Downloaded from KitabYurdu org SƏhra çİÇƏYİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/69
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42784
  1   2   3   4   5   6   7   8   9   ...   69



 
 
 
 
 
downloaded from KitabYurdu.org


SƏHRA ÇİÇƏYİ 
Varis Dirie 
Waris Dirie DESERT FLOWER 
Varis Dirie SƏHRA ÇİÇƏYİ 
Bakı, Qanun Nəşriyyatı, 2014 İngiliscədən tərcümə: Vüsalə 
Muxtarova 
Nəşriyyat 
redaktoru: 
Nüşabə 
Hüseynli 
Korrektorlar: Flora Əliyeva, 
Nigar Musayeva 
ISBN 978-9952-26-711-2 © Qanun Nəşriyyatı, 2014 © Waris 
Dirie, 1998 
Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım 
hüquqları Qanun Nəşriyyatına məxsusdur. 
Kitabın təkrar və hissə-hissə nəşri 
«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında 
Azərbaycan Respublikasının Qanunu »na ziddir. 
Qanun Nəşriyyatı 
Bakı, AZ 1102, Tbilisi pros., 76 
Tel: (+99412) 431-16-62; 431-38-18 Mobil: (+994 55) 212 42 
37 e-mail: 
info@qanun.az
 
www.qanun.az
 
www.fb.com/Qanunpublishing
 
 
 
SƏHRA ÇİÇƏYİ 
 
Varis  Dirie  onu  dünyalarca  məşhur  edən  bu  romanı  yazmaq 
üçün  nə  təxəyyülünə  güc  verib,  nə  də  başqalarının  həyat 
hekayələrini  soraqlayıb.  “Səhra  çiçəyi”  müəllifin  öz  başına 
gələnlərdir:  kəlməbəkəlmə,  addımbaaddım  yaşadıqlarıdır. 
Allahın  sevib  yaratdığı  insana  əta  etdiyi  gözəlliklərdən  necə 
downloaded from KitabYurdu.org



 
məhrum edilməsi, həyat eşqinin hələ körpə qızcığazkən balaca 
köksündə boğulması, dünyəvi həzlərə həsrət qoyulması barədə 
olduqca  qəmli  bir  hekayət  danışır  Varis.  Somalinin  dodaq 
çatladan  susuz  səhralarında  boy  atan  bu  çiçək,  onu  məhv 
olmağa qoymayan, bu günün Varisi edən sevgidən, insanlara, 
yaradılışa  inamdan  rişələnir.  İllər  sonra  məşhur  model  olan 
qəhrəmanımız  geridə  qoyduğu  tarixçəsini  bölüşməyi  özünə 
borc  bilir  -  beləcə,  “Səhra  çiçəyi”ni  yazmaqla  özünü 
yazıçılıqda da sınayır. Varis Afrikanın dəhşətinə çevrilmiş “qız 
sünnəti”nin onu necə şikəst etdiyini anladığı andan buna qarşı 
mübarizə  aparmağa  çalışıb.  “Səhra  çiçəyi”  həm  də  bu 
mübarizənin bir for 
masıdır.  Tezliklə  bestsellerə  çevrilən  əsəri  ilə  o,  daha  da 
məşhur  olmaqla  bərabər  böyüklərin  əlində  alətə  çevrilən 
qızcığızlara qurtuluş yolu da göstərmiş olub. 
“Səhra çiçəyi” məhz o əsərlərdəndir ki, təsirini xeyli müddət 
özünüzdən uzaqlaşdıra bilməyəcəksiniz. 
Müəllifin qeydi 
“Səhra çiçəyi” Varis Dirienin gerçək həyat hekayəsidir. Əsərdə 
təqdim olunan bütün hadisələr Varisin xatirələrinə əsaslanır və 
həyati  faktlarla bağlıdır.  “Səhra çiçəyi”  əsərində  təsvir  edilən 
obrazlar  gerçək  şəxslərdir,  lakin  onların  məxfiliyini  qorumaq 
üçün şərti adlardan istifadə edilib. 
MAMA UÇUN 
İnsan  həyat  yolu  ilə  addımlayarkən  tufanlardan  keçəndə  də, 
günəşin şəfəqlərindən həzz alanda da, burulğanın düz ortasında 
dayananda da onun nicatı məhz iradəsindən asılıdır. Ona görə 
də  bu  kitabı  mənə  arxa-dayaq  olan,  gücündən  güc  aldığım 
qadına - anama, Fatimə Əhməd Ədənə həsr edirəm. 
downloaded from KitabYurdu.org


O, öz övladlarına ölümün gözünün içinə dik baxaraq inamlı 
olmağı  aşılayıb.  On  iki  övladının  hər  birinə  eyni  sevgi,  eyni 
mehribanlıqla  yanaşıb  (bu,  özlüyündə  böyük  bacarıqdır)  və 
müdriklik göstərərək bizlərə də çətin vəziyyətlərdə arif olmağı 
öyrədib. 
Onun fədakarlığı həddən çox, şikayətləri lap az olub və biz, 
onun övladları, bilirik ki, o, heç nə əsirgəmədən bütün varlığını 
bizə həsr edib. O, övlad itkisi kimi ağır bir zərbəyə mətanətlə 
dözərək,  yerdə  qalan  övladları  üçün  gücünü  və  iradəsini 
qoruyub  saxlayıb,  yenə  də  mübarizəyə  davam  edib.  Onun 
mənəvi gücü, daxili və zahiri gözəlliyi bir əfsanədir. 
Mama, səni çox sevir, qarşında hörmətlə baş  əyir, bağrıma 
basır və mənə sənin kimi ana verdiyinə görə hər şeyə qadir olan 
o  tək  Allaha  şükür  edirəm.  Tək  istəyim  sənin  irsinə  sadiq 
qalaraq, usanmadan övladlarını tərbiyələndirdiyin kimi oğluma 
analıq etməkdir. 
ı. QAÇIŞ 
Yuxudan  zəif  bir  xışıltıya  oyandım,  gözlərimi  açanda  düz 
qarşımda  dayanmış  şirin  üzünə  baxırdım...  Heyvanın  üzündə 
donub-qalmış  gözlərim  gördüyümün  həqiqət  olduğunu  dərk 
etdikcə  qorxudan  bərəlirdi.  Qalxmağa  çalışdım,  amma  neçə 
gün  idi  ki,  dilimə  heç  nə  vurmamışdım  deyə  müvazinətimi 
itirdim və heydən düşmüş qıçlarım əsməyə başladı. Yıxılarkən 
xüsusən  də  günortalar  amansız  olan  Afrikanın  səhra 
günəşindən  qorunmaq  üçün  sığındığım  ağaca  söykəndim. 
Sakitcə  başımı  arxaya  söykəyib  ağacın  kələ-kötür  qabığının 
başıma  batdığını  hiss  edə-edə  gözlərimi  yumdum.  Şir  elə 
yaxınımda  idi  ki,  onun isti  havaya yayılan  üfunətli  iyini  hiss 
edə bilirdim. Allaha üz tutdum: “Yarəbbim, əcəlim çatıb, mənə 
downloaded from KitabYurdu.org



 
kömək ol”. 
Mənim  uzun  səhra  yolçuluğumun  sonu  çatmışdı.  Nə  bir 
silahım var idi, nə də həyan olacaq kimsəm. Qaçmağa da artıq 
taqətim  qalmamışdı.  Hətta  ən  yaxşısını  fikirləşib  ağaca 
dırmaşmaq istəsəm belə, bilirdim ki, pişiklər kimi, şirlər də 
güclü caynaqları ilə bunu çox yaxşı bacarırlar. Pəncəsiylə bircə 
dəfə  vurmağı  bəs  edərdi.  Qorxmadan  gözlərimi  açdım  və 
dedim: “Gəl, ye məni. Hazıram”. 
Şir qızılı yalmanlı uzun quyruğunu oyan-buyana yellədərək 
milçəklərini  qovan  gözəl  bir  erkək  idi.  Təxminən  beş-altı 
yaşlannda,  cavan  və  sağlam  idi.  Başa  düşürdüm  ki,  məni  bir 
göz  qırpımında  parçalaya  bilər,  vəziyyətə  o,  hakim  idi! 
Pəncələrinin  çəkisi  mənim  çəkimdən  dəfələrlə  çox  olan 
zebraları və antilopları necə parçaladığının şahidi olmuşdum. 
Şir üzümə baxdı və yavaşca bal rəngli gözlərini qırpdı. Eyni 
zamanda mən də qəhvəyi gözlərimi ona zilləmişdim, nəzərimi 
ondan çəkə bilmirdim. Ətrafa baxdı. “Gəl, gəl tut məni”, yenə 
mənə  baxdı  və  yenə  qırağa  baxdı,  dodaqlarını  yalayıb  arxa 
ayaqları üstə oturdu. Sonra qalxdı, qarşımda o tərəf-bu tərəfə 
məğrurcasma  var-gəl  etdi.  Nəhayət,  çevrildi  və  uzaqlaşmağa 
başladı, şübhəsiz, fikirləşdi ki, bir dəri, bir sümüyəm, heç ağız 
bulaşdırmağa dəymirəm. Beləcə, ağır addımlarla uzaqlaşdı və 
sarımtıl-qəhvəyi xəzi qumda gözdən itdi. 
Başa düşəndə ki, şir məni yeməyəcək, rahatlaşmadım, çünki 
heç qorxmamışdım. Artıq ölməyə hazır idim. Lakin, görünür, 
həmişə  ən  yaxın  sirdaşım  olan  Allahın  məni  sağ  saxlamaqda 
başqa nəsə planı var idi. Üzümü Allaha tutub: “Yarəbbim, bu 
nədir?  Mənə  kömək  ol,  mənə  yol  göstər”,  -  deyərək  ayağa 
qalxmağa çalışdım. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə