Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

29 
 
üsullarla  həyata  keçirilir.  Hər  bir  məmur  həm  siyasi,  həm  də 
inzibati funksiyanı yerinə yetirir.  
Dövlət  idarəçiliyi  proseslərini  həyata  keçirmək  məqsədilə 
aparatlar,  idarələr  kadrlarla,  mütəxəssislərlə  təmin  edilir. 
Kadrların  hazırlanmasını  institutlar,  ali  məktəblər,  elmi 
mərkəzlər,  ictimai-siyasi  qurumlar  həyata  keçirirlər.  Dövlət 
idarəçiliyində  seçilmə  və  təyinat  yolu  ilə  xidmət  etmək 
mövcuddur.  Təyinatı  göndərişi  kadr  hazırlama  mərkəzləri  də 
təmin edir. Seçilmə başlıca olaraq dövlət rəhbərini, hakimiyyətin 
qollarını (qanunverci qolu) müəyyən edir. Təyinat isə vəzifələrə 
səlahiyyətli  şəxslər  (dövlət  vəzifəsi  tutan  şəxslər)  tərəfindən 
edilir. Müəyyən aparatların daxilində də seçilmə ola bilir.  
Hər  bir  strukturun  hüququ  və  hüquqdan  irəli  gələrək 
səlahiyyətləri mövcud olur. Hər bir vəzifənin öz təlimatı vardır. 
Bu  təlimat  vəzifənin  hüquqları  və  iş  funksiyası  üzərində  icra 
olunur.  Hər  bir  mütəxəssis  (kadr)  öz  təlimatına  uyğun  hərəkət 
edir,  vəzifəni  yerinə  yetirir,  maddi-məsul  şəxs  olur.  Hər  bir 
vəzifənin iyerarxik mövcudluğu kompleks idarəçiliyi yaradır. Bu 
idarəçilik zamanı enerji artır, potensial yüksək olur.  
Məlumdur  ki,  hər  bir  müəssisədə  ştat  strukturu  mövcuddur 
və  tabeçilik  də  iyerarxik  qaydada  həyata  keçirilir.  Yuxarıdan 
aşağıya  doğru  qərarlar  icra  olunur,  aşağıdan  yuxarıya  doğru 
təkliflər  hazırlanır.  Təklif  rəhbərlik  tərəfindən  də  irəli  sürülə 
bilir. Bu anda təklif vəzifələrin tərkibinə aid olur.  
Hər  bir  müəssisə  resurslardan  irəli  gələrək  böyüyə  və 
genişlənə bilir. Bu proseslər sayəsində vəzifələr də genişlənə və 
yenilənə  bilir.  İdarənin,  aparatın  strukturları  dəyişir,  yeni 
tənzimləyici qurumlar meydana gələ bilir. İdarələrin mərkəzi və 
ətraf strukturları yarana bilir.  
Müəssisələrdə çalışan mütəxəssislər resursların artımı və bu 
baxımdan da yeni tələblərin meydana gəlməsi zərurətindən irəli 
gələrək, yeni ideyalarla və təkliflərlə çıxış edə bilərlər. Təbii ki, 
hər bir şəxs öz işlədiyi müəssisədə (idarədə, təşkilatda) öz şöbəsi 
və  idarəsi  daxilində  təkmilləşdirici  və  səmərələşdirici  təkliflər 


30 
 
verə  bilər.  Bu  kimi  təkliflərə  idarədə,  şöbədə,  idarə  heyətində 
kollegial  qaydada  baxıla  bilər.  Müvafiq  qərarlar  qəbul  oluna 
bilər.  Hər  bir  müəssisə  təkliflər,  yeni  ideyalar  əsasında 
təkmilləşməli və  yeni axarı müəyyən etməlidir. Burada bu kimi 
funksiyaları  yerinə  yetirmək  üçün  səmərələşdirici  təkliflərin  də 
sayı çox olmalıdır.  
Hər  bir  işçinin  işə  münasibəti,  mövqeyi  olmalıdır.  İşçinin 
yenilikçi  ruhu,  prosesləri  dəyərləndirmək  qabiliyyəti  olmalıdır. 
Belə  halda  müəssisə  öz  işində  avanqard  elementlərin  əldə 
edilməsinə  nail  ola  bilir.  Müəssisə  daha  çox  element  üzərində 
təsir imkanlarına malik olur.  
Dövlət  məmuru  (dövlətin  daxili  və  xarici  siyasət 
istiqamətində  iştirak  edən  və  vəzifə  tutan  şəxslər)  dövlətin 
siyasət  axarında  yeni təkliflər  vermək və  ideyalarla çıxış etmək 
borcundadır.  Çünki  insan  düşüncələrinin  potensialı  həm  də 
özünün  inkişafına  xidmətlərə  yönləndirilməlidir.  Dövlətin 
inkişaf  məqsədi  özünün  elementlərinin  potensialından  istifadə 
üzərində  qurulur.  Dövlət  məmurları  aktiv  olmalıdırlar  və 
təşəbbüskarlıq  mövqeyindən  çıxış  etməlidirlər.  Bununla  yanaşı, 
onlar dövlətin qanunvericiliyindən kənara çıxa bilməzlər. Onlar 
yalnız  qanunvericiliyin  təkmilləşdirilməsi  üçün  təkliflərlə  çıxış 
edə bilərlər.  
Dövlət  rəsmisinin  mövqeyi  (xüsusilə,  qərarların  qəbulunda 
iştirak  edən  şəxslərin  mövqeyi)  birbaşa  və  dolayı  yolla  dövlət 
mövqeyi  kimi  qəbul  olunur.  Çünki  təmsilçilik  özü  elə  dövlət 
mövqeyini  bildirmək  mənasını  verir.  (Qeyd:  mövqe  şəxsi, 
ictimai  və  dövlət  mövqeyindən  ibarətdir.  İctimai  və  dövlət 
mövqeyi  siyasi  mənalar kəsb etməsinə  baxmayaraq, hər bir 
məmurun  ictimai  mövqeyi  ilk  növbədə  onun  dövlət  rəsmisi 
mövqeyi  kimi  qəbul  olunur).  Şəxsin  təmsil  olunduğu  qurum 
dövlətin  ali  siyasət  qurumudur.  Bu  baxımdan  da  dövlət 
rəsmisinin  sərbəst  mövqeyi,  münasibəti  daha  çox  öz  daxili 
idarəsində  dəyərləndirilməlidir.  Yeni  təkliflər  də  daxildə  irəli 
sürülməldir.  Hətta  narazılıqlar  da  daxildə  bildirilməlidir. 


31 
 
Ümumiyyətlə,  iyerarxiya  qaydalarına  və  səlahiyyət  bölgülərinə 
fikir  verilməldir.  Hər  bir  dövlət  məmuru  özbaşına  dövlətin 
adından  danışa  bilməz.  Onun  mövqeyi  yalnız  idarədaxili 
olmalıdır.  Danışmaq  üçün  səlahiyyətli  şəxslər  və  idarələr 
müəyyən olunmalıdır.  
Hər  bir  məmur  özünün  münasibətini  öz  səlahiyyətləri 
daxilində bildirməlidir. Məmur öz işinə cavabdeh olmalı və işlə 
bağlı  çətinliklər  barədə  tabeli  quruma  məlumat  verməlidir. 
Həmçinin  tabeli  qaydada  üst  qurum  qarşısında  məsələ 
qaldırmalıdır.  
 
Məişət təfəkkürü, ictimai təfəkkür və siyasi təfəkkürün 
vəhdəti və hər təfəkkürün öz məkanı 
 
İnsanlar  öz  həyat  vərdişlərinə,  bu  vərdişlərdən  meydana 
gələn  həyat  tərzinə  müvafiq  olaraq  özlərində  düşüncə  tərzi  və 
düşüncə  məkanları  formalaşdırırlar.  Düşüncələr,  ondan 
formalaşan təfəkkür həyatın özünün sahələrində bir model kimi 
tətbiq  olunur.  Məsələn,  alimlər  gündəlik  peşə  fəaliyyətini 
özündə  ehtiva  edən  təfəkkürü,  vərdiş  təfəkkürünü  yaradırlar. 
Eyni  zamanda  elmi  təfəkkürlərini  də  formalaşdırırlar.  Yəni 
alimlər  gündəlik  məşğuliyyət  edərək  alim  kimi  bir  peşə  sahəsi 
yaradırlar,  həm  də  elmi  və  ali  təfəkkür  formalaşdırırlar.  Bu 
təfəkkür  ənənəvi  olur,  yəni,  hər  bir  alim,  ixtisas  və  peşə  ilə 
əlaqədar bu vərdişlə məşğul olur. 
Təfəkkür 
ümumiyyətlə, 
təsir 
vasitələrinin, 
təsir 
obyektlərinin  qavranılmasından  meydana  gəlir.  Subyektin 
(fərdin)  qavrayışından  yaranan  əks  –təsir  nəticəsidir.  Təfəkkür 
insanın  obyektlə  olan  münasibət  tərzini  meydana  gətirir. 
Davranış istiqamətləri təzahür olunur və əmələ yönləndirilir.  
Peşə fəaliyyəti və vərdişlərin kəmiyyəti müvafiq təfəkkürün 
formalaşmasına  səbəb  olur.  Məsələn,  gündəlik  sürücülük 
məşğuliyyəti  elə  həmin  şəxsdə  sürücülük  təfəkkürünü  meydana 
gətirir. İnsanlarda peşə və universal (peşəsindən asılı olamyaraq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə