DovləTİN İQTİsadi YÜKSƏLİŞ SİyasəTİ: MƏzmunu, MƏQSƏDLƏRİ VƏ modernləŞDİRİLMƏSİ



Yüklə 188,98 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü188,98 Kb.
#69676


«İqtisadiyyat və həyat».-

2011.-№1-2.-S.59-65.



DOVLƏTİN İQTİSADİ YÜKSƏLİŞ SİYASƏTİ: MƏZMUNU, 

MƏQSƏDLƏRİ VƏ MODERNLƏŞDİRİLMƏSİ

V.S. Əyyubov, iqtisad elmləri doktoru, 

Mingəçevir Politexnik İnstitutunun prorektoru 

Hazırda  dünya  elmində  iqtisadi  yüksəlişə  nail  olmağın  vasitələri  haqqında  yaranmış  təsəvvürlər  olduqca

müxtəlifdir.  Məsələn,  neoklassiklər  vergilərin  və  hökumət  xərclərinin  ciddi  surətdə  azaldılmasını,  pul  təklifinin

xeyli  məhdudlaşdırılmasını  təklif  edirlər.  Ümumiyyətlə  onlar  pozitiv  təsərrüfat  dinamikası  mənbələrinin

formalaşmasında dövlətin passiv iştirakına  tərəfdar çıxırlar.  Bu cür yanaşma iqtisadi yüksəlişin təmin edilməsinin

Amerika  modeli  üçün  xarakterik  olsa  da,  bir  sıra  başqa  ölkələrdə  (məsələn,  Böyük  Britaniyada)  da  həyata

keçirilmişdir.  Keynsçilik,  onun  müasir  istiqamətləri  əksinə,  dövlətin  iqtisadi  həyata  müdaxiləsinin  miqyasının

genişləndirilməsinə  meyllidir  ("hiperkeynsçilər"  (ifrat  keynsçilər)  isə  planlı iqtisadiyyatın  dəyərlərini  indiyə  kimi

müdafiə edirlər və hesab edirlər ki, milli iqtisadiyyatın dövlətləşdirilməsi onun bütün xəstəliklərini müalicə edər).

Məsələn, iqtisadi yüksəlişin təmin edilməsinin Yapon modeli (həmçinin Cənubi Koreyada və başqa ölkələrdə tətbiq

edilmişdir)  makroiqtisadi  tənzimlənmənin  çoxşaxəli  sisteminin  düşünülmüş  formalaşdırılmasına  əsaslanır  ki,

buraya da mərkəzləşdirilmiş  planlaşdırma və milli iqtisadiyyatın optimal strukturunun qurulmasında dövlətin aktiv

iştirakı  daxildir.  İnstitusionalistlər  isə  sərt  şəkildə  sübut  etmək  istəyirlər  ki,  bazar  iqtisadiyyatı  institutlarının

təkamülünə  və  yenidən  formalaşmasına,  korrupsiya  ilə  ciddi  mübarizəyə  üstünlük  vermədən  fiskal  və  monetar

siyasətin  vasitələrindən  məhsuldar  istifadə  olunması  prinsipcə  mümkün  deyil.  Şübhəsiz  ki,  qeyd  olunan  elmi

məktəblərin hər birinin ideyasında həqiqətə yaxınlıq vardır. Lakin, müasir cəmiyyətin təsərrüfat təkamülünün yalnız

ümumi qanunauyğunluqlarını deyil, həm də özünün inkişaf  dövrünün müəyyən mərhələ-sində olan bu və ya digər

ölkənin  sosial-iqtisadi  və  siyasi  xüsusiyyətlərinin  də  nəzərə  alınması  vacibdir.  Ən  yeni  iqtisadi  nəzəriyyələrdə

dövlətin iqtisadi siyasətinin optimallaşdırılması üçün buna bənzər amillərin deyil, kifayət qədər fəallaşdırma gücünə

malik  olan  bazardan  kənar  amillərin  istifadə  edilməsi  nəzərdə  tutu-lur.  Hüquq,  psixologiya,  bioloji  dəyişikliklər,

adət-ənənə, mentalitet, din və mədəniyyət, informatika iqtisadi artım amilləri kimi tədqiq edilir və elmi dövriyyəyə

cəlb olunur.

İqtisadi  yüksəlişə  yardım  siyasəti  hökumətin  və  mərkəzi  bankın  vaxtında  düşünülmüş  kompleks

tədbirlərindən  ibarətdir.  Bunlar  da  təkrar  istehsalın  mühüm  nəticəsi  kimi  ümumdaxili  məhsulun  (ÜDM)

artırılmasına,  onun  vasitəsilə  isə  bir  çox  başqa sosial-iqtisadi  məqsədlərə  nail  olunmasına  yönəldilmişdir.  İqtisadi

yüksəlişə  kömək etmək,  onu  saxlamaq  dövlətin  makroiqtisadi  siyasətinin  əsas  məqsədlərindən  biridir.  Hansı elmi

məktəbə  mənsubiyyətindən  asılı  olmayaraq  iqtisadçıların  əksəriyyəti  hesab  edirlər  ki,  iqtisadi  yüksəliş  cəmiyyət

üçün  nemətdir.  O,  rifah  halının  yüksəldilməsini,  əhalinin  məşğulluğunu  təmin  edir,  milli  təhlükəsizliyi

möhkəmləndirir,  büdcə  problemlərini  həll  edir  və  nəticədə  gələcəyə  inam  yaradır.  İqtisadi  yüksəlişin  xalq

təsərrüfatının  səmərəliliyinin  yüksəldilməsi,  ekoloji  problemlərin  nisbətən  asanlıqla  həlli,  ÜDM-in  getdikcə  daha

çox yüksək texnoloji, elmtutumlu məhsullarla zənginləşməsi ilə bağlı yeni keyfiyyətinin təmin olunmasının yalnız

bazar  tipli  iqtisadiyyat  çərçivəsində  mümkünlüyünün  qəbul  edilməsi  məqbul  sayılmır.  Bazar  qüvvələrinin  daxili

özünütənzimləməsi  təsərrüfat  inkişafının  davamlı  sürətini  təmin  etmək  iqtidarında  deyil.  Buna  görə  də  iqtisadi

yüksəliş məsələləri dövlətin yüksək fəallıq zonası olmuş və olmaqda davam edir. Belə vəziyyət bu gün hətta iqtisadi

siyasətin formalaşmasına sağ siyasi qüvvələrin ənənəvi həlledici təsirinin güclü olduğu ölkələrin liderləri tərəfindən

də etiraf edilir. Məsələn, ABŞ-ın  sabiq prezidentləri R. Reyqan, B. Klinton, C. Buş (ata) neokonservativ kursunun

əlaqələrini  qurmaqla  təsdiq  etdi  ki,  sabit  iqtisadi  yüksəlişin  makroiqtisadi  əsaslarının  təmin  edilməsi  dövlətin

məsuliyyət  daşıdığı  sahədir.  Dövlət  elmi-texniki  tədqiqatları,  təhsil  sahəsini  və  sosial  infrastruktur  kompleksinin

digər  sahələrini  aktiv  müdafiə  etməli  və  yardım  göstərməlidir.  Dövlət  makroiqtisadi  büdcəsi  vasitəsi  ilə

tənzimləmənin  səmərəliliyinin  kəskin  surətdə  yüksəldilməsinə  əsaslanan  bu  cür  yanaşmanın  nəticəsi  olaraq  XX

əsrin sonunda amerika "iqtisadi möcüzəsi" meydana gəldi.

Müasir Azərbaycanda iqtisadi yüksəliş  demək olar ki, hələlik ilk addımlarmı atır.  Onun davamlı görünməsi

və daha inkişaf  etmiş  ölkələrdən 25-30 illərin toplanmış geriliyin aradan götürülməsinə təminat verməsi haqqında

düşünmək  hələ  tezdir.  Bu  geriliyin  gələcəkdə  aradan  qaldırılması  üçün  neoklassiklərin  tövsiyə  etdikləri  bazar

amillərinin  -  yəni,  sahibkarlıq  və  əmək  aktivliyini  stimullaşdırmaq  üçün  vergilərin  aşağı  salınması,  yığım

normalarının  artırılması,  tam  məşğulluq  şəraitində  milli  məhsulun  çoxaldılmasının  digər  üsullarından  istifadə

etmək,  onların  üstünlüklərinə  ümid  etmək  zəngin  təcrübə  tələb  edir.  Hazırda  iqtisadi  yüksəlişin  keyfiyyətinə  dair

iqtisadi  nəzəriyyənin  keynsçi  istiqaməti  və  sənaye  siyasətinin  müasir  nəzəriyyəçilərinin  müddəaları  ilə

əsaslandırılmış  geniş  dövlət  siyasəti  tələb  olunur.  Lakin,  bu  cür  əsaslandırma  neoklassiklərin  bəzi  əhəmiyyətli

yanaşmaları ilə əlaqələndirilməlidir. Qeyd edək ki, yanacaq və xammal ixracına dəqiq istiqamətlənmiş Azərbaycan

cəmiyyətinin  sosial-iqtisadi  quruluşunun  hazırda  bərqərar  olmuş  tipi  çərçivəsində  bu  cür  kompleks,  çoxaspektli

siyasəti  formalaşdırmaq,  prinsipcə  zaman  tələb  edir.  Dövlət  müdaxiləsinə  əsaslanan  aktiv  siyasət  bazasında  ölkə

iqtisadiyyatının

 davamlı

 yüksəlişinə

 nail

 olunması,



 Azərbaycan

 cəmiyyətinin

 siyasi

 sisteminin




neososial-demokratik  modelin  avropa  nümunəsinə  istiqamətdə  kardinal  şəkildə  yenidən  səmtlənməsini  tələb  edir.

Bu isə müvafiq institutların formalaşdırılması ilə mümkündür.

İqtisadi yüksəliş  nəzəriyyəsinin əsas sualı belədir: uzunmüddətli dövrdə ÜDM-in real həcmini necə artırmaq

olar?  Qısamüddətli  intervalda  ümumi  tələbin  dinamikasındakı  dəyişikliklərin  təsiri  altında  məhsul  buraxılışının

həcmi  çox  (yüksəliş  fazası)  və  ya  az  (tənəzzül  fazası)  ola  bilər.  Lakin,  tam  məşğulluq  şəraitində,  həmin  sistemin

istehsal  imkanlarının  həddini  nəzərə  almadan,  ÜDM-i  necə  artırmaq  olar?  Bu  suala  cavab  tapmaqla  ehtiyatların

məhdudluğunu  aradan  götürmək  və  cəmiyyətin  tələbatlarının  ödənilməsi  baxımından  milli  iqtisadiyyatın

imkanlarını genişləndirmək olur.

Dövlət iqtisadi yüksəlişə yardım etmək üçün məcmu tələbin elə bir sürətlə artımına imkan yaratmalıdır ki, o,

istehsalın təbii  səviyyəsinin  (ümumi  təklif)  artım  sürətinə  uyğun  gəlsin.  Əgər  məcmu  tələbin  həddən  artıq  sürətli

artımına  yol  verilsə,  iqtisadiyyatda  inflyasiya  prosesləri  sürətlənər,  bu  isə  investisiya  fəallığının  mütləq

zəifləməsinə və pozitiv təsərrüfat dinamikasının aşağı düşməsinə gətirib çıxarar. Əgər məcmu tələb məcmu təklifə

nisbətən ləng artarsa, onda bu cür yüksəlişin sönməsi qaçılmaz olacaq və gec-tez həddindən artıq istehsal böhranı

yaranacaqdır.

ÜDM-in artımına nail olunması dövlətin yeganə prioritet məqsədidirsə, fiskal və monetar siyasət vasitələrinin

kombinasiyası vahid, stimullaşdırıcı istiqamətdə ola bilər və onlardan hər birinin həyata keçirilməsinin səmərəliliyi

qarşılıqlı gücləndirici kimi əlavə səmərə verər. Bununla da əmtəə və xidmətlər bazarında dövlət alışının artması, pul

bazarında pula çevrilmənin genişləndirilməsi üzrə mərkəzi bankının tədbirləri ilə, nominal pul kütləsinin artması isə

iqtisadiyyata  vergi  yükünün  azaldılması  üzrə  vergi  orqanlarının  fəaliyyəti  ilə  üzvi  surətdə  əlaqələndirilməlidir.

Lakin,  əgər  iqtisadi  tənəzzülün  aradan  qaldırılması  ilə  yanaşı  hökumət  və  mərkəzi  bank  yüksək  inflyasiya

problemini  həll  etməyə  çalışırlarsa,  onda  durğunluq  tələsindən  çıxış  yolu  kimi  dövlət  tənzimlənməsinin  aparıcı

vasitələrinin aşağıdakı alternativ variantları tövsiyyə oluna bilər:

1) məhdudlaşdırıcı pul - kredit siyasəti ilə əlaqəli ekspansionis büdcə - vergi siyasəti;

2) stimullaşdırıcı pul - kredit siyasəti ilə əlaqəli sərt büdcə - vergi siyasəti.

İqtisadi  siyasətin  əlaqələndirilən  bu  tədbirlərin  makroiqtisadi  dinamikaya  təsiri  eyni  deyildir.  Birinci

variantda faiz dərəcəsi kifayət qədər yüksəkdir. Bu da kreditin bahalaşması vasitəsilə investisiya fəallığını zəiflədir.

Lakin  inflyasiya  proseslərinin  ləngidilməsi  nəticəsində  aktivləşmə  güclənə  də  bilər.  Büdcə  məhdudiyyətlərinin

yumşaldılması  isə  təkcə  məcmu  tələbi  deyil,  həm  də  inflyasiyanı  genişləndirmək  qabiliyyətinə  malikdir.  İkinci

variant real faiz dərəcəsinin azaldılmasını və müvafiq olaraq investisiya fəallığının artmasını nəzərdə tutur. Bununla

yanaşı,  fiskal  siyasətin  nisbətən  sərtləşdirilməsi,  ÜDM-in  strukturunda  istehlakın  və  dövlət  alqısının  payının

azalmasına  səbəb  olur  və  bununla  xüsusi  investisiyaların  payı  adekvat  olaraq  artır.  Milli  iqtisadiyyatda  yüksək

vergi  yükü  bu  halda  onun  yüksəlişinin  ciddi  ləngidici  amili  də  ola  bilər.  Beləliklə,  tədbirlərin  məhz  hansı

kombinasiyası daha yaxşıdır sualının, görünür ki, birmənalı cavabı yoxdur.

Davamlı  iqtisadi  yüksəlişə  keçid  üçün,  ilk  növbədə,  istehsal  fəaliyyətinin  gəlirli  olması  vacibdir.  Bunsuz

iqtisadi siyasətlə əlaqədar tədbirlər ciddi səmərə verə bilməz. İstehsal fəaliyyətinin gəlirli olması üçün isə bazarda

təbii  inhisarçılar  tərəfindən  sui-istfadə  halları  ilə  ciddi  mübarizənin  aparılması,  o  cümlədən,  həmin  sahələrdə

qiymətqoymanın  tənzimlənməsi  vacib  sayılır.  Mütəşəkkil  cinayətkarlıqla  mübarizənin  aparılması,  istehlak  və

investisiya  bazarlarına  nəzarəti  ələ  keçirmiş  kriminal  strukturların  ləğv  edilməsi  bugünkündən  daha  artıq  səy,

cəsarət  tələb  edir.  Bu  cür  ləğvetmə  üsulları  təkcə  inzibati-hüquqi  vasitələrdən  ibarət  olmayıb  (hərçənd  ki,

hüquq-mühafizə orqanlarının cinayət sahəsinə ciddi müdaxiləsi olmadan problemin həlli mümkün deyil), daha artıq

dərəcədə  həmin  cinayətkarlığın  iqtisadi  əsaslarının  kökünün  kəsilməsi  ilə  bağlı  olan  iqtisadi  vasitələrdən  ibarət

olmalıdır.  Sonunculara  misal  olaraq  şirkətlər  yaradılarkən  icazəverici  prinsip  kimi  qüvvədə  olan  və  sahibkarları

"gizli"  iqtisadiyyata  sürükləyən  həddən  böyük  vergiləri,  faktiki  havayı  və  buna  görə  də  cəlbedici  görünən

özəlləşdirməni, çoxlu sayda və labüd olaraq korrupsiya yaradan vergi, gömrük və digər güzəştləri göstərmək olar.

Bu  cür  şəraitdə  kriminalın  sürətlə  yayılmasına  təəccüblənmək  lazım  gəlmir  və  ölkənin  iqtisadiyyatına  onun

hücumunun qarşısının alınması çox çətinləşir.

Bazar  təsərrüfatında  iqtisadi  yüksəlişi,  sanki  birbaşa  ona  aidiyyatı  olmayan  mexanizmlər  təmin  edir.

Antiinflyasiya tənzimləmə və antiinhisar siyasəti, gəlirlərin yenidən bölüşdürülməsi siyasəti və iqtisadiyyatın dövlət

tənzimlənməsi  mexanizminin  digər  komponentləri  həmin  mexanizmlərə  aiddir.  Dövlətin  bu  cür  fəaliyyəti  ikili

səmərəyə  malikdir:  birincisi,  milli  iqtisadiyyata  bu  və  ya  digər  tənzimləyici  təsirin  özünün  məqsədlərinə  nail

olunmasına  imkan  verir;  ikincisi  isə,  onun  davamlı yüksəlişinin  təmin  edilməsi  ilə  bağlı olan  əlavə  səmərə  verir.

Həmin  məqsədlərin  ziddiyyətli  vəhdətliyi  hökuməti,  iqtisadi  yüksəlişin  çoxaspektli  siyasətini  vahid,  tam  tapşırıq

kimi  sıraya  düzməyə  məcbur  edir  ki,  bunun  da  subordinsiyalı strukturunda  iqtisadi  siyasətin  investisiya,  struktur,

vergi, amortizasiya və bir çox qarşılıqlı əlaqəli növlərinə adekvat yer tapılmalıdır.

Dövlətin  həyata  keçirdiyi  antiinflyasiya  tənzimləmə  iqtisadi  yüksəliş  siyasətinin  ayrılmaz  komponentidir.

İqtisadi  konyukturun  yaxşılaşdırılması  bir  tərəfdən  tənəzzülün  dərinliyinin  və  məcburi  işsizliyin  miqyasının

azaldılması,  digər  tərəfdən  sürətinin  zəiflədilməsi,  uzunmüddətli  vaxt  intervalında  ölkənin  davamlı  təsərrüfat

inkişafı  üçün  əhəmiyyətli  əsas  yaradır.  İqtisadi  yüksəliş  siyasətinin  nəzərdən  keçirilən  komponentləri  ilə  paralel

olaraq  dövlət  milli  iqtisadiyyatın  həm  xüsusi  və  həm  də  dövlət  bölmələrində  adekvat  struktur  siyasətini

formalaşdırmalıdır.  Bunun  üçün  isə  bir  konkret  dövrdə  iqtisadi  yüksəlişin  məqsədləri  üçün  səfərbər  olunmuş




istehsal ehtiyatlarının optimal istifadə olunmasını təmin etməlidir. Bu cür siyasət liberal nəzəri doktrina tərəfindən

qəti  olaraq  rədd  edilir,  onlar  prioritet  sahələrin  və  istehsalların  müəyyən  edilməsi  üzrə  hökumətin  fəaliyyətinin

məqsədəuyğunluğunu  inkar  edirlər  və  hesab  edirlər  ki,  bazar  mexanizminin  özü  həmin  əsas  məsələni  həll  etmək

qabiliyyətinə malikdir. Əlbəttə, mütərəqqi struktur dəyişikliklərin aparılması bazarın ayrılmaz funksiyasıdır. Bu isə

çevik  qiymətlər  və  sahələrarası  rəqabət  mexanizmi  vasitəsilə  həyata  keçirilir.  Lakin,  məlum  olduğu  kimi,  çoxlu

sayda  hallar  mövcuddur  ki,  bazar  mexanizmi  təkrar  istehsal  sistemində  mütərəqqi  struktur  dəyişikliklərini  həyata

keçirmək  qabiliyyətində  olmur.  Bazarın  bu  cür  uğursuzluğunu  neytrallaşdırmaq  üçün  dünya  təcrübəsində  dövlət

tənzimləmənin aşağıdakı tədbirləri həyata keçirilir:

-  büdcə  vəsaitlərinin  payının  artırılması  -  bunlar  ya  milli  iqtisadiyyatın  real  bölməsinin  daha  cəlbedici

sahələrinə dövlət investisiyalarına, ya da onların fəaliyyətinin güzəştli uzunmüddətli kreditləşdirilməsinə yönəldilir.

- yeni sahələrə investisiya qoyuluşunda risklərin hökumət tərəfində sığortalanması;

-  satışın  və  gəlir  normasının  perspektivlərinin  aydın  olmadığı  yeni  iqtisadiyyat  bölmələrinin

mənimsənilməsinə biznesin həvəsləndirilməsi (məsələn, dövlət sifarişi vasitəsilə);

- ixrac sahələrinin və ya idxalı səmərəli şəkildə əvəz edən sahələrin dəstəklənməsi;

-  vergiqoyma  və  amortizasiya  ayırmaları  normativlərinin  diferensiallaşdırılması,  həmçinin  investisiya

güzəştlərinin və s. tətbiq edilməsi vasitəsilə milli iqtisadiyyatın bu və ya digər sahələrinin stimullaşdırılması.

Hər  hansı  struktur  siyasətin  mühüm  komponenti  -  istehsal  ehtiyatlarının  səfərbər  edilməsi  üzrə

əlaqələndirilmiş  dövlət  tədbirlərinin  milli  iqtisadiyyatın  müəyyən  seqmentlərinə  istiqamətlənməsidir.  Bu  siyasət

çərçivəsində ümummilli struktur prioritetləri dəqiq müəyyən edilməlidir: məhz hansı sahələrin və istehsalların hansı

müddətdə və miqyasda, hansı vəsait hesabına dəstəklənməsi konkretləşdirilməlidir. Hazırda inkişaf etmiş ölkələrdə

adətən  fəaliyyəti  ilə  elmi-texniki  yaradıcı  potensialı  möhkəmləndirən  yüksək  texnoloji  kompleks  müəssisələrin,

energetika,  nəqliyyat  infrastrukturu  müəssisələrinin,  ixracyönümlü,  həmçinin  istehlakçı  kütləsi  üçün  istənilən

müəssisələrin hökumət köməyinə daha çox layiq olduqları müəyyən edilmişdir. Bu gün məhz elmtutumlu əmtəələr

və xidmətlər iqtisadi yüksəlişin aparıcı qüvvəsi kimi çıxış edir, onların buraxılışının genişləndirilməsi sürəti böyük

rəqəmlə  30-40  faizlə  ifadə  edilir.  Buna  əsaslanaraq  Azərbaycan  iqtisadiyyatında  əlverişli struktur  irəliləyişlərinin

stimullaşdırılması məqsədilə  alimlərdən,  həmçinin  ali  məktəblərin  müəllimlərindən,  həkimlərdən,  bir  sözlə,  insan

kapitalına  investisiyaları  təmin  edən  və  getdikcə  də  kadr  potensialının  qıtlığının  artdığı  bütün  ixtisasların

nümayəndələrindən tutulan gəlir vergisinin ləğv edilməsi və ya xeyli aşağı salınması çox vacibdir.

Struktur  tənzimlənmə  müvafiq  büdcə  -  vergi  və  pul-kredit  siyasətinin  aparılması  yolu  ilə  həyata  keçirilir.

Məsələn,  büdcə  subsidiyalarının  (qrantlarının)  müsabiqə  əsasında  bölüşdürülməsi  aparılır  ki,  bunlar  da  adətən

texnoloji  inkişaf  qabiliyyətinin  olduğu  şirkətlərə  qismət  olur.  Struktur  tənzimlənmənin  vergi  sxemləri  elə

qurulmuşdur ki, dövlətin daha əhəmiyyətli hesab etdiyi sahəyə kapital qoyan sahibkarların verdikləri vergi məbləği

azaldılmış  olur.  Prioritet  sahələrin  inkişafı  ilə  məşğul  olan  şirkətlərə,  korporasiyalara  dövlət  bankları daha  uzun

müddətə  və  aşağı faizlə  kreditlər  verir.  Əgər  xüsusi  banklar  da  bu  cür  hərəkət  etsələr,  onda  onların  gəlirindən  də

güzəştli  vergilər  tutular.  İnkişafının  surətləndirilməsi  tələb  olunan  iqtisadiyyatın  müvafiq  bölmələrinə  məqsədli

şəkildə büdcə maliyyələşdirilməsindən istifadə edilir. Lakin adətən dövlət yalnız biznesin özünün gücünün kifayət

etmədiyi  hallarda  kömək  edir.  Məsələn,  səmərəli  fəaliyyət  göstərən  bazar  iqtisadiyyatında  dövlətin  investisiya

fəaliyyəti  təbii  inhisarların  ərazi  çərçivələri  ilə  məhduddur  və  ondan  kənara  çıxış  yalnız  xüsusi  hallarda  və

müvəqqəti əsasda həyata keçirilir.

Respublika  iqtisadiyyatının  struktur  tənzimlənməsi  dövlətin  investisiya  siyasətinin  prioritetləri  ilə  sıx

əlaqələndirilməlidir.  Mərkəzləşdirilmiş  investisiya  ehtiyatlarının  yerləşdirilməsini  onların  məhdudluğu  nəzərə

alınmaqla, qarışıq iqtisadiyyatın qeyri-dövlət bölməsində, son dərəcə müsabiqə əsasında, məsələn, aşağıdakı ümumi

sxem üzrə aparmaq lazımdır: dörddə biri - büdcə vəsaitləri, dördə üçü - xüsusi mülkiyyətçilərin və şirkətlərin borc

vəsaitləri.  Bu  cür  investisiyalaşdırmanın  konkret  nisbətləri  isə  bu  və  ya  digər  sahələrin  və  istehsalların

prioritetliyindən və ya sosial əhəmiyyətindən asılı olaraq çox müxtəlif ola bilər. Məsələn, xarici analoqları olmayan

yüksək texnoloji və elmtutumlu məhsulların istehsalının mənimsənilməsi sahəsində həmin nisbət 50:50; emaledici

sahələrin  məhsullarının  istehsalı  və  ixracı  sahəsində  bura  daxil  olan  investisiya  ehtiyatlarında  dövlətin  payı

təxminən 40 faiz; idxalı əvəz edən daha ucuz məhsulların  buraxıldığı halda bu pay 30 faiz səviyyəsində;  nəhayət,

daxili  tələbi  ödəyə  bilən  hər  hansı  məhsulların  və  xidmətlərin  istehsalı  dövlət  büdcəsindən  20:80  nisbətində

investisiyalandırılmaqla  həvəsləndirilə  bilər.  Seçmə  struktur  siyasət  prioritetlərinin  həyata  keçirilməsinə  dövlət

təminatının vasitələri ilə istiqamətlənə bilər.

Struktur irəliləyişlərinin həyata keçirilməsinin nəzərdən keçirilən komponentlərinin optimal kombinasiyasını

seçməklə  Azərbaycan  dövləti,  milli  iqtisadiyyatın  son  on  beş  ildə  təzahür  etmiş  sırf  xammal  səmtliliyinin

zəiflədilməsinin real imkanlarına nail ola bilər. Bizim ölkədə ictimai nemətlər istehsalı sahəsinə dövlət investisiya

qoyuluşunun genişləndirilməsinin vacibliyini inkar etmədən, hər halda maliyyə sahəsinin (ilk növbədə, bütün bank

sisteminin  və  qiymətli  kağızlar  bazarını)  ardıcıl  olaraq  qənaət  hesabına  xüsusi  yığımların  investisiyalara

transformasiyasının üstünlük təşkil edən kanalına çevrilməsinə çalışmaq məqsədəuyğundur.

Problem  heç  də  onda  deyil  ki,  ölkənin  ixracçıları  hazırda  dünya  bazarlarında  yanacaq  və  xammalın

qiymətlərinin  sürətlə  qalxması  səbəbindən  böyük  mədaxil  əldə  edirlər.  Azərbaycan  iqtisadiyyatının  radikal

diversifikasiyası - kifayət qədər uzaq gələcəyin işidir və yaxın  illərdə bizim ölkə hələ də xammal ixracından xeyli




asılı olacaqdır ki, bu cür əlverişli şəraitdən istifadə etməməyin özü də bir növ günahdır. Əsas problem bizdə bu cür

miqyaslı gəlirlərin, yüksək əlavə dəyərli məhsullar buraxan aralıq sahələrdən başlamış, son sahələrə qədər texnoloji

zəncirin başqa həlqələri üzrə yayılması alqoritminin olmamasıdır.

Əlbəttə,  müasir  Azərbaycanda  hansısa  struktur  siyasət  aparılır.  Neft  dollarlarının  dövlət  büdcəsi  vasitəsilə

ixrac  yönümlü  bölmələrdən  başlamış  daxili  yönümlü  bölmələrə  qədər  və  sosial  sahələr  də  daxil  olmaqla  onların

arasında  yenidən  bölüşdürülməsini  görməmək  mümkün  deyil.  Lakin,  hətta  bu  halda  da,  hökumətin

yenidənbölüşdürmə tədbirlərində hansısa təsadüfün olması və struktur dəyişikliklərin alternativ variantlarının ciddi

təhlilinin olmaması hiss edilir. Milli maraqların bu cür qeyri-müəyyənliyi bizim ölkə üçün qəbuledilməz ola bilər.

Buna  görə  struktur  irəliləyişlərin  müəyyən  alqoritminin  aşağıdakı zəncir  üzrə  işlənib  hazırlanması  çox  vacibdir:

əvvəlcə ixrac edən sahələrdə istehsalın canlandırılması aparılır, sonra onlara xidmət edən sahələr inkişaf etdirilir və

nəhayət,  daxili  bazara  səmtlənmiş  rəqabət  qabiliyyətli  sahələr  canlandırılır.  Mütərəqqi  struktur  dəyişikliklərin

ehtiyatların mərkəzləşdirilmiş  yenidən bölüşdürülməsi ilə bağlı çoxşaxəli mexanizminin ardıcıl həyata keçirilməsi,

bütün gələcək perspektiv üçün Azərbaycanda davamlı iqtisadi yüksəlişin mühüm şərtidir.

Beləliklə,  uzunmüddətli  struktur  siyasət  bu  gün  Azərbaycan  iqtisadiyyatının  yüksəlişinin  dövlət

tənzimlənməsinin təkcə mühüm komponenti kimi deyil, həm də onun "holland xəstəliyindən" radikal müalicəsinin

yeganə  mümkün  vasitəsi  kimi  çıxış  edir.  Yalnız  hazırki  çoxmilyardlı  neft  və  qaz  gəlirlərindən  dövlət  büdcəsinə

getdikcə  daha  çox  ayırmaların  edilməsi  və  onların  böyük  hissəsinin  (gələcək  nəsillərin  stabilləşdirmə  fonduna

ayrılan  vəsaitlər  çıxılmaqla)  qətiyyətlə  emaledici  sahələrin  inkişafının  sürətləndirilməsi  naminə  sərf  edilməsi,

Azərbaycan iqtisadiyyatının davamlı yüksəlişinə təminat verən yenidən strukturlaşdırmanı təmin edə bilər.

Ədabiyyat.

1.  Государственная  экономическая  политика:  опыт  перехода  к  рынку  (отв.ред.  А.В. Сидорович).

Москва, Дело, 1998.

2. Капканщиков С.Г. Государственное регулирование экономики. Москва, КноРус, 2009.

3.  Лисин  B.C.  Макроэкономическая  теория  и  политика  экономического  роста.  Москва,  Экономика,

2004.


4.  Нуриев  Р.  Экономика  развития: Модели  становления  рыночной  экономики.  Москва,  ИНФРА-М,

2001.


5. Экономическая теория (иод ред. А.Г. Грязновой). Москва, КноРус, 2007.

В.С. Эюбов

Политика экономического роста государства: содержание, цели и модернизация

Статья  посвящена  исследованию  актуальных  вопросов  обеспечения  экономического  роста  страны.

Рассматриваются  такие  вопросы,  как:  цели  и  задачи  государственного  регулирования  экономического

роста;  бюджетно-налоговая  и  денежно-кредитная  политика  обеспечения  экономического  роста;

ан тициклическая  политика  в  структуре  механизма  экономического  роста;  главные  компоненты  и

возможные  варианты  политики  содействия  экономического  роста;  политика  экономического  роста  и

структурная  политика  государства;  критерии  выбора  нацеливаемых  отраслей  в  мировой  практике

хозяйствования; структурная политика государства в механизме обеспечения экономического роста нашей

страны;  основные  звенья  государственной  научно-технической  политики,  ориентированной  на

экономической  рост;  способы  защиты  экономического  роста  нашей  страны  от  неблагоприятных  внешних

воздействий.

V.S.Ayyubov

The policy of the economical qrovth of the state: the contents,the aims and modernization of it

The article is devoted to the search of the actual problems of the prividing economical growth of the country.

Such  questions  as  the  aims  and  the  tasks  of  the  state  regulation  of  the  economical  growth,  budget-taxation  and

money-credit  policy  of  the  economical  growth,  anticirculational  policy  in  the  struction  of  mechanism  of  the

economical  growth,  the  main  components  and  possible  versions  of  the  aid  policy  of  the  economical  growth,  the

policy of the economical growth and the structural policy of the state, criterias of choosing directed branches in the

practice of the national economy of the world, the structural policy of the state in the providing mechanism of the

economical  growth  of  our  country,  the  main  parts  of  the  scien tific-technical  policy  of  the  state  directed  to  the

economical growth, the means of protection (support) of the economical growth of our country from unfavourable

external effects, are shown in the article.



Yüklə 188,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə