Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   9   10   11   12   13   14   15   16   ...   54

38 
 
müəyyən  edir.  Hüququn  məkan  xarakteri  məkanda  olan 
resurslardan  meydana  gəlir.  Məkanda  olan  istehsal  xarakteri, 
təsir  obyektlərinin  və  vasitələrinin  vəziyyəti  məhz  hüququn 
sahələr  üzrə  xarakterini  formalaşdırır.  Hər  bir  sahədə  hüququn 
tərkib elementləri öz mahiyyətini saxlayır.  
Aktivlik  (fəalllıq)  bir  vəziyyətdir,  görünüşdür.  Aktivlik 
müəyyən məkanı, müstəvini  əhatə  edən sistemin  daxilində  olan 
elementlərin  əvvəlki  passiv  vəziyyətlərindən  sürətli  vəziyyətə 
keçidi  xarakterizə  edən  bir  haldır.  Aktivlik  sayəsində  sistemin 
daxili passiv enerjisi artır, bu anda tutum böyüyə bilir. Aktivlik 
sayəsində  elementlər  öz  əvvəlki  məkanlarını  dəyişə,  yeni 
məkanlara keçə bilirlər. Bu anda sistem öz müstəvisindən kənara 
çıxır, ölçülərini dəyişdirir. Aktivlik sayəsində sistem dağıla bilir, 
elementləri  digər  sistemlərə  keçirə  bilir,  eləcə  də  kənar 
sistemlərlə  əlaqələri  formalaşdıra  bilir.  Bu  baxımdan  da 
sistemlər açıq-aktiv və qapalı-aktiv xassələrə bölünür. Aktivlik 
sayəsində  sistemin  elementləri  birləşə  və  ya  da  kiçik  tərkib 
hissələrə ayrıla bilir. Aktivlik parçalanma və sintez prosesləri ilə 
xassələnən bir vəziyyətdir. 
Passivlik  isə  təbii  ki,  aktivliyin  əksi  olan  bir  vəziyyətdir. 
Passivlik  sayəsində  məkanın  forması  kiçilə  bilir.  Lakin  qapalı 
sistem daxilində  həcm,  kütlə,  çəki  öz kəmiyyətini  saxlaya bilir. 
Açıq  sisttemdə  isə  qonşu  sistemdəki  elementlər  hesabına  öz 
tərkibini artıra bilər. Passivliyin məkanı böyüyəndə tərkibi artır. 
Kütlə və çəki artır. Deməli, passivlik daha çox mərkəzə yönəlik, 
elementləri  dartıdıcı  bir  prosesdir.  Aktivlik  daha  çox  açılma 
(dağıdıc), passivliki isə yığılma prosesidir. Passivlikdə zəif sürət, 
zəif  yerdəyişmə  sakit  vəziyyətlərin  də  yaranmasını  özündə  əks 
etdirir. Passivlik sanki “sovurma” prosesidir. 
Qeyd olunduğu kimi, insan hüquqlarının tərkibi mövcuddur. 
Bu  tərkib  insanın  mənəvi  aləmini  formalaşdıran  elementlərdən 
ibarətdir.  Bu  elementlər  maddi  aləm  üzərində  də  qərarlaşır. 
İnsanın  mənəvi  aləminin  tərkibini  ifadə  edən  bütün  elementlər 
hüquq  və  əxlaqın  əsasını  təşkil  edir.  Mənəvi  münasibətlərin  və 


39 
 
maddi  əlaqələrin  əsaslarını  müəyyən  edən  kriteriyalar  hüquqda 
cəmləşir.  Bu  tərkib  müəyyən  şəraitdə  və  məkanda  tamdır. 
Hüquqlar normalarla ifadə olunur.  
İnsan  hüquqlarının  tərkib  elementləri  insan  fəaliyyətinin 
aktivləşməsi  və  passivləşməsi  ilə  özünün  aktiv  və  passiv 
məzmununu  üzərə  çıxarır.  Lakin  bu  kimi  kriteriyalar  insanın 
aktiv və passiv vəziyyətindən asılı olmayaraq daima onlarla olur. 
İnsan  öz  daxilinə  immanentdir.  İnsan  fəaliyyəti  onun 
hüquqlarının  məkanlardan-məkanlara  keçməsini  təmin  edir. 
İnsan  bütün  məkanlarda  özünün  baza  hüquqlarını  saxlayır. 
Əlavə hüquqlar isə resurslara müvafiq olaraq qazanılır.  
İnsan hüquqları normalarda əksini tapır. Bu normaları dövlət 
müəyyən  edir.  İnsan  maraqlarının  cəmiyyətdə  çoxtərkibli  və 
çoxsahəli  olması  hüquq  təminatı  ilə  yanaşı,  onun  pozuntusunu 
da  meydana  gətirir.  Belə  bir  fəlsəfi  ümumiləşdirilmiş 
prinsiplərdən  çıxış  edərək,  hesab  etmək  olar  ki,  insan  öz 
hüququnu  normalara  salır  və  özü  də  pozur.  İnsan  hüquqları 
sistemlə  formalaşır, müəyyən olunur,  eləcə  də sistemlə  və  fərdi 
olaraq pozulur.  
İnsan hüquqlarının sahələrdə aktiv təminatı ilə yanaşı, aktiv 
pozulması  da  mövcuddur.  Sürətlə  formalaşan  hüquq  normalar 
sisteminin  özündə  elə  proseslər  və  yenilənmələr  zamanı 
hüquqlar aktiv və passiv şəkildə pozulur. 
 
Aktiv pozulma nədir: 
 
-aktiv  pozulma  əvvəlcə  mövcud  olmuş  normaların  və 
təminatın sürətlə ləğv olunmasıdır; 
-aktiv  pozulma  resurs  çatışmazlığında  meydana  gələn  aktiv 
vəziyyətdir; 
-aktiv  pozulma  hər  hansısa  bir  dövlət  müəssissələri 
tərəfindən hüquqların öz zamanında təmin edilməməsidir; 
-aktiv  pozulma  bir  fərdin  digər  fərdin  hüquqlarına  olan 
qəsdidir; 
-aktiv  pozulma  imkan  olan  məkanda  lazımi  hüquqların 
təmin edilməsindən açıq imtina hallarıdır;  


40 
 
-aktiv  pozulma  subyekt  tərəfindən  obyektə  tətbiq  olunan 
birbaşa qadağalardır, hüquqların məhdudlaşdırılmasıdır; 
-aktiv  pozulma  münaqişələrdə,  müharibələrdə,  digər 
gərginlik  vəziyyətlərində  məkanlarda  yaranan  birbaşa  xaos 
vəziyyətləridir; 
-aktiv  pozulma  məzmunca  tərkibin  itirilməsidir,  hüquqların 
tərkibini təşkil edən elementlərin azalmasıdır; 
-aktiv  pozulma  birbaşa  pozulmadır  və  məkanda  açıq 
obrazlanmadır; əksolunmadır və s. 
Aktiv  pozulma  resursların  təbii  çatışmazlığından 
meydana  gələ  bilər.  Eləcə  də  bilərəkdən  hüquq  təminedici 
tərəfin hərəkətsizliyindən ortaya çıxa bilər.  
 
Passiv pozulma nədir: 
 
-passiv  pozulma  daha  çox  məhdudlaşmadır,  hüquq 
tərkibinin yığılması, sanki donmasıdır; 
-passiv  pozulma  məzmunca  “məsafəli  pozulmadır”. 
Məsələn,  bir  qrup  şəxs  üzərində  bir  nəfərin  rəhbərlik  etdiyi 
halda, daha çox adamın bir məkanda rəhbərlik etməsi hüquqları 
passiv də poza bilir. Hüququn tərkibini təşkil edən ləyaqət, şərəf 
və digər mənəvi-əxlaqi keyfiyyətlər pozulur; 
-passiv pozulma sükut pozulmasıdır; 
-passiv pozulma dolayı (vasitəli) pozulmadır; 
-passiv  pozulma  uzun  zamanlı  proseslərlə  xarakterizə 
olunan pozulmadır; 
-passiv  pozulma  həm  də  “yarımçıq  pozulma”  kimi  də 
xarakterizə oluna bilir və s. 
 
Beynəlxalq  hüquqla  və  milli  hüquqla  tənzimlənən 
obyektlərin fərqliliyi 
 
Hər  bir  obyekt  tənzimlənmə  proseslərinin  tərkibini  təşkil 
edir.  Tənzimləmə  özü  elə  təfəkkürü  formalaşdırır.  Tənzimləmə 
istiqaməti ilə fərqli obyektlər meydana gəlir. Fərqli obyektlərdən 
də  fərqli  predmetlər  formalaşır.  Dövlətlərin  həm  daxili 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə