Dövlətin tanınması, nümayəndəliyin təsis olunması, aqreman verilməsi



Yüklə 34,34 Kb.
tarix24.02.2018
ölçüsü34,34 Kb.
#27557

Dövlətin tanınması, nümayəndəliyin təsis olunması, aqreman verilməsi

Dövlətin tanınmasının iki forması(de-fakto, de-yure) mövcuddur. Diplomatik əlaqələrin qurulması, diplomatik nümayəndəlik(səfirlik) mübadiləsi yalnız dövlətin beynəlxalq hüquq subyekti kimi de-yure tanınmasından sonra mümkündür. De-fakto tanınan dövlətər də qeyri-rəsmi qaydada digər dövlətlərdə nümayəndəliklərlə təmsil oluna bilər. Nəticə etibarı ilə bunun rəsmi diplomatik nümayəndəliklərlə heç bir bağlılığı yox-dur və eynilik təşkil etmir. Diplomatik nümayəndəliyin təsis edilməsi iki dövlət arasında ikitərəfli sazişə əsasən həyata keçirilir. Sazişin hazırlanması bir neçə mərhələdən ibarətdir. Bunun üçün ilk öncə qarşılıqlı şəkildə nümayəndə heyətləri arasında danışıqlar aparılır, diplomatik nümayəndəliyin sinfi haqqında razılıq əldə olunur. Son müşahidələr belə bir qənaəti təsdiqləyir ki, dövlətlər səfirliklərlə təmsil olunmağa daha üstünlük verirlər. 18 oktyabr 1991-ci ildə Azərbaycan dövlətinin Ali Qanunverici orqanı Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etdi. Təsadüfi deyil ki, yenicə suverenlik qazanmış Azərbaycan Respublikasının atdığı ilk addımlardan biri də beynəlxalq müqavilələrə və konvensiyalara qoşularaq, qəbul olunmuş beynəlxalq hüquq norma və prinsiplərinə tərəfdar çıxdığını bəyan etmək oldu. Bu siyasi xətt Azərbaycan Konstitusiyasının 10-cu maddəsində də öz əksini tapıb: “Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normala-rında nəzərdə tutulan prinsiplər əsasında qurur.” Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana konvensiyasına 1992-ci ilin iyun ayının 21-də qoşulub və bu addımın nəticəsi olaraq xarici dövlətlərlə səfirlik mübadiləsinə başlanıb. Suveren Azərbaycan Respublikası bu gün dünyanın əksər dövlətləri tərəfindən diplomatik qaydada tanınmışdır. Bu sıra dinamik tərzdə inkişafdadır. 2004-cü ilin martında informasiya mənbələrinin verdiyi məlumata əsasən daha 3 dövlət-Somali, Kabe-Verde və Ekvador Azərbaycanla diplomatik əlaqələr qurmuşdur. Qeyd edək ki, müstəqillik əldə olunandan indiyə qədər Azərbaycan respublikasının 43 Avropa, 22 Amerika, 42 Asiya, 32 Afrika, Avstraliya və Yeni Zelandiya tanımışdı. Qeyd etməliyik ki, sadalanan dövlətlərdən yalnız 63 ilə Azərbaycan Respublikası səfirlik mübadiləsi aparır. Bununla yanaşı Azərbaycan Respublikasında akkreditə olunan xarici dövlətlə-rin səfirliklərinin sayının 28 olduğunu qeyd edək. Digər dövlətlərin səfirləri isə Anka-ra, Moskva, Tehran və Tbilisi şəhərlərində yerləşir. Rəqəmlər arasındakı uyğunsuzluq necə anlaşılmalıdır? Təbii ki, burada heç bir ziddiyyətdən söz gedə bilməz. Sadə an-lamda bunu hər bir ölkənin maddi-texniki imkanları ilə izah etmək olar. De-yure tanınma yalnız diplomatik nümayəndəliklərlə təmsil olunmağa yol açır. Lakin heç bir halda diplomatik nümayəndəlik təsisatı barədə zəruri öhdəlik qoymur. Odur ki, hətta diplomatik nümayəndəliklərlə təmsil olunmaq barədə qarşılıqlı saziş imzalandıqdan sonra tərəflərdən hər hansı biri bu addımı atmaqda yubana bilər. Vəziyyətdən çıxış bəzən eyni bir şəxsin iki və ya daha artıq ölkədə hsəfir təyin olunmasında tapılır. Qeyd olunmalıdır ki, müasir mərhələdə dövlətlərin əksəriyyəti diplomatik əla-qələrin qurulmasında səfirliklərlə təmsil olunmağa üstünlük verirlər. Böyük və ya kiçik dövlət olmasından asılı olmayaraq diplomatik əlaqələr qurularkən daimi nüma-yəndəliklərə səfirlərin başçılıq etməsi nəzərdə tutulur. Lakin diplomatik əlaqələrin mövcud olduğu hallarda da təmsil olunma fərqli ola bilər. Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində diplomatik institutlar yoxdur. Hətta xarici işlər nazirliyi də ləğv olunmuş və xarici əlaqələrlə Xalq bürosu məşğul olur. Səfirliklərin əvəzinə bu dövlət “Liviya Cəmahiriyyəsinin Xalq Komitələri”ni təsis edir və komitələrə katiblər başçılıq edir. Eyni zamanda diplomatik rütbə və dərəcələr də mövcud deyildir və diplomatik pasportlar verilmir. Xalq komitələrinin başçılarına etimadnamə verilməsi də nəzər-də tutulmayıb. Qeyd olunmalıdır ki, Vyana konvensiyası ilə diplomatlara şamil olu-nan immunitet və imtiyazlar Liviyanın xalq komitələrinin əməkdaşlarına da şamil edi-lir. Analoji qurumların yaranması müəyyən tarixi şəraitlə və dövlətlər arasındakı mü-nasibətlərin səviyyəsi ilə də izah oluna bilər. Misir Ərəb Respublikasının bir sıra dövlətlərdə “maraq büroları” açması buna misal ola bilər. İsrail dövləti ilə ərəb dövlətlərinin mənafelərinə zidd olan Kemb-Devid sazişinə qatılandan sonra Misir bir çox ərəb dövlətlərində öz səfirliklərinin fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşmışdi. Yeganə çıxış yolu öz diplomatlarını dost ölkələrinin səfirliklərində yerləşdirmək idi. Həmin səfirliklərin üzərinə “Misir Ərəb Respublikasının maraq bürosu” sözləri yazılmış lövhələr asılmışdı. Ərəb dövlətləri də qarşılıqlı tədbir kimi keçmiş səfirliklərin maraq büroları ilə əvəzlənməsinə başladılar. Bununla yanaşı maraq bürolarının əmək-daşlarının immunitet və imtiyazları qorunub saxlanıldı. Bu sırada ABŞ və Kubada 1962-ci illərdəki böhranın diplomatik münasibətlərə təsiri də qeyd olunmalıdır. ABŞ hökuməti Havanada İsveçrə səfirliyi nəzdində “Maraq şöbəsi” yaratmaqla Kuba ilə diplomatik münasibətlərin saxlanmasına üstünlük verdi. Kuba dövləti öz növbəsində Vaşinqtonda Çexoslovakiya səfirliyinin nəzdində ekvivalent qurum yaratdı. Maraq şöbələri hər iki dövlətdə əvvəlki səfirliklərin binasında yerləşsələr də bir neçə gözədəyən dəyişiklik həyata keçirildi. Həmin binalarda qarşılıqlı qaydada səfirlik lövhələri ləğv edildi və dövlət bayraqları endirildi. Bu tədbirlərin davamı olaraq maraq şöbələrinin başçıları adi şəxs elan olundular. Bundan sonra onlar şöbə rəhbəri vəzifəsinə təyin olundular. Bu təcrübə sonrakı dövrlərdə geniş istifadə olundu. Öz funksiyalarına görə şöbələr əslində səfirliklərin funksiyalarını yerinə yetirirdilər və təbii ki gələcəkdə səfirliyə çevrildilər.

Azərbaycan Respublikasının xarici dövlətlərdə diplomatik nümayəndəliklərinin (səfirliklərin) təsisatı Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Diplomatik nümayəndəliyin (səfirliyin) fəaliyyətinin təşkil olunması Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə həyata keçirilir və bununla bağlı bütün təşkilati məsələlər müvafiq orqanlara həvalə olunur.

Səfirliklərin təsisatı ilə bağlı Milli Məclisin qanunlarında bəzən ölkənin paytaxtı da göstərilir. Məsələn, Azərbaycan Respublikasının Ukraynada, İran İslam Res-publikasında, Rumıniya Respublikasında səfirlikləri təsis olunarkən xüsusi göstərilmişdir: “Azərbaycan Respublikasının Ukraynada (Kiyev şəhərində) səfirliyi təsis edilsin”, “1961- ci il Vyana konvensiyasının müddəalarına uyğun olaraq İran İslam Res-publikasının paytaxtı Tehran şəhərində Azərbaycan Respublikasının səfirliyi təsis edilsin”, “Azərbaycan Respublikasının Rumıniya Respublikasında (Buxarest şəhərində) səfirliyi təsis edilsin”.

Bu məsələyə aydınlıq gətirilməsinə ehtiyac onunla bağlıdır ki, bir ölkədə dövlə-tin bir səfirliyi, özü də ölkənin paytaxtında ola bilər. Paytaxt şəhərlərini bu səbəbdən bəzən diplomatik mərkəz adlandırırlar. Yalnız Niderland krallığında diplomatik mər-kəz paytaxtda deyil, Haaqa şəhərində yerləşir. Qeyd edək ki, bu şəhərin adı ilə bağlı çoxsaylı beynəlxalq əhəmiyyətli tədbirlər tarixin yaddaşına yazılıb. Bu mənada paytaxt şəhərinin adının sənəddə əks olunması yalnız söz artıqlığına dəlalət edir. Ancaq konsulluqların təsisatı zamanı Baş konsulluğun və konsulluq idarələrinin yerləşdiyi məntəqələrinin göstərilməsi zəruridir. Çünki bir dövlətdə konsulluq dairələrinin sayı-na müvafiq olaraq bir və daha artıq konsulluq idarəsi təsis oluna bilər. Diplomatik nümayəndəliyin təsis olunması ilk növbədə bir sıra təşkilati məsələləri ortaya atır:

1) Diplomatik nümayəndəliyin başçısının təyin olunması

2) Qəbul edən dövlətdə nümayəndəliyin binasının (ərazisinin) müəyyənləşdiril- məsi

3) Diplomatik nümayəndəliyin personalı və s.

Diplomatik nümayəndəliyin başçısının təyin olunması çox önəmli məsələ kimi diqqəti cəlb edir. Bu məsələdə qəbul edən dövlətin razılığı həlledici rol oynayır. Slovakiyanın ölkımizdəki Fövqəladə və Səlahiyyətli səfiri İqor Furdik öz etimadnaməsini təqdim edərkən demişdir: “Zati aliləri! Bu gün mən öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram. Sizin razılığınızla Slovakiya Respublikasının prezidenti Rudolf Şuster bu etimadnamə ilə məni Azərbaycana Fövqəladə və Səlahiyyətli səfir təyin etmişdir”.

Bundan ötrü diplomatik nümayəndəliyə başçı təyin olunacaq şəxsə aqreman (fransız dilində aqrement-razılıq) verilməsi üçün göndərən dövlət qəbul edən dövlətə sorğu göndərməlidir. Diplomatik nümayəndəliyə başçı təyin olunan şəxs hökmən göndərən dövlətin vətəndaşı olmalıdır.

Aqreman verilməsi üçün sorğu göndərilərkən diplomatik nümayəndəliyə başçı (səfir) təyin olunacaq şəxsin tərcümeyi-halı (təvəllüdü, doğulduğu yer, təhsili, ailə vəziyyəti, iş yerləri, dövlət mükafatları və təltifləri, hansı xarici dil bilməsi və s.) barədə ətraflı yazılı məlumat bildirilir. Dövlət başçılarının bu məsələyə şifahi formada öz münasibətlərini bildirməsi də istisna olunmur. Xüsusilə son dövrlərin diplomatiyası üçün bu cür hallar daha xarakterikdir. Bunun üçün bəzən dövlət başçılarının qısa telefon danışığı da kifayət sayılır. Ola bilər ki, səfir təyin olunacaq şəxs qəbul edən dövlətdə yaxşı tanınsın, iki ölkə arasında əlaqələrin inkişafında xidmətləri olan bir insan kimi böyük nüfuza malik olsun. Təbii ki, bu zaman aqreman verilməsi heç bir ciddi yanaşma tələb etməz. Ancaq əksər hallarda, hətta şifahi razılıqdan sonra da, diplomatik nümayəndəliyə başçı təyin olunması müvafiq sənədləşmə mərhələlərini keçməlidir. Şifahi razılıq səfir təyin olunacaq şəxsin arzuolunan şəxs, “persona qrata”, olması faktı olmaqla yanaşı iki dövlət başçısı arasında qarşılıqlı etimadı özündə əks etdirir və diplomatik əlaqələrin sağlam bünövrə üzərində qurulduğuna əminlik yaradır.

Beynəlxalq təcrübədə az təsadüf olunsa da bunu təsdiqləyən bir nümunəyə diqqət yetirək. 10 may 2001-ci il tarixdə Rusiya televiziyasının “Vremya” xəbərlər proqramında Prezident V.Putin keçmiş baş nazir V.Çernomırdinin Ukraynada Rusiya Federasiyasının Fövqəladə və Səlahiyyətli səfiri təyin olunması barədə fikirlərini açıqla-yarkən xüsusi vurğulandı: “ Mən bu sərəncamı imzalamamışdan əvvəl Ukrayna prezi-denti L.Kuçma ilə telefon danışığım olub. Mənim təklif etdiyim namizəd onun da ürəyincə olub. Həqiqətən, bu gün Rusiya ilə Ukrayna arasında əlaqələrin inkişafında V.Çernomırdin qədər fayda gətirə biləcək ikinci adam tapmaq çətindir.”

Diplomatiya tarixinə nəzər yetirsək səfirlərin təyin olunması zamanı ortaya qoyulan şərtlərin və tələblərin pərakəndə xarakter daşıdığının şahidi olarıq. Bu da bir həqiqətdir ki, müasir diplomatik protokol çoxillik təcrübələrin ümumiləşmiş elementləri üzərində qərarlaşıb. Aqreman verilməsi zamanı səfir təyin olunacaq şəxsin tərcümeyi-halı ilə bağlı məlumatların özü də bu qəbildəndir. Keçmişdə səfirlərin yaşının 50-dən az olması tələbi, ailəli olması və s. çox ciddi baxılırdı. Hazırda bu məqamlarla bağlı qəti kriteriyalar mövcud deyildir. Daha doğrusu, səfir təyin olunmasında yaş əslində heç bir rol oynamasa da sorğuda təvəllüdün göstərilməsi zəruri sayılır.

Bir çox dövlətlərdə səfirlərin qəbul olunmamasına səbəb bəzən onların aşağı təbəqədən olan adamlar arasından seçilməsi olurdu. Elə bu səbəbdən Piy İİ ölkəsinə gələn elçilərdən birinin etimadnaməsini qəbul etməkdən imtina etmişdi. Buna səbəb kimi həmin şəxsin səfirlərə verilən tələblərə uyğun gəlmədiyi göstərilirdi. Bu bir daha təsdiqləyir ki, müasir zamanda səfir təyin olunması zamanı tövsiyyə olunan şəxs haqqında məlumatlara maraq təsadüfi deyildir.

Səfir təyin olunacaq şəxs haqqında məlumatlar kifayət qədər tez öyrənilməli və arzu olunan şəxs kimi aqreman verilməlidir. Yalnız müvafiq razılıq alandan sonra dövlət başçısı namizədliyi irəli sürülmüş şəxsin səfir təyin olunması barədə fərman verir. Səfir təyin olunan şəxs əvvəllər dip fəaliyyətdə olmayıbsa təyin olunduğu vəzifəyə uyğun olaraq ona Fövqəladə və Səlahiyyətli səfir dərəcəsi verilməlidir. “Dip xidmət haqqında” Az Resp. qanununa(maddə9) müvafiq olaraq Fövqəladə və Səlahiyyətli səfir, birinci və ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli elçi rütbələri Az Resp prezidenti tərəfindən verilir.

Yadda saxlamaq lazımdır ki, razılıq verilməsi hökm kimi qəbul olunmamalıdır. Qəbul edən dövlət bu addımda tam müstəqildir. Ola bilər ki, göndərən dövlətin təklif etdiyi namizədə aqreman verilməsin. Bu cür hallar dip təcrübədə yetərincədir. Heç bir dövlət aqreman verilmədiyinin səbəbləri barədə məlumat bildirməyə borclu deyildir. Bu barədə sorğunun özü də beynəlxalq etikadan kənardır.

Elə düşünmək olmaz ki, aqreman verilməsinə etiraz olunması dövlətlər arasında normal hal kimi qəbul olunur. Əksinə, hər bir dövlət bu işdə əsl diplomatik takt nümayiş etdirməkdə maraqlıdır.

Qəbul edən dövlət öz qərarında bütün incəlikləri nəzərdə tutur, qarşılıqlı münasibət-lərin qorunması yolunda qəti formada etiraz göndərməkdən yayınır. Əgər aqreman verillməsi yubadılırsa, bu artıq akreditə edən dövlətə bir növ xəbərdarlıq kimi qəbul olunmalıdır. Odur ki, akreditə edən dövlət diplomatik ustalıqla dip münayəndəliyə başçılıq edəcək növbəti şəxs haqqında bir müddət sonra sorğu göndərməlidir. Bu məqamda inadkarlıq nümayiş etdirərək əvvəlki şəxs haqqında təkrara sorğu göndərmək yersizdir. Ümumiyyətlə eyni bir şəxs haqqında ikinci dəfə sorğu cəhdi beynəlxalq etikadan kənardır.

Onu da xüsusi vurğulamaq lazımdır ki, aqreman verilməsində etiraz olunması diplomatik əlaqələrin qırılması və yaxud dayandırılması üçün səbəb ola bilməz.

Diplomatik əlaqələr haqqında Vyana konvensiyasında birmənalı şəkildə təsbit olunmuşdur ki, hər bir dövlət dip nümayəndəliyə başçı təyin olunacaq şəxsə aqreman veriləcəyinə əmin olmalıdır. Sonrakı incikliyin qarşısının alınmasında məsuliyyət, beləliklə, göndərən dövlətin üzərinə düşür. Qeyd olunmalıdır ki, arzuolunmaz şəxs kimi tanınan diplomatın gələcəkdə bu sahədə fəaliyyətdə bulunmasını nəinki çətinləşdirir, hətta mümkünsüz edir. Bu isə həqiqətən arzuolunmazdır. Məhz bu səbəbdən nəinki diplo nümayəndəliyin başçısı, eləcə də diplomatik nümayəndəliyin dip personalının hər bir üzvünün secilməsi dovlətin oz maraqları daxilindədir. Cunki gosterilen kareqoriyalardan olan şəxslərin her birisi tutduğu vezifeye uyqun oz vezifelerini yerine yetirdiyi olkede persona non qrata oluna biler.

Xatirlatmaq lazimdir ki, akkredite eden dovlet eyni bir sexsi , eger yerleshme dovleti etiraz etmezse iki ve daha artiq dovletde nümayendelik bascisi kimi akkredite ede biler. Bu hal Vyana kon-nin6-ci maddesi ile nezerde tutulmusdur. Misal ucun Rus Feder –nin Bakidaki Fövqəladə və Səlahiyyətli səfirinin eyni zamanda Er Res –da sefir teyin olunmasina Az dov hec cur raziliq vere bilmez. Cunki bu iki dov arasinda dip elaqeler movcud deyildir ve Er-Azerbaycan-Dagliq Qarabag konflikti birmenali edaletli hellini tapmayinca bele teklifin qabaqcadan etirazla qarsilanacagina subhe etmemek olar. Akkredite eden dovlet sefirin fealiyyet gostereceyi dovletler arasindaki munasibetleri hokmen nezere almalidir. Azerbaycan Respublikasi eyni bir sexsin bir nece olkede sefir akkredite etmek tecrubesinden bu gun genis istifade edir.

BB ve S.Irlandiya Kralliginda Azerbaycanin Fövqəladə və Səlahiyyətli səfiri eyni zamanda Avropanin daha bir nece olkesinde sefir teyin olunub. Bu ise Vyana konven-siyanin 5-ci maddesine tam uygundur. Bu zaman sefir vaxtasiri sefir teyin olundugu dovletlerde olmali, kecirilen merasimlerde istirak etmelidir. Normal dip elaqelerin da-vam etdirilmesi ucun hemin dovletlerde muveqqeti isler vekilleri fealiyyet gostermesi de istisna deyildir. Dip elaqeler quran dovletler bir muddet seyyar sefirlerle temsil oluna biler. Bir cox hallarda bu daimi dip numayendeliklerin tesisati ile bagli texniki imkanlarin mehdudlugundan ireli gelir. Seyyar sefir oz dovletinde oturur ve zeruret yarandiginda qebul eden dovlete yollanir. 1961- ci il Vyana konvensiyasinin 5-ci maddesine uygun olaraq eyni bir sexs qarsiliqli razilasma esasinda bir nece dovletde sefir teyin oluna biler. Elece de bir nece dovlet qarsilqli raziliqla, eger qebul eden dovlet etiraz etmezse, bir sefir ile temsil oluna biler. Azer Respublikasinin dip tecrubesinde bu hal genis tesaduf olunur. Diger dovletler de seyyar sefirlerle temsil olunmaqdan yan otmurler. Numune olaraq Avstriya dovletini gostermek olar. Butun MDB dovletlerinde Avstriya yalniz bir sefirle kifayetlenir.

Diplomatiya tarixinde sefirlerin(elcilerin)dovlet bascilari terefinden qebul olunmasi bu gunun tesevvurlerinden bir qeder uzaqdir. Dogrudur, sefirlerin temteraqli qarsilanmasi artiq enenevi kanonlari ozunde yeterince eks etdirirdi, ancaq sefirlere hormetsizlik de istisna deyildi. Rusiyada sefirleri qarsilamaga boyuk meseb sahibi olan adamlar seherden bir ox menzili yola cixardilar. Xususi hallarda bu mesafe 5 km ve daha artiq olurdu. 1584-cu ilde ise bunun tam eksi olan bir hadise qeyde alinib. Ingilis kralicasi Yelizaveta rus elcisini oz bagcasinda qarsilayib. Elcinin bele hormet-siz qebulundan car qezelenib ve bunu Yelizavetaya da catdirib. Ozunu temize cixarmaq cehdinde olan kralica rus carina cavabinda bagcasinda sogan sarimsaq deyil etirli cicekler becerildiyini yazmisdi.

Sefirlerin tehqir olunmasinin gonderen dovlet bascisina hormetsizlik kimi qiymetlendirilmesi birbasa onunla bagli idi ki, sefir ikinci MEN (alter ego) sayilirdi. 1815-ci il Vyana reqlamentine gore sefirler en yuksek dereceli diplomatik agentler sinfine daxil edildi. Xususi qeyd olunmalidir ki, mehz hemin dovrden dip xidmet sahesinde de-mokratiklesmeye dogru ilk ugurlu addim atilmisdir. Bu o demek idi ki, dovletlerin boyuk ve yaxud kicik olmasindan asili olmayaraq sefirler artiq eyni sinfe malik sexs-ler oldugundan huquq, imtiyaz ve immunitetleri arasinda eynilik berqerar oldu. Sonraki 150 ile qederki dovrde bu prinsipler dovletlerarasi munasibetlerin qurulma-sinda vacib sert oldu.

Mustesna ehemiyyetli sened kimi dip elaqeler haqqinda 1961-ci il Vyana Konvensi-yasinda dip numayendeliklerin bascilarinin deqiq klassifikasiyasi oz derin eksini tap-di. Bunlar asagidakilardir.




Yüklə 34,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə