Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə2/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   2   3   4   5   6   7   8   9   ...   64

 

-Amerikalı son dərəcə dəqiqdir, - Olqa saata baxaraq qeyd etdi. 



O, otaqdan çıxdı və bir dəqiqə sonra hündür, enlikürək Amerika əsilli 

kişi ilə otağa qayıtdı. 

Müsyö Krasnin? - o, gülərüzlə soruşdu. 



Bəli, mənəm. Mən... mən gərək... görüş yerinin narahatlığına 

görə sizdən üzr istəyim. 

Lakin məxfilik çox əsasdır. İstəməzdim ki, mənim adım bu cür işlərdə 

hallansın. 

Eləmi? - Amerikalı həvəs göstərmədən 



soruşdu. 

-  Siz mənə  söz  verdiniz ki,  bizim  sövdələşməmizin  təfərrüatı  məxfi 

olaraq 

qalacaq. Elə deyilmi? Şərtlərimizdən biri... 



-  Bəli,  biz  məhz  belə  danışmışdıq.  -  Amerikalı  sakit  halda  başı  ilə 

təsdiqlədi. - Malı verin. 

- Sizin pullar kupyor formasındadır? 

-  Bəli. - Amerikalı onları göstərməyə tələsmirdi. 

Bir qədər tutulduqdan sonra Krasnin əli ilə bağlamaya işarə etdi. 

Amerikalı  stolüstü  lampaya  yaxınlaşaraq  bağlamanın  içindəkiləri 

yoxladı.  Razı  qalaraq  cibindən  qalın  dəri  pul  kisəsini  çıxarıb 

içərisindən  bir  dəstə  pul  götürdü  və  rusa  verdi.  Rus  diqqətlə  pulu 

saydı. 

- Düzdür? 



-Təşəkkür edirəm, müsyö. Bəli, düzdür. 

Amerikalı etinasızlıqla bağlamanı cibinə qoydu və Olqaya təzim etdi: 

-  Gecəniz xeyrə qalsın, madmazel. Gecəniz 

xeyrə qalsın, müsyö Krasnin. 

O gedəndən sonra otaqda qalanların baxışları qarşılaşdı. 

downloaded from KitabYurdu.org




 

Kişi qurumuş dodaqlarını diliylə yaladı. 



-  Maraqlıdır, görəsən, otelə qədər gedib çıxa 

biləcəkmi?  -  o,  astadan  söylədi.  Onlar  dillənmədən  pəncərədən 

baxdılar.  Həmin  an  amerikalı  küçə  qapısından  çıxdı.  İki  kölgə  isə 

səssizcə  onun  ardınca  addımladı.  İzlənilən  və  izləyənlər  gecənin 

qaranlığında yox oldular. Sükutu ilk pozan Olqa oldu: 

O, sağ-salamat gedib çıxacaq. Qorxmaya... 



yaxud da ümid etməyə bilərsiniz. 

-  Nəyə  görə  elə  düşünürsən  ki,  o,  sağ-salamat  gedib  çıxacaq?  - 

Krasnin çətinə düşmüş halda 

soruşdu. 

-  Onun  kimi  çox  pulu  olan  adam,  yəqin  ki,  səfeh  deyil.  Pul 

demişkən... - o, mənalı baxışla kişiyə 

baxdı. 

-Nə? 


- Əzizim Boris İvanoviç! 

Krasnin həvəssiz surətdə ona doğru iki kupyura uzatdı. O, təşəkkürlə, 

lakin laqeydliklə başını tərpətdi və onları corabının içində gizlətdi. 

Krasnin maraqla Olqaya baxdı. 

- Sən təəssüf etmirsən ki, Olqa? -Təəssüflənmirəm? Nə barədə? 

- Bir az öncə əlində olan barədə. Tanıdığım qadınların əksəriyyətinin 

bu cür əşyalar üçün ürəyi gedir. 

-  Bəli,  siz  haqlısınız.  Əksər  qadınlar  belə  əşyaların  dəlisidir.  Lakin 

mən yox. İndisə düşünürəm ki... - O susdu. 

- Nə düşünürsən? - Krasnin maraqla soruşdu. 

-Amerikalını  heç  bir  təhlükə  gözləmir,  bu,  doğrudur.  -  Olqa  fikirli-

fikirli söylədi. - Lakin maraqlıdır ki, sonra... 

- Sonra nə? 

downloaded from KitabYurdu.org




 



Əlbəttə o, onları hansısa qadına hədiyyə 

edəcək. 


- Olqa fikirləşməyə davam etdi. - Bax, sonra olacaqlar isə... 

Onun yenidən dili tutularaq pəncərəyə yaxınlaşdı. Birdən o, bərkdən 

içini çəkdi və yoldaşını çağırdı. 

Baxın, odur, bayaq sizə dediyim kişidir! 



Silindr  və  plaş  geymiş  qədd-qamətli  qəşəng  bir  kişi  küçə  ilə 

tələsmədən gedirdi. O, fənərlərin altından keçərkən işıq onun ağarmış 

saçlarını aydınlatdı. 

II 


FƏSİL Müsyö Markiz 

Ağsaçlı  adam  astadan  fit  çala-çala,  tələsmədən  öz  yoluna  davam 

edirdi. O, tamamilə sakit idi. Əvvəlcə sağa, sonra isə sola döndü. 

Qəflətən  dayandı  və  ətrafa  qulaq  asdı.  Çox  ehtimal  ki,  o,  nəsə  səs 

eşitdi:  araba  təkəri  qırıldı,  yoxsa  atəş  səsi  gəldi?  Bir  anlığına  onun 

dodaqlarında  kinayəli  bir  təbəssüm  oynadı  və  sonradan  yenə  də 

tələsmədən gəzintisinə davam etdi. 

Tini  burularkən  o,  qanun  keşikçisinin  bloknota  nəsə  qeyd  etdiyini 

gördü,  iki-üç  nəfər  təsadüfən  yoldan  keçənlər  isə  onun  başına 

yığışmışdılar. Ağ saçlı adam onlardan birinə müraciət etdi: 

- Nəsə bir hadisə baş verib? 

-  İki quldur yaşlı bir centlmenə hücum ediblər, 

müsyö! 

- Ümidvaram ki, hər şey yaxşı bitib? 



-  Bəli, müsyö. - Həmin adam güldü. - Hücum 

edilən şəxs amerikalı imiş. Onun cibində tapançası varmış. Amerikalı 

atəş açıb, onlar da qorxub qaçıblar. Polis isə həmişə olduğu kimi, çox 

gec gəlib çıxıb. 

Ağsaçlı adam təşəkkür edib fit çala-çala yoluna davam etdi. Senanın 

downloaded from KitabYurdu.org




 

o biri tayına keçərək, 



Parisin  daha  varlı  məhəlləsinə  gəldi.  İyirmi  dəqiqə  sonra  ciddi 

memarlıq üslubu ilə seçilən kiçik bir evin yanında dayandı. 

Bu, mağaza idi. O, çox nəzərə çarpmırdı: mağazanın sahibi, antikvar 

alverçisi  Demetrius  Papapolous  o  qədər  məşhur  idi  ki,  reklama 

ehtiyacı yox idi. Onun qazancının çoxu heç də piştaxtadan gəlmirdi. 

Müsyö  Papapolous  Yelisey  sahəsində  dəbdəbəli  bir  mənzildə 

yaşayırdı  və  indi  onun  məhz  orada  olduğunu  ehtimal  etmək  daha 

məntiqli  olardı,  lakin  göründüyü  kimi,  ağsaçlı  adam  onun  harada 

olduğunu  bilirdi:  o,  boş  küçəyə  nəzər  salaraq  qətiyyətlə  qapının 

zəngini  basdı.  Və  səhv  etməmişdi:  qapı  aralandı,  qapının  ağzında 

qulağında qızıl sırğa olan tünd dərili sakit bir kişi göründü. 

- Axşamınız xeyir! Sahibin yerindədir? 

- Sahib buradadır, lakin o, bu saatda heç kimi qəbul etmir. 

-Zənn  edirəm  ki,  məni  qəbul  edəcək.  Ona  deyin  ki,  dostu  müsyö 

Markiz onu görmək istəyir. 

Kişi qapını geniş araladı və qonağı içəri buraxdı. 

Özünü Markiz adlandıran adam xidmətçiylə danışarkən əli ilə üzünü 

gizlətmişdi. Xidmətçi müsyö Papapolousun qonağı qəbul etdiyi üçün 

çox  şad  olduğunu  xəbər  vermək  üçün  qayıdanda  sonuncunun 

görkəmində  xeyli  dəyişiklik  olmuşdu.  Görünür,  xidmətçi  ya  kifayət 

qədər  diqqətli  deyildi,  ya  da  yaxşı  təlim  keçmişdi,  çünki  qonağın 

üzündəki atlas maskanı 

görəndə  xüsusi  bir  təəccüb  göstərmədi.  Dəhlizin  sonundakı  qapıya 

yaxınlaşdı və qapını açaraq elan etdi: 

- Müsyö Markiz. 

Qəribə  qonağını  salamlamaq  üçün  ayağa  duran  adam  sıradan  biri 

deyildi. Onun görkəmində nəsə mötəbərlik və patriarxallıq duyulurdu. 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə