Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

35 
 
olar)  ətraf  şəraitin  dəyişməsinə  təsir  edə  bilir  və  prosesləri 
istiqamətləndirir. 
İnsanlarda cinsi fərqlərə görə də təfəkkür formalaşır. Qadın 
və  kişilərdə  olan  fərqli  fizioloji  amillər  təbii  ki,  bu 
nümayəndələrin  məxsusi  xüsusiyyətlərini  meydana  gətirir. 
Təfəkkürün bu kimi əsasları fizioloji genetikliyi meydana gətirir 
və fizioloji genetiklikdən üzərə çıxır. Yaşlı insanların, uşaqların 
təfəkkürü  fərqlənir.  Təfəkkür  universal  və  məxsusi  olur. 
Məxsusilik fərdi və konkret aspektlərdə formalaşır.  
Təfəkkürü  formalaşdıran  kriteriyalar  kimi,  fizioloji  amillər, 
psixi-sosial  vərdişlərdir,  davranış  normalarıdır.  Həmçinin  peşə 
kriteriyalarıdır. İnsanlarda bu aspektləri də ətraf şəraitlər yaradır. 
İnsan cəmiyyətdə yaşayır. Sosial-siyasi varlıqdır. Cəmiyyəti 
və  dövləti  insan  yaradır.  Buna  görə  də  insan  öz  xarakterini 
cəmiyyətində  və  dövlətində  əks  etdirir.  Öz  xarakterini  toplu 
halda cəmiyyətə və dövlətə sirayət etdirir, yəni keçidir və özü ilə 
daşıyır. Hər bir xalq özünəxas dövlət və cəmiyyət qurur. Dövlət 
və cəmiyyətin modelləri başqa dövlərlərdən də qəbul olunur. Bu 
aspektdə  beynəlxalq  və  milli  xarakter  formalaşır.  Burada 
universal  davranış  qaydaları  (məsələn,  beynəlxalq  hüquq 
normaları)  universal  normaları  meydana  gətirir.  Eləcəd  də 
beynəlxalq aləmin xarakteri meydana gəlir. 
Hər  bir  dövlətin  baza  və  üst  qatları  mövcuddur.  Dövlətdə 
təminat  fəlsəfəsi  düşüncələrin  əsaslarını  meydana  gətirir.  Baza 
dedikdə,  dövlətin  bazis  hissəsini  təmin  edən  reurs  toplusu, 
təbəqəsi  qəbul  olunmalıdır.  Bazada  iqtisadiyyat  və  onun 
istehsalat tərəfləri dayanır. Çünki dövləti inkişaf etdirmək, onun 
aparat kimi mövcudluğunu təmin etmək, idarəçilik funksiyasını 
təmin  etmək,  eləcə  də  cəmiyyətin  maddi-mənəvi  ehtiyaclarını 
ödəmək  məqsədilə  resursların  olması  vacibdir.  Resurslar  özü 
təfəkkürün  formalaşma  əsaslarını  meydana  gətirir.  Resurslar 
siyasi və iqtisadi, eləcə də sosial hadisələrin törədilməsini təmin 
edir. 
Resurslar 
prosesləri 
yaradır 
və 
proseslərin 
istiqamətləndirilməsini təmin edir. Resurslar və onlardan istifadə 


36 
 
üsulları,  resursların  əldə  olunması  yolları  insanlarda  müvafiq 
vərdişləri və mədəniyyəti meydana gətirir. Mədəniyyət ümumən 
vərdişlərdən, davranışlardan yaranır. 
İqtisadiyyat bazadır.  İqtisadiyyatın təşkil edilməsi, eləcə də 
onun  yönləndirilməsi  başlıca  olaraq  istehsal  məhsullarından 
asılıdır.  İstehsal  proseslərinin  təşkili  özü  də  istehsal 
davranışlarından və vərdişlərindən meydana gəlir.  
İstehsal  iqtisadiyyatın  bazasını  təşkil  edir.  İqtisadiyyat 
istehsala bağlıdır. Bu baxımdan da istehsalatın özünü təşkil edən 
texniki  təfəkkür  istehsal  proseslərində  formalaşır.  İstehsal 
prosesləri  texniki  prosesləri  özündə  ehtiva  edir.  Buna  görə  də 
texniki  mədəniyyət  meydana  gəlir.  Hər  bir  dövlətin  bazasını 
təşkil edən iqtisadiyyat, hansı ki, maraqların təmin edilməsini öz 
üzərinə  götürür,  texniki  təfəkkürdən,  texniki  vərdişlərdən  asılı 
olur. Texniki təfəkkür həm də məktəblərdə texniki biliklərin əldə 
edilməsindən meydana gəlir. 
Texniki təfəkkürün formalaşması texnika üzrə elmi-tədqiqat 
müəssisələrində,  orta,  orta-ixtisas  və  ali  məktəblərdə,  istehsalat 
(texnoloji  avadanlıqların  istehsalatı)  müəssiələrində  təmin 
olunur.  
Texniki  təfəkkür  texniki  peşə  məktəblərində  də  formalaşır. 
Burada texnika ilə davranış qaydaları meydana gəlir. 
Texniki  təfəkkürün  faydasını  bu  kimi  əsaslarla  nəzəri 
baxımdan ümumiləşdirmək olar: 
 
-texniki  təfəkkür  və  onun  ailələrdə,  cəmiyyətlərdə  və  iş 
yerlərində  formalaşdırılması  insanların  ardıcıl  qaydada  texniki 
mədəniyyətini formalaşdırır; 
-texniki  təfəkkür  iqtisadiyyata  və  istehsalata  insanları  sövq 
edir. Bu təfəkkür təbliğedici və təşviqedici əhəmiyyət daşıyır; 
-texniki 
təfəkkür 
iqtisadiyyatda 
güvənli 
təfəkkürün 
formalaşmasına gətirib çıxarır; 
-texniki  təfəkkür  texniki  vasitə  və  alətlərin  insanlar 
tərəfindən dönərli və yeni əsaslarla istifadə vərdişərini yaradır; 


37 
 
-texniki  təfəkkür  bütün  nəsil  texniki  vasitələrdən  əlverişli 
istifadənin və optimal seçimlərin əsaslarını meydana gətirir; 
-texniki  təfəkkürün  inkişafı  cəmiyyətdə  üst  təfəkkürün 
qeyri-balans yaratmasının qarşısını alır; 
-texniki  təfəkkür  insanları  yaradıcılığa  və  quruculuğa  daha 
çox  sövq  edir  ki,  bu  da  dövlətin  və  cəmiyyətin  həm  də  texno 
əsaslarla formalaşmasına səbəb olur; 
-texniki  təfəkkür  cəmiyyətdə  istehsal  məhsullarının  sayını 
artırır; 
-texniki təfəkkür ixtiraçılığın sayını artırır və  yeni texnoloji 
dəyərlərin  yaranmasını  özündə  ehtiva  edir,  texnoloji  nəsillərin 
ardıcıllığını təmin edir; 
-texniki  təfəkkü  alt  qatın  möhkəmliyini  təmin  etməklə, 
cəmiyyətin immunitetini meydana gətirir; 
-texniki təfəkkür insan kapitalının yaranmasını təmin edir; 
-texniki  təfəkkürün  inkişafı  alt  qrupun,  alt  təbəqənin 
əsaslarını yaradır; 
-texniki təfəkkür öz “polad” məzmununa görə cəmiyyətin və 
dövlətin möhkəm təməlini yaradır; 
-texniki  təfəkkür  cəmiyyətdə  alt  qatın  daima  diqqətdə 
saxlanmasını təmin edir; 
-texniki təfəkkür diqqəti cəmiyyətin bazasına yönəldir; 
-texniki təfəkkür cəmiyyətin potensialını alt qata cəlb edir və 
üst qatın təminatı tələblərini yerinə yetirir; 
-texniki təfəkkür cəmiyyətdə elmi biliklərin və fundamental 
elmlərin əsaslarını özünə cəlb edir; 
-texniki  təfəkkür  cəmiyyətdə  əməlin  fikirlər  üzərində 
üstünlüyünü təmin edir və s və s.  
  
 İnsan hüquqlarının aktiv və passiv pozulması 
 
Məlumdur  ki,  hər  bir  anlayış  kimi  hüququn  da  öz  tərkib 
elementləri  mövcuddur.  Bu  tərkib  elementlərdən  hüquq  bütün 
sahələrdə  formalaşır.  Sahələr  isə  hüququn  məkan  xarakterini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə