məni narahat edir.
Anam haqqında bildiyim tək budur ki, o, həddən artıq gözəl
idi. Bəlkə də bu sözlərim anasına heyran olan bir qızın tipik
fikirləri kimi səslənir, amma bu, həqiqətdir. Onun üzü
Modiqlianinin4 yaratdığı heykələ bənzəyirdi, dərisi o qədər
hamar və qara idi ki, sanki qara mərmərdən yonulmuşdu.
Mamanın dərisi qapqara, dişləri isə göz qamaşdıracaq dərəcədə
ağ olduğundan gecələr gülərkən dişləri gecənin qaranlığında
süzürmüş kimi parlayırdı. Uzun, düz və yumşaq saçı var idi,
heç vaxt darağı olmadığından saçlarını həmişə barmaqlan ilə
darayardı. Anam incə və ucaboydur, bu, irsən onun bütün
qızlarma keçib.
Xasiyyətcə olduqca sakit və təmkinlidir. Lakin söhbət
etməyə başlayanda inanılmaz dərəcədə məzəli danışar və çox
gülərdi. Bəzən çox gülməli, bəzən də ədəbsiz lətifələr danışar,
bəzən adi kiçik zarafatları ilə bizi gülməkdən öldürərdi. O,
üzümə baxıb deyərdi: “Varis, sənin gözlərin niyə sifətində
batıb?” Bundan başqa, mənə Avdohol, yəni “balaca ağız”
deməkdən xoşu gəlirdi. Səbəbsiz yerə mənə baxar və deyərdi:
“Ey, Avdohol, sənin ağzın niyə belə balacadır?”
Atam çox yaraşıqlı kişi idi. Bunu özü də çox yaxşı bilirdi!
Təxminən altı fut hündürlüyündə, ucaboy, anq və Mamadan
daha açıq dərili, saçı şabalıdı, gözləri isə qəhvəyi idi. Papa
yaraşıqlı olduğunu bildiyindən özünü çəkirdi. Həmişə Mamaya
sataşaraq deyərdi: “Bax dediyimi etməsən, gedib başqa arvad
alaram ha!” Yaxud da: “Sizin yanınızda ürəyim sıxılır, özümə
başqa arvad alıram...” Anam da ona sataşardı: “Get, gör nə edə
bilirsən”. Onlar bir-birilərini, həqiqətən, çox sevirdilər, amma,
təəssüf ki, bir gün bu zarafatlar gerçək oldu.
downloaded from KitabYurdu.org
35
Anam Somalinin paytaxtı Moqadişuda doğulub. Atam isə
köçəri olub və bütün ömrü boyu səhrada dolaşaraq yaşayıb.
Anam onunla qarşılaşanda Papa o qədər yaraşıqlı olub ki,
onunla səhrada köçəri həyatı yaşamaq anamçün xeyli romantik
səslənib və onlar tezliklə evlənmək qərarına gəliblər. O vaxt
babam artıq sağ olmadığından atam özü nənəmin yanma elçi
gedib və anamla evlənmək üçün icazə istəyib. Nənəmsə atama:
“Yox, yox, qətiyyən yox”, anama isə: “O, avaranın biridir!” -
deyib. Nənəm gözəl qızma bütün ömrünü bu səhra adamı ilə
dəvə saxlamağa, həyatını vəhşi təbiətdə keçirməyə icazə
vermək istəməyib. Amma anam hər şeyə rəğmən on altı
yaşında evdən qaçıb və atamla evlənib.
Onlar ölkənin başqa yerinə gedib və atamın ailəsi ilə birlikdə
səhrada yaşayıblar. O səhra ki, anamçün bir yığın çətinliklər
yaradıb. Anamın ailəsi zəngin və nüfuzlu ailə olub, anam çətin
köçəri həyatının nə olduğunu bilməyib. Belə məşəqqətli
həyatdan əlavə, üstəlik atam Darud, anamsa Haviyə
tayfasından olublar. Aborigen amerikalılar kimi, somalililər də
fanatikcəsinə sadiq olduqlan müxtəlif tayfalara bölünürlər. Bu
tayfa qüruru onlar arasında tarix boyunca müxtəlif
müharibələrə səbəb olub.
Darudlar və Haviyələr arasında düşmənçilik olduğundan
atamın ailəsi anamla həmişə çox pis rəftar edib, başqa tayfadan
olduğuna görə ona qarşı amansız olublar. Anam uzun müddət
onların arasında tək yaşasa da, sonra uyğunlaşıb. Evimizdən
qaçdıqdan və ailəmdən ayrıldıqdan sonra anladım ki, o,
Darudların arasında tək-tənha yaşamaqla necə çətin bir ömür
sürüb.
Sonra anamın övladları dünyaya gəlib, yaxınlarına olan
downloaded from KitabYurdu.org
itirdiyi sevgisini onlarda tapıb. İndi dönüb arxaya baxanda başa
düşürəm ki, on iki övladı dünyaya gətirməklə o, hansı
çətinliklərdən keçib. Xatırlayıram ki, anam hamilə olanda
qəfildən yoxa çıxar və biz onu bir neçə gün görməzdik.
Qayıdanda isə o, qucağında bir çağa ilə qayıdardı. O, uşağın
göbəyini kəsmək üçün özü ilə iti bir şey götürür, tək-tənha
səhraya yollanır, orada da doğurdu. Bir dəfə o gedəndən sonra
biz su axtarışı ilə alaçığımızı başqa yerə köçürməli olduq. O,
qucağında təzə doğulmuş körpə ilə dörd gün bizi axtarmalı
olmuşdu.
Anamın uşaqlar arasında ən çox məni sevdiyini hiss edirdim.
Onunla bir-birimizi çox yaxşı anlayırdıq və indi də hər gün onu
fikirləşir, ona kömək edə biləcəyim günədək Allahın onu
qoruması üçün dua edirəm. Uşaq vaxtı həmişə onun yanında
olmaq istəyirdim, bütün günü axşam evə qayıtmağı, onun
böyründə oturub məni sığallamasını həsrətlə gözləyirdim.
Anam gözəl səbətlər toxuyurdu. Bu işi yaxşı bacara bilmək
üçün uzun illər sərf etmək lazım idi. O, mənə süd içmək üçün
balaca fincan toxumağı öyrətmişdi. Amma böyük şeylər
toxumağa nə qədər cəhd etsəm də, heç vaxt ondakı kimi
mükəmməl alınmırdı. Mənim toxuduğum səbətlər səliqəsiz və
deşik-deşik olurdu.
Bir gün anamla olmaq həvəsi və təbii uşaq marağım xəlvətcə
onu izləməyimə səbəb oldu. Ayda bir dəfə o, təkcə, günorta
vaxtı alaçıqdan uzaqlaşırdı. Ona deyəndə ki, “Elə bilmək
istəyirəm ki, sən hər ay belə hara gedirsən, nə edirsən?” cavab
verərdi ki, öz işinlə məşğul ol. Afrikada heç bir uşağın
böyüklərin işinə burnunu soxmağa ixtiyarı yoxdur. Adəti üzrə,
o, mənə evdə oturub balaca bacı-qardaşlarıma baxmağı
downloaded from KitabYurdu.org
37
tapşırdı. Lakin o, bir az uzaqlaşan kimi gözünə görünməmək
üçün kolların arxasında gizlənə-gizlənə dalınca getdim. O, hər
biri anam kimi xeyli yol gəlmiş başqa beş qadınla görüşdü.
Onlar böyük bir ağacın altında oturdular. Siesta vaxtı, elə bir iş
olmayan və ailə üzvlərinin dincəldiyi zaman bu qadınlar
özlərinə bir balaca vaxt ayıra bilmişdilər. Onlann qara başları
qarışqa kimi bir yerə toplanmışdı, çırtladılmış qarğıdalı yeyir,
çay içirdilər. Çox uzaqda olduğumdan nədən danışdıqlarını
eşidə bilmirdim. Yediklərindən mən də yemək istədiyimdən
gizləndiyim yerdən çıxıb özümü göstərməyə risk etdim. Lal-
dinməz yaxınlaşıb anamın yanında dayandım.
-
Sən haradan çıxdın? - üstümə qışqırdı.
-
Səni izləyirdim.
-
Yaramaz, ədəbsiz qız! - məni danladı.
Amma o biri qadınların hamısı gülüşdü:
-
Oho, balaca qızdakı fərasətə bax. Gəl bura, ay qızım...
Beləcə, anam bir az yumşaldı və mənə də qarğıdalı verdi.
Uşaq olarkən mənimçün keçilərimiz və dəvələrimizlə
yaşadığımız dünyadan qeyri bir dünya anlayışı yox idi. Heç bir
başqa ölkəyə getmədən, televiziyaya, yaxud da kinoya
baxmadan, kitab oxumadan dünyam, sadəcə, hər gün ətrafımda
gördüklərimdən ibarət idi. Şübhəsiz, anamın səhraya başqa bir
həyat tərzindən gəldiyini də bilmirdim. Somali 1960-cı ildə
müstəqillik qazanmazdan əvvəl ölkənin cənub hissəsi
İtaliyanın müstəmləkəsi olub. Bunun nəticəsi olaraq
Moqadişunun
mədəniyyətinə, memarlığına, cəmiyyətinə İtaliyanın böyük
təsiri olub. Anam da italyanca danışa bilirdi. Bəzən o
hirslənəndə bizi italyanca yağlı-yağlı söyərdi.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |