdirmiş 
şəxslər  cəmiyyətin  taraz  sisteminə  zərbələr  vura  bilirlər. 
Kapitaldan  qeyri-düzgün  istifadə 
xaosun, 
qeyri-nizamın 
yaranmasına  gətirib  çıxarır.  Ümumiyyətlə,  külli  miqdarda 
kapitalı  əlində  cəmləşdirən  qrup  bu  kapitaldan  siyasi  maraqları 
üçün  də  istifadə  etməyə  çalışır.  Kapitalı  maraqların  təminatına 
yönəltməyə  çalışır.  Belə  olan  halda  ümumi  siyasi  nizam  üçün 
təhlükələr də meydana gələ bilir. 
Maddi  kapitalın  qeyri-nizamlı  istifadəsi  mənəvi  dəyərlərin 
aşılayıcısı  rolunu  oynaya  bilir.  Maddi  kapital  o  halda  asılılıq 
yaradır  ki,  bundan  istifadə  edən  tərəf  istifadə  olunan  tərəf 
üzərində təsir imkanları və nüfuz əldə etmiş olur. Maddi kapital 
tarazlığı pozan ünsür rolunu oynaya bilir. 
Kapital amili insan hüquqlarının pozulmasının əsaslarını da 
təşkil  edir.  İnsan  hüquqları  başlıca  olaraq  kapitaldan  asılı 
vəziyyətə  də  düşür  Kapital  sosial  bərabərliyin  (bu  bərabərlik 
mütləq olmaqla bərabər, həm də nisbidir, yəni dəyişən mütləqlər 
cəmindən ibarətdir) pozulmasını da şərtləndirir. 
Kapital  insan  iradəsinin  və  zəifləməsinin  də  əsaslarını 
meydana gətirir. Kapital və ondan istifadə insan davranışlarının 
əsaslarını  yaradır.  Kapital  (subyekt)  obyektə  (istifadə  olunan 
vasitəyə) mexanizmlərini formalaşıdırır.  
Kapital  özündən  əvvəlki  nizamın  məkanına  daxil  olur  və 
nəticə  etibarilə  həmin  məkanın  nizamlı  quruluşunu  ortaya 


27 
 
çıxarır. Kapital sistemlilik yaradır və eləcə də qeyri-sistemliliyin 
əsaslarını meydana gətirir.  
 
Dövlət  idarəçiliyində  xidmət  etmənin  əsasları  və  dövlət 
məmurunun  işə  və  məsələlərə  münasibət  bildirməsinin 
yolları  (məmur  etikası  və  məmur  səlahiyyətləri 
kontekstindən yanaşma)  
 
İdarəçilik 
strukturlarının 
yaradılması. 
İdarəçilik 
strukturları hakimiyyətin bölgüsü prinsipinə uyğun təşkil olunur. 
Bu  bölgü  elə  sahələr  daxilində  funksiyanın  fərqliliyini, 
funskiyanın  sahələr  üzrə  təsnifatını  meydana  gətirir.  Lakin 
dövlət  anlayışı  və  dövlətin  vahid  struktur  və  sistem  kimi 
mövcudluğu  hakimiyyətlərin  bir  arada  toplanmasını  və  əlaqəli 
funksiyasını  meydana  gətirir.  Dövlət  bir  qurumda  cəmləşən 
fərqli 
və 
əlaqəli  funksiyalar 
yerinə 
yetirən 
vahid 
kompozisiyadan  ibarətdir.  Bu  baxımdan  da  hakimiyyətin 
funksiyalarına  cəm  halda  dövlətin  funksiyası  kimi  baxmaq 
lazımdır. Dövlət tərkibi rəngarəng olan elementlərdən ibarətdir. 
Hakimiyyət  strukturlarında  təmsil  olunan  və  xidmət  keçən 
şəxslər  də  vəhdət  olaraq  dövləti  təmsil  edirlər.  Buna  görə  də 
onların xidmətləri elə dövlətin xidmətləri demək olur.  
Bütün  dünya  dövlətləri  üçün  qəbul  olunmuş  sivil  format, 
formula,  model  əsasən  hakimiyyətin  icraedici,  qanunverici  və 
məhkəmə  qolları ilə formalaşdırılmasından ibarətdir. Bu  format 
bir-birini  saxlamaq  üçün  və  vəhdət  yaratmaq  məqsədilə  təşkil 
olunur.  Bəzən  televiziya  və  mətbuat  da  hakimiyyətin  dördüncü 
qolu hesab olunur. Dövlət öz siyasi mənbəyini ictimai mənbədən 
götürür.  Hakimiyyət  tabeli  qurumlara  məxsus  olan  bir 
kompozisiyadır.  
Hakimiyyət  qollarında  tabeli  qurumların  yaradılması 
prosesləri ilk növbədə mərkəzi və yerli əsaslarla həyata keçirilir. 
Hakimiyyətin səlahiyyət və hüquq məsələlərində məkan prinsipi 
tətbiq  olunur.  Məsələn,  icra  hakimiyyətinin  mərkəzi  və  yerli 


28 
 
idarəetmə  qurumları  yaradılır.  Dövlət  səlahiyyətlərindən  kənara 
çıxmamaq şərtilə  yerli qanunverici qurumlar təşkil edilir. İşlərə 
instansiya qaydasında baxılmaq üçün yerli (birinci), apellyasiya 
və kassasiya şikayətləri üzrə məhkəmələr yaradılır. İxtisaslaşmış 
məhkəmələr  (hərbi  məhkəmələr  (tribunallar),  iqtisad  məhkə-
mələri,  inzibati  məhkəmələr,  yuvenal  (gənclərin  işinə  baxan) 
məhkəmələr)  təsis  edilir.  Ağır  cinayətlərə  dair  məhkəmələr  də 
yaradılır.  Yerli  subyektlərin  (muxtar  qurumların)  müvafiq 
məhkəmələri  təsis  edilir.  Dövlət  vəzifələri  də  mərkəzi  və  yerli 
təsnifatlara ayrılır.  
İdarəçilik  şaquli  və  üfiqi  formalı,  ümumən  isə  pramidal 
formalı  bir  prosesdir.  Məlumdur  ki,  dövlətin  idarəçiliyi 
hakimiyyətin  qollarındakı  dövlət  strukturları  vasitəsilə  həyata 
keçirilir.  Hakimiyyət  öz  hüquq  və  funksiyasına  görə  dövləti 
təmsil edir.  
Siyasi  terminalogiya,  siyasət  anlayşı  daxilində  dövlət 
idarəçiliyinin  iki  mühüm  istiqamətini  qeyd  etmək  olar:  siyasi 
idarəçilik  və  inzibati  idarəçilik.  Siyasi  idarəçiliyi  dövlət 
rəhbəri,  hakimiyyət  rəhbərləri  həyata  keçirirlər.  Bəzi  mühüm 
postlar  (ali  hakimiyyət  vəzifələri)  da  siyasi  postlar  kimi  təsnif 
oluna  bilir.  Siyasi  idarəçilik  daha  çox  siyasəti  müəyyən  edən 
tərəfdir.  Siyasət  istiqamətini  müəyyən  edən  və  qərarların 
qəbulunda  iştirak  edən  tərəfdir.  İnzibati  idarəçilik  isə  siyasi 
idarəçiliyin işə düşən mexanizmisidir. Siyasi hakimiyyət inzibati 
hakimiyyəti işə salır, eləcə də inzibati hakimiyyətdən faydalanır. 
Məsələn,  inzibati  işçilər  dövlət  siyasətinin  istiqamətləri  üçün 
təkliflər verirlər.  
Vəzifələri  də  siyasi  və  inzibati  əsaslara  ayırmaq  olur. 
İnzibati  idarəçilik  aparat  idarəçilyi  və  mülki,  hüquqi,  iqtisadi 
idarəçilikdən  ibarətdir.  Dövlət  qurumları,  bu  baxımdan 
nazirliklər, 
komitələr, 
şirkətlər, 
səhmdar 
cəmiyyətlər, 
agentliklər, xidmətlər, konsernlər və onların tabeli qurumlarının 
fəaliyyəti  bu  xarakterdədir.  Siyasi  fəaliyyət  əslində  inzibati 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə