Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   13   14   15   16   17   18   19   20   ...   54

50 
 
Təəssüflər  olsun  ki,  Azərbaycanda  son  illərdə  əhalinin 
Abşeronda urbanizasiyalaşması prosesləri sürətlənmişdir. Bunun 
nəticəsi 
olaraq  tarazlıq  pozulmuşdur.  Əhalinin  ifrat 
mərkəzləşməsi də meydana gəlmişdir. Bakı və Abşeronda  əhali 
potensialının  cəmləşməsi  ölkədə  boşluğu  yaratmışdır.  Ölkənin 
tarazlı  əsaslarla  sənaye  istehsalını  zəiflətmişdir.  Kənd 
təsərrüfatına  ağır  zərbələr  vurmuşdur.  Əhalinin  bir  məkanda 
həddən  artıq  cəmləşməsi  həyat  dəyərlərini  azaltmış,  ekoloji 
fəlakətlər  yaratmış,  cəmiyyətin  əxlaqi-mənəvi  keyfiyyətlərinə 
olmazın  zərbələr  vurmuşdur.  Yaşayış  üçün  məsafə  amilini 
məhdudlaşdırmış  və  əlaqələr  və  münasibətlər  sferasında 
gərginlikləri  yaratmışdır.  Bununla  yanaşı,  işsizlik  problemi 
cinayətkarlığın da artmasına səbəb olmuşdur.  
Əhalinin  böyük  şəhərlərdə  mərkəzləşməsi  təbii  ki,  ölkə 
əhalisinin  statusunda  şəhər  əhalisinin  çəkisini  artırır  ki,  bu  da 
nəticədə  kəndin  potensialının  aşağı  düşməsinə  səbəb  olur. 
Əhalidə kənd təsərrüfatı vərdişləri zəifləyir və demək olar ki, bir 
məşğuliyyət  kimi  yaddan  çıxmağa  başlayır.  Şüurlarda  ənənəvi 
ardıcıllıq  pozulur  və  əhalinin  torpağa  olan  münasibətləri 
pisləşməyə,  ögeyləşməyə  başlayır.  Bu  kimi  vəziyyətlər  ölkə 
əhalisinin açılım əvəzinə yığcamlaşmasına səbəb olur. 
Əhalinin 
şəhərlərdə 
çox 
cəmləşməsi 
cəmiyyətin 
fundamental 
məkanında 
çatışmazlığı 
yaradır. 
İstehsal 
məkanlarfında məşğuliyyət məkanları çatışmır.  
Azərbyacanda  hiperurbanizasiyanın  qarşısını  almaq  üçün 
Rurbanizasiya,  yaxud  Ruralizasiya  (əhalinin  şəhərlərdən 
kəndlərə  köçməsi)  proseslərini  təmin  etmək  lazım  gəlir.  Bu 
məqsədlə  hətta  müəyyən  müddətlər  üçün  dövlət  proqramı  da 
qəbul oluna bilər.  
Proqramda  bu  kimi  məsələlər  əksini  tapa  bilər.  Proqram 
əsasən  rayon  və  kəndlərdə  yaşayan  insan  həyatının 
yaxşılaşdırılmasını  nəzərdə  tutan  imtiyazlar  qrupundan  ibarət 
ola bilər.  


51 
 
İmtiyazlar bunları əhatə edə bilər: 
  
-  ümumiyyətlə,  əksər  sahələrdə  kəndlilər  üçün  fərqli 
tariflərin, qiymətlərin, ölçü və meyarların müəyyən olunması, o 
cümlədən,  
-rayonlarda  və  kəndlərdə  yaşayan  insanlara  şəhərlilərə 
nisbətən  bütün  kateqoriyalar  üzrə  fərqli  təqaüdlərin  (üstün 
məbləğli, əlavə ödənişli) müəyyən olunması; 
-kənd  təsərrüfatında  fərqlənənlər  üçün  dövlət  səviyyəsində 
“Kəndli təqaüdü”nün təsis olunması; 
 -kommunal  ödənişlərin  fərqli  olması-qaz,  işıq  və  suyun 
fərqli qiymətlərinin müəyyən olunması. Ucuz tariflərin tətbiqi; 
-kəndli  və  rayon  məktəblərində  işləyən  müəllimlərə  şəhərə 
nisbətən yüksək məbləğli əmək haqlarının verilməsi; 
-rayon  xəstəxanalarında  işləyən  həkimlərə  yüksək  məbləğli 
əmək haqlarının verilməsi; 
-rayon  və  kənd  əhalisinin  fərqli  siğortalarının  müəyyən 
olunması; 
-dövlət tərəfindən “kəndli siğortası”nın müəyyən olunması; 
-sənaye  məhsullarının  rayon  və  kəndlərdə  nisbətən  ucuz 
satılması; 
-strateji  təyinatlı  məhsulların-benzin,  dizel,  qaz  və  s.  kimi 
məhsulların ucuz satılması; 
-emal  sənayesinin  və  toxuculuğun  rayonlarda  inkişaf 
etdirilməsi. Yüngül sənaye sahələrinin gücləndirilməsi; 
-mədəni  tədbirlərin  görülməsi  və  rayonlarda  mədəniyyət 
mərkəzlərinin təşkili; 
-“kənd jurnalistikası”nın formalaşdırılması; 
-ali  məktəblərin  ölkənin  regional  sistemi  üzrə  tarazlı 
paylanması; 
-kənd  təsərrüfatı  texnikasının  istehsal  mərkəzlərinin 
yaradılması; 
-kənd təsərrüfat muzeylərinin açılması; 


52 
 
-kənd 
yaradıcılığının 
genişləndirilməsi 
və 
kənd 
incəsənətinin inkişaf etdirilməsi; 
-“Azərbaycan  kəndlisi”  nə  aid  olan  fəxri  adların  və 
mükafatların verilməsi; 
-kəndli  mövzulu  ədəbiyyatların  artırılması  və  yazarların  bu 
istiqamətə yönləndirilməsi; 
-kəndlinin  dövlət  ali  təhsil  müəssisələrində  ödənişlərdən 
azad olunması; 
-ali  təhsil  bitirmiş  mütəxəssislərin  rayonlara  axınlarının 
təbliğ 
və 
təşviq 
olunması, 
onların 
həvəslərinin 
istiqamətləndirilməsi; 
-rayon  statuslu  mütəxəssislərin  yetişdirilməsinə  üstünlük 
verilməsi; 
 -Azərbaycan  rayonlarını  iqtisadi  göstəricilərə  görə 
təsnifatının  yaradılması,  imtiyazlı  rayonların  statuslarının 
müəyyən edilməsi; 
-ölkədə güzəştli rayonlar təsnifatını formalaşdırmaq; 
-kənd təsərrüfatı üzrə  texniki peşə  məktəblərinin  açılmasını 
təmin etmək; 
-rayondaxili və rayonlararası müsabiqələri təşkil etmək; 
-rayon  və  kəndlərdə  yaşayan  kəndlərin  kollektivçilik 
şüurunu inkişaf etdirmək; 
-kənd 
mədəniyyətini 
inkişaf  etdirmək  və  kəndli 
elementlərini mədəni sahələrdə güclü şəkildə əks etdirmək; 
-kəndlərdəki infrastrukturları təkmilləşdirmək; 
-kəndlərdə  həyatı  maraqlı  və  çeşidli  etmək  üçün  “kiçik 
şəhər həyatı” modellərini tətbiq etmək; 
-bölgələrdə  kənd  təsərrüfatı  texnikaları  üzrə  texnoparkları 
təşkil etmək; 
-şəhərlərdə  “kəndlilər  rejimini”  tətbiq  etmək  və  pasport 
qeydiyyatı sistemini artırmaq və s. 
  


53 
 
Azərbaycanda  milli  pul  vahidi  olan  manatın  ödəniş 
vasitəsi kimi müəyyən müddətə beynəlxalq valyuta olan 
ABŞ dolları ilə əvəz olunması və əhəmiyyəti 
(Milli  pul  vahidi  olan  manatın  ehtiyat  və  rezerv  (fond 
kimi) kimi saxlanılması kontekstindən yanaşma) 
 
Dövlətin  gücü  onun  iqtisadi  sisteminin  təkmilliyində  və 
zəngin  elementlərlə  təmin  olunmasındadır.  İqtisadi  güc  sənaye 
və  kənd  təsərrüfatı  məhsullarının  istehsalında  və  məhsulların 
ölkədaxilində  və  xaricində  olan  bazarlar  əldə  etməsindədir.  Bir 
ölkənin  məhsulları  onun  xaricində  tələbat  yaradırsa,  deməli, 
iqtisadi sistemi güclüdür, davamlıdır, elmtutumludur və  yüksək 
standart  keyfiyyətlərinə  malikdir.  İstehsal  proseslərinin  təkmil 
səviyyəsi yüksək standartlara malik olan məhsul istehsal etməni 
şərtləndirir. Dövlətin iqtisadi gücü həm də onun vətəndaşlarının 
zəngin olmasındadır. Çünki vətəndaşlar dövləti təşkil edən  əsas 
elementlərdir.  Vətəndaşların  varlı  olması  mənaca  elə  dövlətin 
varlı  olmasıdır.  Dövlət  öz  zəngin  mənbəyini  vətəndaşlardan 
götürür. İnsan və onun əməyəi əsas kapital hesab olunur. Dövlət 
fondlarında  vəsaitlərin  toplanması  və  iqtisadi  sistemlə  onu 
hərəkətə  gətirən  pul  tədavülü  və  kütləsi  arasında  balanslı 
vəziyyətin  mövcudluğu  dövlətin  ümumi  iqtisadi  inkişafının  və 
sərbəst inkişaf dinamikasının əsaslarını yaradır. 
Dövlət beynəlxalq iqtisadiyyat qarşısında o zaman tab gətirə 
bilir ki, onun tərkibi olur və öz iqtisadi sistemi ilə koordinasiya 
və  inteqrasiya  olunmuş  formada  beynəlxalq  iqtisadi-maliyyə 
fəaliyyətli subyektlər sisteminin assosiativ üzvünə çevrilir. 
Dövlətdən  (burada  dövlətin  əlində  olan  vəsaitlər  nəzərdə 
tutulur-dövlətin  büdcəsi,  dövlət  təşkilatlarının  fondları  və 
büdcələri,  Mərkəzi  Bankın  büdcə  və  fondları,  kapitalı,  əmlaki, 
dövlətin  ümumi  kapitalı  və  əmlakının  dəyəri)  daha  çox  onun 
sakinlərinin,  iqtisadi-təsərrüfat  subyektlərinin  zəngin  olması 
dövlətin  ümumi  gücünə  xidmət  edir.  Dövlət  onsuz  da 
iqtisadiyyatın  hüquqi  tənzimlənməsi  və  vergilər  yolu  ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə