Dövriyyə vəsaitlərinin idarə olunması



Yüklə 170,67 Kb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü170,67 Kb.
#69127

background image
Hazırladı: Yunus Kazımov (AƏSMA)

 

 



 

 

 



      

5. Dövriyyə vəsaitlərinin idarə olunması 

 

 



Dövriyyə  vəsaitləri  (aktivləri)  –  bir  il  ərzində,  yaxud  adi  (normal)  əməliyyat 

dövründə  (bu  dövr  bir  ildən  çox  olmamaqla)  istehsal,  tədavül  və  istehlak  sahələrində 

iştirakı  nəzərdə  tutulan  pul  vəsaitləri  və  digər  aktivlərdir  (kassada  və  bankda  olan  pul 

vəsaitləri,  tez  satılan  qiymətli  kağızlar,  debitor  borcları,  mal  ehtiyatları,  xammal, 

materiallar, bitməmiş istehsalat, hazır məhsul, gələcək dövrün xərclərinin cari hissəsidir). 

Dövriyyə vəsaitləri - istehsal dövriyyə fondları ilə tədavül fondlarının cəmindən ibarətdir. 

Bu nisbət 4:1-ə bərabərdir. 

      Bəllidir  ki,  beynəlxalq  mühasibat  standartlarına  görə  hər  bir  müəssisənin  aktivləri  4 

qrupdan – əsas vəsaitlər, dövriyyə vəsaitləri, kapital qoyuluşları, qeyri-maddi aktivlərdən 

ibarət olur. 

      Əsas vəsaitlər – istifadə müddəti bir ildən çox olan və dəyəri amortizasiya edilən və 

təsərrüfat prosesində istifadə olunan aktivlər – avadanlıq, bina və s.- dir. 

      Kapital  qoyuluşları  –  uzunmüddətli  qiymətli  kağızlara,  yeni  əsas  vəsaitlər 

yaradılmasına və s. yönəldilən vəsaitlərdir. 

      Qeyri-maddi  aktivlər  –  fiziki  subsidiyaya  malik  olmayan,  ancaq  dəyərə  malik  olan 

uzunmüddətli aktivlərdir. 

      Dövriyyə  vəsaitləri  –  nominal  davam  edən  istehsal  tsikli,  istehsal  tsikli  bir  ildən  az 

olanda isə il ərzində yenidən nağd pula çevrilən kassa və başqa vəsaitlərdir. 

      Normal  istehsal  tsikli  isə  istehsala  yönələn  vəsaitlərin  yenidən  nağd  pula  çevrilməsi 

üçün lazım olan orta müddətdir. 

      Beləliklə, dövriyyə vəsaitlərini bir il müddətində istifadə edilən və yenidən nağd pula 

çevrilən vəsaitlər kimi xarakterizə edə bilərik. 

 

      Dövriyyə  vəsaitləri  yaranma  mənbələrindən  asılı  olaraq  xüsusi,  borc  və  cəlb 



olunmuşlara bölünür. 

      Xüsusi  dövriyyə  vəsaitləri  nizamnamə  (bölünməz)  kapitalına  aiddir.  Bundan  əlavə 

onlar  şərti  olaraq  xüsusi  vəsaitlərə  bərabərləşdirilən  mənbələr  hesabına,  daha  doğrusu 

möhkəm passivlər hesabına da yaradılır. Xüsusi dövriyyə vəsaitlərinin mənbəyi balansın 

passiv tərəfində birinci bölmədə əks olunur. 

      Xüsusi  dövriyyə  vəsaitlərinin  mənbəyinə  –  dövriyyə  vəsaitlərinin  artırılmasına 

yönəldilmiş mənfəətdən (xalis gəlirdən) ayırmalar, həmçinin dövriyyə vəsaitlərini artıran 

digər  daxilolmalar,  əsas  vəsaitlərin  ləğv  edilməsindən  daxil  olan  material  qiymətlilərin 

dəyəri,  iqtisadi  həvəsləndirmə  və  xüsusi  təyinatlı  fondların  vəsaitləri,  dövriyyə 

vəsaitlərinin tamamlanmasına yönəldilən məqsədli  maliyyələşmələr və s. aiddir. 

      Möhkəm  passivlərə  təsərrüfatın  dövriyyəsində  fəaliyyətdə  olan  aşağıdakı  vəsaitlər 

aiddir:  əmək  haqqı  üzrə  minimum  borclar,  sosial  sığortaya  ayırmalar  üzrə  minimum 

borclar,  qarşıdakı  xərclərə  və  ödəmələrə  ehtiyatlar,  təsərrüfat  üsulu  ilə  yerinə  yetirilən 

əsaslı  təmir  üçün  material  ehtiyatlarının  yaradılmasına  ayırmalar,  dövriyyə  vəsaitlərinin 

tamamlanması  üçün  müvəqqəti  istifadə  edilən  vəsait,  müvəqqəti  sərbəst  olan  iqtisadi 

həvəsləndirmə və xüsusi təyinatlı fond vəsaitləri. 



 

Yüklə 170,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə